N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov


milli maraqların təmin olunmasını aid etmək olar. İkinci qrupda



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə21/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   17   18   19   20   21   22   23   24   ...   80

milli maraqların təmin olunmasını aid etmək olar. İkinci qrupda
qlobal və regional aktorların ziddiyyətli siyasətləri cəmləşmişdir.
Azərbaycanın xarici siyasətinin çevikliyi bu iki qrup arasında
dayanıqlı uzlaşma nöqtələrini tapmasından ibarətdir. Diplomatik
terminlə desək, qlobal və regional aktorlarla “modus vivendi”-nin
1
ta-
pılması (2.2.5, s.26) Azərbaycan xarici siyasətinin əsas xüsusiyyətlərindən
biri olmalıdır. Seneka demişkən, “zərurət bütün qanunları sındırır”.
Göründüyü kimi, qlobal miqyasda geosiyasi konsepsiyaların trans-
formasiyası davam edir. Xarici siyasətin formalaşmasında bu məqam
nəzərə alınmalıdır. “Modus vivendi” bu mərhələdə xarici siyasətin
çevikliyini və intensiv yeniləşmə imkanının saxlanmasını təmin
edən vasitələrdən biridir. Azərbaycanın xarici siyasətinin vəzifələri
və prioritet istiqamətləri bu kimi şərtlər daxilində formalaşdırılmışdır.
Onların təhlili göstərir ki, ölkəmiz kifayət qədər əsaslandırılmış
xarici siyasət kursuna malikdir. 
2.3. Uçurumun kənarından qayıdış:
yeni xarici siyasət kursunun yüksəlişi
Dünya miqyasında yuxarıda təsvir etdiyimiz gərgin, dinamik və
sürətli geosiyasi proseslərə 1991-1993-cü ilin birinci yarısında Azər-
baycan necə reaksiya verirdi? Etiraf edək ki, Azərbaycan həmin
mərhələdə geosiyasi baxımdan təcrid olunmuş bir siyasi həyat
yaşayırdı. Yerli siyasi qrupların məhdud maraqları bütün digər
amilləri kölgədə qoymuşdu. Hətta Böyük Britaniya kimi dövləti
təmsil edən Marqaret Tetçerlə görüşdə siyasi-diplomatik etiketə
uyğun gəlməyən səhvlərə yol verilmişdi.
Təbii ki, təcrübəli siyasətçi və diplomatlar dərhal kimlərlə danışıq
apardıqlarını anladılar. Azərbaycana, nə qədər acı da olsa, ciddi mü-
nasibət göstərilmirdi. 1991-ci ildə Ayaz Mütəllibov sırf rusiyayönlü
70
1
Modus vivendi latıncadan tərcümədə “həyat tərzi”, “mövcudluq üsulu” deməkdir.
Bu diplomatik termin müvəqqəti və ya ilkin sazişləri ifadə edir. Həmin sazişlərin
sonradan daha dəqiq və daimi xarakterli müqa vilələrlə əvəz edilməsi nəzərdə tu-
tulur.


siyasət yeridirdi. Bu o halda baş verirdi ki, qlobal miqyasda Rusiya
geosiyasi mövqelərini bir-bir itirir və özü Qərblə əməkdaşlıq xəttinə
keçirdi, Azərbaycanın o vaxtkı rəhbərliyi isə ölkənin inkişafını Rus -
iya ilə ittifaqda görməkdə davam edirdi. Həm də bu səbəbdən AXC-
nin təzyiqləri qarşısında A.Mütəllibov iqtidarı çökdü. Bu dəfə AXC
ölkəni başqa ifrat geosiyasi xəttə atmağa başladı. Sırf Türkiyə xəttini
seçən AXC iqtidarı ölkəni bir neçə istiqamətdən zərbə altında qoydu.
Türkiyənin özündə isə bir türk birliyi eyforiyası yaranmışdı. Bir
neçə il sonra Almaniyanın “Der Spiegel” dərgisi yazacaqdı ki, Tür-
kiyənin Qafqaz siyasətində ən böyük səhvi Rusiya amilini nəzərə al-
maması idi. O zaman türk dövlətlərinin birliyi məsələsini regionun
geosiyasi özəlliyini, tarixi təkamül şərtlərini və qlobal miqyasda for-
malaşmış qüvvələr nisbətini nəzərə almadan qəti gündəmə gətirmək
qeyri-real addım idi. Nəticəsi o oldu ki, Türkiyə və Azərbaycan
zərbələr aldı, itkilər verdi. Azərbaycan dövlət və cəmiyyət kimi
dərin böhran zolağına düşdü. Müxtəlif qüvvələr Ermənistan vasitəsilə
1993-cü ilin əvvəlində Qarabağda işğal əməliyyatlarını genişləndirir,
Azərbaycanın içərilərinə doğru ekspansiya əməliyyatlarına əl atırdılar.
Azərbaycandakı hərbi qruplaşmalar isə döyüş meydanını tərk edib,
Bakıda hakimiyyətə öz “liderlərini” gətirmək işinə girişmişdilər. Bu
sırada daha təhlükəli olanı S.Hüseynovun hərbi qruplaşması, R.Cava-
dovun XTPD-si və Ə.Hümbətovun separatçı qrupu idi. Bunlar başda
olmaqla digər kiçik hərbi-cinayətkar qruplaşmalar ölkəni sağa-sola
talayırdılar. Düşmən isə təcavüzkarlığını daha da genişləndirirdi.
Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, dövlət öz maraqlarını qo-
rumaq imkanlarını itirmişdi. 1993-cü il iyunun 15-dən situasiya də-
yişməyə başladı. Bu, xalqın iradəsinə uyğun olaraq, Heydər Əliyevin
Naxçıvandan Bakıya dəvət edildiyi gün idi. Heydər Əliyevin həmin
gündən fəaliyyətinin bir xüsusiyyəti vardı – o, yalnız siyasi-diplomatik
metoda üstünlük verirdi. Bir neçə dəfə elə şərait yaranmışdı ki, bir
hərbi qruplaşmadan (məsələn, R.Cavadovun dəstəsindən) digərinin
(məsələn,  S.Hüseynovun qruplaşmasının) dağıdılmasında istifadə
etmək olardı. Lakin ən çətin anlarda belə Heydər Əliyev danışıqlar,
diplomatik məharət yolunu seçdi. Bununla o, birincisi, Azərbaycanın
71


siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini
möhkəmlən dirdi; ikincisi, cəmiyyətimizin fərqli cəhətlərini nəzərə
alaraq, gələcək düşmənçiliyin yaranmasına imkan vermədi;
üçüncüsü, xarici düşmənlərin bundan yararlanmaq şansını əldə
etməsinin qarşısını aldı; dördüncüsü, siya sətçilərin növbəti nəslinə
nümunə oldu.
S.İ.Çernyavski  yazır: “Bakıya gəlişinin ilk günlərində Heydər
Əliyevi R.Cavadovun adamları qoruyurdu. Ancaq o, R.Cavadovun
tabe olduğu AXC və Milli İstiqlal Partiyasının hərbi dəstələrinə
borclu qalmaq istəmirdi. Ona görə də S.Hüseynova qarşı Əliyev əsas
kartını – on illərlə oddan-alovdan keçmiş... siyasətçi təcrübəsini
qoydu” (2.3.1, s.126). Rusiyalı bir tarixçi, beynəlxalq münasibətlər
üzrə mütəxəssisin Heydər Əliyevin bu cür davranışının əsas motivini
görməməsi təbiidir. Onun sadaladığı məqamların da həmin dövrdə
özünəməxsus yeri vardı. Lakin əsas səbəb yuxarıda qeyd etdiyimiz
siyasi mədəniyyət, doğma ölkənin siyasi mühitinə dialoq, sivil
danışıq qaydası və dövlətin taleyi üçün hər kəsin məsuliyyət da-
şıması vərdişini aşılamaq istəyi idi. 
Heydər Əliyevi müdafiə etmək
istəyənlər çox idi, lakin o, əsl siyasətçi ustalığı ilə vətənpərvərliyin
sintezində addımlar atırdı – o, problemləri həll edə-edə gənc si-
yasətçiləri də öyrədirdi.
Bu bir faktdır ki, 
Heydər Əliyev onunla sırf siyasi üsullarla
mübarizə aparanların heç birinə qarşı sərt davranmadı. Hətta
S.Hüseynov proseslərin bir mərhələsində Heydər Əliyevi güc tətbiq
etməklə hədələyəndə belə, sözlə cavab vermədi, ağır və ibrətverici
baxışları ilə gənc rəqibinə çox şeyləri anlatdı. Şübhəsiz, əgər bu
kimi jestlər olmasa idi, Azərbaycanın siyasi səhnəsi hər an partlaya
bilərdi və ondan sonra vətəndaş müharibəsinin girdabından qurtulmaq
olmazdı.
Heydər Əliyev bu kimi gedişlərlə faktiki olaraq, xarici siyasətin
də ümumi cizgilərini və əsas metodlarını formalaşdırırdı. O, daxili
problemlərin həlli üçün tətbiq etdiyi dinc və diplomatik məharətə ar-
xalanan üsulları xarici siyasi fəaliyyətə proyeksiya etdi. İndi hər
kəsin eşitdiyi “balanslaşdırılmış xarici siyasət kursu”nun rüşeymləri
72


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə