N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə49/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   45   46   47   48   49   50   51   52   ...   80

Qərbdə sivilizasiyanı dil və mədəniyyətlə sıx bağlayırlar. Bu
baxış keçən əsrin ikinci yarısından sonra Qərb təfəkküründə möh-
kəmlənib (bax: 3.5.21). Postsovet məkanında yerləşən ölkələrə də
dil, din və mədəniyyət mənsubluğu prizmasından yanaşılır. Bu
səbəbdən təcavüzkar xristian Ermənistana Azərbaycandan fərqli mü-
nasibət göstərilir. Bunu təsdiq edən faktlar dünya KİV-də kifayət qə-
dərdir. Onların üzərində dayanmayacağıq. Demək istədiyimiz odur
ki, Aİ üçün təhlükəsizlik, enerji təminatı və informasiya məsələsinin
daha da aktuallaşması Azərbaycanın xarici siyasətinə öz təsirini
göstərir. Aİ-nin bir sıra hallarda haqsız iradlarına və ölkəmizdə süni
problem axtarışına baxmayaraq, Azərbaycan bu qurumla əlaqələri
inkişaf etdirmək xəttinə sadiqdir. Üçüncü mərhələdə enerji təhlükəsizliyi
və münaqişələrin həlli ən aktiv qarşılıqlı əlaqələr sahəsi olub.
Avropa enerji təhlükəsizliyinin təmini məsələsində Azərbaycana
böyük önəm verir. XXI əsrin əvvəllərindən başlayaraq, Avropanın
həyata keçirməyi planlaşdırdığı bütün böyük enerji layihələrində
Azərbaycan ciddi yer tutur. Son illər “Nabukko” və “Cənub axını”
layihələri ətrafında baş verənlər bunu bir daha təsdiq edir. Avropa
“Nabukko”-nun Azərbaycanın dəstəyi olmadan reallaşa biləcəyinə
inanmır. Haqlıdır. Lakin proseslər göstərdi ki, Qərbin özündə bu la-
yihənin həyata keçməsinə əngəl olan qüvvələr vardır.
Onlar Azərbaycanda insan haqları, “siyasi məhbus”, demokratik
islahatlar, dini radikalizm, bir sözlə, yuxarıda qeyd etdiyimiz
sivilizasiya anlayışına daxil olan amilləri bəhanə edirlər. Halbuki
Azərbaycan Cənub Qafqazda yeganə dövlətdir ki, mədəniyyətlərarası
əlaqələr, dini tolerantlıq, sivilizasiyalararası dialoq və humanitar
problemlər mövzusunda tez-tez beynəlxalq tədbirlər (konfranslar,
dəyirmi masalar, seminarlar, müsabiqələr və s.) təşkil edir.
Azərbaycanın real siyasi, sosial-mədəni həyatı cəmiyyətimizin tole-
rantlığını, fərqli dinlərə səbirlə yanaşdığını, müxtəlif mədəniyyətlərin
inkişafı üçün lazımi şərait yaratdığını sübut edir. Avropalı siyasətçilərin
özləri belə dəfələrlə bunu etiraf ediblər. Buna baxmayaraq, Aİ Cənub
Qafqaz siyasətində hələ də düzgün diferensiasiya apara bilməyib. Dini
mən subluğu önə çəkib, real situasiyanı təhrif olunmuş şəkildə qiymət-
155


ləndirmək heç vaxt Avropanın təhlükəsizliyini təmin etməyə xidmət
etməyəcək. Bunun fonunda Azərbaycanla enerji təhlükəsizliyi məsələsini
necə və hansı meyarlar əsasında müzakirə etmək daha aktual görünür.
Məsələ ondan ibarətdir ki, Azərbaycan enerji təhlükəsizliyi prob-
lemini münaqişələrin həlli ilə sıx bağlılıqda nəzərdən keçirir. Çünki
Azərbaycanın torpaqlarının 20 faizini Ermənistan işğal edib və
oradan çıxmaq istəmir. Ölkəmiz bu problemin həllinə zərər gətirə
bilən heç bir layihədə iştirak etməz. Ona görə də, ABŞ və Avropanın
rəsmi dairələri enerji təhlükəsiz liyinin təmini ilə bağlı sözdə Azər-
baycana nə qədər çox önəm versələr də, rəsmi Bakı real atılan
addımlara uyğun hərəkət edir. Azərbaycanın Avropa siyasətində bu
məqam əsas yeri tutur. Hazırda Azərbaycan 7 istiqamətdə öz enerji
daşıyıcılarını ixrac etmək imkanına malikdir. Həmin məsələdə
dünyada heç bir dövlət ölkəmizə təzyiq edə bilməz. Avropanın da nə
“Nabukko”, nə də “Cənub axını” layihələri ilə bağlı Azər baycana
güclə nəyisə qəbul etdirməsi mümkün deyil. Son vaxtlar baş verən
bəzi hadisələr bunu bir daha təsdiq etdi.
Biz Avropa mediasında Azərbaycana qarşı kampaniya aparılmasını
nəzərdə tuturuq. Bu proses Azərbaycanın BMT TŞ-yə üzv olması,
üstəlik, onun iclaslarının birinə sədrlik etməsi və “Avroviziya” bey-
nəlxalq mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində daha da
şiddətləndi. Azərbay canın xarici siyasəti bu uğurları ilə ölkəmizin
Cənub Qaf qazda daha sivil, müxtəlif mədəniyyətlərə mənsub insanların
yanaşı yaşadığı və dinlərarası dialoqun hökm sürdüyü məkan olduğunu
sübut etdi. Avropada bəzilərinin bu prosesə emosional reaksiya
verməsi təsadüfi təsir bağışlamır. Görünür, Qərbdə bəzi dairələri
Cənub Qafqazda lider dövlətin “öz xristian ölkələrindən” birinin
yox, müsəlman dövlətinin olması narahat edir. Öz işləridir. Lakin bu
cür düşüncə ilə necə təhlükəsizlik sistemi qurmaq olar? Hansı
meyarlarla ölkələri və regionları inteqrasiya etmək mümkün olar?
Bütün bunlara baxmayaraq, Azərbaycanın enerji siya 
sətində
Avropa çox ciddi yer tutmaqda davam edir. Ölkəmiz müxtəlif
beynəlxalq enerji layihələrində iştirak etmək kursundan dönməmişdir.
Aİ ilə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi demokratik
156


dövlət quruculuğu sahəsində Avropanın təcrübəsindən yararlanmaq
imkanlarını artırır. Lakin bir çox məsələlərin gələcəyi münaqişələrin
həllində Qər bin nə dərəcədə fəal olacağından asılıdır. Azər baycan
üçün ərazi bütövlüyünün təmini prioritet məsələdir. Bu məsələ ilə
bağlı növbəti fəsildə geniş təhlil aparacağımız üçün onun üzərində
ətraflı dayanmırıq. Qeyd edək ki, rəsmi Bakı Ermənistanın təcavüzünün
nəticələrinin aradan qaldırılması problemini heç bir şeyə güzəştə get-
məyəcək. Bu problem xarici siyasətin prioriteti olaraq qalacaq. Yalnız
Ermə nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll ediləndən
sonra müəyyən məsələləri yenidən nəzərdən keçirmək olar.
Beləliklə, Azərbaycanın xarici siyasətində Avropa əsas istiqamət-
lərdən biri kimi çox ciddi yer tutur. Müasir mərhələdə Aİ ilə ölkəmiz
arasındakı münasibətlər dinamik inkişaf edir. Azərbaycanın Avropaya
inteqrasiya siyasəti dəyişməmişdir. Lakin bu kursun dayanıqlı və
davamlı olması təkcə rəsmi Bakının iradəsindən asılı deyil. Sürətlə
yeniləşən dünyada qarşıya gözlənilməyən situasiyalar çıxa bilər.
Geosiyasi güc mərkəzinin Şərqə tərəf dəyişdiyini də unutmaq
olmaz. Bu prosesin cərəyan etdiyini Qərbin aparıcı analitik və siya-
sətçiləri təsdiqləyirlər (məsələn, Z.Bjezinski, H.Kissincer, S.Hantinqton).
Azərbaycan Şərqlə Qərb arasında “geosiyasi körpü” olaraq, təbii ki,
bu prosesdən kənarda qala bilməz. Ona görə də, dövlətimizin xarici
siyasətinin əsas istiqamətləri yalnız Qərblə bağlı deyil. Azərbaycan
Qərb istiqaməti ilə yanaşı, Şərq dövlətləri ilə də əməkdaşlığa diqqət
yetirməlidir. Hazırda bu siyasət aparılır. Biz növbəti paraqrafda bu
istiqamətdə atılan addımları təhlil edəcəyik.
Onu qeyd edim ki, Avro-Atlantik və Asiya-Sakit okean məkanı
istiqamətlərindəki siyasəti bir-biri ilə əlaqələndirən yalnız Azərbaycan
deyil. Bütövlükdə, Avrasiya məkanında yerləşən dövlətlərin xarici
siyasətində Avro-Atlantik və Asiya-Sakit okean məkanları bir-biri
ilə sıx bağlılıqda nəzərə alınır. Məsələn, Rusiya Prezidenti V.Putin
2012-ci ilin may ayında “Rusiya Federasiyasının xarici siyasət
kursunun reallaşması tədbirləri haqqında” sərəncam imzalayıb
(3.5.22). Həmin sərəncamda Rusiyanın Avro-Atlantika və Asiya-
Sakit okean məkanları istiqamətlərində yeritdiyi siyasətin bir-birini
157


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə