N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə37/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   33   34   35   36   37   38   39   40   ...   80

Heydər Əliyevin müzakirələrində geniş yer alırdı. Xüsusilə, dənizin
beynəlxalq-hüquqi statusu ilə bağlı Azərbaycanın Rusiya və Qaza-
xıstanla müqavilələr imzalaması İran istiqamətində daha da fəal
olmağı tələb edirdi.
Azərbaycan diplomatiyası Heydər Əliyevin müəyyənləş dirdiyi
prinsiplər əsasında İranla əməkdaşlığı inkişaf etdirir. Rəsmi Bakı
qarşılıqlı faydalı münasibətlərin davam etdirilməsində maraqlı və
qərəzsiz olduğunu daim nümayiş etdirib. Təəssüf ki, son vaxtlar İran
Azərbaycana qarşı lazımi dərəcədə konstruktiv mövqe nümayiş
etdirmir. Xüsusilə, Qərbin İranın nüvə proqramı ilə bağlı yeritdiyi
siyasətin yaratdığı gərginlik fonunda Azərbaycanı əsassız ittiham
etmək cəhdləri və “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı İran me-
diasının apardığı böhtan kampaniyası böyük təəssüflər doğurdu.
Azərbaycan ərazisindən İrana qarşı müharibədə istifadə ediləcəyi
haqda bəzi Qərb agentlik və media orqanlarının, eləcə də bunu
təkrar edən İsrail qəzetlə 
rinin məkrli niyyətlərinə cavab olaraq,
Prezident  İlham Əliyev dəfələrlə bəyan etdi ki, buna qətiyyən yol
verməyəcək dir. Azərbaycan müstəqil dövlətdir və heç kəsin diktəsi
ilə hərəkət etmir. O cümlədən, İranın kiminlə və ne cə əməkdaşlıq et-
məklə bağlı Azərbaycana göstərişlər verməyə cəhd göstərməsinin
mənası yoxdur. Əksinə, İranın Azərbaycanla bağlı siyasətinə müəyyən
düzəlişlər etməsinə ehtiyac görünür. Tehran artıq formalaşmış kons-
truktiv əmək daşlıq sistemini pozmağa çalışmamalıdır. Bu siyasət
həm Azərbaycanın, həm də İranın maraqlarına ziddir.
Bütün bunlara baxmayaraq, Azərbaycan İranla münasi bətlərini
qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətindədir.
Şübhə yoxdur ki, siyasət həmişə real vəziyyəti, konkret situasiyaları
nəzərə almalıdır. Belə ki, nə tamamilə ümumnəzəri müddəalara alu-
dəçiliyin praktiki faydası var, nə də yalnız konkret situasiyaları
mütləqləşdir 
məyin. Siyasətin bir tərəfi ümumnəzəri yanaşmaya
əsaslan malıdırsa, digər tərəfində mövcud reallığın tələbləri durmalıdır.
İranla bağlı Qərbin yeritdiyi müasir siyasətin yaratdığı vəziyyət təbii
ki, region dövlətlərinin hər birinin müəyyən amilləri nəzərə almasına
səbəb olur. Sürətlə dəyişən geosiyasi situasiyalarda xarici siyasət
119


kifayət qədər çevik olmalıdır. Lakin müstəqil dövlət öz ümumi kur-
sundan kənara çıxmamalıdır. Azərbaycan isə İran ətrafında geosiyasi
situasiyanın və qüvvələr nisbətinin necə dəyişməsindən asılı olmayaraq,
İranın daxili işlərinə qarışmamaq siyasətinə sadiq qalacaqdır.
Azərbaycan heç zaman öz ərazisindən qonşularına qarşı hərbi təcavüz
üçün bu və ya digər şəkildə istifadə olunmasına icazə verməyəcəkdir.
Ümumiyyətlə, Azərbaycan dünyanın bütün dövlətləri ilə münasibətlərini
beynəlxalq hüquq normaları çərçivəsində qurmaqda davam edəcək.
Bu mövqedən rəsmi Bakı heç zaman çəkilməyəcək.
Azərbaycanın İran siyasətində mehriban qonşuluq mövqeyində
olması bütövlükdə ölkənin xarici siyasət kur sunun mahiyyətindən
irəli gəlir. Bu, məsələnin çox incə və əhəmiyyətli tərəfidir. Çünki
söhbət dövlətin xarici siyasət kur 
sunun mahiyyətindən gedir.
Ermənistan haqqında onu deyə bilərik ki, onun xarici siyasətinin məz-
mununda qonşu dövlətlərə qarşı aqressivlik özünü açıq göstərir. Bu
ölkənin konstitusiyasında belə başqa dövləti ittiham məqamı vardır. Er-
mənistan rəsmiləri dəfələrlə qonşu dövlətlərin ərazisinə və mədəniyyət
nümunələrinə iddialarını bəyan ediblər. Bu iddiaları nə qədər “tarixi,
elmi, siyasi” və s. “arqumentlərlə” əsaslandırmağa çalışsalar da, mənası
birdir – təcavüzkar si ya sət!
Azərbaycan isə xarici siyasətini tamamilə fərqli prinsiplər əsasında
qurub. Bizim dövlət quruculuğumuzun mahiyyətini qonşu ölkələrin
daxili işlərinə qarışmamaq, sülhpərvər olmaq, regionda inteqrasiya
və mədəniyyət əsasında inkişaf prinsipləri təşkil edir. Azərbaycanın
heç bir ölkənin ərazisinə iddiası yoxdur. İranda 30 milyona yaxın
soydaşımızın yaşamasına baxmayaraq, bu ölkənin ərazi bütövlüyünə
daim hörmətlə yanaşılıb. Qonşu Gürcüstan, Rusiya və Türkiyəyə
münasibətdə də eyni prinsiplərə dəqiq əməl edilir.
Müasir tarixi dövrdə dövlətin xarici siyasətinin hansı prinsiplər
üzərində qurulması, bir çox mənalarda onun (dövlətin) mahiyyətini
ifadə edir. Azərbaycanın İran siyasətində hər şeydən əvvəl bu
məqamın nəzərə alındığı qəbul edilməlidir. Yəni dövlətimizin sülh-
pərvərliyi İranla olan əlaqələrin daha da inkişaf edəcəyinə təminat
120


verir. Buna görə də, İran amili Azərbaycan üçün həmişə önəmli ola-
caqdır. Qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində beynəlxalq hüquq
normalarına tam əməl etməklə, bir-birinin daxili işlərinə qarışmamaqla
böyük uğurlar əldə etmək mümkündür.
Beləliklə, Azərbaycan 1993-cü ilin ikinci yarısından qonşu
ərazilərdə yerləşən üç böyük dövlətlə münasibətlərini konstruktivlik
və qarşılıqlı faydalılıq prinsipləri əsasında qura bildi. Heydər Əliyevin
Cənub Qafqazın “böyük geosiyasi üçbucağı”nda Azərbaycanın dövlət
maraqlarına cavab verən və başqa ölkələrin maraqlarına zərər
vurmayan tarazlaşdırıcı siyasət modeli tarixin sınaqlarından uğurla
çıxdı.
Müasir tarixi şərtlər çərçivəsində kifayət qədər çevik fəaliyyət
mexanizminə əsaslanan bu xarici siyasət kursu dəyişkən situasiyalarda
səmərəsini itirmir. Əksinə, Azərbaycan diplomatiyası “kəndir üzərində
yeriş”ində büdrəmir. Regionda xaosla nizam daim yanaşı mövcuddur.
Bəzi qüvvələrin pozucu və qeyri-konstruktiv fəaliyyəti nəticəsində
zaman-zaman gərginlik artır.
Təsadüfi deyil ki, analitiklər Qafqazı dünyanın ən dəyişkən və
riskli regionlarından biri kimi səciyyələndirirlər. Əgər bu cür mürəkkəb
situasiyada belə Azərbaycanın xarici siyasəti uğurlar əldə edirsə,
deməli, gələcəyə ümidimiz çoxdur. Azərbaycan Rusiya, Türkiyə və
İranın regiondakı maraqlarını nəzərə almaqla onları öz xarici
siyasətinin fəaliyyət sahəsində tarazlaşdıra bildi. Burada neft strate-
giyasının oynadığı rolu ayrıca qeyd etməliyik. Bununla yanaşı, bü-
tövlükdə dövlətimizin sülhpərvər mahiyyətini ifadə edən məqamların
düşünülmüş surətdə dünyaya çatdırılması önəmli əhəmiyyətə malikdir.
Həmin mövqenin təsdiqi üçün isə müxtəlif aspektlərin qarşılıqlı uy-
ğunlaşdırılmasına (məsələn, mədəniyyətin təbliği, diaspor quruculuğu,
dövlətin imicinin formalaşdırılması üsulları, beynəlxalq təşkilatlar
çərçivəsində xüsusi təbliğat və təşviqat prosesinin təşkili və s.)
əsaslanan siyasətin yeridilməsi çox vacibdir.
Azərbaycanın üç böyük qonşusu ilə münasibətlərini qura bilməsi
tarixi hadisədir. İstənilən dövlət əhatəsində olduğu güclü ölkələrlə
121


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə