N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə48/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   44   45   46   47   48   49   50   51   ...   80

münasibətlər sistemində müstəqil güc kimi iştirak etmək niyyətində
idi. Ona görə də, qurumu ümumi səviyyədə təmsil edən strukturlar
formalaşdırılmalıydı.
Deməli, Aİ-yə üzv olan dövlətlər müəyyən məsələlərdə milli sə-
viyyədə işləyən qanunlardan çox, bütövlükdə təşkilat miqyasında
qüvvəyə minmiş qanunlara əməl etməli idilər. Burada milli suverenliyin
bir hissəsindən imtina etmək məqamı var. Avropa İttifaqına daxil
olan dövlətlər üçün bir tərəfdən daha dərin və geniş inteqrasiya
vacib idi. Çünki dünya miqyasında inteqrasiya sürətlənirdi. Bununla
bağlı təhlükəsizliyin təminində bir sıra problemlər meydana çıxırdı.
Terror, qanunsuz miqrasiya, informasiya müharibəsi, demoqrafik
problemlərin kəskinləşməsi, ətraf mühitin çirklənməsi, radikal dini
görüşlərin geniş yayılması, etnik münaqişələrin artması və s. kimi
məsələlər Avropanı narahat edirdi. Avropa bu kimi təhlükələrə qarşı
daha sıx inteqrasiya olunmaqla durmağı planlaşdırdı. Digər tərəfdən,
sosialist düşərgəsinin çöküşü ilə dünyada tək fövqəlgüc olaraq ABŞ
qalırdı. Avropa həmişə Amerikanın əmrlərini yerinə yetirmək istəmirdi.
Bunun kifayət qədər səbəbləri vardı.
İkinci dünya müharibəsindən sonra ABŞ Avropadan çəkilmədi.
Onun hərbi hissələri qitədə qaldı. Amerika iqtisadiyyatı və mədəniyyəti
ilə Avropaya təsirini davam etdirdi, 1949-cu ildə isə gizli sazişlə Al-
maniyanın qızıl ehtiyatına əl qoydu, onun media qurumlarına nəzarət
etmək hüququ əldə etdi. Bütövlükdə, Almaniyanın yenidən kontinental
güc olmaması üçün onu nəzarətdə saxlaya bilən mexanizm yaratdı.
Yalnız Almaniya deyil, bütövlükdə Qərb Avropa ABŞ-ın geosiyasi
təsiri altında yaşamalı oldu. Sosialist düşərgəsinin dağılması ilə ABŞ
bütün Avropada hökmranlıq etmək imkanı qazanırdı. Avropa buna
imkan versə, sonra ABŞ-ın nəzarətindən çıxması müşkül olacaqdı.
Onun üçün də Aİ müstəqil geosiyasi güc kimi dünya siyasətində
yerini tutmağa çalışır. S.Hantinqton yazır ki, “Avropanın vəzifəsi
çoxqütblü dünyada ABŞ-ın hökmranlığına qarşı güc yaratmaqdan
ibarətdir” (3.5.18).
XX əsrin tanınmış simalarından olan S.Hantinqton bu qənaətinə
bütövlükdə dünya miqyasında gedən geosiyasi proseslərin təhlili
152


əsasında gəlib. S.Hantinqtona görə, “...soyuq müharibə”dən sonra
tarixdə ilk dəfə olaraq, dünya siyasəti həm çoxqütblü, həm də
çoxsivilizasiyalı oldu” (3.5.18, s.5). Bunun fonunda “Qərbin uni-
versallıq iddiaları” 
(S.Hantinqton) başqa sivilizasiyalarla müna-
qişələrə gətirib çıxardı. Bu səbəbdən Qərb universallığa yox,
unikal olduğunu qəbul etməyə can atmalıdır (3.5.18, s.5). Dünya
polisivilizasiya şəraitində yaşamağı bacarmalıdır.
Bu cür fikirlərin işığında Avropanın müstəqil güc kimi formalaşması
zərurət kimi görünür. Tarixi aspektdə ABŞ-ın hökmranlığından qur-
tulmaq duyğusu ilə, bütövlükdə, dünya geosiyasi mühitində gedən
proseslərin məntiqi avropalıları bu qənaətə gətirmişdir. Avropa uni-
kallığını nümayiş etdirməlidir. Fransızlar və almanlar siyasətdə
“ingilis ləhcəsi” ilə danışmaq istəmirlər. Avropanın digər xalqları
arasında unikallığa üstünlük verənlər az deyil.
Bu fikirlərin işığında Böyük Britaniyanın nəyə görə Aİ-nin
müstəqil güc olmasına ehtiyatla yanaşdığı aydın olur. Hər bir halda
1997-ci il Amsterdam sazişi imzalandı. Aİ-nin dünya siyasətinin
əsas problemlərinə və təhlükələrə baxışı 2003-cü ilin dekabrında
qəbul edilən “Avropa Təhlükəsizliyi Strategiyası” adlı sənəddə öz
əksini tapdı (3.5.19). Bu sənəddə Aİ üzvlərinin daha sıx əməkdaşlıq
etməsi zərurəti vurğulanırdı. Qurum üçün başlıca vəzifə kimi böhran
situasiyalarının tənzimlənməsi qəbul edildi.
Beynəlxalq miqyasda Aİ üçün əsas təhlükələr sırasında qloballaş-
manın təsiri altında Aİ-nin enerji, nəqliyyat və informasiya sahələrində
asılılığının artması göstərilirdi. Bu, qurumun zəif cəhəti kimi qiy-
mətləndirildi. Aİ sadalanan sahələrdə kimlərdən asılı idi? Avropa
enerji sahəsində Rusiyadan, nəqliyyat sahəsində bir çox böyük
geosiyasi güclərdən, informasiya sahəsində daha çox ABŞ-dan (1949-
cu ildə imzalanan sənədi yada salaq) asılıdır. Sənəddə enerji mənbələri
və təbii ehtiyatlarla təminat məsələsində rəqabətin kəskinləşdiyi
vurğulanırdı.
Bu məqamlar İttifaqa daxil olan ölkələrin daha sıx birləşməsinin
lazım olduğunu göstərirdi. Hər bir halda Aİ-də bu fikirdə olanlar az
153


deyildi. Nəticədə, 2004-cü ildə Av ropa üçün konstitusiya təsis edən
müqavilə sənədi meydana çıxdı (3.5.20). 2007-ci ildə isə Lissabon
müqaviləsi imzalandı ki, bununla da Aİ-nin müstəqil geosiyasi güc
mərkəzi olmaq iddiasına konkretlik gətirildi. Lissabon müqaviləsi
konstitusiya müqaviləsi əsasında hazırlanmışdı.
Aİ-nin təşkilat olaraq transformasiyasının istiqamətini və məz-
mununu qısaca əks etdirən bu proseslər Azərbaycanın Avropa
siyasətinin mühüm məqamlarını dərk etməyə imkan verir. Ölkəmizin
Avropa siyasətinin ikinci mərhələsində daha çox iqtisadi və dövlət
idarəetməsindəki islahatlara, insan haqları məsələsinə, siyasi plüralizmin
təmin edilməsinə diqqət yetirməsinin səbəbləri aydınlaşmış olur. Aİ
daha sıx birləşmək və dünya siyasətində müstəqil güc kimi çıxış
etmək istiqamətində islahatları dərinləşdirdikcə, Azərbaycanın da
Avropa siyasəti transformasiyaya uğradı.
2003-cü ildən Azərbaycanın Avropa siyasətinin üçüncü mərhələsi
başlayır. Bu mərhələdə iki mühüm istiqamət önə çıxır. Birincisi,
enerji-nəqliyyat sahəsində əməkdaşlığın təhlükəsizlik elementi ilə
birləşməsi. İkincisi, münaqişələrin həllində Aİ-nin daha yaxından
iştirakı. Bu istiqamətlərin fonunda Aİ-nin qonşuluq siyasəti proqramı
çərçivəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələsi aktual-
laşmışdır. Fəaliyyət Planının yerinə yetirilmə müddəti başa çatandan
sonra (2011-ci ilin sonu) Aİ Azərbaycanla assosiativ üzvlüyə hazırlıqla
bağlı danışıqlara başlayıb. Bu, tərəflər arasında əməkdaşlığın müsbət
istiqamətdə inkişaf etdiyini göstərir. Lakin mənzərə heç də tam
aydın deyil.
Göründüyü kimi, “soyuq müharibə”nin bitməsindən sonra “sivi-
lizasiya” anlayışının Qərb siyasi təfəkküründə ciddi yer tutması Av-
ropanın postsovet məkanı siyasətində bəzi çətinliklər törədir. O cüm-
lədən, Aİ-nin Cənub Qafqaz istiqamətində obyektiv siyasət yeritməsinə
bəzi əngəllər yaradır. Biz Van den Brukun yuxarıda gətirdiyimiz,
“bizi enerji ehtiyatlarından çox Aİ-Azərbaycan münasibətləri ma-
raqlandırır”, fikrinin arxasında duran məqamlardan birincisinin məhz
sivilizasiya məsələsi olduğuna inanırıq.
154


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə