M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
140
türkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar
maddi və mənəvi yardım göstərmişlər.
Hələ Azərbaycan Sovet İttifaqının
tərkibində olarkən iki res-
publika arasında rəsmi münasibətlər mövcud olmuşdur. 1967-ci il-
də Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və
1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın
Bakıya səfərləri bu əlaqələrin xarakterini müəyyənləş dirilməsində
böyük rol oynamışdır.
1992-ci ilin yanvar ayında diplomatik münasibətlərin bərpa
edilməsi iki ölkə arasında qarşılıqlı əlaqələri genişləndirdi. Türki-
yə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3
may tarix-
li səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı əla-
qələrin əsas prinsiplərini və inkişaf perspektivini müəyyən etdi.
Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azər-
baycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələ-
rin inkişafına geniş yardım göstərməyə niyyətli olduğunu bildirdi.
Türkiyənin siyasi elmlər üzrə fəlsəfə doktoru Atmaca Tay-
fun Azərbaycan – Türkiyə münasibətlərin qurulması və inkişafını
3 dövrə bölmüşdür:
I dövr: 1991-ci il oktyabrın 18-dən – 1992-ci ilin may ayına
qədər
II dövr: 1992-ci ilin mayından – 1993-cü ilin iyun ayına
qədər
III dövr: 1993-cü
ilin iyunundan sonra
I dövrdə diplomatik-siyasi münasibətlər qurulsa da, Azər-
baycanın siyasi rəhbərliyi xarici siyasət fəaliyyətində Rusiya və
İrana üstünlük verdiyindən əlaqələr hələ zəif idi.
II dövr Azərbaycan-Türkiyə münasibətlərinin dinamikası ilə
səciyyələnir. Bu dövrdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər, məs-
ləhətləşmələr, beynəlxalq məclislərdə birgə fəaliyyət göstərilməsi
üstünlük təşkil etdi. Azərbaycan Respublikası dövlət xarici siyasə-
tində Türkiyə Cümhuriyyətinə xüsusi əhəmiyyət verdi. Türkiyə ilə
qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan Respublikası dövlətinin
xarici siyasi fəaliyyətinin üstün istiqamətlərindən biri oldu.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
141
III dövrdə Gəncə hadisələrindən sonra Azərbaycan-Türkiyə
diplomatik-siyasi münasibətlərində yeni dövr başladı.
Azərbaycan
-Türkiyə münasibətlərində ilk əvvəllər qismən soyuqlaşma yaran-
dı, xarici siyasətdə Rusiyaya xüsusi diqqət verildisə də, az sonra
Azərbaycanın xarici siyasətində Türkiyə yenidən önəmli yer tutdu.
Tarazlaşdırılmış xarici siyasət xətti yeridilməyə başlandı. Azər-
baycan – Türkiyə münasibətləri yeni səviyyəyə qalxdı.
1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqavilə-
si”ndə “Türk “petrolları” şirkətinin xarici neft şirkətləri konsorsiu-
munda təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji
əməkdaşlığın inkişafının real təzahürü idi.
13 iyul 2006-cı il tarixində Aralıq dənizinin Türkiyə sahilin-
dəki Ceyhan terminalında Bakı – Tbilisi – Ceyhan neft ixrac boru
kəməri işə salınmış və bununla iki ölkənin iştirak etdiyi beynəl-
xalq transkontinental layihə həyata keçirilmişdir.
2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin
BOTAŞ şirkəti arasında imzalanmış müqavilə Azərbaycan qazının
Türkiyəyə və Avropanın digər ölkələrinə satışını artıq reallaşdırır.
Bu layihələr Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və
digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mü-
hüm rol oynayır.
Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal
və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqti-
sadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən iki-
tərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmə-
rəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf
strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki
ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan
neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünya-
da dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu
layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji
təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət
arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sa-
bitliyin göstəricisinə çevrilmişdir.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
142
Hazırda ikitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması
ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə
ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt
dövlət başçısı cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək
strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur.
ƏDƏBIYYAT
1. Atmaca Tayfun. XX əsrin axırlarında Azərbaycan-Türkiyə mü-
nasibətləri: filologiya elm.nam.alimlik dər. almaq. üçün təqdim
olunmuş dissertasiya: 23.00.04 / T.Atmaca; Az. Resp. Prezidenti
yanında Dövlət İdarəçilik Akad. – B. , 2007. – 145 səhifə.
2. http://az.strategiya.az/old/?m=xeber&id=3013
3. http://lib.aliyevheritage.org/az/4610295.html
______________________
Cavad İSKƏNDƏROV
Bakı Ali Neft Məktəbi,
Kimya mühəndisliyi fakültəsi, IV kurs tələbəsi
Email: cavad.iskenderov@gmail.com
SOYUQ MÜHARİBƏ İLLƏRİNDƏ SSRİ-TÜRKİYƏ
MÜNASİBƏTLƏRİ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN
MƏSƏLƏSİ
Elmi rəhbər: Şahverdiyev
ƏLƏMDAR
Bakı Ali Neft
Məktəbinin professoru
Açar sözlər: SSRİ, Türkiyə Cümhuriyyəti, ərazi iddiaları, Cənubi
Qafqaz Respublikaları, Cənubi Azərbaycan
İkinci dünya müharibəsindən qalib kimi ayrılandan sonra
SSRİ ərazisini genişləndirmək üçün Türkiyə Cümhuriyyətinə əra-
zi iddiaları qaldırmağa başladı. SSRİ-nin Boğazlara olan iddiaları
Potsdam konfransında müttəfiqlər tərəfindən qorunmadı və Türki-
yənin şərq vilayətlərinə olan iddiaları isə prezident Trumen tərə-
findən yalnız SSRİ ilə Türkiyə arasında olan bir məsələ kimi gös-
tərildi. Araşdırmalar göstərir ki, 1945-ci ilin payızından etibarən