N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə31/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   27   28   29   30   31   32   33   34   ...   80

Məsələn, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın xarici
siyasətinin ən aktual prioriteti olması konkret zaman və məkanda
xarici siyasətin əsas istiqamətlə rinin ümumi məzmunundan qaynaqlanır.
Azərbaycanın “uzaq” və “yaxın xaric” ölkələri ilə münasibətlərinin
məc musu ərazi bütövlüyünün bərpası məsələsini önə çıxarır ki, buna
da nail olmağın yolu Dağlıq Qarabağ probleminin həllindən keçir.
Məsələyə Rusiya ilə münasibətlərin inkişaf perspektivləri priz-
masından baxdıqda, xarici siyasətin əsas istiqaməti ilə prioritetinin
üst-üstə düşdüyünü görmək olur. Yaxın və böyük qonşumuz olduğuna,
tarixin müəyyən mərhələsində eyni dövlətin tərkibində olduğumuza
və qlobal siyasətdəki yüksək mövqeyinə görə Rusiya ilə əlaqələr
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Eyni
zamanda, hazırkı tarixi şəraitdə Azərbaycanın ərazi bütövlüyünün
 bər pasında, sosial-mədəni inkişafında və başqa məsələlərdə önəmli
rol oynadığından Rusiya istiqaməti həm də prioritetdir.
Bu növ müqayisələrin sayını artırmaq olar. Lakin hər halda xarici
siyasətin əsas istiqamətləri ilə prioritetlərinin sıx əlaqədə olması
aydın görünür. Ancaq onları eyniləşdirmək də düzgün deyildir. Bütün
bunları nəzərə alaraq, Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri
və prioritetlərinin təhlilinə ehtiyacın olduğunu görürük.
3.2. Xarici siyasətin əsas istiqamətləri: 
aşırımlı yollarla zirvəyə doğru
Siyasətə hamar yol kimi baxmaq bəri başdan mübarizəni uduzmaq
deməkdir. Dünya siyasətində bir neçə dəfə siyasi olimpə yüksəlmiş
adamların sürətlə “aşağı düşməsindən” çoxlu misallar çəkmək olar.
İradəli və qətiyyətli siyasətçi yenidən “kül içindən dirilə” bilir.
Siyasətdə aşırımlı yollarla zirvəyə doğru getməyi bacarmaq lazımdır.
Xarici siyasətin əsas istiqamətlərini də çətinliklər və dolanbaclarla
dolu yollarla irəlilətmək gərəkdir. Azərbaycan 20 ildən çoxdur ki,
müstəqilliyi naminə xarici siyasətini bütün əsas istiqamətlərdə
101


çətinlikləri dəf edərək inkişaf etdirir. Heydər Əliyev xarici siyasət
kursunu qlobal güc qütblərinin gərginlik sahələrinə salmadan,
çevik manevrlərlə formalaşdırdı. Prezident 
İlham Əliyev bu
kursu davam et di rir. Ətrafında “çoxkombinasiyalı siyasi oyunlar”
gedən Azərbaycan “dəyişən geosiyasi kart olmayıb, olmayacaq
da” 
(İlham Əliyev) (sitat: 3.2.1, s.19-20). Azər baycanın xa rici
siyasətinin əsas istiqamətlərinin müəyyən ləşdirilməsi fəlsəfəsinə bu
fikirlərin işığında nəzər salmaq faydalı olardı.
Əvvəla, Azərbaycan öz ətrafında aparılan çoxkombinasiyalı siyasi
oyunların fərqindədir. Bu oyunun aktorları məlumdur. Onların belə
davranmasının səbəbləri də çoxlarına aydındır. Bir tərəfdən, onlar
Azərbaycanın zənginliklərindən məhrum olmaq istəmirlər, digər
tərəfdən isə, onu (Azərbaycanı) müstəqil tərəfdaş kimi də qəbul
etməkdə çətinlik çəkirlər. Görünür, tarixin hökmü ilə Azərbaycanın
müvəqqəti olaraq dövlətçiliyini itirməsi bir çoxlarında yanlış fikir
formalaşdırıb. Bu cür çoxpilləli siyasi və geosiyasi mürəkkəbliklər
şəraitində xarici siyasətin əsas istiqamətləri iki hədəfi birdən vurmağa
imkan yaratmalı idi. Azərbaycanın ətrafında aparılan siyasi oyunların
neytrallaşdırılması fonunda əməkdaşlığa qapının açıq olduğunu gös-
tərmək lazım idi. Paralel olaraq, Bakının heç bir vaxt kiminsə
yedəyində get məyəcəyini, geosiyasi mühitdə regional lider qismində
müstəqil oyunçu olacağını sübut etməli idik.
Bu prinsipləri əsas götürərək, Azərbaycanın xarici siyasətinin üç
mühüm aspektini qeyd edə bilərik. Birincisi, region dövlətləri ilə
münasibətlərin tənzimlənməsi. İkincisi, Azərbaycanın qonşu dövlətlərlə
münasibətlərinin qurulması. Üçüncüsü, coğrafi baxımdan uzaq olan
ölkələrlə müna si bət lərin formalaşdırılması. Bu istiqamətlər Rusiya,
İran və Türkiyəni, Gürcüstan, Ermənistan və Mərkəz Asiya ölkələrini,
ABŞ və Avropa dövlətlərini, Yaxın və Uzaq Şərqi əhatə edir.
Xarici siyasətdə beynəlxalq və regional təşkilatlarla sıx əlaqələrin
yaradılması və əməkdaşlıq edilməsi ayrıca istiqamət kimi götürülür.
BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB, İƏT, ECO,
QDİƏT, GUAM, NATO, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla
hərtərəfli münasibətlərin qurulmasına böyük diqqət yetirilir.
102


Sosial-mədəni və siyasi həyatda qeyri-dövlət və qeyri-hökumət
təşkilatlarının rolunun artması ilə əlaqədar xarici siyasətdə onların
yeri daha da genişlənir.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində aparılan fəal diplomatik
və ideoloji iş sayəsində Xocalı soyqırımı bir neçə dövlətin parlamentində
müzakirə edildi. Bu addımı ilə Azərbaycan diplomatiyası 57 ölkə ilə
münasibətlərinə ye 
ni müsbət çalar gətirdi. Regional və qlobal
miqyasda bey nəl xalq təşkilatlarda diplomatik fəaliyyət qlobal geosiyasi
mühitə sistemli şəkildə təsir etmək imkanı yaradır. Bəzi hallarda
konkret bir dövlət Azərbaycana qarşı qərəzli mövqe tuta bilər. Belə
hallarda həmin dövlətin üzv olduğu beynəlxalq təşkilat vasitəsilə
anlaşılmazlığı aradan qaldırmaq və ya onu minimuma endirmək
mümkün olur.
Təbii ki, dövlətlərin elə strateji maraqlar dairəsi var ki, buraya
beynəlxalq təşkilatlar çərçivəsində nüfuz etmək çətindir. Bu halda
ikitərəfli dialoq və ya dost dövlətlərin siyasi-diplomatik dəstəyi ilə
hərəkət etmək lazım gəlir. Məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı böhranlı situasiyalarda Türkiyə və Pakistan Azərbaycana daim
dəstək verirlər. Bu cür manevrlərlə qlobal miqyasda Azərbaycanın
maraqlarının gözlənilməsinə və xarici siyasətdə balansın saxlanmasına
nail olunur.
Azərbaycanın BMT və AŞPA çərçivəsində siyasi fəallığı xeyli
nəticələr əldə etməyə imkan verib. BMT-nin Dağlıq Qarabağla bağlı
4 qətnamə qəbul etməsi, Azərbaycanın 2012-ci ildə Təhlükəsizlik
Şurasına üzv seçilməsi və Prezident İlham Əliyevin TŞ-nin iclasına
sədrlik etməsi beynəlxalq təşkilatlarda aparılan siyasətin konkret
bəhrələrindəndir. Azərbaycan yeritdiyi xarici siyasətin əsl mahiyyətini
yüksək tribunalardan izah edir, dövlətin sülhpərvər obrazını tam
açıqlayır, xalqımızın gerçək mənəvi-əxlaqi keyfiyyətləri haqqında
geniş məlumatlar verir.
Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti xarici si-
yasətin uğurlarından biri kimi qəbul edilməlidir. İlham Əliyevin
Azərbaycanın həmin təşkilatdakı nümayəndə heyətinə başçılıq etdiyi
103


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə