N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə26/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   22   23   24   25   26   27   28   29   ...   80

mühüm şərtdir. Bunun üçün isə Azərbaycan dünyanın nüfuzlu iqtisadi
təşkilatları ilə əlaqələr qurmalı idi. Xarici siyasətin ikinci istiqamətinə
daxil olan vəzifələrin öhdəsindən bu yolla gəlmək olardı. Azərbaycan
bazar iqtisadiyyatı yolu ilə getməyi qərara almışdı. Bu istiqamət
olduqca vacib sayılır. Dövlətin iqtisadi gücü olmasa, onun güclü
dövlət kimi formalaşması mümkün deyildir. Güclü dövlətin təşəkkülü
ilə güclü xarici siyasətin formalaşması problemi daha çox bu sahədə
bir-birini tamamlamalıdır. Onu nəzərə almalıyıq ki, intensiv və
hərtərəfli xarici siyasət yeritmək üçün lazımi iqtisadi təminat olmalıdır.
Dövlətin maliyyə gücü və informasiya təminatının səviyyəsi xarici
siyasətin səmərəliliyinin əsas şərtlərindən biridir. Azərbaycan hələ
1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa
Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına üzv
olmuşdu. Lakin ölkəmiz yalnız 1993-cü ilin ikinci yarısından etibarən
xarici siyasətdə azad bazar iqtisadiyyatı sisteminə keçidin təmin
edilməsi yönündə ciddi addımlar atmağa başladı. Burada əsas məqsəd
ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasını təmin
etməkdən ibarət idi.
Bunun üçün Azərbaycan xarici siyasətində lazımi addımlar atmalı
idi. Hər şeydən əvvəl, neft strategiyasının verə biləcəyi geosiyasi və
geoiqtisadi dividendlərdən xarici siyasətdə maksimum yararlanmaq
gərəkdi. Bu sahədə 1993-1995-ci illərdə görülən ciddi işlərin
nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı. 1995-ci ildən isə yeni
mərhələ – bərpa və dinamik inkişaf dövrü başladı. Burada bəzi gös-
təricilərə diqqət yetirməyə ehtiyac görürük. 1994-2000-ci illərdə
xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində
bonus verdilər. 1995-2003-cü illərdə isə bütövlükdə iqtisadiyyata 20
milyard ABŞ dollarından çox sərmayə qoyuldu. Azərbaycanın neft
sektorunda 30 mindən artıq iş yeri açıldı.
Bərpa və dinamik inkişaf mərhələsinin iki əsas hədəfi vardı.
Birincisi, diversifikasiya olunmuş iqtisadi infrastruktur yaratmaq.
İkincisi, Azərbaycan iqtisadiyyatını dünya iqtisadi sisteminə inteqrasiya
etmək. Hər iki hədəf reallaşdı və artıq XXI əsrin əvvəllərində Azər-
baycan müasir iqtisadi infrastruktur yarada bildi. Beynəlxalq iqtisadi
85


təşkilatların reytinq cədvəllərində bu göstərici üzrə Azərbaycan
MDB-də lider idi. Əslində, bərpa və dinamik inkişaf proqramı Azər-
baycanın modernləşmə siyasətinin birinci mərhələsinin mahiyyətindən
qaynaqlanırdı. Bu mərhələ 1995-2008-ci illəri əhatə edir. Onun əsas
xüsusiyyəti xarici sərmayələrin daha çox cəlb edilməsi hesabına
ölkə iqtisadiyyatını inkişaf etdirməkdən ibarətdir. Azərbaycan üçün
bu mərhələnin keçilməsi çox vacib idi. Çünki o zaman daxili
potensialla həmin hədəfə çatmaq imkanı məhdud idi. Ona görə də
xarici siyasətin əsas vəzifələrindən biri Azərbaycanın beynəlxalq
iqtisadi qurumlar və şirkətlərlə əlaqələrini maksimum intensivləş -
dirmək və bu əsasda dünya iqtisadi sisteminə daxil olmaq idi. Tarixi
baxımdan qısa bir müddətdə ölkə iqtisadiyyatına 20 milyard ABŞ
dolları həcmində sərmayə qoyuluşuna məhz xarici siyasətdə neft
strategiyasının dividendləri ilə dövlət maraqlarının sintezi sayəsində
nail olundu.
2000-ci ildən sonra enerji daşıyıcılarının nəqli marşrutlarının di-
versifikasiyası yeni mərhələyə qədəm qoydu. Beynəlxalq təşkilatlarla
birgə Azərbaycan öz enerji ehtiyatlarının müxtəlif istiqamətlərdə
dünyaya çıxarılmasına nail oldu. Bununla enerji siyasəti çox mühüm
uğura imza atmış oldu. Azərbaycan regional oyunçudan qlobal sə-
viyyədə geosiyasi oyunçuya çevrildi. 1997-ci ildə Z.Bjezinski Azər-
baycanı Şərq Avropa ilə Mərkəz Asiyanı birləşdirən “geosiyasi dayaq
nöqtələri”ndən biri adlandırmışdı (2.3.9). Həmin dövrdə bu cür də-
yərləndirmə üçün əsas var idi. Azərbaycan Qərblə enerji sahəsində
əməkdaşlığını tam genişləndirməmişdi və təbii ki, ölkənin coğrafi
mövqeyi maraq doğururdu. Lakin Azərbaycanın enerji siyasəti o də-
rəcədə səmərəli oldu ki, ölkə XXI əsrin birinci onilliyində “geosiyasi
dayaq nöqtəsi” statusundan “geosiyasi oyunçu” statusuna yüksələ
bildi. Prezident İlham Əliyev bu barədə 2010-cu ildəki çıxışında bir-
mənalı demişdir. Azərbaycanın geosiyasi oyunçuya çevrilməsi onun
xarici siyasətində mühüm bir mərhələni adlaması deməkdir. Təbii
olaraq, xarici siyasətin özündə növbəti keyfiyyət dəyişikliyi baş ver-
məlidir. Qlobal səviyyədə geosiyasi oyunçu olmağın məsuliyyəti
daha çoxdur.
86


Bu haqda növbəti fəsillərdə ətraflı danışacağıq. Onu vurğulayaq
ki, indi söhbət açdığımız geosiyasi uğurlarda Azərbaycanın beynəlxalq
iqtisadi qurumlardakı fəaliyyət kursu böyük rol oynadı. Bu kursun
mühüm tərkib hissəsini ölkəmizin beynəlxalq iqtisadi təşkilatlara
üzvlüyü təşkil edir. Hazırda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının
(İƏT, 1991-ci il), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO, 1992-ci
il), Beynəlxalq Valyuta Fondunun (BVF, 1992-ci il), Beynəlxalq Ye-
nidənqurma və İnkişaf Bankının (BYİB, 1992-ci il), Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT, 1993-cü il), Ümumdünya
Ticarət Təşkilatının (ÜTT, müşahidəçi statusunda, 1993-cü il),
Müstəqil Dövlətlər Birliyinin (MDB, 1993-cü il) və digər qurumların
(AŞ, 2001-ci il) üzvüdür.
Həmin kursun başqa mühüm tərəfi beynəlxalq standartlara uyğun
hüquqi sənədlərin hazırlanmasından ibarətdir. “Azərbaycan Respub-
likasında xarici ticarətin səmərəliliyinin artırılması tədbirləri haqqında”
(1994-cü il), “Azərbaycan Respublikasında xarici ticarətin sərbəst-
ləşdirilməsi haqqında” (1994-cü il), “Azərbaycan Respublikasında
xarici ticarətin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında” (1996-
cı il) və s. sənədlər bu qəbildəndir. Bunlarla yanaşı, Azərbaycana
beynəlxalq təşkilatların yardımı da təşkil edilirdi. Bu sırada Avropa
Komissiyasının (AK) yardımlarını, “TACIS” proqramı üzrə edilən
texniki yardımları və başqalarını göstərmək olar.
Xarici siyasətin bu aspektində əldə edilən uğurlar nüfuzlu
beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Məsələn,
Dünya (Davos) İqtisadi Forumu tərəfindən hazırlanan və dünya öl-
kələrinin rəqabətqabiliyyətliliyini xarakterizə edən “Qlobal Rəqabətlilik
Hesabatı”nda Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə göstərilib.
Dünya Bankı tərəfindən dərc edilən “Doing Business” hesabatında
isə Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli
şəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkə
kimi təqdir edilir. “Standard and Poor’s” beynəlxalq reytinq agentliyi
ölkə iqtisadiyyatının hazırkı real vəziyyətini “pozitiv” kimi qiymət-
ləndirib. “Moody’s” agentliyi 2012-ci ildə Azərbaycanın uzunmüddətli
yerli və xarici valyutada reytinqini investisiya səviyyəsinə yüksəldib.
87


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə