N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə51/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   47   48   49   50   51   52   53   54   ...   80

həsiz, Rusiya və Çin kimi böyük dövlətlər ABŞ-ın hegemonluğunu
ağrılı qəbul edirlər (3.3.1, s.17). Ona görə də, beynəlxalq miqyasda
bu güclər arasında mübarizə amansız və kəskin xarakter ala bilər.
H.Kissincerdən fərqli olaraq, Z.Bjezinski kənardan təsir etməklə və
ətraf dövlətlərin (ilk növbədə Yaponiya və Hindistanın) Qərb həyat
tərzinə keçməsi ilə Çini “tədricən demokratikləşdirmənin mümkün
olduğuna” inanır (3.3.1, s.136). Bu məqamda Z.Bjezinski ilə A.Frid-
berqin mövqelərində bir yaxınlıq hiss edilir.
ABŞ-da Çinlə münasibətlərə dair fərqli mövqelərin olması bü-
tövlükdə bu problemin amerikanlar üçün aktuallığını və mürəkkəbliyini
göstərir. Amerika Çini dünyanın perspektivli geosiyasi gücü kimi
qəbul edir. Aydındır ki, Uzaq Şərqdə güclü geosiyasi enerji cəmlənir.
Çinlə bərabər regionun Hindistan, Yaponiya, Sinqapur, Koreya, Vyetnam,
Tayvan, Ma layziya və s. kimi ölkələri sürətlə inkişaf edirlər. Bu prosesə
Avrasiya və Amerikada heç bir böyük dövlət laqeyd qala bil mir. ABŞ-la
yanaşı Avropa, Rusiya və Türkiyə də Uzaq Şərq öl 
kələrinə xüsusi
maraq göstərirlər. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Çini
“Asiyanın şərqində parlayan ul  duz” adlandırıb. Bunlar müasir geosiyasi
mühitdə Uzaq Şərq amilinin dünya üçün böyük əhəmiyyət daşıdığını
sübut edir.
Bütün bunların fonunda Pekinin hansı xarici siyasi kurs yeritməsi
məsələsi çox aktual görünür. ABŞ tərəfdən bir qədər aqressiv və
əsəbi ideyalar ifadə edilir. Bu ideyaların hər birində Amerikanın he-
gemonluğu əsas məqsəd kimi ifadə olunur. Fərq yalnız həmin məq -
sədə necə çatmaqda özünü göstərir.
Bəs Çin necə, dünya liderliyi haqqında nə düşünür? Bəzi mütə-
xəssislər hesab edirlər ki, “Çin özünün inkişaf etmiş ölkələrə, üstəlik,
fövqəldövlətlərə aid olduğunu qəti inkar edir. O, özünü inkişaf edən
ölkələrin sıradan bir dövləti kimi göstərməkdə davam edir” (3.6.6, s.
2-3). Çin bunun iki səbəbini göstərir. Birincisi, Çinin obyektiv sosi-
al-iqtisadi reallıqlarıdır. İkincisi, rəsmi Pekinin “Çin islahatlarının
atası” sayılan Den Syaopinin aşağıdakı tövsiyəsini heç zaman unut-
mayacağını deyirlər. D.Syaopin belə deyib: “Lider olarsan – işləri
161


korlayarsan. Hegemonların çox pis imici var. Üçüncü dünya liderinin
imici də ondan yaxşı olmayacaq. Bu, gəlişigözəl söz deyil, sırf siya -
si hesabdır” (3.6.7). Bizcə, Çin siyasi fikir tarixinə və hazırkı inkişaf
strategiyasına tam uyğun olan mövqedir. Yəni liderlik rəqabətinə
həvəsli olan Amerikaya qarşı Çin Şərq müdrikliyi ilə ehtiyatlılığını
yanaşı qoyur.
Rəsmi Pekinin real məqsədinin nə olduğu təbii ki, yuxarıdakı fi-
kirlərdə ifadə edilməyib. Lakin çinlilər çox ehtiyatlıdırlar. Onlar rə-
qiblərini qiymətləndirməyi bacarırlar – səbir və ağılla hərəkət edirlər.
Eyni zamanda, etiraf etmək lazımdır ki, Çin xarici siyasətində real
vəziyyəti və imkanlarını daim nəzərə alır. Rəsmi Pekinin “üçüncü
dünya” ölkələrinə yönəlik siyasətində bu, aydın görünür. Çin rəsmi
sənədlərində “harmonik dünya” konsepsiyası təqdim olunur (bax:
3.6.8 və 3.6.9).
Bu konsepsiyaya görə, 1980-ci illərdən başlayaraq “üçüncü dünya”
ölkələrinin geosiyasi çəkisi artır. Çinin əsas vəzifəsi “üçüncü dünya”
ilə sıx əməkdaşlıq qurub, ümumilikdə harmonik inkişafa nail olmaqdır.
Lakin Çin “üçüncü dünya” ölkələrinin geosiyasi təsirini onların bey-
nəlxalq təşkilatlarda birləşərək, vahid “antihegemonçu mövqedən”
(yəni bir dövlətin və ya dövlətlər blokunun hegemonluğuna qarşı
durmaq) çıxış etməsində görür. Ona görədir ki, son zamanlar Çin
beynəlxalq təşkilatlar formalaşdırmaqdadır. “Çin-Afrika”, “Çin-Latın
Amerikası”, BRİKS və başqa təşkilatların yaradılması buna misaldır.
Buradan Çinin “harmonik dünya” konsepsiyasına əsaslanan geosiyasi
strategiyasının mahiyyəti aydın olur.
Maraqlıdır ki, ABŞ və Çinin geosiyasi strategiyasının müqayisəsi
həm də Qərb və Şərq dünyagörüşü arasındakı fərqləri aydın göstərir.
Çin qələbəni harmoniyada, ABŞ isə rəqabətdə, öz üstünlüyünü təmin
etməkdə axtarır.
Çinin geosiyasi strategiyasında diqqəti çəkən başqa bir məqam
Cənub yarımkürəsində yerləşən dövlətlərin əmək daşlığını genişlən-
dirməyə çalışmasıdır. Bu cür siyasət Çinin Rusiya və Avropaya da
ehtiyatla yanaşdığı fikrini formalaşdıra bilər. Lakin Moskva ilə
Pekinin son vaxtlar qarşılıqlı münasibətlərə xüsusi əhəmiyyət verməsi
162


situasiyanın daha mürəkkəb olduğunu göstərir. Doğrudan da, Rusiya
ilə Çinin bir-birindən ehtiyatlandığı hiss edilir. Rusiya ABŞ-Çin mü-
barizəsində heç bir tərəfə dəstək vermək istəmir. Eyni zamanda, Asi-
ya-Sakit okean regionunda inteqrasiya proseslərinə yardım etməyi
özünün xarici siyasətinin prioritetləri sırasına daxil edir (bax: 3.5.22).
“Cənub”a üstünlük verməklə isə Çin ABŞ-ın daha geniş miqyasda
maraqlarına xidmət edən təşkilatların yaranmasının qarşısını almağa
çalışır.
Rəsmi Pekin çoxqütblü dünya modeli formalaşdırmağa cəhd edir.
Bu məsələdə onun Rusiya ilə müəyyən istiqamətlər üzrə ortaq
hərəkət etmək imkanı vardır. Moskva da bundan istifadə edərək, bir
neçə geosiyasi güc mərkəzinin formalaşması xəttinə dəstək verir.
Təbii ki, Rusiya özü Avrasiyada geosiyasi güc mərkəzi yaradıb,
onun lideri olmaq planlarından imtina etmir. Bu səbəblərdən Çinin
yeni prezidenti Si Cinpinin ilk xarici səfərini Rusiyaya etməsi Qərbin
siyasi dairələrində həssaslıqla qarşılandı. Məlumdur ki, hər iki döv -
lətin qlobal geosiyasətə aid ortaq maraqları vardır. Bu mənada Mosk -
va ilə Pekinin əməkdaşlığa davam edəcəklərini proqnozlaşdırmaq
olar. Bununla belə, Rusiya ilə Çinin hansı məqama qədər müttəfiq
ola biləcəklərini gələcək göstərəcəkdir.
V.Putinin Çinə son səfəri zamanı (5-7 iyun 2012-ci il) bəzi fikir
ayrılığı özünü göstərib. Rusiya Çinin ortaq qurumlar yaratmaq
(maliyyə, azad ticarət zonası və iqtisadi əməkdaşlıqla bağlı) təkliflərini
qəbul etməyib. Məsələn, Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatı
(ŞƏT) çərçivəsində azad ticarət zonasına daxil olmasına Rusiya im -
kan vermədi. Rəsmi Pekinin ortaq maliyyə qurumu yaratmaq təklifini
də Moskva qəbul etmədi. Rusiya-Çin münasibətlərində fikir ayrılığına
səbəb olan digər faktor birgə inkişaf bankı yaratmaqla bağlıdır.
Əslində, hər iki dövlətə dollara alternativ ola bilən valyutanı dövriy -
yəyə buraxmaq sərf edir. Lakin bu pul vahidinin kimə aid olması
məsələsində ciddi mövqe fərqi vardır. İqtisadiyyatı daha güc lü olan
Çin öz pul vahidi olan yuanı BRİKS və ŞƏT daxilində əsas valyutaya
çevirmək niyyətindədir. Beləliklə, Rusiya-Çin əməkdaşlığının bir
163


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə