N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə28/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   24   25   26   27   28   29   30   31   ...   80

Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı”na əsasən
2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirildi. Ali tədbirdə
dünyanın 42 ölkəsindən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq
iştirak etdi. Qurultayın yekununda bir sıra qərarlar qəbul edildi.
Son illərdə xaricdə yaşayan azərbaycanlı gənclərin sürətlə təşki-
latlanması prosesinin şahidiyik. Bu prosesdə Heydə Əliyev Fondunun
Rusiya üzrə nümayəndəsi Leyla xanım Əliyevanın rolu çox böyükdür.
Azərbaycanlı gənclər vahid təşkilat altında daha sıx birləşdikcə,
dövlətimizin maraqlarını beynəlxalq miqyasda müdafiə etmək
imkanları da genişlənir. Məsələn, son iki ildə Xocalı soyqırımının
dünya ölkələrində təbliğində gənclərimiz fəal iştirak ediblər. İslam
Əməkdaşlıq Təşkilatının (İƏT) gənclər qurumu ilə birgə müxtəlif
tədbirlər keçirilib. Ermənilərin təxribatçı fəaliyyətlərinin qarşısının
alınmasında gənclərimiz fəal iştirak edirlər. Artıq ermənilər əvvəlki
kimi sərbəst və səmərəli fəaliyyət göstərə bilmirlər. Fransa Senatının
“erməni soyqırımı” ilə bağlı 2011-ci ildə qəbul etmək istədiyi qanun
layihəsinin əleyhinə bu ölkədəki diasporumuz ciddi aksiyalar təşkil
etdi. Bununla yanaşı, Azərbaycanın maraqlarının dünyanın qabaqcıl
ölkələrinin rəsmi orqanlarına ictimai yolla çatdırılması istiqamətində
gənclər təşkilatlarının böyük rolu olub.
Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın hüquqlarının
qorunması ilə bağlı ciddi işlər görür. Diasporla İş üzrə Dövlət
Komitəsi bu yöndə fəaliyyətini getdikcə genişləndirir. Proseslərin
gedişatı göstərir ki, artıq dünyanın müxtəlif ölkələrində Azərbaycan
xalqı və dövlətinin maraqlarını müdafiə edə biləcək beynəlxalq
himayə mexanizmi yaranıb. Dövlətin xarici siyasətində indi də bu
prosesi inkişaf etdirmək mühüm yer tutur. Qlobal geosiyasi miqyasda
qüdrətli Azərbaycan dövlətinin formalaşmasına geniş imkanlar
yaratmaq kursu davam edir.
Beynəlxalq himayə mexanizminin yaradılmasının başqa mühüm
tərəfini dünyanın müxtəlif ölkələrində yerli qurumlarla fəal işin apa-
91


rılması təşkil edir. Bu qurumlar hökumət və ya qeyri-hökumət təşki-
latları, rəsmi orqanlar, media ola bilər. Müasir dövrdə informasiyadan
maksimum yararlanmaq prinsipi adi qaydaya çevrilmişdir. O cümlədən
dövlətlər ehtiyac yarandıqda xaricdə lobbiçilik fəaliyyəti ilə məşğul
olurlar. Bu isə müəyyən həssas məqamlarda Azərbaycanın maraqlarının
qorunması, ona ədalətli mövqe formalaşdırılması baxımından çox
əhəmiyyətlidir. Məsələn, son zamanlar erməni siyasətçiləri və rəsmi
şəxsləri Azərbaycanın ABŞ Konqresində və Avropa parlamentlərində
lobbiçiliklə bağlı fəaliyyətini genişləndirdiyindən narahatlıq keçir-
diklərini dilə gətirirlər.
Artıq dünyanın böyük dövlətlərinin əksəriyyətinin qanunverici
orqanlarında Azərbaycanı himayə edən qruplar mövcuddur. ABŞ
Konqresində bu işin daha sürətlə getdiyini etiraf edənlər az deyildir.
Məhz buna görədir ki, son illər Konqresdə Ermənistanın xeyrinə
qərar çıxarmağın çətinləşməsi göz qabağındadır. Müxtəlif ölkələrdə
fəaliyyət göstərən erməni diplomatları artıq əvvəlki kimi maneəsiz
anti-Azərbaycan təbliğatı apara bilmədiklərini açıq qeyd edirlər.
Rəsmi orqanlar əvvəlki dövrlərdə olduğu qədər erməni planlarına
dəstək vermirlər.
Təbii ki, bu məsələdə eyforiyaya uymaq olmaz. Dərk etmək
lazımdır ki, bizə hətta ən yaxın dost sayılan ölkələrdə belə Azərbaycana
qarşı müəmmalı davranışlar ola bilər. Son vaxtlar Avropanın bəzi
dövlətlərinin media qurumları, beynəlxalq təşkilatlardakı nümayəndələri
Azərbaycana qarşı təzyiq üsulundan istifadə etməyə çalışırlar. Onlar
bir növ “qara piar”a əl atırlar. Bir sıra dövlətin parlamentlərində öl-
kəmizin əleyhinə əsassız qərarlar da çıxarıla bilər. Lakin məsələ
bundan ibarət deyil – Azərbaycan dövlət kimi hər şeyi göz önünə
alır. Bizim üçün vacib odur ki, artıq beynəlxalq miqyasda Azərbaycanı
himayə edə bilən mexanizm var və lazım olanda həmin mexanizm
əks-təsir göstərə bilir.
Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin qısa
təhlili bu sahədə ciddi uğurların əldə edildiyini göstərir. Keçən
müddət ərzində xarici siyasət güclü dövlətin yaradılması işində üzə -
rinə düşənləri yerinə yetirib. Onu demək lazımdır ki, dünyada geosi -
92


yasi situasiya sürətlə dəyişdiyindən xarici siyasətin metodlarında da
yeniləşmələr baş verir. Artıq qeyd etdiyimiz kimi, XXI əsrin başlanğıcı
risklərin və böhranların yaranması ehtimalının artması ilə xarakterizə
olunur. Buna uyğun olaraq, mümkün təhlükə və riskləri nəzərə alan
çevik xarici siyasət strategiyasının daha da inkişaf etdirilməsinə
ehtiyac yaranır. Azərbaycan Prezidenti İlham Əliyev məsələnin bu
aspektinə daim ciddi diqqət yetirir və ölkəmizin son vaxtlar beynəlxalq
miqyasda əldə etdiyi böyük uğurlar çevik xarici siyasət kursunun
inkişaf etdiyini təsdiqləyir. Xarici siyasətin prioritet istiqamətlərinin
təhlili mövcud situasiyanın daha konkret mənzərəsini yaratmaqda
yardım edə bilər.
Nəzəri ümumiləşdirmələr
1991-1993-cü ilin birinci yarısında Azərbaycanın daxili və xarici
siyasəti ölkəni uçurum qarşısında qoymuşdu. Müstəqilliyini yenicə
əldə etmiş gənc dövləti bəzi xarici qüvvələr, ümumiyyətlə, dünyanın
geosiyasi xəritəsindən silmək niyyətində idilər. Xarici siyasətin gah
bu, gah da o biri ifrat mövqelərə varması çox ciddi problemlər yarat-
mışdı. Proseslər ölkənin bir neçə hissəyə parçalanmasına aparırdı.
Sovet İttifaqının dağılmasından sonra bütövlükdə postsovet məkanı
geosiyasi baxımdan qeyri-müəyyən idi. Azərbaycan kimi ölkələri
kimlərinsə xilas edə biləcəyi absurd görünürdü. Faktiki olaraq, uçu-
rumun kənarına gəlmiş dövləti yalnız öz daxilində yetişdirdiyi lider
xilas edə bilərdi. Xalqın o liderə inamı möhkəm idi və o Azərbaycanı
fəlakətdən qurtara bildi. 1993-cü ilin ikinci yarısında ölkənin dağılması
prosesi dayandı. Bir-birinin ardınca qanunsuz hərbi birləşmələr ləğv
edildi ki, bu da xarici qüvvələrin əl-qolunu bağladı.
Buna paralel olaraq dövlətin sistemli xarici siyasəti formalaşdırılırdı.
1995-ci ildən başlayaraq xarici siyasət sahəsində aktiv fəaliyyət
mərhələsi başladı. Azərbaycan Prezidenti Heydər Əliyev müxtəlif
dövlət və beynəlxalq təşkilatlarla intensiv surətdə əlaqələr qurdu.
Azərbaycanın xarici siyasəti bir çox istiqamətdə ölkənin əməkdaşlıq
93


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə