N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə39/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   35   36   37   38   39   40   41   42   ...   80

Azərbaycan o zaman “Ümumqafqaz evi” təşəbbüsü ilə çıxış et -
mişdi. Bu təşəbbüslər təsadüfi deyildi. Azərbaycanın xarici siyasətində
Cənub Qafqazda sülh və sabitlik əsas xətti təşkil edirdi. Bölgədə in-
teqrasiyaya nail olmaq ölkəmizin xarici siyasətinin strateji məqsəd-
lərindən biri idi. 1997-ci ildə E.Şevardnadze Bakıya səfər etdi və
strateji xarakterli növbəti saziş imzalandı. Bundan sonra Azərbaycanla
Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşməyə və genişlənməyə
başladı. Bir-birinin ardınca iqtisadi, enerji, təhlükəsizlik və qarşılıqlı
əməkdaşlıqla bağlı müqavilələr imzalandı. Bu proses Cənub Qafqazın
geosiyasi taleyində ciddi rol oynayan bir neçə beynəlxalq enerji və
nəqliyyat-kommunikasiya sahələri üzrə müqavilələrin imzalanması
ilə daha çox diqqəti çəkir.
1999-cu ildən başlayaraq, Bakı-Supsa neft kəməri işləyir. 2005-ci
ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri işə başladı. Bundan başqa,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TRACECA – Tarixi İpək
Yolunun bərpası layihələri həyata keçirildi. 2007-ci ildə isə Bakı-
Tbilisi-Qars dəmiryolunun tikintisinə başlanıldı. Azərbaycan və Gür-
cüstan prezidentləri tez-tez əlaqə saxlayıb və əməkdaşlığı inkişaf et-
diriblər. Bu layihələrin hər birinin ciddi geosiyasi əhəmiyyəti vardır.
Onların regionun sabit və davamlı inkişaf edən məkana çevrilməsi
üçün böyük rol oynadığını təcrübə sübut edir. Bütün bu layihələrin
memarı Heydər Əliyev idi. Ulu öndər regionun təhlükəsizlik sisteminin
formalaşmasına böyük diqqət yetirirdi.
2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə “Trabzon
razılaşması”nı imzaladılar. Bununla da üç dost ölkə strateji tərəfdaşlığı
rəsmiləşdirdi. Onlar terrorizm və separatizmə qarşı birgə mübarizə
aparmaqla bağlı razılığa gəldilər. Həmin sənəd regionun təhlükəsizlik
sisteminin formalaşması yolunda mühüm addım kimi qiymətləndiril -
məlidir.
Azərbaycan və Gürcüstan regional miqyaslı qurumlarda əməkdaşlığa
diqqət yetirirlər. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
(QDİƏT) və başqa təşkilatlarda qarşılıqlı əlaqələr dərinləşir. İki ölkə
125


arasında 100-dən çox hüquqi-normativ sənəd imzalanıb. Hazırda
Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı inkişaf edir. Beləliklə,
Azərbaycanın Gürcüstan siyasəti qarşılıqlı əməkdaşlığa, regionda
sabitliyin təmin edilməsinə, regional inteqrasiyanın inkişafına və
təhlükəsizlik sisteminin formalaşdırılmasına əsaslanır.
Ermənistan istiqamətində isə tamamilə başqa mənzərə ilə üzləşirik.
Bu dövlətin təcavüzkar siyasət yeritməsi Cənub Qafqazda paradoksal
situasiya yaratmışdır. Regionun sürətlə inkişaf etmək potensialı yük-
səkdir. Dünyanın böyük dövlətləri məhz bu səbəbdən bölgə ilə
yaxından maraqlanırlar. Normal halda regionun imkanlarından ilk
növbədə burada yaşayan xalqlar bəhrələnməlidirlər. Lakin Ermənistan
qonşu ölkənin torpaqlarını işğal etməklə özünü bölgənin təbii
zənginliklə rindən məhrum edibdir. Bununla həm Cənub Qafqa zın
inkişafına əngəl törədir, həm də özü yoxsulluq içində sürünür, vətən-
daşları ağır həyat sürürlər. Ermənistanı hər il on min lərlə insan tərk
edir. Bu proses o dərəcədə intensivləşib və genişlənib ki, artıq Ermə-
nistanda yaşayan ermənilərin sayı kənarda yaşayanlardan 3 dəfə azdır
(bax: 3.4.3). Sağlam dü şün cə bir dövlətin öz vətəndaşlarına qarşı bu
qədər aman sız olmasını qəbul etməkdə çətinlik çəkir. Bu, əsl para-
doksdur.
Ermənistanın qeyri-konstruktiv xarici siyasəti Cənub Qafqazı
çoxsaylı geosiyasi risklərlə qarşı-qarşıya qoyub. Azərbaycan bu
şəraitdə daha çevik olmaq məcburiyyətindədir. Ölkənin regional si-
yasətinin məzmunu həmin tələbə tam cavab verir. Onu təsdiq edən
əsas fakt Azərbaycanın regional liderliyə yüksəlməsidir. Regionda
destruktiv qüvvənin mövcudluğuna rəğmən, bu uğura nail olmaq
dəqiq işlənmiş xarici siyasət kursunu müəyyənləşdirməyi tələb edir.
Azərbaycanın region siyasətinin əsas xüsusiyyəti həmin məqamla
bağlıdır. Ölkəmiz bölgənin böyük dövlətləri istiqamətində yeritdiyi
siyasətini ustalıqla ABŞ və Avropa siyasəti ilə uzlaşdıra bilib. Rusiya,
Türkiyə və İrana yönəlik siyasət bu dövlətlərin regiona sərmayə qo-
yuluşuna maneə törətməsinə şərait yaratmadı. Zaman-zaman Rusiya
və İran tərəfdən narazılıq bildirilsə də və bəzi hallarda konkret
maneələr olsa da, Azərbaycan Türkiyə və Qərb siyasəti ilə onları
126


neytrallaşdıra bildi. Dövlətimizin xarici siyasətində bu, mühüm mə-
qamdır. Daha konkret desək, Azərbaycanın regional siyasətinin düz-
günlüyünü təsdiq edən amildir.
Məsələ bundadır ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq,
Azərbaycan həm regionun böyük dövlətlərinin, həm də Qərbin regi-
ondakı maraqlarını uzlaşdıra bildi. Bir-birinin ardınca həyata keçirilən
beynəlxalq layihələr Azərbaycanı etibarlı tərəfdaşa çevirirdi. Bu
proses Cənub Qafqazın iqtisadi infrastrukturunu modernləşdirməyə
geniş imkanlar yaratdı. Lakin Ermənistan ondan kənarda qaldı.
Bununla da, faktiki olaraq, bölgə inkişaf tempi və istiqaməti
baxımından iki yerə parçalandı. Geosiyasi vəziyyətə bu tendensiyanın
mənfi təsiri həmişə hiss edilmişdir. Xüsusilə, Cənub Qafqazı öz
təsiri altında saxlamağa çalışan qüvvələr həmişə həmin məqamdan
istifadə edirlər.
Bütün bunlara rəğmən, Azərbaycan Cənub Qafqazda regional
lider strategiyasına uyğun siyasətini davam etdirir. Tədricən Ermə-
nistanın nüfuz dairəsi kiçilir və son zamanlar bunu siyasətçilər etiraf
edirlər. Azərbaycanın güclü informasiya fəaliyyəti və düşünülmüş
siyasəti nəticəsində Ermənistan siyasi dairələrinin ölkəmizlə bağlı
yaydıqları yalan informasiyaların təsiri minimuma enib. Ermənistan
işğal etdiyi Azərbaycan torpaqlarını tərk edənə qədər bu proses
davam edəcəkdir. Bu kontekstdə Azərbaycanın regional siyasətində
mövcud olan iki fərqli cəhəti vurğulamaq yerinə düşərdi.
Əvvəla, Azərbaycan regional siyasətində enerji və kommunikasi-
ya-nəqliyyat amillərindən geniş istifadə edir. Azərbaycanın enerji
siyasəti bölgənin sabitliyinə və inkişafına xidmət edir. Burada Cənub
Qafqaz ölkələrinin bir-birinin ərazi bütövlüyünü tanıması mühüm
şərtdir. Əks halda, qarşılıqlı əməkdaşlığın əsas prinsipi olan qarşılıqlı
hörmət prinsipi pozulmuş olur. Beynəlxalq hüquqda dövlətin suve-
renliyini təmin edən şərtlərdən biri məhz ərazi toxunulmazlığıdır.
Bir dövlət başqasının ərazi toxunulmazlığına hörmətlə yanaşmırsa,
həmin dövlətlərin əməkdaşlıq etməsi mümkün deyildir.
Bu səbəbdən də, Azərbaycan neft və qaz layihələrindən Ermənistanı
həmişə kənarda saxlayır. Heç bir təsir Azərbaycanı bu mövqeyindən
127


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə