N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə18/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   14   15   16   17   18   19   20   21   ...   80

(ABT), NATO. Bu təşkilatların hər biri 1990-cı ildən sonra özünün
təkamülünün yeni mərhələsinə qədəm qoydu. Eyni zamanda, dünyada
yeni siyasi, hərbi və sosial-iqtisadi birliklər formalaşmağa başladı.
Postsovet məkanında MDB, GUAM və s. qurumlar meydana gəldi.
Bütün bunlar “birqütblü dünya”da tamamilə fərqli geosiyasi mənzərənin
yaranmaqda olduğunu təsdiq edirdi. Mütəxəssislər 1997-2003-cü
illəri “birqütblü plüralistik dünya modeli” kimi xarakterizə edirlər
(bax: 2.1.1). Bu modelin formalaşmasını nəzəri-geosiyasi aspektdə
necə izah etmək olar?
Yuxarıdakı fikirlərdən görünür ki, beynəlxalq aləmin keçən əsrin
90-cı illərində “ikiqütblü” bloklara əsaslanan geosiyasi modeldən
“birqütblü plüralistik” modelə keçidi baş verdi. Bu keçid bir tə rəf -
dən, dünyada yalnız bir fövqəldövlətin qaldığını ifadə edirdisə,
digər tərəfdən, bütün geosiyasi problemləri bu fövqəlgücün həll
edə bilməyəciyini də göstərirdi. Çünki “birqütblü dünya”nın
özü müxtəlif regional inteqrativ qurumlarla zəngin idi və onların
hər birinin proseslərə geosiyasi təsiri vardı. Faktiki olaraq, dünya
müxtəlif inteqrativ qurumların açıq sisteminə çevrilmişdi. Belə
sistemdə istənilən an yeni inteqrasiya proseslərinin və birliklərin ya-
ranmasını gözləmək olardı. Eyni zamanda, heç kəs hansısa qurumun
dayanıqlığına təminat verə bilməzdi – hər an qüvvələr balansı pozula
bilərdi. Belə şəraitdə konkret bir dövlətin mütləq hakimliyindən
söhbət gedə bilməzdi. Dünya dinamik, açıq və qeyri-xətti proseslərlə
zəngin olan böyük bir sistemi xatırladırdı. Bu cür sistemlərin möv-
cudluğu dinamik (və ya mütəhərrik) tarazlaşdırma mexanizminin iş-
lənməsini tələb edir. BMT təkbaşına bunun öhdəsindən gələ bilməzdi.
Çıxış yolu müxtəlif inteqrativ strukturlar və tənzimləmə mexanizmləri
vasitəsilə çevik balanslaşma sisteminin yaradılmasında idi.
Dünyanın müxtəlif regionlarında sürətlə yaranan inteqrativ
qurumlar, XX əsr boyu fövqəldövlətlərin güc balansı yaratması
hesabına mövcud olan dünyada, balanslaşmanın lokal və ya regional
səviyyədə əhəmiyyətini göstərirdi. Yəni iyerarxik şəkildə ayrı-ayrı
regionlarda güc balansı yaranmalı idi ki, bütövlükdə qlobal dünya
miqyasında ortaq balanslaşma sistemi qurula bilsin. Bu, bir tərəfdən,
61


regional inteqrativ qurumlar arasında əməkdaşlıq məsələsini, digər
tərəfdən isə, çoxtərəfli balansı təmin edə biləcək yeni diplomatik-
siyasi üsulların hazırlanmasını tələb edirdi. Bu işlər paralel aparılmalı
idi. Həmin dövrlərdə siyasi leksikona yeni terminlərin daxil olması
bununla bağlıdır. Məsələn, “inteqrativ diplomatiya”, “məkik diplo-
matiyası”, “paradiplomatiya” kimi anlayışlar siyasi-diplomatik fəa-
liyyətin gündəminə gətirildi (ətraflı bax: 2.1.3, 2.1.4, 2.1.5). Müvafiq
olaraq, diplomatik xidmətin vasitə, üsul, metod və texnologiyalarında
da yeniliklər ortaya çıxdı. Bu barədə sonrakı bölmələrdə söhbət aça-
cağıq. İndi isə diqqətimizi regional balanslaşma mexanizmləri mə-
sələsinə yönəldək.
Göründüyü kimi, Qərbin siyasi-elmi mühitinin formalaşdırdığı
yeni geosiyasi konsepsiyaların təsiri real siyasətdə ciddi dəyişikliklər
etdi. Zahirən nə qədər humanist və xeyirxah görünsə də, həmin
konsepsiyaların təsiri ilə dünya “birqütblü plüralistik” modelə
keçid etdi. Deməli, sadəcə olaraq, təsir vasitələri daha incə, mürəkkəb
və “mədəni” olmuşdu. Bu təsirlər yeni texnologiyalara əsaslanırdı.
Onların təhlili ayrıca mövzudur, fəqət bizim üçün əsas odur ki,
regional miqyasda balans yaratmaq yerli dövlətlərin xarici siyasətləri
qarşısında çox ciddi vəzifələr qoyurdu. Birincisi, dünya miqyasında
əsən geosiyasi küləklərin istiqamətini və “hərarətini” dəqiq
müəyyənləşdirmək lazım idi. İkincisi, yerli şəraiti nəzərə alaraq,
ziddiyyətlərlə dolu geosiyasi məkanda balans yaradıb saxlamağın
siyasi-diplomatik üsullarını tapmaq zərurətə çevrilmişdi. Burada
hərbi mexanizmlərə əsaslanmaq riskli idi, çünki bütövlükdə dünyanın
geosiyasi məzmunu dəyişmişdi. Hərbi güc artıq əsas təsir vasitəsi
kimi yararsız idi – insanları qurğuşunla öldürmək beynəlxalq cinayət
sayılırdı. Regional geosiyasi balansı yalnız “yumşaq və ya ağıllı
güc”lə yaratmaq olardı. Deməli, dövlət quruculuğunda əsas məsələ
yerli şəraiti nəzərə alıb balans yarada biləcək xarici siyasət kursunu
hazırlamaqdan ibarət idi. Bütün bunları nəzərə almadan uğurlu xarici
siyasət yeritmək mümkün deyildi.
Məhz həmin məqamları nəzərə almadıqlarından, çoxları Azər-
baycanın balanslaşmış xarici siyasət kursunun əsas qayəsini tam
62


dərk edə bilmirdilər, bəziləri isə hələ də onu təhrif olunmuş halda
anlayır. Regional miqyasda siyasi və geosiyasi balans yaratmaq, hər
gələnə “hə” demək və ya ona istədiyini vermək deyil. Bu yanaşma
çox primitiv və yanlışdır. Birincisi, burada konkret dövlətin nəyi
balans kimi nəzərdə tutduğu önəmlidir. İkincisi, regionda heç bir
ölkə təcrid vəziyyətində deyil, ona görə də söhbət balansdan gedirsə,
maraqlar qarşılıqlı surətdə nəzərə alınmalıdır. Mövzu konkret olaraq
bir dövlətlə bağlıdırsa (məsələn, Azərbaycanla), məsələ lokal geosiyasi
məkanda (bizim misalda Cənub Qafqazda) həmin dövlətin maraqlarına
uyğun qüvvələr balansının yaradılmasından ibarətdir. Eyni zamanda,
qlobal miqyasda mövcud geosiyasi qüvvələr nisbətini nəzərə alan və
onunla uzlaşa bilən balanslaşma kursu formalaşdırmaq lazım gəlir.
Başqa sözlə, balanslaşma üç səviyyədə – konkret dövlətin ma-
raqları sahəsi, regional geosiyasi məkanın tarazlığı və qlobal
geosiyasi mühitdə qüvvələr nisbəti ilə uzlaşmanı nəzərdə tutmalıdır.
Aydındır ki, bu cür mürəkkəb iyerarxik siyasi kurs son dərəcə incə,
dinamik və müasir yanaşma tələb edir. Cənub Qafqazda bu vəzifənin
öhdəsindən gələn ilk ölkə Azərbaycan oldu. Azərbaycanın keçən
əsrin 90-cı illərində hazırladığı xarici siyasət kursunun üfüqlərində
yuxarıda qeyd etdiyimiz hər bir səviyyədə balanslaşmanın harmoniyası
görünürdü. Tarix bu tezisin doğruluğunu təsdiqlədi. Bu tezisin
üzərində geniş dayanmağa ehtiyac vardır.
2.2. Risklər və böhranlar: çevik xarici siyasət
XX əsrin sonu – XXI əsrin əvvəlləri dünya haqqında təsəv-
vürlərin ciddi surətdə dəyişməsi ilə xarakterizə olunur. Geosiyasi
konsepsiyalarda baş verən ideya transformasiyalarından da
bunu aydın görmək mümkündür. Müasir dövr üçün siyasətdə və
geosiyasətdə artıq mütləq həqiqətdən danışmaq doğru deyil. İn-
formasiya geosiyasəti zamana uyğun çevik siyasi fəaliyyət me-
yarlarının seçilməsini tələb edir. 
Uinston Çörçill deyirdi ki, “in-
formasiyaya sahib olan dünyaya sahibdir”. Ancaq çox uzağa
63


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə