N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə55/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   51   52   53   54   55   56   57   58   ...   80

Ölkənin xarici siyasətinin əsas istiqamətlərindən danışarkən, bir
mühüm məqamı da qeyd etmək gərəkdir. Azərbaycan qlobal miqyasda
aparılan geosiyasətin iştirakçısına çevrilmişdir. Artıq o, siyasi ter -
minlərlə ifadə etsək, geosiyasi oyunçu kimi qəbul edilir. Bu irəliləyişin
tarixi əhəmiyyətini anlamağımız lazımdır. Ona görə ki, SSRİ dağılanda
Azərbaycan siyasi, geosiyasi, hərbi və iqtisadi cəhətdən ən çox zərər
görən respublika idi.
Azərbaycanı az qala parçalayacaqdılar. Daxildə formalaşmış
silahlı qruplar isə əhali arasında düşmənçiliyi, qarşıdurmanı alov-
landırırdılar. Bütün bunlara 1991-1993-cü ilin birinci yarısı Azərbaycana
rəhbərlik edən şəxslərin əsaslandırılmamış daxili və xarici siyasət
yeritməsi nəticəsində ölkədə yaranmış böhranlı vəziyyət də əlavə
olundu. Belə ağır vəziyyətdən cəmiyyətdə sabitliyə nail olub, sonra
da beynəlxalq miqyasda müstəqil geosiyasi oyunçu səviyyəsinə yük-
səlmək tarixi sıçrayışdır.
Beynəlxalq rəqabətin getdikcə kəskinləşdiyi bir şəraitdə bu cür
uğur əldə etmək həqiqi mənada böyük tarixi-siyasi əhəmiyyət daşıyır.
Onu da nəzərə alaq ki, beynəlxalq mü na sibətlərdə rəqabətin mövcudluğu
şəraitində Azərbaycan kimi ölkələrin nailiyyətləri hətta inkişaf etmiş
Qərbdə bəzi dairələri qıcıqlandırır. Belə hadisələr – yəni Azərbaycanın
nailiyyətləri – istəsək də, istəməsək də beynəlxalq münasibət lərin pred-
metidir və onlara təsir göstərir. Bu təsirin fəsadları isə özünü tam başqa
formalarda və proseslərdə nümayiş etdirir.
Bəli, nailiyyətlər çoxdur. Onlardan dünya ictimaiyyətinin diqqətini
daha çox çəkən və açığı, çoxlarında böyük qısqanclıq yaradan bir
necəsini qeyd etmək istərdim. Məlumdur ki, Azərbaycan 2011-ci
ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində qələbə qazandı.
2012-ci ildə gənc və ərazicə kiçik müsəlman dövləti “xristian klu -
bu”nun müsabiqəsini çox yüksək səviyyədə təşkil etdi, uğurla keçirdi
və gözəl nümunə göstərdi. Məhz bu, bəzi dairələri narahat etdi.
Çünki “Avroviziya” Avropanın müsabiqəsidir və onilliklər ərzində
Avropanın monopoliyasında olub. Qərb mədəniyyətini nümayiş et-
dirmək məqsədi daşıyır. Ona görə də, Azərbaycan bir növ Avropanın
maraqlarına müdaxilə etmiş oldu. 
173


Şübhəsiz,  Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi
xarici siyasətin ən böyük qələbələrindən biri dir. Bu prosesdə Azər -
bay can dünyanın ən qüdrətli dövlətləri ilə mübarizə aparmalı oldu
və qalib gəldi. Tarixdə ilk dəfə olaraq, Azərbaycanın dövlət başçısı
BMT TŞ-nin iclasına sədrlik etdi. Ancaq bu, asan başa gələn iş ol -
madı. Ölkənin BMT TŞ-yə üzv olması çətin, böyük zəhmət və aktiv
diplomatik fəaliyyət tələb edən proses idi. Azərbaycan 17 turdan
sonra Avropanın iddia etdiyi bir yerə sahib oldu və dünyanın 155
ölkəsi Azərbaycana etimad göstərdi. Dünyada gedən mürəkkəb pro-
seslərdə Azərbaycanın verə biləcəyi töhfələrə ümid bağlandı. Avropanın
namizədi Azərbaycan deyildi. 
Doğrudur, biz Avropa ölkəsiyik və Avropa strukturları ilə sıx
əməkdaşlıq edirik. Düşünürəm ki, əlaqələrimiz daha da inkişaf
etməlidir. Lakin o da faktdır ki, Avropanın öz maraqları var. Deməli,
Azərbaycanın BMT TŞ-yə üzvlük iddiası belə, Avropanın maraqlarına
müdaxilə demək idi. Normal şəraitdə burada qeyri-adi bir şey yoxdur.
Sadəcə, bəzi dairələr kiçik müsəlman dövlətinin sürətli inkişafını və
beynəlxalq nüfuzunun yüksəlməsini həzm etməkdə çətinlik çəkirlər.
Azərbaycan isə bütün bunlara baxmayaraq, öz uğurlarını və nailiy-
yətlərini davam etdirməkdə qərarlıdır.
“Avroviziya”yada qələbəyə və BMT TŞ-yə üzvlüyə olan qısqan-
clıqlar arasında əlaqə vardır. Çünki, əvvəla, onla rın mənbəyi eynidir,
ikincisi, Azərbaycan dövlət olaraq qazandığı uğurlara görə özünü
göstərib. Burada başqa bir mühüm məqamı da vurğulamaq istərdim.
Məsələ ondan ibarətdir ki, qeyd etdiyimiz hadisələrlə bağlı ən
maraqlı və mühüm məqam odur ki, hər bir halda seçimi beynəlxalq
icti maiyyət və qurumlar edib. 
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın
qəbul edilməsini bu fikrin təsdiqi kimi qəbul edə bilərik. Həmin
oyun 
ların Bakıda keçirilməsi haqqında qərarı Avropa Olimpiya
Komitəsi verib! Etiraf edək ki, bu, tarixi hadisədir. Avropa tarixində
ilk dəfə olaraq, öz Olimpiya Oyunlarını müsəlman ölkəsi olan Azər-
baycanda keçirəcək. Olimpiya Oyunları 2015-ci ildə olmalıdır. Heç
174


bir şübhə yoxdur ki, Avropa Olimpiya Oyunları da “Avroviziya”
kimi möhtəşəm və uğurlu olacaq. 
Regionda məhz Azərbaycan əsaslı və sistemli siyasət yeridə bilir.
Sosial-iqtisadi və mədəni inkişafın səmərəli konsepsiyasını uğurla
həyata keçirir. O, Cənub Qafqazda mədəniyyətlərarası və dinlərarası
dialoqun təşkil edilməsi istiqamətində ciddi fəallıq göstərir, bununla
bağlı beynəlxalq tədbirlər keçirir. Azərbaycan həm ölkənin davamlı
inkişafını təmin edir, həm də regional inteqrasiya və beynəlxalq
əməkdaşlıq layihələrini uğurla həyata keçirir.  
Beləliklə, Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət
kursu, eyni zamanda beynəlxalq münasibətlərə öz töhfəsini verir. Bu
baxımdan, Azərbaycan, sözün həqiqi mənasında, yeni dövrdə geosiyasi
maraqların kəsişdiyi və toqquşduğu regionda Avropa ilə Asiyanın,
Şərqlə Qərbin, Şimalla Cənubun, Xristian aləmi ilə İslamın qarşılıqlı
hörmət və anlaşma şəraitində qonşuluq, dostluq və faydalı əməkdaşlıq
prinsiplərinin yeganə yol olduğunu, alternativinin olmadığını nümayiş
etdirir. 
Təbii ki, burada ölkə rəhbərliyinin düşünülmüş xarici siyasət kur -
sunu qətiyyətlə həyata keçirməsi əsas rol oynadı. Xarici siyasət kon -
kret və real amillərə əsaslanan milli inkişaf strategiyasına uyğun for-
malaşdırıldı. Dünyanın böyük güclərinin hər biri ilə əlaqələr qurmağı
bacaran Azərbaycan ətrafında gedən mürəkkəb geosiyasi oyunların
girdabına düşmədən öz maraqlarını qoruya bildi. Prezident İlham
Əliyevin bu mənada dediyi, “böyük neftin müsbət tərəfləri olduğu kimi,
mənfi tərəfləri də var”, fikrində həqiqət ifadə olunub. Bəzilərinin xarici
siyasətdəki uğurları yalnız “böyük neft”lə əlaqələndirməsi çox səthi ya-
naşmadır. Azərbaycan xarici siyasətinin əsas istiqamətləri ilə yanaşı,
onun priori tet lərini də düzgün müəyyənləşdirdi. Siyasi təcrübə, uzaq gö -
rənlik, diplomatik məharət, xarici siyasətin istiqamətləri ilə prioritetlərinin
bir-birini tamamlaması uğurlarımızın əsa sını təşkil etdi. Növbəti fəsildə
problemin bu aspekti üzərində ətraflı dayanacağıq. 
175


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə