N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə44/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   40   41   42   43   44   45   46   47   ...   80

Enerji sahəsi ilə yanaşı, Azərbaycan ABŞ-ın antiterror və sülhyaratma
proqramlarında iştirak edir. Azərbaycan əsgərləri beynəlxalq qüvvələrin
tərkibində dünyanın müxtəlif bölgələrində öz vəzifələrini yerinə ye-
tirirlər. Azərbaycanla ABŞ arasında təhlükəsizlik, silahlara nəzarət,
müdafiə və s. sahələrdə əlaqələrin inkişafında ölkəmiz üzərinə düşən
hər şeyi edir. Avro-Atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh
naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın genişləndi-
rilməsi prosesi davam edir. Sonuncu məsələ Prezident Heydər
Əliyevin 1997-ci il sentyabrın 2-də verdiyi sərəncamda ayrıca bənd
kimi göstərilmişdir (bax: 3.5.6). Bütövlükdə, təhlükəsizlik məsələləri
ilə bağlı ABŞ-la Azərbaycan həmişə yaxından əməkdaşlıq etmişdir.
Müxtəlif proqramlarda iştirak edən ölkəmiz, üzərinə düşən bütün
vəzifələri yerinə yetirmişdir və indi də bunu etməkdədir.
Keçən müddət ərzində Azərbaycan Qərbin Cənub Qafqazla bağlı
beynəlxalq layihələrində fəal iştirak etmişdir. Qərbin enerji təhlükə-
sizliyinə ciddi təsir edə bilən qlobal əhəmiyyətli bütün layihələri
dəstəkləmişdir. “Nabukko”, “Cənub dəhlizi”, “Transxəzər”... Bu
enerji layihələrini ABŞ Azərbaycansız təsəvvür etmir. ABŞ Prezidentinin
enerji məsələləri üzrə xüsusi nümayəndəsi olmuş Riçard Morninqstarın
Cənub Qafqaza çoxsaylı səfərləri zamanı aparılan danışıqların
iştirakçısı kimi deyə bilərəm ki, Amerika tərəfi Azərbaycanı enerji
təhlükəsizliyinin təmini prosesində postsovet məkanının ən vacib
ölkəsi olaraq görür.
Yaddaşımda 1998-ci ilin dekabrın 16-da Bakıda Heydər Əliyevlə
Riçard Morninqstarın görüşündə səslənən bəzi fikirlər canlanır.
R.Morninqstar o vaxt ABŞ Prezidentinin və Dövlət katibinin xüsusi
müşaviri, səfir idi. Azərbaycana gələn Amerika nümayəndə heyətinə
başçılıq edirdi. Prezident sarayında keçirilən görüşdə R.Morninqstar
Prezident  Heydər Əliyevə enerji sahəsindəki əməkdaşlığı nəzərdə
tutaraq dedi: “Siz bu sahədə dönüş nöqtəsi yaratmaqda xüsusi,
müstəsna rol oynamısınız” (bax: 3.5.7). Heydər Əliyev onda bir mə-
sələyə incə işarə etdi. O, ABŞ KİV-ində iki ölkə arasındakı əməkdaşlığın
təhrifinə yönəlmiş məlumatların getdiyini xatırlatdı. Həmin məlumatları
140


Amerikanın Azərbaycanda dəstəklədiyi bəzi siyasi qruplar yayırdılar.
Heydər Əliyevin R.Morninqstara dediyi informasiya məhz bununla
bağlı bir televiziya verilişində gedən süjetə aid idi. Heydər Əliyev
dərhal sözünə davam edərək, R.Morninqstarı sakitləşdirici fikir
bildirdi. O, Azərbaycan rəhbərliyinin bütün təxribatlara baxmayaraq,
seçdiyi enerji siyasətindən dönməyəcəyini bəyan etdi (3.5.7). Ancaq
Azərbaycan Prezidenti tarixi bir gediş etmişdi: ABŞ-ın rəsmi nüma-
yəndəsinə ölkəsinin siyasi dairələrində ikili oyun aparanların olduğuna
işarə vermişdi. Bütövlükdə, bu, ABŞ-ın ikili standartlar siyasətinə
eyham idi. Sonrakı mərhələdə bu siyasət daha da gücləndi ki, bu da
ABŞ-Azərbaycan münasibətlərinə bəzi mürəkkəbliklər gətirdi.
Onlardan bir qədər sonra bəhs edəcəyik.
Həmin görüşdə Ulu öndər Qərbin enerji ilə təminatında Xəzərin
bundan sonra da xüsusi əhəmiyyət daşıyacağını maraqlı aspektdə
qonağın diqqətinə çatdırdı: “Bilirsiniz, Xəzər dənizinin tarixinin nə
qədər olduğunu heç kəs deyə bilməz. Yer kürəsinin tarixi nə qədərdirsə,
Xəzər dənizinin də tarixi o qədərdir. Ancaq XX əsrin sonunda və
XXI əsrin əvvəlində Xəzər dənizinin mineral ehtiyatlarında böyük
bir inqilab baş verir. Biz də bu inqilabın iştirakçılarıyıq. Hesab edirəm
ki, bu inqilab da bütün xalqlar, o cümlədən Azərbaycan xalqı üçün çox
böyük bəhrə verəcəkdir. Ancaq biz gərək bunun üçün çox işləyək”
(3.5.7). R.Morninqstar təcrübəli diplomat kimi hər şeyi anladı və belə
bir fikir söylədi: “Biz Transxəzər layihəsinə Sizin davamlı dəstəyinizə
öz hörmətimizi və ehtiramımızı bildirmək istəyirik. Məlumdur ki, Siz
siyasi xadim kimi bu regionda müstəsna rol oynayırsınız” (3.5.7).
Heydər Əliyev-Riçard Morninqstar görüşünün bəzi məqamlarını
təsadüfən xatırlatmadım. Burada Azərbaycanın öhdəsinə götürdüklərini
qətiyyət və inamla yerinə yetirdiyi və ABŞ-ın siyasi dairələrində
bizim ölkəmizə qarşı ikili siyasətin elementlərinin olduğu aydın
duyulur. İndi də “Cənub dəhlizi” adlanan və regiona qonşu olan bəzi
böyük dövlətlərin narazılığına səbəb olan layihənin həyata keçməsi
üçün Azərbaycan önəmli rol oynayır. Bəzi Qərb şirkətləri həmin
layihəni maliyyələşdirməkdən imtina edəndə Azərbaycan öz təklifini
verərək, bu işi Türkiyə ilə birgə öz öhdəsinə götürdü.
141


Bütün bunların fonunda son zamanlar Amerika tərəfdən sual
doğuran bəzi hərəkətlər müşahidə edilir. ABŞ və Avropanın bəzi
media orqanları anti-Azərbaycan kampaniyası aparır. Bu proses
qəribə şəkildə İranın təbliğat kampaniyası ilə uzlaşır. Paralel olaraq,
rəsmi Vaşinqton Türkiyə-Ermənistan münasibətlərinin normallaşdı-
rılması məsələsini Dağlıq Qarabağ probleminin həlli ilə bağlamaq
istəmir. ABŞ-ın Dövlət katibi Hillari Klinton Cənub Qafqaza 2012-
ci ilin iyun ayının əvvəllərindəki səfəri zamanı İrəvanda bildirdi ki,
rəsmi Vaşinqton Türkiyə-Ermənistan məsələsi ilə Dağlıq Qarabağ
münaqişəsinin həlli arasında əlaqə görmür (3.5.8). Məsələ yalnız bu
problemlə məhdudlaşmır.
Təbii, ABŞ başa düşür ki, Azərbaycan tam müstəqil xarici siyasət
yeridir. Azərbaycan xaricə 7 marşrut üzrə neft və qazını ixrac edir.
Daxili sabitlik yüksək səviyyədədir. Ölkə iqtisadiyyatı yüksəlişdədir.
Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür. Beynəlxalq
enerji layihələrində əsas iştirakçılardan biridir. Analitiklər Azərbaycanın
Qərbin enerji təminatında ciddi yer tutduğunu vurğulayırlar. Eyni za-
manda, Azərbaycan postsovet məkanı ölkələrinin enerji təchizatında
əhəmiyyətli rol oynayır. Bütün bunların fonunda da demokratik
cəmiyyət quruculuğu uğurla davam edir.
Azərbaycan məsələsinin Qərb üçün əhəmiyyətinin bir cəhətini
analitik Ariel Kohen “The National Interest” dərgisində dərc edilən
məqaləsində qeyd edib. O yazır ki, “Qarabağın işğalı Cənub Qafqazı
partlada biləcək barıt çəlləyidir... Bu baş versə... Ermənistanın başqa
bir müttəfiqi olan İranın region işlərinə cəlb edilməsi ehtimalı
artacaq. Bunlar ABŞ-ın milli maraqlarına cavab vermir” (3.5.9).
1992-ci ildən ABŞ-ın Azərbaycan siyasətində özünü göstərən bir
ziddiyyətin fonunda misal gətirdiyimiz faktlar düşündürücü görünür.
Biz nəyi nəzərdə tuturuq?
1992-ci ildə ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci dü -
zəlişi qəbul etdi. Bu düzəliş ABŞ hökumətinin Azərbaycana birbaşa
yardımını qadağan edir. Səbəb kimi Azərbaycanın Dağlıq Qarabağı
və Ermənistanı blokadada saxlaması göstərilir. Qəribəsi odur ki, bu
142


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə