NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə50/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   46   47   48   49   50   51   52   53   ...   85

İmam Əli əleyhis-salam (Məhəmməd Əhli-Beyti əleyhimus-salamın haqq dövlətinin zühuru barəsində) buyurmuşdur:

Dünya pisxasiyyətli dişləyən dəvənin öz balasına tərəf qayıtması kimi bizə (Məhəmməd Əhli-Beytinə) qayıdaraq mehribanlıq edəcək. (O Həzrət) bunun arxasınca bunu (Qəsəs surəsinin 5-ci ayəsini) oxudu: «وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ» «Yer üzündə zəif hesab olunanlara minnət qoyub (onlara qüdrət əzəmət verib) onları imam varislər (din dünya başçıları) etmək istəyirik




201

İmam Əli əleyhis-salam (pərhizkarlığın necəliyi barəsində) buyurmuşdur:

Allahdan o kəsin qorxmağı kimi qorxun ki, (işlərdə) kəmərini möhkəm bağlayaraq (hazır dayanaraq) özünü (hər hansı bir şeyə bağlılıqdan) təcrid edib, səy və təlaş göstərərək özünü çevikləşdirib, ömrünün verdiyi möhlətdə (yaxşı işlər görməyə) tələsib, qorxudan (fürsəti əldən vermək qorxusundan) əliitilik edib və qərar tutacağı və sonda gedəcəyi yer (ya cənnət səadəti xoşbəxtliyi, ya da cəhənnəm bədbəxtliyi) barəsində fikirləşib.

202

İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyurmuşdur:



Bəxşiş abırların qoruyucusudur. (Xalq bəxşiş edən kəsdən razı olaraq onun abrını qoruyur.) Səbrlilik nadan və səbrsizin ağızına vurulan qıfıldır. (Səbrlilik nadanı boş-boş danışmaqdan saxlayar pisliyi qaytarar.) (Günahdan keçib) güzəşt etmək zəfər və qələbənin zəkatıdır. (Hər bir kəsin düşmənə qalib gəlməsinin zəkatı ona güzəşt etməsidir.) Vəfasızlıq etmiş kəsdən uzaqlaşmaq sənin (ondan) çıxdığın əvəzdir. (Vəfasız dostdan qəlbini qıraraq uzaqlaş ki, onun vəfasızlığının əvəzini çıxmış olasan.) Məsləhətləşmək ( düz yolu axtarmaq) elə, hidayət və yolu tapmaqdır. Öz nəzər və fikri ilə kifayətlənən ( başqalarından məsləhət almayan) kəs özünü təhlükə və həlakətə atıb. Səbrlilik dövranın çətinliklərini uzaqlaşdırır. Dözümsüzlük zəmanənin yardımçılarındandır. (Çünki zəmanə qocaltmağa yox etməyə hazırdır dözümsüzlük həmin işi görür.) Ən böyük sərvət və varlılıq, arzuya malik olmamaqdır. Nə çox ağıl ki, ona hakim olan nəfsi istəklərə əsirdir. (Nəfsi istəklər insanların çoxlarının ağıllarına hakimdir.) Təcrübəni qorumaq bir növ müvəffəqiyyət və yaxşı işə nail olmaqdır. (İnsanlarla) dostluq, bəhrələnilən qohumluqdur. (Səndən) qəlbi sınmış və incimiş kəsdən xatircəm olma (öz sirrini ona demə onun əhd-peymanına ürək qızdırma).
203

Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə