N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə50/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

tamamlaması öz əksini tapıb. Rusiya Avropa İttifaqı ilə yanaşı,
ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə də əlaqələri
inkişaf etdirməyi planlaşdırıb. Təsadüfi deyil ki, bu ölkənin xarici
siyasət konsepsiyasında Asiya-Sakit okean regionu “ən dinamik
inkişaf edən geosiyasi məkan” kimi bəyan edilib. Dünya iqtisadiyyatı
və siyasətinin əsas ağırlıq mərkəzinin məhz həmin bölgə olacağı
vurğulanıb.
Nəhayət, Aİ-Azərbaycan münasibətlərinin perspektivindən danı-
şarkən, bir məqamı da nəzərə almalıyıq. Müasir elmi nəzəriyyələrdə
geosiyasi risklərin dünya proseslərinə təsirinin artmasına ciddi yer
verilir. Odur ki, Azərbaycan geosiyasi risklərin mümkün təsirini
nəzərə almalıdır. Qarşılıqlı dəstəyin mövcudluğu şəraitində bu əmək-
daşlığın çox perspektivli olduğunu düşünürük. Azərbaycan bu mənada
üzərinə düşən öhdəliklərə tam əməl edir.
3.6. Uzaq Şərq: müdrikliklə ehtiyatlılığın yanaşı 
durduğu məkan
XX əsrin ikinci yarısında Qərbin qabaqcıl analitik və siyasətşü-
naslarının hər birinin əsərində Uzaq Şərq regionu və ayrıca Çin
xüsusi yer tutub. O cümlədən, S.Hantinqton, Z.Bjezinski, H.Kissincer,
F.Zəkəriyyə kimi ABŞ-ın böyük politoloqları Çinin müasir dünya si-
yasətində oynadığı rolla bağlı çoxlu sayda fikirlər irəli sürmüşlər.
Onların həmin fikirlərini birləşdirən bir tezis vardır – Çin müasir
geo siyasi mühitdə ABŞ-a rəqib ola biləcək dövlətə çevrilmişdir.
Əslində, Çin məsələsi yaxın keçmişdə aktuallaşmayıb. Onun
tarixi kökləri qədimdir. İkinci dünya müharibəsindən sonra da həmin
məsələ aktual olaraq qaldı. Onda İ.Stalin Çinin gələcək perspektivlərini
görürdü. Ona görə də, SSRİ ilə Çin arasında yaxın münasibətlərin
qurulmasına çalışırdı. Eyni həssaslığı dövrün böyük siyasətçisi
hesab edilən 
U.Çörçill göstərə bilməmişdi. Hələ 1943-cü ildə
Tehran görüşündə İ.Stalin ABŞ Prezidenti F.Ruzveltə Hind-Çin
məkanını fransızlardan alıb, Amerikaya verməyi təklif etmişdi (3.6.1).
Bu,  U.Çörçillin görüşdə iştirak etmədiyi zaman baş vermişdi.
158


İ.Stalinin şəxsi tərcüməçisi olmuş Valentin Berejkov xatırlayır ki,
İ.Stalin F.Ruzveltə qəfil Hind-Çin məkanına nəzarət təklifini verdi
və gülümsədi (bax: 3.6.1). Təklif ABŞ Prezidentinin xoşuna gəlmişdi.
Yalta konfransında (1945) isə İ.Stalin Port-Artur və Şərq-Çin
dəmiryolu xəttinə nəzarətin SSRİ-yə verilməsinə nail olmuşdu.
Deyilənə görə, sonralar 
U.Çörçill bu işlərinə görə İ.Stalin haqqında
“Qafqaz keşişi ingilis lordunu aldatdı”, - deyib.
Ancaq Çin məsələsi qlobal geosiyasi amil kimi “soyuq müharibə”dən
sonra Qərb üçün aktuallaşdı. Napoleonun Çinin gələcəyi ilə bağlı
proqnozu özünü doğrultdu. Böyük imperator Çini “yatan nəhəng”
adlandırmışdı. Napoleon onu da demişdi ki, Çin “yuxudan ayılanda”
bütün dünyanı silkələyəcək. Budur, keçən əsrin 90-cı illərində ABŞ-
da formalaşan bütün geosiyasi konsepsiyalarda Çin yeni böyük güc
kimi xarakterizə olunurdu. H.Kissincer Çini yeni dünya nizamını
quracaq beş əsas gücdən (ABŞ, Avropa, Rusiya, Yaponiya və Çin)
biri hesab edir (3.2.2, s.15). Ancaq bu vəziyyət tarixi baxımdan Çin
üçün bir qədər qeyri-adidir. H.Kissincer vurğulayır: “Çin özü üçün
yeni olan dünya nizamı ilə üz-üzə qalıb” (3.2.2., s.12). Çünki tarixən
Çinin ətrafında güclü dövlətlər olmayıb. Pekin çoxqütblü dünyada
qlobal güclərlə mübarizəyə ilk dəfədir ki, rast gəlir. H.Kissincerə
görə, Çin İkinci dünya müharibəsindən sonra özünü çoxqütblü
dünyada hiss etdi ki, bu da onun tarixində görünməmiş hadisə idi
(3.2.2, s.17).
Bu vəziyyət Çini dünyanın əsas geosiyasi güclərindən birinə çe-
virməkdədir. Çin amilini hətta ABŞ ehtiyatla nəzərə almalıdır. H.Kis-
sincer 2012-ci ildə “Россия в глобальной политике” jurnalında
dərc etdirdiyi “ABŞ-Çin münasibət lərinin gələcəyi” adlı məqaləsində
konkret ideya irəli sürür. O yazır ki, “...mən Sakit okean birliyi kon-
sepsiyasını dəstəkləyirəm və ümid edirəm ki, Çin və ABŞ qlobal
miqyaslı məsələlər üzrə ortaq mövqe formalaşdıra bilərlər” (3.6.2).
Amerikalı siyasətşünas iki böyük dövlətin münaqişəyə deyil, əmək-
daşlığa üstünlük verməsi tezisini irəli sürür. Bu, o deməkdir ki,
H.Kissincer Çinin dünya miqyasında söz sahibi olmaq imkanlarını
yüksək qiymətləndirir.
159


H.Kissincerin qənaətləri doğrudursa, Çinin XXI əsrdə daha fəal
siyasət yeridərək, dünyanın böyük gücü olmağa çalışacağına şübhə
yoxdur. Rəsmi Pekin özü üçün yeni olan bu situasiyadan müdrikliyi
və ehtiyatlılığı ilə çıxmaq imkanına sahibdir. Üstəlik, XX əsrin sonu
– XXI əsrin əvvəlləri onun sürətli inkişafı ilə xarakterizə olunur.
Lakin hazırda ABŞ-da Çinə münasibətdə politoloqlar arasında
fikir ayrılığı müşahidə edilir. Kolumbiya universitetinin professoru
Endrü Natan keçmiş dövlət katibi H.Kissincerlə D.Çeyninin məsləhətçisi
olmuş politoloq A.Fridberqin Çinə münasibətdə tam əks mövqedə
olduqlarını qeyd edir. O, “Foreign Affairs” dərgisində nəşr edilən
“Çin nə istəyir” adlı məqaləsində yazır: “Diplomatiyanın mahir bili -
cisi Henri Kissincer Çini göylərə qaldırmaq üçün çoxlu sayda səbəb
tapır. Onun bu ölkənin xarici siyasətinə həsr edilmiş yeni kitabında
Çin xarici siyasətinin 1949-cu ildən bu yana bütün çalarları izlənir...
Bu kitabın məqsədi Çinin yüksələn gücü qarşısında ciddi münaqişədən
qaçmaq üçün Birləşmiş Ştatları incəliklə kölgəyə çəkilməyə inandır-
maqdan ibarətdir” (3.6.3).
Aaron Fridberq tam əks mövqedən məsləhət verir... O, 1990-cı
ildən başlayaraq Çinin yeritdiyi siyasəti təhlil edir və bu ölkənin
gələcək onilliklər üçün planları haqqında proqnoz verməyə çalışır. A.Frid-
berqin fikrincə, ABŞ Çinlə maraqlarının toqquşduğu sahələrdə Pekinin
artan iddiaları və gücünə qarşı sərt mövqe tutmalıdır” (3.6.4, s.153).
Qeyd edək ki, E.Natan təhlilini  H.Kissincerin son “On China”
(“Çin haqqında”) (3.6.5) kitabı və A.Fridberqin “A Contest for Sup-
remacy: China, America, and the Struggle for Mastery in Asia”
(“Üstünlük uğrunda savaş: Çin, Amerika və Asiyada məharət yarışı”)
(3.6.4) adlı əsərindəki fikirlər əsasında aparıb. H.Kissincer kitabında
Çinlə ABŞ-ın ortaq dil tapmalı olduqlarını əsaslandırmağa çalışır,
A.Fridbelq isə ABŞ-ın Çin strategiyasının məqsədinin orada inqilab
yetişdirib, “birpartiyalı avtoritar sistemi dağıtmaqdan və əvəzində
liberal demokratiya yaratmaqdan ibarət olduğunu” vurğulayır
(3.6.4, s.18).
ABŞ-Çin münasibətləri ilə bağlı Z.Bjezinskinin də fikirləri
maraqlıdır. Z.Bjezinski “Böyük şahmat taxtası” əsərində yazır: “Şüb-
160


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə