N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə56/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   52   53   54   55   56   57   58   59   ...   80

IV Fəsil
XARİCİ SİYASƏTİN PRİORİTETLƏRİ:
ƏSAS HƏDƏFLƏR VƏ İNKİŞAF 
TENDENSİYALARI
4.1. Xarici siyasətin prioritetlərinin təsnifi
Hər bir dövlət strateji fəaliyyət konsepsiyasına malik olmalıdır.
Bu konsepsiya çərçivəsində uzunmüddətli fəaliyyət proqramı tərtib
edilir. Dövlətin uzun müddət ərzində fəaliyyət göstərməsi başqa
şərtlərlə yanaşı, beynəlxalq münasibətlər sisteminin bütövlükdə
inkişaf variantlarının proqnozlaşdırılmasını tələb edir. Həmin proqnoza
regional miqyasda münasibətlərin inkişafı və konkret dövlətin başqa
dövlətlərlə əlaqələrinin qurulması daxildir. Bu zaman beynəlxalq
münasibətlər sisteminin bu və ya digər elementinin dəyişmə istiqa-
mətlərini düzgün təyin etmək lazım gəlir.
Bu, mürəkkəb prosesdir. Onun tərkibində dövlətin müxtəlif isti-
qamətlərdə xarici siyasəti qarşısında duran birinci dərəcəli vəzifələrin
müəyyənləşdirilməsi məsələsi də vardır. Həmin vəzifələr ölkənin
siyasi və iqtisadi maraqlarına uyğun müəyyənləşdirilir. Yəni xarici
siyasət milli maraqlar əsasında formalaşmalıdır. Konkret zaman və
məkan daxilində milli maraqların prioritetləri xarici siyasətin istiqa-
mətlərinə və məzmununa ciddi təsir edir. O cümlədən, konkret situa-
siyalarda xarici siyasətin prioritetlərini müəyyənləşdirməyin meyarları
kimi çıxış edir.
Beləliklə, mövcud zaman və məkanda xarici siyasətdə reallaşması
önəmli olan vəzifələrin müəyyənləşdirilməsi müstəqil dövlət üçün
prinsipial əhəmiyyət daşıyır. Bu vəzifələrin aydınlaşdırılması real
sosial-siyasi, hərbi, iqtisadi, geosiyasi, regional və beynəlxalq şəraitin
nəzərə alınmasını tələb edir. Nəticədə, xarici siyasətin prioritetləri
formalaşdırılır.
176


Bir xüsusiyyəti qeyd edək. Xarici siyasət həmişə daxili siyasətin
davamıdır və dövlətin ümumi fəaliyyətinin bu iki əsas tərkib hissəsi
bir-birini tamamlayır. Həyata keçirdiyi siyasətlə dövlət cəmiyyətin
varlığını, təhlükəsizliyini və inkişafını təmin etməyə çalışır. Bu
məqsədə çatmaq üçün əlverişli daxili və xarici mühit yaradılmalıdır.
Məsələnin bir tərəfi daxili siyasətə, digər tərəfi isə xarici siyasətə
bağ lı dır. Onlar bir-birini tamamladıqda, dövlətin siyasəti güclü olur.
Bu məqam xarici siyasətin prioritetlərində bu və ya digər dərəcədə öz
əksini tapmalıdır. Müasir tarixi mərhələdə dövlətlərarası əlaqələr o
dərəcədə genişlənib və inkişaf edib ki, daxili və xarici siyasət
arasındakı klassik sərhədlər dəyişib.
Yuxarıda qeyd etdiyimiz məqamlar bir çox mənalarda Azərbaycanın
xarici siyasətinin prioritetlərinin sistemliliyini və praqmatikliyini
görməyə imkan verir. Biz həmin prioritetləri sahələrə uyğun qrup-
laşdırmışıq. Hərçənd, fərqli təsnifatın mümkünlüyünü istisna etmirik.
Hesab edirik ki, xarici siyasətin prioritetlərini aşağıdakı kimi təsnif
etmək olar: 
a) daxili siyasi və iqtisadi amillərlə birbaşa bağlı olan sahə:
– bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist de-
mokratiyanın inkişaf etdirilməsi;
b) münaqişəli situasiyaların həlli və ərazi bütövlüyünün bər-
pası:
– Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa
edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeridilməsi;
– Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və
ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması;
– ATƏT-in Lissabon sammitində qəbul edilən prinsiplər əsasında
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in
Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;
– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin
aradan qaldırılması;
c) regional təhlükəsizliyin təmini və sabitliyin qorunması:
– qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb
edən münasibətlərin inkişaf etdirilməsi;
177


– regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;
– bölgədə qanunsuz silah, narkotrafik və digər qanunsuz daşımaların
qarşısının alınması;
– Xəzər dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləş dirilməsi);
ç) beynəlxalq miqyasda olan təhdidlərin qarşısının alınması:
– nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud
olan qlobal prinsiplərə sadiqlik və Cənub Qafqazda nüvə silahlarından
azad zonanın yaradılması;
– beynəlxalq terrorizmlə mübarizədə iştirak;
d) beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına in-
teqrasiya:
– NATO, Avropa İttifaqı, ATƏT və Avropa Şurası da da xil olmaqla,
Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturları ilə
sıx əməkdaşlıq;
– Azərbaycanın Qərb və Şərqin qovşağında mühüm strateji-
coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif
sahələrinin inkişafının sürətləndirilməsi;
– Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizinin
inkişaf etdirilməsi.
Bu təsnifatdan görünür ki, Azərbaycanın xarici siyasətinin prio ri -
tetləri daxildə demokratik həyat tərzinin bərqərar olması mə sələsi
ilə regional və qlobal miqyasda böhranlı situasiyaların həlli, təhlü-
kəsizliyin təmini, beynəlxalq təhlükəsizlik və iqtisadi-enerji struk-
turlarına inteqrasiyanı uyğunlaşdırmağı nəzərdə tutur. Bu, təsadüfi
deyil. Çünki müasir tarixi mərhələdə hər bir dövlətin suve renliyi və
daxili inkişaf imkanları, onun yerləşdiyi region və qlobal miqyasda
cərəyan edən siyasi, geosiyasi, iqtisadi, hərbi və mədəni proseslərlə
sıx bağlıdır. Ona görə də, xarici siyasətdə təhlükəsizlik, əməkdaşlıq
və daxili sosial-iqtisadi inkişaf aspektləri tarixdə görünməmiş dərəcədə
bir-biri ilə bağlı hala gəlmişdir. Məhz buna görədir ki, Azərbaycan
Prezidenti Heydər Əliyev bütün xarici səfərlərində ölkəmizin demo -
kratikləşməsini, sosial-iqtisadi və mədəni inkişaf mo delini birbaşa
regiondakı münaqişələrin həlli, beynəlxalq miqyasda təhlükəsizliyə
178


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə