N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə38/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   34   35   36   37   38   39   40   41   ...   80

ümumi dil tapmalıdır. Geosiyasi nəzəriyyələrdə göstərilir ki, hətta
liderlik iddiasında olan dövlətin belə formalaşması prosesində onu
əhatə edən ölkələrin rolu böyük olur. Henri Kissincer özünün məşhur
“Diplomatiya” əsərində ABŞ-ın lider dövlət kimi xüsusiyyətləri ilə
Avropanın lider dövlətlərinin özəlliklərini müqayisə edir (bax: 3.2.2,
s.11-13). Məsələn, ABŞ geosiyasətdə “güclərin tarazlığı” modelini
qəbul edə bilmir. H.Kissincerə görə, bunun səbəbi tarixən ABŞ-ın
hər tərəfdən okeanla güclü dövlətlərdən təcrid olunmasındadır. ABŞ-
ı əhatə edən dövlətlər isə ondan xeyli zəif olublar (3.2.2, s.12).
Avropada isə tamamilə fərqli durum olub. Orta əsrlərdə avropalıların
vahid imperiya yaratmaq cəhdi iflasa uğradıqdan sonra onun yerində
eyni gücə malik bir neçə dövlət formalaşdı. Həmin vəziyyət avtomatik
olaraq, güclərin tarazlaşdırılması modelini qəbul etmək ehtiyacı
yaratdı (3.2.2, s.12-13). Buna görə də, ABŞ beynəlxalq münasibətlərdə
demokratiya, söz azadlığı, millətlərin öz müqəddəratını təyin etməsi
və s. özünün başa düşdüyü tərzdə qəbul edilməsini istəyir. Amerika
özünün missiyasını dünyanın hər yerində bu dəyərləri bərqərar
etməkdə görür və təəssüflər olsun ki, tez-tez bu amillərdən siyasi
məqsədləri üçün həm özü istifadə edir, həm də müttəfiqlərini buna
məcbur edir. Avropa dövlətləri isə indi də güc tarazlığı modelinə üs-
tünlük verirlər.
Azərbaycanın yerləşdiyi coğrafi regionda həmişə çox güclü
dövlətlər olub. Bu amili nəzərə almadan amerikasayağı xarici siyasət
kursu seçilərsə, iflas qaçılmaz olar. Avropadakı güc tarazlığı modelini
kor-koranə qəbul etsək, tarixi gerçəkliklərimiz ilə müasir geosiyasi
şərtlər arasında ciddi ziddiyyətin qurbanı ola bilərik.
Bəzilərinin bu gerçəkliklərin fonunda Azərbaycanın balanslaşma
siyasətinə sadəlövhcəsinə izah verməyə çalışması qeyri-ciddi görünür.
Balanslaşma siyasəti Azərbaycanın regional liderliyini təmin etməli
idi. Heydər Əliyevin strateji təfəkkürü və siyasi peşəkarlığı dövlətçi-
liyimiz üçün tarixi əhəmiyyətli həmin vəzifənin öhdəsindən gəldi.
Keçən müddət ərzində Azərbaycanın Rusiya, Türkiyə və İranla mü-
nasibətlərini dövrün ziddiyyətlərinin cəngindən qurtarıb, konstruktiv
müstəviyə gətirməsini təmin edən praktik addımlar göz qabağındadır.
122


Bu faktın işığında Azərbaycanın Rusiya, Türkiyə və İran siyasətinin
bir-birini tamamladığı aydın görünür. Çünki belə olmasaydı, Azər-
baycanı bu gün Cənub Qafqazın lider dövləti kimi qəbul etməzdilər.
Regionun üç böyük dövləti ilə qurulan münasibətlərin fonunda,
Cənub Qafqazın iki kiçik ölkəsi – Gürcüstan və Ermənistan istiqa-
mətində aparılan siyasət də az əhəmiyyətli deyil. Bunun həm tarixi,
həm regional, həm də geosiyasi səbəbləri vardır.
3. 4. Gürcüstan və Ermənistan: 
bir paradoksdan iki çıxış yolu
Cənub Qafqaz geosiyasi baxımdan dünyanın ən mürəkkəb regi-
onlarından biridir. Əsrlərlə burada güclü dövlətlərin geosiyasi
maraqları toqquşur. Dövlətlər arasında münasibətlər mürəkkəb
xarakter daşıyır. Xüsusilə, Cənub Qafqazda ermənilərin dövləti ya-
radıldıqdan sonra bölgədə qanlı toqquşmaların sayı artıb. Henri Kis-
sincerin təbirincə desək, yerli xalqlar nə vaxtsa Cənub Qafqazda
“savaşan çarlıqlar” dövrünün sona çatması (3.2.2, s.13) ümidi ilə ya-
şamışlar. SSRİ-nin dağılmasından sonra Ermənistanın işğalçı siyasəti
nəticəsində Cənub Qafqazın geosiyasi durumu pozuldu. Ermənistan
Azərbaycanın torpaqlarının 20 faizini işğal edərək, regionda dağıdıcı
mövqe tutdu. Uzun müddət siyasi və geosiyasi baxımdan sakit
region hesab edilən Cənub Qafqaz yenidən qaynadı. Hazırda bu
vəziyyət davam edir.
Lakin Azərbaycan xarici siyasətində Cənub Qafqazın iki ölkəsinə
çox diqqət yetirir. Ermənistanın təcavüzkarlığının aradan qaldırılması
xarici siyasətin əsas istiqamətlərindən biri olaraq qalır. Gürcüstana
yönəlik siyasətdə isə daha sıx əməkdaşlıq xətti seçilmişdir. Ermənistanın
işğalçı siyasəti Azərbaycanı bir regionun iki kiçik dövlətinə münasibətdə
tamamilə fərqli siyasi xətt seçmək məcburiyyətində qoymuşdur.
Dünya miqyasında coğrafi baxımdan kiçik olan bir region üçün bu
parçalanma çox ağır siyasi, sosial, demoqrafik, iqtisadi və mədəni
nəticələr vermişdir. Bəzi xarici qüvvələr isə həmin vəziyyətdən
istifadə edərək, regionda öz maraqlarının təmin edilməsinə çalışırlar.
123


Bununla da qədim tarixə və mədəniyyətə malik olan bir bölgədə Er-
mənistanın qeyri-konstruktiv və dövrün ruhuna uyğun olmayan tə-
cavüzkar siyasəti çoxlu sayda süni geosiyasi problemlər yaratmışdır.
Azərbaycan regional xarici siyasətini bu reallığı nəzərə almadan for-
malaşdıra bilməzdi.
Keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın işğalçı
siyasəti davam etdiyindən Azərbaycan Gürcüstanla da münasibətlərinə
aydınlıq gətirməkdə çətinlik çəkirdi. 1991-1993-cü illərdə Gürcüstanda
radikal millətçi qüvvələrin hakimiyyətdə olması da iki ölkə arasında
münasibətlərin normal məcraya düşməsinə süni əngəllər yaradırdı.
Həmin illərdə Gürcüstanda yaşayan soydaşlarımızın yurd-yuvalarını
tərk edərək, Azərbaycana üz tutması yaddan çıxmayıb. Bu proses
Z.Qamsaxurdiya iqtidarının ultramillətçi davranışları ilə sürətlənir
və genişlənirdi. Nəticədə, Borçalı bölgəsindən minlərlə azərbaycanlı
sıxışdırıldı. Azərbaycanlıların təhlükəsizliyi üçün təminat yox idi.
Yalnız Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra soydaş-
larımızın “səssiz deportasiyası”na son qoyuldu.
Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik mü-
nasibətlərin 1992-ci il noyabrın 18-də qurulmasına baxmayaraq,
1993-cü ilin ikinci yarısına qədər həmin əlaqələr demək olar ki, yox
dərəcəsində idi. Yalnız 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan
səfirliyi, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi
açıldı. İki ölkə arasında ilk müqavilə 1995-ci ildə bağlandı. Müqavilədə
siyasi, iqtisadi, hərbi və kommunikasiya sahələri üzrə əməkdaşlıq öz
əksini tapdı (3.4.1). Azərbaycanla Gürcüstan arasında əlaqələrin
intensiv inkişaf dövrü məhz həmin vaxtlardan başlayır. Heydər
Əliyev 1996-cı ildə Tbilisiyə səfər etdi. Həmin səfərdə 2 bəyannamə
imzalandı. Onlardan biri “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükə-
sizlik” (3.4.1), digəri isə “Qafqaz regionunda sülh, təhlükəsizlik və
əməkdaşlıq” (3.4.2) haqqındadır. Göründüyü kimi, tərəfləri daha
çox təhlükəsizlik və sülh məsələləri düşündürürdü.
124


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə