N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə54/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   50   51   52   53   54   55   56   57   ...   80

yalararası əlaqələrə xidmət etmək kimi mühüm missiyasını davam
etdirəcəkdir. Qərb-Uzaq Şərq münasibətlərində Azərbaycanın “geosiyasi
körpü” rolu oynaması, ölkənin beynəlxalq aləmdə müstəqil siyasət
yeritməsi imkanlarını daha da genişləndirəcək. Tarixi İpək Yolunun
bərpası burada əsas rol oynaya bilər. Şübhəsiz ki, Azərbaycan üçün
daha önəmli olanı iqtisadi-mədəni əlaqələrin inkişaf etdirilməsidir.
Ölkə geosiyasi rəqabət meydanına çevrilməməlidir.
Nəzəri ümumiləşdirmələr
Azərbaycanın xarici siyasətinin təhlili özlüyündə mürəkkəb bir
işdir. Müasir tarixi mərhələnin beynəlxalq miqyasda hər an gözlənilməz
situasiya yarada biləcəyi nəzərə alınmalıdır. Xarici siyasət haqqında
fikir yürütmək çoxlu riskləri, bir sıra incə məsələləri və ehtimalları göz
önünə almağı tələb edir. Buna baxmayaraq, yuxarıda toxun duğumuz
məqamlar ölkəmizin xarici siyasətinin konseptual aspektlərini ifadə
edir. Yəni xarici siyasətin elə prinsipləri var ki, dövlət beynəlxalq
aləmdəki fəaliyyətində daim onları nəzərə alır. Həmin kontekstdə biz
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinin qısa təhlilini ver -
məyə çalışdıq.
Ölkəmizin xarici siyasət kursunu Ulu öndər Heydər Əliyev for-
malaşdırıb. Təhlildən də göründüyü kimi, Heydər Əliyev xarici
siyasət konsepsiyasında müasir geosiyasi nəzəriyyələrin əsas müddəaları
ilə tarixi reallığı üzvi şəkildə uyğunlaşdıra bilib. Azərbaycanın dövlət
maraqlarının təmin edilməsi bu konsepsiyanın ana xəttini təşkil edir.
Müasir tarixi mərhələdə Azərbaycan dövlətçiliyinin möhkəmləndiril -
məsi, demokratik və güclü dövlətin qurulması bu konsepsiyanın
əsas strateji hədəfləridir. Güclü dövlət quruculuğu ilə balanslaşmış
xarici siyasət bu məqamlarda bir-birini tamamlayır. Heydər Əliyev
bu problemi praktik aspektdə ustalıqla həll edən görkəmli siyasətçi
və dövlət xadimi kimi tarixdə qalacaq.
Azərbaycanın xarici siyasətinin üç mərhələsi bir-biri ilə sıx bağ -
lıdır. Burada həm vahid daxili siyasətin beynəlxalq aləmdə mərhələ-
liliyinin təsdiq edilməsi, həm də strukturca iyerarxik (pilləvarı) ol -
170


ma sı nəzərdə tutulur. Struktur iyerarxikliyi aşağıdakı üç səviyyədən
ibarətdir – region dövlətlərinə yönəlik siyasət, regiona qonşu olan
böyük dövlətlərə istiqamətlənmiş siyasət və Avro-Atlantika-Asiya-
Sakit okean siyasəti.
Birinci və ikinci səviyyə regional siyasətin strukturunu və məz-
mununu müəyyən edir. Çünki birbaşa regionda yerləşən dövlətlərlə
yanaşı, bölgəyə qonşu olan və ciddi təsir gücünə malik dövlətlər də
nəzərə alınmalıdır.
Rusiya, Türkiyə və İran Cənub Qafqazda bəzi aspektlərdə region
dövlətlərindən daha güclü və xüsusi təsir vasitələrinə malikdirlər.
Ona görə də, Azərbaycanın kifayət qədər mürəkkəb struktura malik
olan regional siyasəti çoxlu sayda amilləri diqqətə almalıdır. Burada
“çevik alyanslar” strategiyası meydana çıxan maneələri dəf etməyə
imkan verir.
Yuxarıdakı təhlil göstərir ki, Azərbaycanın regional siyasəti çevik
manevrlər hesabına uğur qazanmaq imkanı əldə etmişdir. Ölkə
müxtəlif dövlətlərin maraqlarını balanslaşma prinsipi əsasında tən-
zimləməyi bacarır. Bu tənzimləmə ayrılıqda həmin dövlətlərin heç
birinin təsiri altına düşmədən, Azərbaycanın dövlət maraqlarını təmin
etmək şansı verir.
Müasir mərhələdə regional siyasət üçün səciyyəvi olan bir məqamı
qeyd etmək lazımdır. Azərbaycanın regional siyasəti eyni bir dövlətin
iki səviyyədə ölkəyə təsir edə bilmək imkanlarını nəzərə almaqla
for 
malaşdırılıb. Məsələn, Rusiya həm regiona qonşu olan böyük
döv  lət, həm də qlo bal səviyyədə kifayət qədər təsiri olan ölkə qis -
mində Azər baycanın xarici siyasət kursunda xüsusi yer tutur. Üstəlik,
Rusiya coğrafi olaraq məhdud dairədə Qafqaza aid olan ölkədir.
Deməli, şimal qonşumuzu xarici siyasətin hər üç səviyyəsində diq -
qətə almalıyıq. 1993-cü ilin ikinci yarısından xarici siyasətimizdə
Ru siya faktik olaraq, hər üç mərhələdə nəzərə alınmışdır.
Bu, regiona qonşu olan digər dövlətləri, ABŞ-ı, Avropa və Uzaq
Şərq ölkələrini qətiyyən arxa plana atmaq demək deyil. Azərbaycanın
xarici siyasətinin balanslaşma prinsipi bu mənada vacib olan bütün
siyasi məqamları uyğunlaşdırmağa imkan verir. Sadəcə olaraq,
171


müasir tarixi mərhələ belədir ki, Rusiya kimi böyük bir dövləti
müxtəlif səviyyələrdə nəzərə almaq lazım gəlir. Bu, Azərbaycanın
dövlət və milli maraqlarının tələblərindən irəli gəlir. Məsələnin bu
cür qoyuluşunun zəruriliyini təsdiq edən konkret nümunələri növbəti
fəsildəki təhlillərimizdə təqdim edəcəyik.
Xarici siyasəti üç səviyyəyə ayırmaq bir səviyyədən digərinə
keçid mexanizmi məsələsini aktuallaşdırır. Region ölkələri ilə bölgəyə
qonşu olan böyük dövlətlər istiqamətində aparılan siyasətlər bir-
birini tamamlamalıdır. Hər iki istiqamət isə qlobal miqyasda həyata
keçirilən siyasi kursa uyğunlaşdırılmalıdır. Azərbaycanın xarici si-
yasətində bu, müxtəlif konkret problemlər timsalında təmin edilir.
Məsələn, münaqişələrin həlli məsələsində regional siyasətlə Avro-
Atlantika və ya Asiya-Sakit okean məkanı siyasəti bir-birini tamamlayır.
Bunu bütün səviyyələrdə yeridilən siyasətdə eyni prinsiplərə söykənmək
strategiyası təmin edir. Konkret olaraq, Azərbaycan heç bir dövlətin
daxili işlərinə qarışmamaq, bərabərhüquqluluq əsasında əlaqələr
qurmaq, yalnız dinc vasitələrdən (siyasi-diplomatik) istifadə edərək
münasibətlər formalaşdırmaq, ölkələrin ərazi bütövlüyünə hörmət
etmək və bu kimi başqa prinsiplərə əməl edir.
Bəzən Azərbaycanın tarixən qısa bir müddətdə xarici siyasətdə
bu qədər uğur qazanmasının müxtəlif səbəblərini axtarırlar. Məsələn,
Ermənistanın apardığı informasiya təbliğatının təsirini Azərbaycan
qısa bir zamanda xeyli zəiflədə bildi. Erməni siyasətçilər və analitiklər
bunu Azərbaycanın neft amilindən ustalıqla istifadə etməsi ilə bağ-
layırlar. Bu, həqiqətin az bir hissəsidir. Çünki siyasətdə əsas məsələ
əldə olan imkanlardan necə yararlanmaqdan ibarətdir. Azərbaycan
xarici siyasətində konkret meyarları gözləməyə üstünlük vermişdir.
Həmin meyarlar (onlara prinsiplər də demək olar) isə ədalət, sə -
mimiyyət, etibarlı tərəfdaşlıq və sülhsevərliyə əsaslanır. Qədim Şərq
müdriklərindən biri deyib ki, “öz fikirlərinizə diqqətli olun –
onlar davranışınızın başlanğıcıdır”. Yəni insanın davranışının
düzgünlüyü fikirlərinin, hisslərinin təmizli yindən qaynaqlanır.
Böyük siyasət həqiqətlərə söykənən siyasətdir. Azərbaycanın
xarici siyasətdə uğurlarının əsas mənbəyi onun ədalətli, sülhsevər
olması və həqiqətə söykənməsindədir.
172


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə