N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə53/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   49   50   51   52   53   54   55   56   ...   80

Onlar ölkəmizin Cənub Qafqazda liderlik mövqeyinin möhkəmlən -
mə sindən məmnun olduqlarını söylədilər. Prezident İlham Əliyev
çinli iş adamlarının Azərbaycana sərmayə qoymaları üçün hər cür
şərait yaradılacağını vurğuladı (3.6.11).
Aydın oldu ki, Azərbaycan Çinlə münasibətlərinə konkret məzmun
verir. O cümlədən, iqtisadi münasibətlərin inkişafına daha çox maraq
göstərir. Bu, tamamilə praqmatik bir siyasətdir. Çünki Azərbaycan
üçün qarşılıqlı faydalı əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Ölkəmiz
heç bir dövlətin daxili işinə qarışmaq niyyətində olmayıb. İqtisadiyyatı
sürətlə inkişaf edən Çin ilə də əlaqələrin genişlənməsi və dərinləşməsi
vacib məsələdir.
Azərbaycan-Çin münasibətlərində iqtisadi və mədəni aspektlərin
üstünlük təşkil etməsi, mövcud geosiyasi reallığa uyğundur. Onu
deyək ki, enerji sahəsində Çin daha çox Mərkəz Asiya ölkələri ilə
əlaqələrə üstünlük verir. Rəsmi Pekin Türkmənistan, Özbəkistan və
Qazaxıstanla enerji sahəsində bir neçə iri layihələr həyata keçirir.
Hətta bu məsələ ilə bağlı Qərblə Çin arasında müəyyən mübahisəli
vəziyyət yaranıb.
Belə görünür ki, Çin Mərkəz Asiyanın enerji ehtiyatlarından daha
çox istifadə etmək kursunu seçib. O, həmin regionda hasil edilən
neft və qazın daşınma marşrutlarının Şərq istiqamətində olmasına
çalışır. Lakin Azərbaycan bu proseslərə müdaxilə etmir. Çin də dərk
edir ki, Azərbaycanla enerji məsələsində hər hansı anlaşılmazlıq
Qərblə münasibətlərində problemləri dərinləşdirər. Bundan başqa,
ölkəmizin müstəqil siyasət yeritdiyini də rəsmi Pekin başa düşür.
Beləliklə, Azərbaycanın Çin siyasəti praqmatik mahiyyət daşıyır.
Ölkəmiz Uzaq Şərqin sürətlə inkişaf edən dövləti ilə qarşılıqlı faydalı
əməkdaşlığı inkişaf etdirir. Azərbaycan daha çox iqtisadi və mədəni
sahələrə üstünlük verir. Azərbaycan Çinin “üçüncü dünya”ya müna-
sibətdə yeritdiyi siyasətindən bir qədər kənarda dayanır. Ölkəmiz
Çinin təşəbbüsü ilə yaradılan regional təşkilatlara üzv deyil. Azərbaycan
Uzaq Şərqin bütün ölkələri ilə də bərabərhüquqlu əlaqələr qurmağa
üstünlük verir. Onların sırasında Yaponiya ayrıca yer tutur.
167


Yaponiya Cənub Qafqazda Azərbaycana xüsusi əhəmiyyət verən
dövlətdir. Ölkəmizə ən çox yardım edən dövlətlərdən biridir. Tokio
Azərbaycanın iqtisadi-texniki inkişafına, istehsal sahələrinin mo-
dernləşməsinə yaxından kömək edir. Onu deyək ki, Yaponiyanın
bizim regiona marağı təsadüfi deyil. Burada əsas amil Yaxın və Orta
Şərqdə sabitsizliyin hökm sürməsi nəticəsində Yaponiyanın enerjiyə
olan ehtiyacını Xəzər hövzəsi vasitəsi ilə ödəməyə çalışmasıdır.
Hələ 1997-ci ildə Yaponiyanın Baş naziri Ryutaro Haşimoto “Av-
rasiya diplomatiyası” konsepsiyasını irəli sürmüşdü. Konsepsiyada
“Böyük İpək Yolu”nun bərpasına xüsusi diqqət yetirilib. Rəsmi
Tokio “Böyük İpək Yolu”nun üzərində olan bütün dövlətlərlə yaxın
əlaqələr qurmaq kursunu seçib. Azərbaycan Prezidenti Heydər
Əliyevin 1998-ci ildə Yaponiyaya etdiyi səfərdə qarşılıqlı əməkdaşlığın
perspektivləri geniş müzakirə edildi. Həmin səfər zamanı səkkiz
sənəd imzalandı. Bununla da Azərbaycan-Yaponiya münasibətləri
konkret istiqamət və məzmun aldı. Xüsusilə, “İpək Yolu”nun bərpası
məsələsində Bakı ilə Tokionun maraqları tam üst-üstə düşür. Buna
görə, Azərbaycanın xarici siyasətində Yaponiyanın prioritet təşkil
etməsi tam başadüşüləndir. Coğrafi baxımdan bu ölkə Qafqazdan
çox uzaq olsa da, “İpək Yolu”nun şərq sərhədini təşkil edir. Əsas
amil isə ondan iba rətdir ki, Yaponiya dünyanın ən güclü iqtisadi
sistem lərindən birinə malikdir. Yüksək inkişaf etmiş texnologiyalara
sahib olan Yaponiyadan çox şeyləri öyrənmək mümkündür.
Yaponiyanın Azərbaycana xoşməramlı münasibətini də diqqətə
almaq lazımdır. İki ölkə arasında əlaqələrin inkişaf etməsi üçün bö -
yük perspektivlər var. Prezident İlham Əliyevin 2006-cı ildə Yaponiyaya
rəsmi səfəri qarşılıqlı əlaqələrin inkişafında yeni səhifə açdı.
Azərbaycan tərəfi Yaponiya şirkətlərinin ölkəmizdə fəaliyyətini ge-
nişləndirmələri üçün lazım olan hər bir şəraiti yaratdı. Yaponiyadan
yüksək texnologiyaların gətirilməsi mühüm vəzifələrdən biri kimi
qəbul edildi. Yüksək səviyyəli yapon mütəxəssislərinin Azərbaycana
cəlb edilməsi vacib məsələlərdən sayılır.
Azərbaycan-Yaponiya münasibətlərinin inkişafında enerji amili
ciddi rol oynayır. Yaponiya şirkətləri Cənub Qafqazdakı beynəlxalq
168


layihələrdə iştirak edirlər. Bu baxımdan Yaponiya Uzaq Şərqin digər
ölkələrindən fərqlənir. Yaponiyanın yeritdiyi “Avrasiya diplomatiyası”
konsepsiyasının məqsədlərini nəzərə alsaq, rəsmi Tokionun Azər-
baycanla bağlı planlarının ciddi olduğuna əmin olarıq.
“Avrasiya diplomatiyası” ABŞ-ın “qarşılıqlı asılılıq”, Rusiyanin
“çoxqütblü dünya” və Çinin “harmonik dünya” konsepsiyaları kimi
geniş geosiyasi məqsədlər güdən bir kursdur. Bu konsepsiyalar
Avrasiya məkanında müəyyən mənada rəqabət aparırlar. Lakin ya-
ponların yanaşması bir qədər fərqlidir. Onlar Avrasiya məkanında
daha çox Çinlə yarışırlar. Bunun da səbəbi çox güman ki, coğrafi ya-
xınlıq və tarixi məqamlarla bağlıdır. Lakin bütün bunların Azərbaycan
məsələsində Yaponiya ilə Çinin ciddi rəqabətə girəcəyinə səbəb ol-
mayacağını düşünürük. Bu dövlətlərin Rusiya və ABŞ-la da Azər-
baycanla bağlı qarşıdurmalara getməsi ehtimalı azdır. Ölkəmizin
Uzaq Şərqin hər iki dövləti ilə əlaqələri inkişaf etdirməsi istiqamətində
maneənin yarana biləcəyini düşünmürük.
Azərbaycan Uzaq Şərq siyasətində İndoneziya, Sinqapur, Malayziya,
Tailand və bölgənin başqa dövlətləri ilə də əlaqələri genişləndirməyi
planlaşdırır. Hazırda bu ölkələrlə münasibətlər inkişaf edir. Hesab
edirik ki, həmin əlaqələr yüksələn xətlə davam edəcəkdir. Bu prosesə
qlobal geosiyasi güclərin müəyyən dərəcədə təsir edə biləcəyini istisna
etmirik. Lakin həmin təsirin əhəmiyyətli dərəcədə olacağı gözlənilmir.
Dünyanın geosiyasi ağırlıq mərkəzinin Şərqə dəyişməsi ilə Azər-
baycanın Uzaq Şərq ölkələri ilə əlaqələrinin daha geniş və dərin ola
bil 
məsi mümkündür. Hər bir halda bu proses Azərbaycanın xarici
siyasətdə balanslaşma prinsipinə əməl etməsində ciddi dəyişiklik et-
məyəcək. Azərbaycan üçün hər şeydən önəmli olanı milli suverenlik
və müstəqilliyin tə minidir. Bütün digər amillər bu strateji məqsədə xid -
mət edir.
Uzaq Şərq ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın
Qərb və Şərq arasında “geosiyasi körpü” rolunu daha yüksək
səviyyədə yerinə yetirməsinə yardım edəcəkdir. Bu mənada ölkəmiz
və xalqımız dünyanın müxtəlif mədəniyyətlərini birləşdirmək kimi
tarixi rol oynayacaqdır. Azərbaycan minilliklərdən gələn sivilizasi-
169


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə