N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov


baxmaq da uzaqgörənlik əlaməti deyil. Yəni hər bir addımı



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə19/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   15   16   17   18   19   20   21   22   ...   80

baxmaq da uzaqgörənlik əlaməti deyil. Yəni hər bir addımı
konkret zamanında atmaq, dövrün nəbzini tutmaq lazımdır.
Xüsusilə siyasətdə bu, qızıl qayda sayıla bilər. Ona görə də dövrün
ümumi təkamül tendensiyasını, baş verən proseslərin mahiyyətini
və zaman amilini nəzərə almadan səmərəli xarici siyasət qurmaq
mümkün deyildir. Onu qeyd edim ki, birgə işlədiyimiz müddətdə si-
yasətin incəliklərini Heydər Əliyevdən öyrənməyə çalışırdım. Onun
qeyri-adi strateji düşüncə sahibi olduğunu görürdüm. Lakin Heydər
Əliyev bir dəfə də olsun, vaxtından əvvəl addım at maz və tələsməzdi.
Məncə, bu keyfiyyəti ona həmişə yenilik etməyə imkan verərdi.
Heydər Əliyev həmişə ölkənin gələcəyi haqqında düşünərdi. U.Çörçillin
bir sözü var: “Dövlət xadimlərini siyasətçilərdən fərqləndirən
odur ki, birincilər ölkənin gələcəyi haqqında, ikincilər isə qarşıdakı
seçki barədə düşünürlər”. Doğrudan da, ölkənin gələcəyini
düşünənlər yaşadıqları dövrün nəbzini tutmağa, hansı işləri görməyin
zəruri olduğunu dəqiq müəyyən ləş dirməyə çalışırlar. Müasir xarici
siyasətin yalnız bu prinsiplər əsasında səmərəli modelini tapmaq
mümkündür.
İndi “risk” və “böhran” terminləri elmin bir çox sahələrində iş -
lənir. Bu anlayışların siyasətə də aidiyyəti var. Əslində, risk anlayışının
mənşəyi haqqında dəqiq məlumat yoxdur. Onun haqqında ilkin tə-
səvvürlərin Qədim Şərqdə yaranmasından yazılır. Maraqlısı odur ki,
orta əsrlərdə gəmiçilər “risigio” sözündən istifadə ediblər ki, bu da
“sıldırımlı qayalar” deməkdir. Siyasətə risk sözünün bu anlamı daha
uyğun gəlir. Siyasət yürütmək “sıldırımlı qayalar” arasından “dövlət
gəmisini” salamat qurtarmağa bənzəyir. Siyasətdə risk etməyən isə
heç nəyə nail ola bilmir. Biz “risk” anlayışı üzərində geniş dayanmaq
istəməsək də, onun bəzi məqamlarına nəzər salmaq niyyətindəyik.
Müasir tədqiqatçıların fikrinə görə, elmi iddialara tam cavab verə
biləcək risk anlayışı yoxdur (2.2.1, s.138 və 2.2.2). Bu anlayışın ilk
elmi izahı ehtimal nəzəriyyəsi ilə bağlıdır. Risk bu bağlılıqda uğur
əldə etmək şansı ilə əlaqələndirilir. XIX əsrdə risk iqtisadiyyat və
psixologiya sahəsində daha çox tədqiq olunurdu. XX əsrdə isə risk
bir çox sahələr, o cümlədən siyasətlə sıx əlaqədə öyrənildi. XX əsrin
64


ikinci yarısından etibarən dünya miqyasında müxtəlif təbiətli
proseslərin intensivləşməsi, inteqrasiya proseslərinin sürətlənməsi
və qarşılıqlı əlaqələrin cəmiyyətin bütün sahələrini əhatə etməsi risk
anlayışını daha da aktuallaşdırdı. Müasir elmi nəzəriyyələrin hər
birində bu anlayışdan geniş istifadə olunur. Ancaq artıq vurğuladığımız
kimi, risk anlayışı ilə bağlı hələ ki, vahid elmi mövqe yoxdur. Bizcə,
siyasi fəaliyyət baxımından riskin Robert Kates və Rocer Kasperson
tərəfindən verilən tərifi daha cəlbedicidir. Onlar riski “gözlənilməz
təhlükə” ifadəsi ilə əlaqələndirirlər. Bu yanaşmada riski insanlara
və onlar üçün dəyər kəsb edən siyasi amillərə olan təhdid kimi mə-
nalandırmaq olar. Yəni “risk gözlənilməz təhlükənin ölçüsüdür”
(2.2.1, s.139).
Ümumilikdə götürdükdə, riski arzu olunmayan nəticələrin reallaşma
potensialı kimi təsəvvür etmək olar. O zaman risk təhlükə anlayışı
ilə əlaqəlidir. Risk etmək mümkün təhlükəni nəzərə almaq deməkdir.
Təhlükənin o biri tərəfi isə təhlükəsizlikdir. Risk anlayışının siyasi
mühit üçün əhəmiyyətli cəhəti də məhz təhlükəsizlik anlayışı ilə
bağlıdır. Müasir dünyanın qlobal problemlərinin həlli baxımından
riskin təhlükə və təhlükəsizlik anlayışları ilə bir bucaq altında
nəzərdən keçirilməsini konstruktiv yanaşma hesab etmək olar. Bu
aspektdə alman alimi Ulrix Bekin tədqiqatları diqqəti daha çox çəkir.
O, elmə “risk cəmiyyəti” anlayışını daxil etmişdir (2.2.3). U.Bek
hesab edirdi ki, postindustrial cəmiyyətdən risk cəmiyyətinə keçid
baş verir (2.2.3). U.Bek müasir dövrün riskləri sırasında siyasi və
geosiyasi riskləri ayrıca vurğulayır. Hətta bir az da qabağa gedərək
bütövlükdə bəşəriyyətin mövcudluğunun risk altında olduğunu iddia
edir.  U.Bek bununla bağlı yazır: “Genetik, kimyəvi, ekoloji, nüvə
təhlükələrinin başlıca sosial-tarixi və siyasi potensialı inzibati
sistemin, elmi-texniki və hüquqi rasionallığın çöküşündə gizlənib”
(2.2.4, s.167).
Beləliklə, dünyanın bir sistem kimi növbəti vəziyyətə transfor-
masiyasında risk amilini nəzərə almaq, həmin prizmadan müasir
geosiyasi mühitin dəyişməsi prosesində risklərin oynadığı rola diqqət
etmək gərəkdir. Beynəlxalq münasibətlər sisteminə mürəkkəb obyekt
65


kimi yanaşsaq, onda xüsusi kəskinləşmiş situasiyalarda riskin təsirinə
diqqət yetirmək lazım gələr. Bu aspektdə risklə qeyri-müəyyənlik,
təhlükə, plüralizm və proqnozlaşdırmanın sərhədləri anlayışlarının
müqayisəsi məsələsi aktuallıq kəsb edir.
Siyasi mühit üçün risk sayıla bilən və təhlükə törədən çoxlu
sayda amilləri yuxarıdakı mülahizələr kontekstindən qiymətlən-
dirmək mümkündür. İndi beynəlxalq terrorçu qruplaşmalar, se-
paratçı hərəkatlar, etnik və dini ekstremizm, qeyri-qanuni miq-
rasiya, kütləvi qırğın silahlarının yayılması və başqa məqamlar
beynəlxalq münasibətlərə ciddi təsir göstərir. Strateji əhəmiyyəti
olan enerji və nəqliyyat infrastrukturlarını təhdid edən təhlükə
riski siyasətçilər tərəfindən ciddiyyətlə qarşılanır. Bu kimi
təhdidlər şəraitində dövlətin xarici siyasət kursunu müəyyənləş-
dirmək və həyata keçirmək çox çevik xarakterli və strateji ma-
hiyyətli təfəkkür tələb edir. Risk və böhran təhlükələri ilə dolu
olan zəmanəmizin tələblərinə uyğun xarici siyasət formalaşdır-
madan güclü dövlət qurmaq mümkün deyildir. Müasir dünyanın
mürəkkəblikləri qarşısında qorxu hissinin keçirilməsi müsbət
heç nə vermir. Qarşısında məqsədi olan siyasətçi bütün faktorları
nəzərə alaraq hərəkət edirsə, məqsədinə həmişə çatır. 
U.Çörçill
deyirdi ki, “Gələcəkdən qorxmayın... Gəmi niyə dalğalara qalib
gəlir? Başa düşdüm ki, səbəb gəminin məqsədinin olmasındadır,
dalğalarda isə o yoxdur. Əgər məqsədimiz varsa, həmişə istədiyimiz
yerə qədər gedə bilərik”. Məqsədli siyasətçi üçün hər bir böhran
həm də yeni imkan deməkdir. Müasir elmi təsəvvürlərə görə, is-
tənilən mürəkkəb sistemin inkişaf yolu böhranlardan keçir.
Təcrübə qlobal maliyyə böhranından güclənərək çıxa bilən döv-
lətlərin olduğunu göstərir. Azərbaycan belə dövlətlərdəndir. Bir
çox inkişaf etmiş ölkələrin iqtisadiyyatını böhran zərbələrinin titrətdiyi
bir vaxtda Azərbaycan iqtisadiyyatı inamla inkişafdadır. Deməli,
risk, böhran, təhdid, qeyri-müəyyənlik kimi məqamları konsepsiyalarda
rasional şəkildə nəzərə aldıqda müsbət nəticələr əldə etmək olur. Eynilə
xarici siyasət kursunu formalaşdırarkən bütün bu amillərə diqqət
yetirmək lazımdır.
66


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə