M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
110
5. http://www.rasitgokhansucu.com/ygs/ataturk-donemi-turk-dis-
politikasi/
______________________
Orxan ƏZİMOV
Bakı Dövlət Universiteti
Tarix fakultəsi, magistr I kurs tələbəsi
E-mail: orxan.azimov.92@mail.ru
II DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ
TÜRKİYƏNİN XARİCİ SİYASƏTİ
Elmi rəhbər: Elvira LƏTİFOVA
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: Türkiyə, xarici siyasət, II dünya müharibəsi, İsmət İnönü
Yeni yaranmış Türkiyə Cumhuriyyətinin rəhbərləri, I Dünya
Müharibəsinə qatılan Osmanlı imperatorluğunun necə aradan
qalxdığını, türk ulusunun necə yox olma təhlükəsiylə qarşı-qarşıya
qaldığını unutmamışlardı. Onların ən əhəmiyyətli məqsədləri öl-
kəni hər istiqamətdən inkişaf etdirmək və müasirləşdirməkdi. Bu
səbəblə ölkəni hər hansı bir müharibənin xaricində tutmağı siya-
səti yürüdürdülər. Beynəlxalq abu-havanı nəzərə alaraq həm İngil-
tərə və Fransayla yaxınlaşmaq həm də SSRİ ilə olan dostluğu da-
vam etdirmə siyasətini inkişaf etdirirdilər. Bu siyasətə uyğun ola-
raq
1939-cu ilin may və iyun aylarında Türkiyə İngiltərə və Fran-
sa ilə yardım deklarasiyası imzaladı.
Türkiyənin bu addımı Alma-
niya nasizminə və İtaliya faşizminə qarşı olduğundan, SSRİ-nin
buna səs çıxartmayacağını hesab edirdi. Lakin 23 avqust 1939-cu
ildə Almaniya-SSRİ Dostluq sazişinin imzalanması və 1 sentyabr-
da Polşanın Almaniya tərəfindən işğal edilməsi bütün dünyada ol-
duğu kimi Türkiyədə də şok təsiri yaratdı. Türkiyə II Dünya mü-
haribəsi başlayanda heç bir bloka üzv deyildi. SSRi lideri Stalinin
də qatıldığı 1 oktyabr 1939 tarixli iclasda, Sovet idarəçilərinin
Montre boğazlar müqaviləsinin dəyişdirilərək boğazların ortaq
müdafiə olunmasını, Qaradəniz sahili olmayan dövlətlərin hərbi
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
111
gəmilərinin boğazlardan istifadə etməmələrini və türk, ingilis və
fransız ittifaq müqaviləsinin layihəsində bir sıra dəyişikliklər edil-
məsi şərtlərini önə sürmələri,Türkiyəni daha da narahat etti. Tür-
kiyə SSRİ ilə yürütdüyü diplomatiyanın müvəffəqiyyətsizliyə uğ-
raması nəticəsində, 19 oktyabrda İngiltərə və Fransayla Ankarada
qarşılıqlı yardım müqaviləsi imzaladı.
Türkiyə müharibə bütün dünyada yayılarkən 17 Fevral 1941-
ci ildə Bolqarıstanla, 25 Mart 1941-ci ildə də SSRİ-ilə bir-birinə
hücum etməmə sazişləri imzalayaraq, həm müharibənin xaricində
qalmağa həm də ola biləcək hücumlardan özünü qorumağa çalışır-
dı. 18 iyun 1941-ci ildə Almaniyayla da belə bir saziş imzaladı. La-
kin 22 iyunda almanların SSRİ-yə hücumu planları alt-üst etdi.
Müttəfiq blok 1942-ci ilin payızından etibarən Almaniyanı son
məğlubiyyətə uğratmaq üçün planlar hazırladığı bir vaxtda,
Türkiyə
üzərində təzyiqi artırdı və müharibəyə girməsini tələb etməyə baş-
ladı. Çörçil və İsmət İnönü 30 Yanvar - 1 fevral 1943-cü ildə Ada-
na-Yenicə stansiyasında bir araya gələrək Türkiyənin müharibəyə
girib-girməmə mövzusunu müzakirə etdilər. Adana Konfransı adla-
nan bu görüşmədə, prezident İsmət İnönü, Türkiyənin müharibəyə
girəcək silah və vəsaitə sahib olmadığını və İngiltərənin bu ehtiyac-
ları tamamlaması halında müharibəyə girəcəyini irəli sürdü. Çörçil
İsmət İnönüyə ingilis planlarını ehtiva edən bir sənəd verərək hazır-
lıqların fevral 1944-cü ilə qədər bitirilməsini istədi. İnönü Ankaraya
döndükdən sonra mövzunu Nazirlər Kabinetinin gündəminə gətirdi
və Nazirlər Kabineti də ingilis planının eynilə qəbul edilməsinin
mümkün olmadığını bildirərək, vəziyyətin İngiltərə səfirliyinə çat-
dırılması qərarını verdi. Türkiyənin bu hərəkəti başda İngiltərə ol-
maq üzrə müttəfiqlərlə əlaqələrin gərginləşməsinə səbəb oldu. Bo-
ğazlardan keçən alman gəmiləri əlaqələri daha da gərginləşdirdi.
Türkiyə vəziyyəti yaxşılaşdırmaq üçün gücü getdikcə tükənən və
məğlubiyyəti qaçınılmaz bir hala gələn Almaniya ilə 2 avqust 1944-
cü ildə siyasi əlaqələrini kəsəcəyini açıqladı. Türkiyə müharibənin
sona yaxınlaşıldığını görərək İngiltərə, ABŞ və SSRİ ilə arasını dü-
zəltməyə çalışdı. Ancaq SSRİ Türkiyənin 1943-dən bəri Almaniya-
ya müharibə elan etməkdə istəksiz davrandığını səbəb gətirərək,
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
112
dostluq əlaqələrinin qurulmasına soyuq yanaşdı. Xüsusilə Stalinin
Yalta konfransında (4-11 fevral 1945) Boğazlar münaqişəsini və
Montre müqaviləsini gündəmə gətirməsi, Türkiyə nümayəndə he-
yətinin böyük narahatlığına səbəb oldu. Türkiyə 23 Fevral 1945-ci
ildə Almaniya və Yaponiyaya müharibə elan etdi. Bu qərarın alın-
masında Yalta konfransında, 1 Mart 1945-ə qədər Almaniya və Ya-
ponyayla müharibə vəziyyətində olan dövlətlərin aprel ayının so-
nunda San Fransiskoda toplanacaq konfransa dəvət ediləcəyinin və
BMT-nin qurucu üzvləri arasında iştirak edəcəyinin açıqlanmış ol-
ması da rol oynadı.
Qısacası Türkiyə II Dünya müharibəsi əsnasında tərəfsiz bir
siyasət izləyərək, müharibənin xaricində qalmağa böyük səy göstər-
di ancaq müharibənin bütün çətinliklərini və yükünü çəkməkdən də
geri qalmadı.
ƏDƏBİYYAT
1. Elnur Nəsirov. Türkiyənin xarici siyasəti. s.25-30
2. Baskın Oran. Türk dış politikası. İstanbul, 2013
3. Necdet Ekinci. İnönü Dönemi ve II. Dünya Savaşı Yılları. Genel
Türk Tarihi, Cilt: 9, Ankara, 2002.
______________________
Aysel ƏSGƏRLİ
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, Amerikaşünaslıq
ixtisası üzrə III kurs tələbəsi
E-mail:aysel.esgerli1995@gmail.com
SOYUQ MÜHARİBƏ ŞƏRAİTİNDƏ
TÜRKİYƏ CUMHURİYYƏTİNİN NATO-YA ÜZV OLMASI
Elmi rəhbər: Eldar CƏFƏROV
Bakı Dövlət
Universitetinin müəllimi
Açar sözlər: ABŞ, SSRİ, Türkiyə, NATO, soyuq müharibə, müs-
bət və mənfi cəhətlər
İkinci Dünya Müharibəsi 1941-45ci illərdə olub. Müharibə,
nasist Almaniyası ilə Britaniya, Amerika, qısacası qərb cəbhəsi