N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə27/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   23   24   25   26   27   28   29   30   ...   80

“Fitch” agentliyi isə ölkənin investisiya səviyyəli reytinqini təsdiq-
ləyib.
Bütün bunlar Azərbaycanın xarici siyasətinin ölkə iqtisadiyyatının
dünya iqtisadi sisteminə inteqrasiyası üçün səmərəli fəaliyyət gös-
tərdiyini təsdiq edir. Faktiki olaraq, ölkənin azad bazar iqtisadiyyatı
yolu ilə irəliləməsi üçün müvafiq beynəlxalq şəraitin yaradılmasına
nail olunur. Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, o cümlədən
iqtisadi yönümlü təşkilatlarda fəal iştirakı təmin edilir. Dövlətin mə-
nafeyinə uyğun olan xarici iqtisadi siyasətin yeridilməsi reallaşır.
Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının təmin
edilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlinir.
Azərbaycanın xarici siyasətinin qarşısında duran və üçüncü isti-
qamətə aid etdiyimiz vəzifələr də inamla yerinə yetirilir. Bunların
arasında əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş
beynəlxalq normaların həyata keçirilməsi xüsusi yer tutur. Azərbaycanın
ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici
siyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini
məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır. Bu mənada beynəlxalq
normaların həyata keçirilməsi məsələsi ərazi bütövlüyünün təmin
edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir.
Situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə
səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır.
Burada müəyyən mənada qapalı dairə yaratmaq cəhdləri hiss olunur:
bir tərəfdən, Azərbaycandan əhalinin əsas hüquq azadlıqlarının təmin
edilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq
mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldə
etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığının
şahidi olmuşuq. Onların sırasında “Azadlığa Dəstək Aktı”na olan
məlum 907-ci düzəlişi, Ticarət Aktına edilən Cekson-Venik düzəlişini,
Avropa Şurasının söz azadlığı və “siyasi məhbuslar”la bağlı daha
çox keçən əsrin 90-cı illərinin ikinci yarısında apardığı kampaniyanı,
milli azlıqlarla əlaqəli sayı bitməyən monitorinqlərin təşkilini (Cənub
Qafqazın digər ölkələrinə bu cür münasibət bəslənilmir) və başqalarını
misal gətirə bilərik.
88


Bu proseslərin fonunda Azərbaycana qarşı xarici təzyiqlərin qar-
şısının alınmasına yönəlmiş beynəlxalq mexanizmin yaradılmasına
ehtiyac aydın hiss edilirdi. Həmin məqam xarici siyasət kursunda
xüsusi yer tutmalı idi. Özlüyündə bu məsələ strateji xarakterlidir. O,
müxtəlif aspektləri özündə birləşdirir, o cümlədən azərbaycanlıların
diaspor fəaliyyətini də əhatə edir. Həmin sahəyə Heydər Əliyevin
çox böyük diqqət yetirdiyini bilirik. Mən Ulu öndəri xarici səfərlərdə
müşayiət edən şəxs kimi deyə bilərəm ki, Ulu öndər diaspor məsələsinə
son dərəcə diqqətlə yanaşırdı. Diaspor məsələsi müasir dövrdə bey-
nəlxalq himayə mexanizmlərinin yaradılmasında iki aspektdə prinsipial
rol oynaya bilər. Birincisi, diaspor Vətəndən kənarda xalqın mədə-
niyyətini təmsil edir. Azərbaycanlılar yaşadıqları ölkələrdə yerli
mədəni mühitə uyğunlaşmaqla yanaşı, öz milli-mənəvi dəyərlərini
qorumalı və təbliğ etməlidirlər. İkincisi, diaspor mövcud olduğu
ölkədə cəmiyyətin yüksək təbəqələri ilə münasibətləri inkişaf etdirməli
və rəsmi orqanlarda nümayəndələrlə təmsil olunmalıdır.
Bütün bunları nəzərə alaraq, 2001-ci ilin mayın 23-də Heydər
Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında
sərəncam imzaladı. Həmin il noyabrın 9-10-da Bakıda Dünya Azər-
baycanlılarının I Qurultayı keçirildi. Qurultayda 36 xarici ölkədə
yaşayan azərbaycanlıların təmsilçiləri iştirak edirdi. O dövrdə xaricdə
azərbaycanlıların artıq 200-dən çox təşkilatı vardı. Həmin təşkilatlar
qurultaya 406 nümayəndə göndərmişdi. Əlavə olaraq 63 qonaq
iştirak edirdi. Heydər Əliyev qurultaydakı nitqində deyirdi: “Biz
istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar... öz milli
köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azər-
baycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir,
milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir... İnsan hansı
ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub
saxlasın” (2.3.10). Ulu öndər sözlərinə davam edərək problemin
ikinci mühüm tərəfini açmışdır: “Dünyada eyni zamanda assimilyasiya
prosesi də var. İnsanlar – mən azər baycanlılar haqqında danışıram –
gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək,
orada özləri üçün yaxşı mövqelər tutsunlar” (2.3.10). Bu fikirlərdə
89


Azərbaycan diasporu qarşısında duran vəzifələr konkret ifadə
edilmişdir. Azərbaycanlılar xaricdə Vətənin və dövlətin pozitiv
imicini yaratmalı, ölkəmiz üçün əlverişli beynəlxalq himayə mexa-
nizminin formalaşmasına dəstək verməlidirlər. Dünyanın hər bir gu-
şəsində yaşayan azərbaycanlılar monolit qüvvə kimi dövlətimiz üçün
aktual problemlərlə bağlı iradələrini ortaya qoysalar, beynəlxalq
miqyasda Azərbaycanın mövqeyi daha da möhkəmlənmiş olar.
Keçən müddət xarici siyasət kursunun bu aspektinin nə dərəcədə
səmərəli olduğunu tam təsdiq etdi. 2002-ci il iyulun 5-də Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev “Xaricdə Yaşayan Azər-
baycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında”
fərman imzaladı. Həmin il dekabrın 27-də isə Ulu öndər “Xaricdə
Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan
Respublikasının qanununu imzaladı.
Bu addımlar diaspor məsələsinin dövlətin xarici siyasətinin çox
mühüm tərkib hissəsi kimi qəbul edildiyini təsdiqləyirdi. Azərbaycanın
xarici siyasətində bu istiqamətdə ardıcıl və sistemli işlərin görülməsi
üçün geniş perspektivlər yaranmışdı. 2004-cü ilin aprel ayının 17-də
Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin təsis konfransı
keçirildi. Həmin ilin mayında Türkiyənin İskəndərun şəhərində Tür-
kiyə-Azərbaycan Dərnəkləri Federasiyası yaradıldı. Federasiya Tür-
kiyədə fəaliyyət göstərən 18 Azərbaycan icma və birliklərini birləşdirir.
2004-cü ilin oktyabr ayında Ümumrusiya Azərbaycan Konqresinin
II Qurultayı keçirildi. 2005-ci ilin aprel ayında Kanadanın Toronto
şəhərində Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransı
oldu. 2005-ci ildə Ukrayna Azərbaycanlıları Konqresi gənclər
birliklərini yaratdı.
2006-cı ilin mart ayının 16-da isə Azərbaycan Respublikası Pre-
zidentinin sərəncamı ilə Bakı şəhərində Dünya Azərbaycanlılarının
II Qurultayı keçirildi. Qurultaya dünyanın müxtəlif ölkələrindən
ümumilikdə 1231 nümayəndə seçilmişdi. Tədbirdə 49 xarici ölkədən
593 nümayəndə və 388 nəfər qonaq iştirak etdi.
Dünya Azərbaycanlılarının növbəti, III Qurultayı “Dünya Azər-
baycanlılarının III Qurultayının keçirilməsi haqqında” Azərbaycan
90


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə