N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə36/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   32   33   34   35   36   37   38   39   ...   80

Azərbaycanın təhlükəsizliyi məsələsinə Türkiyə həmişə xüsusi
həssaslıqla yanaşıb. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi
Ermənistanın Azərbaycana təcavüzünü daim pisləyib və işğal olunmuş
ərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edib. Son illər Tür-
kiyənin bu məsələdə daha da fəallaşdığı müşahidə edilir. Qafqazda sa-
bitliyin və inkişafın təmin edilməsi üçün rəsmi Ankara təşəbbüslərini
davam etdirir. Burada bir neçə məqamın üzərində dayanmaq istərdik.
Türkiyə Cənub Qafqazda barışın bərqərar olmasında maraqlıdır.
Bunun üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ədalətli həll edilməlidir. Lakin Türkiyə regionun böyük dövlətlərindən
olsa da, proseslərə həlledici təsir göstərmək gücünə malik deyil.
Ona görə də, münaqişə lərin həlli məsələsində bir qədər arxa planda
durmağa məcburdur. Buna baxmayaraq, Türkiyənin geosiyasi çəkisi
artır və yaxın perspektivdə vəziyyət tamamilə dəyişə bilər.
Başqa bir məqam regionun beynəlxalq enerji layihələrində Türki-
yənin iştirakı məsələsi ilə bağlıdır. Türkiyə bu aspektdə xeyli fəaldır.
XXI əsrin əvvəllərindən rəsmi Ankara müxtəlif enerji layihələrində
yaxından iştirak etmək üçün diplomatik fəallıq nümayiş etdirir. Bü-
tövlükdə, Türkiyə Avropanı neft və qazla təmin edən əsas enerji
marşrutlarının üstündə olan ölkə kimi geosiyasi çəkisini xeyli
artırmışdır. Bu proses indi də davam edir. Lakin o, böyük bir
layihənin reallaşması ilə sıx bağlıdır.
Ümummilli lider Heydər Əliyevin böyük iradəsi və siyasi səyləri
nəticəsində Bakı-Tbilisi-Ceyhan neft layihəsi reallığa çevrildi. Bu
layihə həm Türkiyə-Azərbaycan münasibətlərinin konkret məzmun
kəsb etməsində, həm də bütün regionun geosiyasi mənzərəsinin də-
yişməsində ciddi rol oynadı. Heydər Əliyev həmişə Bakı-Ceyhan la-
yihəsinin iqtisadi mahiyyətindən çox, verəcəyi siyasi və geosiyasi
dividendlərindən danışardı.
Layihə ətrafında keçən əsrin 90-cı illərində aparılan proseslər
çoxlarının yadında olar. Heydər Əliyev neft strategiyasını dərin əsas-
landırmışdı və seçdiyi kursdan dönmək fikri yox idi. Bütün maneələrə
baxmayaraq (biz o maneələr haqqında əvvəlki paraqraflarda qeyd
etmişik) Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Ondan sonra Bakı-
116


Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri
həyata keçirilir. Bu layihələr Azərbaycanın Qərblə əlaqələrinin
müxtəlif sahələr və marşrutlar üzərində qurulması kimi qlobal
siyasətin konkret elementləridir. Məhz həmin illərdə həyata keçirilən
sistemli tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan Prezidenti ölkə
iqtisadiyyatının diversifikasiyası və müstəqilliyinin dönməzliyi barədə
əminliklə danışa bilir. Ulu öndər Azərbaycan-Türkiyə münasibətlərinin
ümumilikdə regionda yeni geosiyasi mənzərənin yaranmasına təkan
verəcəyini deyəndə bu günləri nəzərdə tuturdu.
Azərbaycanın Türkiyə siyasətində 1993-cü ildən başlayaraq hansı
istiqamətdə dəyişikliklərin getdiyi yuxarıda deyilənlərdən aydın olur.
Birincisi, bu münasibətlər etnik tarix, mədəniyyət və geosiyasi
strategiya baxımından çox yaxın olan iki dövlətin sıx əməkdaşlığına
əsaslanır. İkincisi, Azərbaycan dünyanın hər bir ölkəsi ilə olduğu
kimi, Türkiyə ilə də bərabərhüquqlu əməkdaşlıq qurdu. Azərbaycanın
milli suverenliyi tam gözlənildi. İndi Azərbaycan Türkiyə iqtisadiyyatına
milyardlarla dollar sərmayə qoyan dövlətlərdən biridir. Proqnozlara
görə, təkcə ARDNŞ-in Türkiyə iqtisadiyyatına qoyacağı sərmayə
2018-ci ildə 17 milyard ABŞ dolları həcmində olmalıdır (3.3.3). Nə-
hayət, Azərbaycan-Türkiyə münasibətləri bütövlükdə regionun
geosiyasi mənzərəsinin yeniləşməsinin aparıcı xəttinə çevrildi. Xarici
siyasət kursunun həyata keçirilməsi baxımından bunu əsas məqam
hesab etmək olar. Tarixdə ilk dəfə olaraq, iki qardaş ölkə böyük bir
geosiyasi məkanda konstruktiv əməkdaşlıq və sülhpərvər fəaliyyət
kursu əsasında dövlətlərin inteqrasiyası, iqtisadi əməkdaşlıq, mədə-
niyyətlərarası əlaqələr, enerji təhlükəsizliyi kimi sahələr üzrə ciddi
rol oynamağa başladılar. Bu baxımdan, Türkiyə-Azərbaycan əmək-
daşlığı Cənub Qafqazda barış, inkişaf və inteqrasiya proseslərinin
əsas təminatçısıdır. Təcrübə tezisin doğruluğunu təsdiq edir.
Türkiyə-Azərbaycan münasibətlərinin sadaladığımız istiqamətlər
üzrə strateji xarakter daşıması Azərbaycan xarici siyasətinin regionun
“böyük üçbucağı”nda əldə etdiyi ciddi uğurlardan biridir. Çünki
müasir tarixi mərhələdə hər bir dövlətin inkişaf potensialı onun ətraf
ölkələrlə qurduğu münasibətlərinin xarakterindən çox asılıdır. Burada
117


geosiyasi aspektdə bir tarazlaşma olmalıdır. Sirr deyil ki, Azərbay-
can-Türkiyə münasibətlərinə bəzi dövlətlər qısqanclıqla yanaşır. Bu
qısqanclığın olmaması üçün münasibətləri müasir beynəlxalq hüququn
tələblərinə tam uyğun qurmaq lazım idi. Eyni zamanda, tarixi ənənə
və mənəvi-mədəni amilləri nəzərə almaq gərəkdi. Bu çətin situasiyadan
hər iki dövləti Heydər Əliyevin siyasətçi bacarığı çıxardı. Artıq
Azərbaycanla Türkiyənin əməkdaşlığına bölgənin enerji təhlükəsiz-
liyinin başlıca qarantı kimi baxılır.
Nəhayət, Azərbaycanın regionun üçüncü böyük dövləti olan İranla
münasibətlərinin inkişaf dinamikası bütövlükdə bölgə üçün prinsipial
əhəmiyyət daşıyır. 1992-1993-cü illərdə bu dövlətlə münasibətlərdə
bir çox ziddiyyətlər yaşandı. Əsas ziddiyyət siyasi-ideoloji aspektdə
idi. Hakimiyyətə qayıdandan dərhal sonra Heydər Əliyev İranla mü-
nasibətlərin konstruktiv əməkdaşlıq müstəvisinə gətirilməsi üçün
geniş fəaliyyətə başladı. Hələ Naxçıvanda olarkən, 1992-ci ildə ulu
öndər Tehrana səfər etmiş və Naxçıvana yardım, nəzərdə tutan
sənədlər imzalamışdı. 1993-cü ilin oktyabrında İran Prezidenti Əli
Əkbər Haşimi Rəfsəncani Bakıya səfərə gəldi. Bu, münasibətlərin
istiləşməsində rol oynadı. 1994-cü ildə isə Heydər Əliyev İran İslam
Respublikasına ilk rəsmi səfər etdi. İki ölkə arasında bir sıra
əməkdaşlıq sazişləri imzalandı. O cümlədən, Haşimi Rəfsəncani
Azərbaycan Prezidenti ilə imzaladığı birgə bəyanatda Ermənistanın
ölkəmizə qarşı hərbi təcavüzünü pislədi. Bununla Azərbaycan-İran
münasibətlərində yeni bir səhifə açıldı. 1996-cı ildə Heydər Əliyev
İranın Məşhəd şəhərində Haşimi Rəfsəncani ilə görüşdü. 1997-ci
ilin dekabrında isə Ümummilli lider İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) Tehranda keçirilən zirvə toplantısında iştirak etdi. Həmin
səfər zamanı Azərbaycan Prezidenti İran rəhbərliyi ilə ayrıca görüş
keçirdi. Prezident Heydər Əliyevin 2002-ci ilin mayında İrana
növbəti səfəri qarşılıqlı münasibətlərdə dönüş nöqtəsi hesab edilir.
Keçirdiyi hər bir görüşdə Ulu öndər İranla bütün sahələrdə əmək-
daşlığa diqqət yetirirdi. Əsas məsələ isə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində İranla konstruktiv əlaqələrin
qurulması ilə bağlı idi. Eyni zamanda, Xəzərin statusu məsələsi də
118


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə