N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə57/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   53   54   55   56   57   58   59   60   ...   80

olan təhdidlərin aradan qaldırılması ilə əlaqələndirirdi. Heydər Əliyev
bu məqamları təkrar-təkrar vurğulayırdı.
Prezident  İlham Əliyev həmin xətti dəqiqliklə, meydana çıxan
yeni geosiyasi və iqtisadi-hərbi şərtləri nəzərə almaqla yaradıcı
surətdə davam etdirir. Ölkənin xarici siyasətinin prioritetləri də bu
milli maraqlara uyğun reallaşdırılır.
Azərbaycanın xarici siyasətinin prioritetlərində regional təhlükə-
sizliklə inteqrasiya prosesi əlaqəli şəkildə ifadə olunmuşdur. Bunu
ölkənin xarici siyasətinin prinsipial məqamı kimi qəbul etmək
gərəkdir. Azərbaycan regional miqyasda yaranmış təşkilatlardakı
fəaliyyətində və enerji layihələri ətrafında formalaşan beynəlxalq
konsorsiumlarda problemin bu tərəfini həmişə önə çəkir. Regional
inteqrasiyaya çağıran beynəlxalq qurumlar və böyük dövlətlər Azər-
baycanın bu kursu ilə razılaşmalıdırlar. Çünki həmin məsələ birbaşa
ərazi bütövlüyünün təmini və regional təhdidlərin neytrallaşdırılması
ilə əlaqəlidir.
Regional miqyasda təhlükəsizlik təmin edilməsə, heç bir inteqra-
siyadan söhbət gedə bilməz. Dünyanın hər bir müstəqil dövləti bu
prinsipdən çıxış edir. ABŞ, Rusiya, Av ro pa ölkələri, Türkiyə, İran və
başqa dövlətlərin xarici siya sət prioritetlərinə adi gözlə belə nəzər
salsaq, bunu görə rik. Azərbaycanın xarici siyasət prioritetləri sırasında
regional təhlükəsizlik və əməkdaşlığın sıx əlaqədə göstərilməsinin
geniş təhlilə, demokratik inkişaf konsepsiyasına əsaslandığını deyə
bilərik.
Təqdim etdiyimiz təsnifatda xarici siyasətin əsas istiqamətləri
hansı dərəcədə nəzərə alınıb? Biz bu məsələyə əvvəlki fəsildə qısa
toxunmuşduq. Ona daha geniş aspektdə nəzər salaq. Ümumi
götürdükdə, xarici siyasətin əsas istiqamətləri və prioritetləri bir-biri
ilə sıx əlaqəlidir. Əsas istiqamətlər coğrafi və geosiyasi amilləri
unutmamaq şərti ilə xarici siyasətin birinci dərəcəli əhəmiyyəti olan
fəaliyyət vektorlarını ifadə edir. Lakin bu, yalnız coğrafi və geosiyasi
amilləri nəzərə almaqla məhdudlaşmır. Xarici siyasətin əsas istiqamətləri
konkret zaman və məkanda milli maraqların optimal təmin edilməsi
179


amilindən birbaşa asılıdır. Həmin bağlılıqda prioritetlər əsas istiqamətlər
üzrə nəzərdə tutulan məqsədlərə nail olmağa xidmət edən təminedici
tədbirlər kompleksidir. Məsələn, regional təhlükəsizliyin təmini mə-
sələsinə xarici siyasətin prioriteti kimi nəzər salaq. Bu, xarici siyasətin
əsas istiqamətlərindən olan region dövlətləri və bölgəyə qonşu olan
böyük dövlətlərlə münasibətləri tənzimləmənin mürəkkəb tədbirlər
(və ya addımlar, proqramlar) kompleksini ifadə edir. Regiona yönəlik
siyasi fəaliyyətdə başlıca məqsəd prioritetdə əks olunur. Bizim bax-
dığımız misalda bu, təhlükəsizliyin təmin edilməsindən ibarətdir.
Prioritet kimi təhlükəsizliyin təmin edilməsi seçilirsə, region istiqa-
mətində həyata keçirilən bütün diplomatik-siyasi fəaliyyət onun re-
allaşmasına xidmət etməlidir. Deməli, əsas istiqamət xarici siyasətin
oriyentirini göstərirsə, prioritet o istiqamətdə qarşıya qoyulan başlıca
məqsədi bildirir. Onu deyək ki, konkret bir prioritet bir neçə əsas is-
tiqaməti əhatə edə bilər.
Regional təhlükəsizlik həm region dövlətlərini, həm bölgəyə
qonşu olan böyük dövlətləri, həm də Cənub Qafqaza ciddi təsirə
malik başqa güclü dövlətlərlə münasibətləri əhatə edir. Həmin kon-
tekstdə ABŞ və Avropa İttifaqı ilə münasibətlər Rusiya və ya İranla
olan münasibətlər qədər nəzərə alınır. Yəni xarici siyasətin əsas isti-
qaməti konkret bir xətti ifadə edirsə, prioritet bir və ya bir neçə
fəaliyyət vektorunu əhatə edə bilər. Prioritet üçün coğrafi amil bir
qədər arxa plana çəkilir. Ancaq coğrafi amilin prioritetdə nəzərə
alın 
madığını demək olmaz. Bütün hallarda bu məqam geosiyasi
mühitə və dövlətlərarası münasibətlərin məzmununa təsir göstərir.
Burada söhbət prioritetləri müəyyən edərkən aparıcı amillərin seçil-
məsindən gedir. Bu mənada prioritetlər dövlətin milli maraqlarını
təmin edən uyğun geosiyasi, siyasi, iqtisadi, mədəni və hərbi şəraitin
yaradılması üçün göstərilən fəaliyyət-məqsəddir. Yuxarıda təqdim
etdiyimiz prioritetlərin hər birinin təhlili nəticəsində problemin bu
aspektini daha aydın təsəvvür etmək imkanı əldə edəcəyik.
180


4.2. Cəmiyyətin demokratikləşməsi və iqtisadi 
amillərlə xarici siyasətin əlaqəsi
Sosialist düşərgəsi dağılandan sonra aydın oldu ki, müstəqilliyinə
qovuşmuş ölkələrin sosial-iqtisadi inkişaf modelinin seçimi yalnız
onların daxili işi deyil. Dünyanın inkişaf etmiş ölkələrində bazar iq-
tisadiyyatı sistemi işləyir. Qloballaşma prosesi bütün ölkələri bir-
birinə çox yaxınlaşdırdığından, onların iqtisadi sistemlərinin uyğunluğu
prinsipial əhəmiyyət kəsb edir. Ona görə də, Azərbaycan bazar iqti-
sadiyyatı sisteminə keçməyi qarşısına məqsəd qoydu. Ancaq bu,
asan proses deyil. Bazar iqtisadiyyatı ölkənin sovetlərdən qalma in-
frastrukturu çərçivəsində reallaşa bilməzdi. Heydər Əliyev ilk olaraq
iqtisadi sahədə ciddi islahatlar apardı. Bununla ölkə daxilində bazar
iqtisadiyyatının bərqərar olması üçün uyğun şəraitin yaradılmasına
başlanıldı.
Azərbaycan təkamül yolu ilə bazar iqtisadiyyatına keçid kursunu
götürüb. Burada 1991-1993-cü ilin birinci yarısında buraxılan səhvlər
çətinliklər törədir. Lakin həyata keçirdiyi düşünülmüş siyasət
nəticəsində Azərbaycan bu sahədə böyük irəliləyişlər əldə etdi. Müs-
təqilliyin ilk illərində müşahidə olunan kapital çatışmazlığı Heydər
Əliyevin həyata keçirdiyi “neft siyasəti” nəticəsində aradan qaldırıldı.
Paralel olaraq, iqtisadiyyatın müxtəlif sahələrinə xarici sərmayə qo-
yuluşu prosesi intensivləşdi.
Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması
eyni zamanda, birbaşa beynəlxalq mühitdə əlverişli şəraitin yaradıl-
masına bağlıdır. Bunun üçün həm ikitərəfli əlaqələrdə, həm də bey-
nəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətdə müvafiq addımları
atmaq lazım gəlirdi. Qərb dövlətlərinin iqtisadi sistemini dərindən
öyrənməklə Azərbaycan özünə uyğun iqtisadi inkişaf modelini müəy-
yənləşdirdi. Bunun üçün “açıq qapı” prinsipinə ciddi əhəmiyyət
verildi. Həmin prinsip xarici sərmayədarların ölkəyə maneəsiz in-
vestisiya yerləşdirmələrinə imkan verir. Bu proses təbii ki, Azərbaycanın
iqtisadi sistemində köklü yeniləşmələrlə müşayiət olunmalı idi. Ölkə
rəhbərliyi bazar iqtisadiyyatının hüquqi tənzimlənməsinə şərait
181


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə