N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə29/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   25   26   27   28   29   30   31   32   ...   80

imkanlarını xeyli artırdı. Bu zaman qlobal səviyyədə cərəyan edən
geosiyasi proseslərin daxili məntiqi ciddi surətdə nəzərə alındı.
Regional səviyyədə formalaşmış geosiyasi vəziyyətə uyğun xarici
siyasət kursu formalaşdı. Burada Azərbaycan üçün əsas vəzifə ərazi
bütövlüyünün bərpasına imkan verəcək Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışmaqdı. Bu proses
ölkənin xarici siyasətinin ən mühüm istiqamətinə çevrildi.
Sistemli surətdə həyata keçirilən tədbirlərdən sonra Azərbaycanın
xarici siyasətində yüksəliş başladı. Qısa müddətdə Heydər Əliyev bu
prosesin dönməzliyini təmin etdi. Nəticədə, Azərbaycanın xarici
siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə,
regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurul -
ması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Bu
sistem daim özünü yeniləşdirir, meydana çıxan gözlənilməz situasiyalara
konstruktiv reaksiya verir.
Azərbaycanın xarici siyasəti müasir dövr üçün səciyyəvi olan
risk və böhranları nəzərə alan mexanizmlərə malikdir. Həmin mexa-
nizmlər böhranlı situasiyalarda müxtəlif variantlardan ölkənin ma-
raqlarına cavab verən daha optimalının seçilməsinə əsaslanır. Xarici
siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənub Qafqazın
lider dövləti səviyyəsinə qaldırıb. Ölkənin xarici siyasəti regional
lider strategiyasına istiqamətləndiyindən, bu mövqenin daha da möh -
kəmləndirilə cəyinə şübhə yoxdur.
Apardığımız təhlil göstərir ki, Azərbaycanın xarici siyasətinin
vəzi fələri bir-birini tamamlayan və vahid sistem əmələ gətirən müd-
dəalardan ibarətdir. Onları şərti olaraq üç qrupa ayırdıq. Onların
əsasında Azərbaycanın dövlət suverenliyi və müstəqilliyinin təmin
edilməsi prinsipi durur. Yəni başlıca məqsəd tam aydındır. Təməl
prinsipi bütün dünyaya Azərbaycanın dövlət quruculuğu strategiyasının
mahiyyətini çatdırır. Ölkəmiz heç zaman müstəqilliyini kimsəyə
güzəştə getməyəcək. Müstəqillik daxili siyasətlə xarici siyasətin uz-
laşdığı əsas sahədir. Dövlətin siyasi kursunun hər iki aspekti bir-
birini tamamlayır. Onlar vəhdət təşkil edirlər. Daxili siyasətdə həyata
keçirilən bütün proqramlar xarici siyasətin məzmununun formalaş-
dırılmasında mühüm rol oynayır. Xarici siyasətin uğurları isə daxili
siya sətdə islahatların aparılması üçün yeni imkanlar yaradır.
94


Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin yerinə
yetirilməsi nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi
güclərin maraqlarının tarazlaşdırılması addım-addım reallaşır. Hətta
Cənub Qafqazın ən böhranlı dövrlərində belə, Azərbaycan çevik re-
aksiyalar hesabına həmin tarazlığı saxlaya bilib. Bu da xarici siyasətin
qlobal təhlükəsizlik meyarları ilə regional təhlükəsizlik meyarları
arasında uzlaşma nöqtələrini tapa bildiyini sübut edir. Problemin bu
tərəfi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərinin məz-
munundan aydın görünür. Növbəti fəsil bu problemin təhlilinə həsr
edilib. 
95


III Fəsil
GÜCLÜ DÖVLƏT KONSEPTİ VƏ 
REGİONAL LİDERLİK
3.1. Müasir xarici siyasətə aid bəzi qeydlər
Müasir tarixi dövrdə uğurlu xarici siyasət kursu müəyyənləşdirmək
və həyata keçirmək olduqca çətindir. Burada həm dövrün geosiyasi,
iqtisadi, mədəni, sivilizasiya mürəkkəblikləri və ziddiyyətlərini, həm
regionun özəlliklərini, həm də konkret ölkənin tarixi təkamül xüsu-
siyyətlərini nəzərə almaq lazım gəlir. Lakin bu da kifayət etmir. Sa-
dalanan sahələrin hər biri özlüyündə mürəkkəb sistem təşkil edib və
çoxlu amillərdən asılıdır.
Xarici siyasət kursunu formalaşdırmaq prosesində isə bu mürəkkəb
sistemləri daha geniş sistemdə birləşdirmək lazımdır. Elmdə buna
metasistem deyilir. Mürəkkəb sistemlərə daxil olan yüzlərlə element
arasında metasistem miqyaslı qanunauyğunluqlar tapmaq, onları uz-
laşdırmaq böyük hazırlıq və təcrübə tələb edir. Başlıca məqam vahid
məqsədi müəyyənləşdirmək və çoxlu sayda elementdən ibarət nəhəng
sistemi həmin məqsədə xidmət istiqamətində çalışdırmaqdır. Lakin
başqa yol yoxdur. Obrazlı desək, xarici siyasətlə məşğul olan adamın
iki yolu var. Birincisi, çalışıb qalib gəlmək. İkincisi, çalışıb yenə də
qalib gəlmək. Böyük siyasətçi və dövlət xadimi Uinston Çörçill ma -
raqlı deyib: “Heç zaman, heç zaman, heç zaman, heç zaman təs lim
olmayın...”.
Xarici siyasət mücərrəd bir məkanda həyata keçirilmir. Siyasət
konkret məkan və zaman şəraitində həyata keçirilir. Bu sahədə uğur
qazanmaq həmin şərtlərin verdiyi imkanlardan ağılla və reallıqları
nəzərə alaraq dövlətin maraqlarına uyğun faydalanmaq deməkdir.
Müqayisə bir qədər kobud da olsa, xarici siyasət beynəlxalq münasi-
bətlər sahəsində “şahmat oyunu”nu xatırladır. Amma çox zaman bu
oyunu bir neçə şahmat taxtası üzərində aparmaq lazım gəlir.
96


Beynəlxalq münasibətlər xalqlar, dövlətlər və dövlətlər ittifaqı
arasında müxtəlif sahələr üzrə əlaqə və qarşılıqlı münasibətlərin top-
lusudur. Buraya siyasət, iqtisadiyyat, diplomatiya, hərb, mədəniyyət
və digər müxtəlif sahələr daxildir. Beynəlxalq münasibətləri mürəkkəb
və bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə sahənin sistemi kimi tə-
səvvür etmək olar. Bu sistemdə isə mühitə təsir edən daha bir amil,
yəni dünya siyasəti də olmalıdır.
Dünya siyasəti anlayışı beynəlxalq siyasət anlayışını diqqətə
gətirir. Dünya siyasəti və beynəlxalq münasibətlərin təhlili geosiyasət
və siyasi qlobalistika çərçivəsində aparılır. Lakin dünya siyasəti,
beynəlxalq münasibətlər və beynəlxalq siyasət anlayışlarının qarşılıqlı
əlaqələrinin nəzəri təhlili hələ araşdırılmalıdır. Praktiki olaraq isə
beynəlxalq siyasəti beynəlxalq münasibətlərin subyektlərinin fəaliyyət
sahəsi kimi başa düşmək olar. Buraya xarici siyasətin üsul və
vasitələrini də daxil etmək məntiqli görünür. Hər halda beynəlxalq
münasibətlər sahəsinin müxtəlif amillər və qurumların mürəkkəb
qarşılıqlı təsirlərin mühiti olması qəbul edilməlidir.
Müasir tarixi şəraitdə beynəlxalq münasibətlər sahəsinin tərkib
hissələri bir-biri ilə sıx bağlıdır və üç qrupa ayrılır. Birinci qrupa döv-
lətlərarası münasibətlər daxildir. İkinci qrupa regional dövlətlərarası
birliklər arasındakı münasibətlər aiddir. Üçüncü qrupu isə ümum-
dünya hökumət və qeyri-hökumət təşkilatlarının formalaşdırdığı
münasibətlər təşkil edir. Göründüyü kimi, beynəlxalq münasibətlər
sahəsi çoxpilləli struktur-funksional xüsusiy yətlərə malikdir.
Dövlətlərin həyata keçirdikləri xarici siyasətin ümumi ruhu,
istifadə etdikləri üsul və vasitələr dərhal beynəlxalq münasibətlər
sisteminə öz təsirini göstərir. Bəzən bu təsir elə güclü olur ki, bü -
tövlükdə beynəlxalq münasibətlər sistemi dəyişir. Belə olarsa, geo -
siyasi statusundan asılı olmayaraq, hər bir dövlətin xarici siyasətinin
ümumi beynəlxalq vəziyyətə təsir etmək imkanını qəbul etməliyik.
Belə bir həssas şəraitdə müstəqilliyini yaxın keçmişdə əldə etmiş
dövlətlər xarici siyasət kursunu çox incəliklə seçməli idilər. Əlbəttə,
əgər dövlət müstəqil və suveren olmaq, inkişaf etmək istəyirsə, bunu
etməlidir.
97


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə