N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə32/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   28   29   30   31   32   33   34   35   ...   80

zaman ciddi uğurlar əldə edildi. Bu təşkilat rəsmən Ermənistanı təcavüzkar
kimi tanıdı. Bununla bağlı AŞPA-nın sənəd tərtib etməsindən sonra Er-
mənistan xarici siyasətinin nizamı pozuldu. Həmin hadisəni bir beynəlxalq
təşkilat çərçivəsində dünya miqyasında tanına biləcək geosiyasi dəyişikliyin
konkret nümunələrindən biri kimi qəbul etmək olar.
Qoşulmama Hərəkatının nisbətən yeni üzvləri sırasında olan
Azərbaycan təşkilat daxilində siyasi məsləhətləşmələrdə fəal iştirak
edir. Hərəkata üzvlük sayəsində Azərbaycan bu qurumun digər 119
üzvü ilə siyasi əlaqələr qurmaq və onları möhkəmləndirmək üçün
əvəzsiz imkan əldə etmişdir. Əlamətdar hadisədir ki, digər nüfuzlu
beynəlxalq təşkilatlar kimi, Qoşulmama Hərəkatı da öz qərar və yekun
bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.
Azərbaycan MDB çərçivəsində də fəaldır. Ölkəmizin bu quruma
daxil olması və burada fəal iş aparması ilə Ermənistanın bir çox
mənfur planlarının qarşısı alındı. Çünki Azərbaycanın razılığı olmadan,
MDB onun maraqlarına zidd heç bir ciddi sənədi qəbul edə bilməz. Öl-
kəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmini üçün bunun nə
dərəcədə əhəmiyyətli olduğunu anlamaq çətin deyil. Azərbaycan MDB-
nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq veto qoya
bilib. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin
müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini
cilovlamağa imkan verir. Yeritdiyi çevik siyasət nəticəsində Azərbaycan
həm MDB-yə daxil olan dövlətlərlə sıx əməkdaşlıq edir, həm də özünə
qarşı qəbul oluna biləcək təhlükəli qərarları neytrallaşdırır.
Gətirdiyimiz misallar istər-istəməz belə bir sual doğurur: xarici
siyasət beynəlxalq təşkilatlar çərçivəsində daha çox uğur qazanmağa
imkan verirsə, onda ikitərəfli əlaqələrin əhəmiyyəti azalmırmı? Etiraf
edək ki, qloballaşan dünyada bir neçə dövlətin daxil olduğu qurumla
əməkdaşlıq daha perspektivli görünür. Sosial, mədəni, elmi, iqtisadi,
ekoloji və s. sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar
vasitəsi ilə də geosiyasi münasibətlərə ciddi təsir etmək mümkündür.
Bu kimi amillər müasir siyasət dünyasının gündəminə ümumilikdə
diplomatiyanın gələcəyi məsələsini gətirib. Bu haqda biz kitabın sonrakı
hissələrində danışacağıq.
104


Ümumilikdə isə ehtimal etmək olar ki, ikitərəfli münasibətləri
diplomatiyanın heç bir forması əvəz edə bilməyəcəkdir. Nə qədər ki,
dünyada dövlətlər var, ikitərəfli münasibətlər xarici siyasətin prioriteti
olaraq qalacaqdır. Mümkündür ki, dünya dövlətlərinin qarşılıqlı ası-
lılığının daha yüksək mərhələsində ikitərəfli münasibətlər sistemində
yeni çalarlar meydana gəlsin. Onda xarici siyasətin müxtəlif aspektləri
arasında daha rəngarəng və sistemli münasibətlər qurula bilər. Həmin
məsələləri yalnız konkret olaraq yeni situasiya yaranandan sonra nə-
zərdən keçirmək olar. Hazırda xarici siyasətin əsas istiqamətləri
sırasında ikitərəfli əlaqələr əhəmiyyətini saxlamaqdadır. Bu zaman
qarşılıqlı anlaşma prinsipi əsas götürülür. Bu əsasda dövlətlərlə bə-
rabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurmaq səmərə verir.
Beynəlxalq təhlükəsizlik baxımından həmin prinsip əhəmiyyətlidir.
Bu prizmadan yanaşdıqda, siyasi təhlükəsizliyin təmini aktual problem
kimi qəbul edilir. Çünki siyasi təhlükəsizlik dövlət quruculuğu mə-
sələlərinin müstəqil həlli üçün cəmiyyətin imkan və qabiliyyətlərini
ifadə edir. Siyasi təhlükəsizlik şəraitində dayanıqlı siyasi suverenlik
mövqeyindən daxili və xarici siyasəti vətəndaş və cəmiyyətin
maraqları çərçivəsində həyata keçirmək şansı əldə edilir. Burada
maraqlı bir əlaqəni görmək olar.
Biz beynəlxalq təhlükəsizliklə konkret dövlətin siyasi təhlükəsizliyi
arasındakı bağlılığı nəzərdə tuturuq. Bəzən müasir geosiyasi kon-
sepsiyalarda məsələnin bu tərəfinə az diqqət yetirilir. Bəzi hallarda
(məsələn, fövqəldövlətçiliyi tərənnüm edən geosiyasi konsepsiyalarda)
siyasi təhlükəsizlik beynəlxalq təhlükəsizliyin kölgəsində qalır, digər
hallarda (məsələn, milli dövlətçiliyi mütləqləşdirən geosiyasi baxışlarda)
isə bunun əksi olur. Müasir tarixi dövrün bir xüsusiyyəti situasiyanı
daha da mürəkkəbləşdirir. Həmin məqam Henri Kissincerin “Diplo-
matiya” əsərində dəqiq təsvir edilib. H.Kissincer yazır: “Beləliklə,
yeni dünya nizamını qurmalı olan aparıcı dövlətlərin heç birinin ya-
ranmaqda olan çoxdövlətli və çoxpilləli sistemdə mövcud olmaq
təcrübəsi yoxdur. Ötən mərhələlərdəki dünya nizamı qlobal miqyasda,
bu qədər müxtəlif təsəvvürlərin mövcudluğu şəraitində qurulmayıb.
105


Əvvəlki dövrlərdə güc tarazlığının tarixi sistemlərinin atributları ilə
ümumdünya demokratik təfəkkürü, həmçinin sürətlə inkişaf edən
müasir texnologiyanı özünə uyğunlaşdırmalı olan nizam mövcud ol-
mayıb” (3.2.2, s.18).
H.Kissincerin “yeni dünya nizamını qurmalı olan aparıcı dövlətlər”
(yəni dünyanı öncədən əsas və qeyri-əsas dövlətlərə bölmək konkret
yanaşmadır və onu hamı qəbul etməyə də bilər – N.M.) ifadəsini bir
kənara qoyub, geosiyasi mühitin mahiyyətinə toxunan əsas məqamlara
diqqət yetirək. H.Kissincer müasir tarixi mərhələdə çoxlu sayda
dövlətlərin bir sistem əmələ gətirdiyini və bu hadisənin tamamilə
yeni geosiyasi keyfiyyətləri formalaşdırdığını qeyd edir. Doğrudan
da, hazırda dünya bir-biri ilə çoxtərəfli əlaqədə olan dövlətlər
sistemidir. Bu, bəşəriyyət üçün yeni bir haldır. Təbii ki, bu vəziyyətdə
dünya nizamının hansı modelə görə yaradılması da kreativ yanaşma
tələb edir. İkinci tərəfdən, dünya nizamı haqqında müxtəlif təsəvvürlər
vardır və sürətlə inkişaf edən texnologiyalar şəraitində onların sayı
arta bilər. Hətta keyfiyyətcə yeni təsəvvürlər də formalaşa bilər.
Şübhəsiz ki, həmin proses də dünya nizamının səmərəli modelinin
tapılması işini çətinləşdirir. Onda beynəlxalq təhlükəsizlik sisteminin
formalaşması məsələsi də qeyri-müəyyən amillərdən xeyli asılı olur.
Bu baxımdan konkret dövlətin siyasi təhlükəsizliyinin beynəlxalq
təhlükəsizlik sistemi ilə uyğunlaşdırılması praktiki cəhətdən mürəkkəb
bir prosedur kəsb edir.
Görünür, bu şərtlər daxilində dünya miqyasında siyasi və geosiyasi
ziddiyyətlər qalacaqdır. Bəşəriyyət bir neçə dövlətlər sisteminin
mövcudluğu şəraitində müxtəlif dünya nizamı modellərinin sintezinə
nail ola bilməsə, həmişə münaqişələrlə üzləşəcəkdir. Dünya siyasətçiləri
müəyyən mənada Bernard Şounun dediyi dilemma qarşısındadırlar.
Məşhur yazıçı həmin dilemmanı belə formulə etmişdi: “Həyatda
iki faciə mövcuddur. Onlardan birincisi ən böyük arzuya çatma-
maqdır. İkincisi, bu arzuya çatmaqdır”. Yəni yeni dünya nizamının
səmərəli fəlsəfəsini tapa bilməmək də, tapmaq da faciədir. Ancaq
bəşəriyyət əl-qolunu bağlayıb, süqutunu gözləyə bilməz. Situasiya
nə dərəcədə mürəkkəb olsa da, çıxış yolu vardır. Hər şeydən öncə,
106


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə