N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə23/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   19   20   21   22   23   24   25   26   ...   80

Bütün bunlar onu göstərir ki, qlobal səviyyədə gedən geosiyasi
proseslərin ümumi məntiqi, postsovet məkanının geosiyasi xüsusiy-
yətləri, Cənub Qafqazda yaranmış ümumi vəziyyət və Azərbaycanın
öz daxili siyasi mühitinin ziddiyyətləri sistem halında ölkənin strateji
seçimini xeyli çətinləşdirmişdi. Bu cür iyerarxik maraqlar sistemini
nəzərə almadan ümumi inkişaf strategiyası və onun tərkib hissəsi
olan xarici siyasət kursu seçilə bilməzdi. Heydər Əliyev bu mürəkkəb
vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prio-
ritetlərini dəqiq müəyyənləşdirdi.
Həmin vəzifələr barədə yığcam şəkildə Ulu öndər 1993-cü il
oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən andiçmə
mərasimində danışmışdır. Ulu öndər bə yan edirdi: “Respublikamızın
qarşısında duran əsas vəzi 
fələrdən biri Azərbaycanın mənafeyini
dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin
yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz
birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə
yönəldilməlidir” (2.3.4, s.220). Bunun üçün önəmli vəzifə kimi
Ümummilli lider bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya qoyurdu.
Bu tezisin geosiyasi mənası dərindir. Mərkəzə dövlətin müstəqilliyinin
təmin edilməsi gətirilir. Bu o deməkdir ki, Azərbaycan bundan sonra
müstəqilliyini heç kimə güzəştə getməyəcək.
Müstəqil dövlət olmağın müasir şərtləri barədə çox yazılıb. Lakin
əgər bir ölkə dünyanın bütün dövlətləri ilə əlaqələr qurmaq və onları
inkişaf etdirmək istəyirsə, burada bizim metodoloji qeydlərdə vur-
ğuladığımız mürəkkəb situasiya yaranır. Yəni ətraf aləmlə intensiv
və genişlənən əlaqələr qurmaqla müstəqilliyi necə təmin etmək olar?
Bunun yeganə yolu güclü dövlət və güclü cəmiyyət modellərini uy-
ğunlaşdırmaqdan ibarətdir. Belə çıxır ki, Azərbaycanın xarici siyasəti
son məqsəddə güclü dövlətlə güclü cəmiyyət modellərinin harmoni-
yasını təmin etməkdən ibarətdir. Bu yolda bütün xarici tərəfdaşların
balansını qoruyub saxlamaq heç də həmişə mümkün olmaya bilər.
Lakin müasir tarixi mərhələdə bu, əsas şərt deyildir. Çünki
geosiyasi və geoiqtisadi proseslər o dərəcədə sürətlə dəyişir ki, hər
hansı statik durumun formalaşaraq uzun müddət qalması hələlik
qeyri-mümkün. Bu məntiqlə dayanıqlı balans modeli də yeniləşməlidir.
76


Burada əsas şərt əməkdaşlığa daim açıq olmaq və əlaqələr sistemini
sivil qaydalar daxilində formalaşdırmaqdan ibarətdir. Həmin mənada
balans dinamik, çevik və tarazlı münasibətlər sisteminin qurulması
anlamına gəlir. Güclü dövlətlə güclü cəmiy yətin bir-birini tamamlaması
məhz bu dinamizmdə öz təsdiqini tapır. Olduqca maraqlı, aktual və
vacib bir müddəadır. Bu, xarici siyasəti dövlət quruculuğu və
cəmiyyətin inkişaf fəlsəfəsi ilə mükəmməl əlaqələndirməyin nümu-
nəsidir. Qarşıya bu vəzifə qoyulursa, qətiyyətlə Azərbaycanın
diplomatik xidmət sahəsini, onun fəaliyyət metodlarını inkişaf
etdirmək və daxili inkişafın tempinə uyğunlaşdırmaq lazım gəlirdi.
Bunun üçün ilk növbədə xarici siyasətin daha konkret səviyyədə və-
zifələrini aydınlaşdırmaq lazım idi.
Bu vəzifələr içərisində ilk sırada Azərbaycanın müstəqilliyinə və
suverenliyinə təminat almaq dururdu. Münaqişələr və Dövlət Quru-
culuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) icraçı direktoru
Dennis Sammut qeyd edir ki, 1990-cı illərin ortalarında xarici
siyasətin iki əsas məqsədindən biri Azərbaycana suveren dövlət ki -
mi təminatlar almaqdan ibarət idi (bax: 2.3.5, s.145). 1993-1995-ci
illərdə Azərbaycanda baş verən siyasi hadisələrə nəzər yetirsək, bu
vəzifənin nə qədər çətin olduğunu anlaya bilərik. O zaman daxildə
qanunsuz hərbi qruplaşmalar xaricdən aldıqları dəstək sayəsində
Azərbaycanın müstəqilliyinə və suverenliyinə ciddi ziyan vurmaq
yolunu seçdilər. Bir-birinin ardınca dövlət çevrilişinə cəhdlər oldu.
Bu hadisələrin arxasında Azərbaycanın “Əsrin müqaviləsi”ni
imzalaması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə qərar
verməsinin durduğu indi hər kəsə məlumdur.
Həmin dövrü Azərbaycanın suverenliyi və müstəqilliyinin təmininin
ən böhranlı mərhələsi adlandırmaq olar. Ölkəmiz müəyyən mənada
“suverenlik və müstəqillik imtahanı verirdi”. Bu məqamda Heydər
Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə bir insan kimi güclü iradəsi
həlledici rol oynadı. Azərbaycanı yolundan döndərmək mümkün
olmadı. Ölkə beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinə
təminat ala bildi və iki istiqamətdə strateji dividend əldə etdi.
Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı.
77


İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq, öz iq-
tisadiyyatının gələcək inkişafını təmin etmək şansı qazandı. 1995-ci
ilin martında növbəti dövlət çevrilişi cəhdinin qarşısı alınandan
sonra Qərblə əməkdaşlıq sazişlərinin bağlanması yolları tam açıldı.
1995-1998-ci illərdə Heydər Əliyev Avropa İttifaqının böyük dövlətləri,
o cümlədən Böyük Britaniya ilə (1997-ci il) strateji xarakterli sazişlər
imzaladı. Həmin sazişlərdə iqtisadi əməkdaşlıq şərtləri Azərbaycanda
siyasi islahatlar və demokratik təsisatların yaradılmasına yardım
proqramları ilə yanaşı dururdu. Yəni Ulu öndər peşəkar səviyyədə
iqtisadi infrastrukturun yaradılmasını siyasi islahatlar proseslərinin
dinamikası ilə uyğunlaşdırdı.
Biz qeyd etmişik ki, həmin illərdə neft müqavilələri sahəsində
danışıqlar prosesinə o zaman ARDNŞ-in birinci vitse-prezidenti
İlham Əliyev rəhbərlik edirdi. Sonralar o günləri xatırlayan İlham
Əliyev deyirdi ki, “...neft müqavilələrini imzalayarkən mən, ilk
növbədə, geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə anlaşma
əldə olunandan sonra texniki-iqtisadi problemlərin təhlilinə keçir,
hər bir məsələni konkretləşdirməyə başlayırdım” (2.3.6, s.18). Azər-
baycan rəhbərliyinin bu gedişləri yalnız taktiki xarakter daşımırdı.
Bu, həmin dövr üçün mühüm əhəmiyyəti olan maliyyə gəliri ilə mü-
qayisədə, gələcək üçün geosiyasi mənası olan tərəfdaş kimi etimad
qazanmaq baxımından daha önəmli idi.
Beləliklə, Azərbaycan həmin illərdə peşəkar diplomatik və siya-
si-iqtisadi gedişləri ilə etibarlı tərəfdaş imicini qazandı. İndi Ermənistan
siyasətçiləri və diasporu Azərbaycanın enerji siyasətinin Dağlıq
Qarabağı ermənilərin əlindən almaqda olduğunu açıq deyirlər.
Məsələn, Avropanın erməni assosiasiyalarının Forumunun rəhbəri
Aşot Qriqoryan 2012-ci il mayın 22-də keçirdiyi mətbuat konfransında
bu haqda birmənalı fikir söyləyib. O, bir məqamda özünü saxlaya
bilməyərək, təşvişlə deyib: “Təəssüf ki, Azərbaycanın neft amili
getdikcə daha həlledici rol oynayır və bunun fonunda biz məhv ol-
duğumuzu görürük...” (2.3.7). 1993-1995-ci illərdə atılan addımlar,
formalaşdırılan xarici siyasət və diplomatik gedişlər bu günün
uğurları naminə edilirdi.
78


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə