N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə34/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   30   31   32   33   34   35   36   37   ...   80

inkişaf etmiş ölkələrinin Azərbaycanın karbohidrogen ehtiyatlarına
marağını düzgün qiymətləndirən Heydər Əliyev dövlətin milli
marağına xidmət edən çoxkombinasiyalı siyasi-diplomatik xətt işlədi.
Bu xətt üçün “açıq qapı” və balanslaşmış siyasət prinsipləri səciyyəvi
idi. Azərbaycan rəhbərliyi bilirdi ki, “böyük neftin müsbət tərəfləri
olduğu kimi, mənfi tərəfləri də vardır” (3.2.1, s.20). Ona görə də,
ölkə rəhbərliyi neft siyasətində hər addımını dəqiq hesablanmış
plana uyğun atırdı. Çəkilən zəhmət hədər getmədi.
Azərbaycan xarici siyasətin əsas istiqamətləri üzrə bir-birinin
ardınca hiss ediləcək uğurlar qazandı. Prezident İlham Əliyev bununla
bağlı belə bir dolğun fikir söyləmişdir: “Biz Azərbaycan xalqının tə-
ləbatlarına və maraqlarına uyğun siyasət aparırıq. Siyasətimiz müs-
təqildir. Siyasi, iqtisadi münasibətlərdə, o cümlədən dünya iqtisadiyyatı
ilə qurduğumuz əlaqələrdə siyasətimiz müstəqildir. ...Bu siyasət
özünü doğruldur. Bizim ABŞ-la da strateji əməkdaşlıq mü 
na 
si 
-
bətlərimiz mövcuddur. Eyni zamanda, bizim İƏT-ə üzv olan ölkələrlə
də yaxşı münasibətlərimiz var. Bizim qonşularla olan münasibətlərimiz
müsbətdir. Rusiyadan başqa, bizim İranla da münasibətlərimiz var.
Bir sözlə, bütün bunlar mümkündür. Həmin amillər regionda təhlükə -
sizliyin və sabitliyin bərqərar olmasına xidmət edir. Çünki bizim
yerləş diyimiz region mürəkkəbdir” (3.2.1, s.21-22).
Mürəkkəb bir regionda Azərbaycanın xarici siyasət sahə 
sində
böyük uğurlar qazanması, həqiqətən, zirvəyə yüksəlmək deməkdir.
Bu yolda aşırımlardan inamla keçən, qarşıya çıxan maneələri qorx -
madan dəf edən gənc müstəqil dövlət indi regionda liderdir. Onu
zirvəyə aparan xarici siyasətin əsas istiqamətləri üzərində geniş da-
yanmaq istərdik. 
3.3. Regionun “böyük üçbucağı” və 
Heydər Əliyevin siyasi balans modeli
Henri Kissincer “Diplomatiya” kitabında yazır: “Tarix boyu Ru -
siya həmişə fərqli olub” (3.2.2, s.16). Zbiqnev Bjezinski isə “Böyük
şahmat taxtası” əsərində Rusiyanı “proqnozlaşdırıla bilinməyən ölkə”
110


(3.3.1, s.24) kimi xarakterizə edib. Rusiyanın dünya siyasət meydanına
daxil olması geosiyasi nizama ciddi təsir göstərmişdir. Rusiya
imperiyası isə uzun müddət qlobal geosiyasətdə aparıcı rollardan
birini oynayıb.
Sosialist düşərgəsinin dağılması ilə bəzi qüvvələr Rusiyanın dünya
siyasətində rolunu kiçiltmək fikrinə düşdülər. Bu dalğanın təsiri
altında bu böyük dövlətə qonşu olan bəzi ölkələr yanlış geosiyasi
kurs götürdülər. 1992-1993-cü ilin birinci yarısında Azərbaycan da
xarici siyasətində Rusiya amilini yetərincə nəzərə almamışdı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu məsələ tam həllini
tapdı. İnamla demək olar ki, Ulu öndərin təcrübəsi və siyasi uzaqgörənliyi
Rusiyanın rəhbərlərini Azərbaycana qarşı sağlam mövqe tut mağa isti-
qamətləndirirdi. 1993-cü ilin sentyabrında Azərbaycan Prezidenti Mosk-
vada Rusiya Prezidenti Boris Yeltsinlə görüşüb, əməkdaşlıq məsələlərini
müzakirə etdi. Elə həmin ay Azərbaycan MDB-yə daxil oldu.
MDB məsələsi Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Bu,
faktiki olaraq, Rusiyanın böyük bir geosiyasi məkanda aparıcı rolunu
qəbul etmək deməkdir.
Rusiya MDB məsələsinə həm də yeni bir inteqrasiyanın başlanğıcı
kimi baxırdı. Bu səbəblərdən Azərbaycanın MDB-yə daxil olması
xarici siyasətdə ciddi strateji addım oldu. Lakin Azərbaycan-Rusiya
münasibətlərini tam real xəttə çıxarmaq üçün hələ çox çalışmaq
lazım idi. Heydər Əliyev həmin istiqamətdə fəal işləyirdi. Onun ko-
mandasında olmaq çox məsuliyyətli və maraqlı bir mövqe tutmaqla
bərabər, Azərbaycanın tarixinin ən mühüm mərhələsini yaşamaq
demək idi. Biz Rusiya ilə münasibətlərin qarşılıqlı faydalı və bəra-
bərhüquqlu tərəfdaşlıq səviyyəsinə qalxması üçün ulu öndərin
rəhbərliyi altında yorulmadan çalışdıq.
Keçən əsrin 90-cı illərində Şimal Qafqazda baş verən hadisələrdən
Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün istifadə
etməyə çalışan qüvvələr daha fəal idilər. O gərgin dövrdə Heydər
Əliyev həm qafqazlı, həm də siyasətçi kimi müdrik mövqe tutdu və
Azərbaycanı kimsənin ittiham etməsinə imkan vermədi. Azərbaycan
Rusiyanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını həmişə bildirirdi.
111


Ölkəmizin ərazisindən separatçıların Rusiyaya keçməsi ilə bağlı de-
yilənlərin şayiə olduğunu faktlarla sübut edirdi. Xüsusilə, Azərbaycanda
prezident və parlament seçkiləri ərəfəsi böhtançı təbliğat kampaniyası
başlayırdı. Azərbaycanda sabitliyin hökm sürməsindən narahat olan
bəzi qüvvələr Rusiya kimi nəhəng bir dövləti ölkəmizə düşmən
etmək istəyirdilər.
İlham Əliyev ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davam
etdirdi. Rusiya amilinə ciddi diqqət yetirildi. Əlbəttə, Azərbaycan
rəhbərliyi şimal qonşumuzla olan münasibətlərin çətinliklərlə dolu
zamanlarını da unutmur. İlham Əliyev Rusiya ilə münasibətlərdə
mövcud olmuş bəzi çətinliklər haqqında demişdi: “...Təqribən 10 il
bundan əvvəl (2000-ci il nəzərdə tutulur – N.M.) Rusiya ilə Azərbaycan
arasında olan əlaqələr çox pis idi. Həmin vaxt Rusiya açıq şəkildə
erməni separatçılarını dəstəkləyirdi. Rusiya bir milyard dollar
həcmində hərbi avadanlıq və texnikanı qeyri-qanuni olaraq Ermənistana
ötürmüşdü. Bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasında böyük
qalmaqal yarandı və bizim Rusiya ilə münasibətlərimiz çox gərgin
xarakter aldı” (3.2.1, s.35). Təbii ki, Rusiya böyük dövlət kimi Azər-
baycana həmin illərdə bir çox problemlər yarada bilərdi.
“Əsrin müqaviləsi” imzalanandan sonra Qərbin təhlükəsizlik mə-
sələsində Azərbaycana ciddi dəstək verməsi öz təsirini göstərdi.
B.Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin reallığı düzgün
qiymətləndirib, Azərbaycanla münasibətlərdə düzəlişlər etməyə
başladı. Əminliklə deyə bilərəm ki, Heydər Əliyev bu məsələdə
yüksək qətiyyət, inam və praqmatik siyasi mövqe nümayiş etdirməsəydi,
Rusiya siyasətçiləri Azərbaycana münasibətdə qeyri-konstruktiv
mövqedə uzun müddət qalacaqdılar. V.Putin Azərbaycana ilk səfərində
heyrətini belə ifadə etdi: “Heydər Əliyev siyasətin qayasıdır”.
Mən bu fikirləri yalnız memuarlarda yer ala biləcək cümlələr
kimi görmürəm. Bunları real siyasətdə, ən çətin anlarda belə doğrunu
yalandan, həqiqəti xəyaldan ayıra bilən bir siyasətçi-dövlət adamının
müstəqil və güclü dövlət qurmaq üçün xarici siyasət kursunu hansı
müdrik addımlarla gücləndirdiyini anlatmaq üçün yazıram. Ulu
112


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə