N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə35/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   31   32   33   34   35   36   37   38   ...   80

öndər hər şeyi ölçüb-biçərək, xarici siyasətdə Rusiya amilinə ayrıca
yer ayırdı.
Bu siyasət nəticəsində artıq keçən əsrin 90-cı illərinin sonunda
Rusiya-Azərbaycan əlaqələri strateji xarakter almağa başladı. Azər-
baycanın enerji siyasətindən əvvəllər narazı olan Moskva getdikcə
başa düşürdü ki, müasir tarixi dövrdə təcrid siyasəti səmərəsizdir.
Ona görə də, Rusiya iqtisadi sahədə Azərbaycanla əlaqələrini daha
da genişləndirməyə qərar verdi. Doğrudur, “Əsrin müqaviləsi”ndən
Rusiyanın “Lukoyl” şirkəti çıxdı, ancaq bununla müsbət heç nəyə
nail ola bilmədi. Azərbaycan neftinin bir qismini Rusiya ərazisindən
Qərbə nəql edə biləcəyini sübut etdi. Aparılan danışıqlar nəticəsində
Novorossiysk istiqamətində Azərbaycan neftinin nəqlinə başlandı.
Bu istiqamətdə neftin ixracı zaman-zaman artırılır. Sonra Rusiya
Azərbaycan qazını almaq üçün fəaliyyətə başladı. Bu sahədə də
müsbət nəticələr əldə edilib və hazırda Rusiya Azərbaycandan qaz
alır. Həyata keçirilən praqmatik siyasət nəticəsində 2006-cı ildə
Rusiya Azərbaycanı xarici siyasətinin prioritet istiqamətlərindən biri
olduğunu bəyan etdi. 2008-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi
2 milyard dollara yaxınlaşdı. Bu göstərici hər il artmaqda davam
edir. 2009-cu ilin yayında isə Rusiya ilə Azərbaycan arasında Dostluq
və Strateji Tərəfdaşlıq Müqaviləsi imzalandı. 2009-cu ildə Rusiya
Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı Azərbaycan
Prezidenti  İlham Əliyev bildirdi: “Bizim ölkələr arasında heç bir
problem yoxdur... Həm ikitərəfli əməkdaşlıqda, həm də regional məsə-
lələrdə Rusiyanın və Azərbaycanın baxışları bir çox cəhətdən üst-üstə
düşür... Bizim münasibətlərimizi məhz strateji tərəfdaşlıq termini ilə
ifadə etmək olar” (3.2.1, s.37).
Doğrudan da, son illər Rusiya-Azərbaycan münasibətləri dinamik
inkişaf edir. İqtisadi və humanitar sahələrdə əməkdaşlıq yüksək sə-
viyyəyə qalxmışdır. Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində
də Rusiyaya böyük önəm verir. D.Medvedev prezidentliyi müddətində
Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini təşkil etmişdir.
Təəssüf ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində
113


bu görüşlərdə elə bir irəliləyiş əldə olunmamışdır. Lakin bu faktın
mühüm geosiyasi mənası vardır. Rusiya Cənub Qafqazda Azərbaycan
məsələsinə daha çox önəm verməyə başlamışdır. Moskva Azərbaycanın
ərazi bütövlüyünün təmin olunması zərurətini qəbul etmişdir.
Rusiya-Azərbaycan münasibətlərinin getdikcə daha konstruktiv
xarakter alacağı ölkə rəhbərliyinin çoxvektorlu xarici siyasət yeritməsi
ilə izah edilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il
mayın 5-də Bakıda keçirilən “Xəzərin neft və qazı, neft emalı və
neft kimyası” adlı beynəlxalq sərgi və konfransın açılışında bəyan
etdi: “Azər 
baycan tam müstəqil siyasət yeridir. Bunun əsasında
iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi durur” (3.3.2).
İlham Əliyev Azərbaycanın 7 istiqamətdə enerji ixrac etdiyini
bildirib. Enerji ixracı marşrutlarının şaxələnməsi müasir tarixi dövr
üçün ciddi geosiyasi əhəmiyyət kəsb edir. Prezident ona görə
birmənalı qeyd edir ki, “Azərbaycanın müstəqilliyi tam və qeyd-
şərtsizdir” (3.3.2). Bütün bunlar Azərbaycanın uzunmüddətli qaz
strategiyasını reallaşdırmağa hazır olduğunu göstərir. O cümlədən,
Rusiya ilə münasibətlərdə ölkəmizin tam müstəqil mövqe nümayiş
etdirəcəyinə şübhə yoxdur. Şimal qonşumuz öz növbəsində  Azər-
baycanla əməkdaşlığı dərinləşdirmək və genişləndirməkdə maraqlıdır.
Cənub Qafqazda Rusiya-Azərbaycan münasibət lərinin bütövlükdə
bölgənin geosiyasi mənzərəsində həlledici rol oynayacağını proq-
nozlaşdırmaq olar.
Cənub Qafqazın enerji ehtiyatlarının 85 faizinə, insan ehtiyatlarının
isə 65 faizinə malik olan Azərbaycan təbii olaraq, bu bölgənin
aparıcı dövlətidir. Yaxın perspektivdə Azərbaycan regionun geosiyasi
mənzərəsinin dəyişməsində həlledici rol oynayan dövlət kimi qəbul
ediləcək. Rusiya Cənub Qafqazın geosiyasi simasını müəyyənləşdirən
Azərbaycanla münasibətlərini təbii ki, Ermənistan və ya Gürcüstanla
olan münasibətlərdən fərqli meyarlar üzərində qurmalıdır. Gözləmək
olar ki, həmin amil Cənub Qafqazda tarixi geosiyasi dəyişikliklərin
yeni mərhələsinin qayəsini təşkil edəcəkdir.
114


Azərbaycanın Türkiyə və İranla münasibətlərinin inkişafına da
həmin bucaq altında baxmaq lazım gəlir. Türkiyə Azərbaycana həm
etnik, həm də mədəni-tarixi baxımdan yaxın dövlətdir. Heydər
Əliyevin məşhur “bir millət, iki dövlət” prinsipi bu yaxınlığı dolğun
əks etdirir. Lakin əksər hallarda insanlar bu deyimin ikinci hissəsinin
mənası və əhəmiyyətini arzu olunan səviyyədə dərk etmirlər. Türkiyə
və Azərbaycan etnik baxımdan eyni olsalar da, iki fərqli dövlətlərdir.
Buna görə də, milli hiss və duyğularla dövlət siyasətini ayıran xətti
qəbul etmək gərəkdir. Yəni iki qardaş dövlət hər şeydən öncə bir-
birlərinin müstəqil dövlət olaraq inkişafında və güclənməsində
maraqlı olmalıdırlar. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azər-
baycanda Türkiyəyə iki ifrat münasibət vardı. Əvvəlcə A.Mütəllibov
iqtidarı Türkiyəni lazımi dərəcədə qiymətləndirə bilmədi. Sonra isə
Ə.Elçibəy ifrat dərəcədə Türkiyə amilinə  önəm verdi. Hər iki yanaşma
o zaman dünyada gedən prosesləri nəzərə almadan, müxtəlif addımların
atılması ilə müşayiət olunurdu. Yalnız Heydər Əliyev hakimiyyətə
qayıdandan sonra qardaş ölkə ilə iki müstəqil dövlət səviyyəsində
münasibətlər qurulmağa başlandı. Nəticədə, qısa bir zamanda Türkiyə
ilə Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf etdi.
Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. 2010-
cu il sentyabrın 15-də “Azərbaycan Respublikası və Türkiyə Res-
publikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının
qurulması haqqında Birgə Bəyannamə” imzalandı. Bəyannamə iki
dövlət arasındakı əlaqələrin dünyada mövcud olan ən yüksək
səviyyəsini nümayiş etdirir. İki qardaş ölkənin rəhbərlərinin yaratdığı
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası daimi toplantılarını
keçirir və əməkdaşlığın inkişaf templəri saxlanılır.
1993-cü ildən başlayaraq, Azərbaycanla Türkiyə demək olar ki,
bütün sahələr üzrə əməkdaşlıq sazişləri imzalayıblar. Onların
sıralanması uzun bir siyahını təşkil edərdi. Burada əsas məqam
ondan ibarətdir ki, iki ölkə siyasət, iqtisadiyyat, mədəniyyət, ordu
quruculuğu və başqa sahələr üzrə əməkdaşlığı ilbəil gücləndirir.
Türkiyə və Azərbaycan rəhbərləri vaxtaşırı qarşılıqlı səfərlər edirlər.
115


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə