N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə46/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   42   43   44   45   46   47   48   49   ...   80

formatında münasibət qurur. Bu münasibətlər müstəqilliyin ilk
illərindən başlamışdır. 1991-1992-ci illərdə Azərbaycanı bir neçə
Avropa dövləti tanıdı. 1992-ci ilin yanvarında Azərbaycan ATƏT-ə
(ATƏM adlanırdı) üzv qəbul edildi, martda isə Minsk qrupu yaradıldı.
Lakin onda Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlıqla bağlı
rəsmi müqavilələri yox idi. Əməkdaşlığın konkret istiqamətləri
müəyyən edilməmişdi. 1991-1993-cü illərdə əsasən TACİS proqramı
çərçivəsində Azərbaycana qrantlar ayrılırdı. 1993-cü ilin may ayında
TACİS çərçivəsində MDB ölkələrinə yardımı nəzərdə tutan TRACECA
layihəsi qəbul edildi. İki il sonra isə INOGATE adlı proqram qəbul
edildi. Bu proqram enerji sahəsində Aİ, Türkiyə və MDB ölkələrinin
əməkdaşlığını nəzərdə tutur.
Aİ-nin dəstəyi ilə bir neçə layihənin hazırlanmasını təsadüfən xa-
tırlamadıq. Bu, keçən əsrin 90-cı illərində Avropa İttifaqının MDB
ölkələri siyasətinin mahiyyətini ifadə edir. Sovetlər ölkəsi dağılandan
sonra Avropa həmin məkanda yaranmış müstəqil dövlətlərlə ilk
zamanlar daha çox iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığa
üstünlük verirdi. Müxtəlif yardım proqramları vasitəsi ilə həmin
dövlətlərlə əməkdaşlıq edirdi.
Lakin bu proses uzun sürmədi. Aİ-nin özünün struktur-funksional
səciyyəsi dəyişdi. Amsterdam sazişi ilə Aİ beynəlxalq münasibətlərin
müstəqil subyekti olmaq iddiasına düşdü. Analitiklər bu qurumun
dövlət və yaxud ümumiyyətlə, birlik olduğunu müzakirə edərkən,
Aİ konkret xarici siyasət yeritməyə başladı. Təbii olaraq, Aİ-nin
postsovet məkanı ilə bağlı planlarında düzəlişlər baş verməli idi. Bu
düzəlişlər yığcam formada 2001-ci il Nitsa müqaviləsində əks olundu.
Həmin müqavilədə göstərilirdi ki, 1) Aİ-nin bütövlüyü, müstəqilliyi,
fundamental prinsipləri, ümumi dəyərlərin müdafiəsi; 2) Aİ-nin təh-
lükəsizliyinin təmini; 3) İttifaqın xarici sərhədlərində sülh və beynəlxalq
təhlükəsizliyin təmini; 4) beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;
5) demokratiyanın yayılması, hüquqi dövlət sisteminin, insan haqlarına
hörmətin və azadlığın təməl prinsiplərinin bərqərar olması ümumi
xarici və təhlükəsizlik siyasətinin əsas məqsədidir (3.5.10).
146


Göründüyü kimi, Aİ üçün təhlükəsizlik, müstəqillik, demokratiya
və insan haqları məsələləri birinci sıraya çıxarılmışdır. Bunun fonunda
Avropanın enerji təhlükəsizliyinin təmini strateji xarakter kəsb edir.
Azərbaycan Avropa siyasətində Aİ-nin bu cür transformasiyalarını
nəzərə alıb.
Tarix elə gətirdi ki, müstəqil Azərbaycanın Avropa İttifaqı ilə ilk
“təması” ATƏT çərçivəsində oldu. Ermənistanın torpaqlarımızı işğal
etməsi Azərbaycan-Aİ münasibətlərinin istiqaməti və məzmununa
təsir etdi. Müstəqilliyin ilk illərindən Azərbaycana Avropadan qrantlar
gəlsə də, əsas məsələ kölgədə qalırdı. Yəni Azərbaycanın milli
dəyərləri və maraqları nəzərə alınmalı idi. Azərbaycan bəzi postsovet
dövlətləri kimi yardımlar və qrantlar hesabına yaşayan oyuncaq ölkə
ola bilməzdi. O, Aİ ilə bərabərhüquqluluq prinsipi əsasında münasibətlər
qura bilərdi. Bu iş gərgin əmək və davamlı siyasət tələb edirdi.
Heydər Əliyev həmin prosesə 1993-cü ildən başladı.
Azərbaycan Prezidenti 1993-cü ilin dekabrında Fransaya rəsmi
səfər etdi. Səfər zamanı “Azərbaycan Respublikası ilə Fransa Res-
publikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında”
müqavilə imzalandı. 1994-cü ilin fevralında Heydər Əliyevin Böyük
Britaniyaya səfəri oldu. Analoji müqavilə Böyük Britaniya ilə
imzalandı. Həmin ilin may ayında isə Azərbaycan NATO-nun “Sülh
naminə tərəfdaşlıq” proqramına qoşuldu. Bütün bunlar “Əsrin mü-
qaviləsi”nin siyasi-diplomatik təməllərini hazırlamağa imkan yaratdı.
1994-cü ili Azərbaycan-Avropa münasibətlə rinin transformasiyasında
dönüş nöqtəsi hesab edə bilərik.
Ondan sonra Heydər Əliyevin Avropanın müxtəlif ölkələrinə
intensiv səfərləri başladı. Bolqarıstan, Rumıniya, Norveç, Almaniya,
Polşa, İtaliya və başqa Avropa ölkələri ilə əlaqələr quruldu. Fransa
və Britaniyaya təkrar səfərlər edildi. 1996-cı il Almaniya, 1997-ci il
Fransa və 1998-ci il Britaniya səfərlərinin qarşılıqlı münasibətlərin
inkişafında ayrıca yeri oldu.
Azərbaycan paralel olaraq, Avropa İttifaqı ilə də münasibət qurdu.
1996-cı il aprelin 22-də Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və
147


Əməkdaşlıq haqqında Saziş (TƏS) imzalandı (3.5.11). Saziş 1999-
cu ildə qüvvəyə mindi. TƏS-ə uyğun olaraq, Əməkdaşlıq Şurası ya-
radıldı və onun çərçivəsində hər il müzakirələr aparılması qərara
alındı. Parlamentlərarası əlaqələr, ticarət və iqtisadi sahələrdə əmək-
daşlıqla bağlı konkret addımlar atıldı.
Aİ-Azərbaycan əlaqələrinin əsas məzmunu Hans Van den Brukun
bir fikrində konkret ifadə olunub. Van den Bruk 1998-ci ildə Aİ-nin
komissarı kimi Bakıya gəlmişdi. O, Bakıda belə bir fikir bildirdi: “Aİ-
nin Azərbaycanla əlaqələri bizə onun enerji ehtiyatlarına əlimizin
çatmasından daha önəmlidir. Azərbaycanla münasibətlərimiz
Mərkəz Asiya ölkələri ilə qarşılıqlı əlaqələr qurulması planlarımızda
ciddi rol oynayır. Bundan başqa, bu əlaqələr Qafqaz regionunda
sabitliyi saxlamağa imkan verir” (3.5.12, s.123).
Bu cümlələrdə Azərbaycan-Aİ əlaqələrinin əsas istiqamətləri qısa
ifadə olunub. Birincisi, regional təhlükəsizliyin təmini istiqamətində
əməkdaşlıq. İkincisi, enerji sahəsində əlaqələr. Üçüncüsü, Mərkəz
Asiya ilə Avropanın əlaqələrinin qurulmasında Azərbaycanın
böyük rol oynamasının təmini.
Keçən müddət ərzində Azərbaycanla Avropa arasındakı əlaqələrin
inkişaf tendensiyaları bu fikri təsdiq edir. Həmin istiqamətlərə bir
neçə amil da daxildir. Onlardan Cənub Qafqazda münaqişələrin
həllində Aİ-nin imkanlarından istifadəni, Azərbaycana müxtəlif proq-
ramlar vasitəsi ilə yardımların edilməsini, beynəlxalq enerji layihələrində
ölkəmizin əsas iştirakçı rolunun təmini, NATO çərçivəsində müxtəlif
layihələrdə iştirakı qeyd edə bilərik. Həmin istiqamətlərdə əməkdaşlıq
2004-cü ilin iyununda Cənub Qafqaz ölkələrinin Avropa Qonşuluq
Siyasəti (AQS) layihəsinə daxil edilməsi ilə yeni məzmun kəsb
etməyə başladı. Bu hadisədən iki ay əvvəl Azərbaycan Prezidenti
İlham Əliyev AŞPA-dakı çıxışında qeyd etmişdi ki, “bizim bugünkü
strateji seçimimiz Avropaya inteqrasiyadır...” (3.5.13).
Bununla da Azərbaycanın xarici siyasətində Avropanın tutduğu
yer dəqiq ifadə edildi. AQS çərçivəsində həyata keçirilən proqramlar
Azərbaycanın strateji inkişaf xəttinə uyğun aparılırdı. Qarşılıqlı əla-
148


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə