NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə51/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   47   48   49   50   51   52   53   54   ...   85
İmam Əli əleyhis-salam (xudpəsəndliyin ziyanı barəsində) buyurmuşdur:

İnsanın özünü bəyənməsi onun ağlının paxıllarından biridir. (Çünki ağıl gözəl xislətləri çoxaltmağı tələb edir. Özünü bəyənmək xüdpəsəndlik isə onun qarşısını alır. Buna görə sanki o, ağla paxıllıq edərək fəzilətli gözəl sifətlərin çoxalmasına mane olur.)
204

İmam Əli əleyhis-salam (dünya çətinliklərinə etinasızlıq barəsində) buyurmuşdur:

Tikanlara (çətinliklərə) göz yum (etinasız ol), yoxsa heç vaxt şad olmayacaqsan (çətinliklər səni əldən salacaq).

205

İmam Əli əleyhis-salam (gözəl əxlaqın xeyri barəsində) buyurmuşdur:

Ağacının çubuğu yumşaq olanın (əxlaq xasiyyəti gözəl olanın) budaqları (dostları) çox olar.
206

İmam Əli əleyhis-salam (müxalifət etməyin ziyanı barəsində) buyurmuşdur:



(Yersiz) müxalifət və dava (düzgün) nəzər və fikri viran edir (işə salmır. Yəni, uyuşmayan müvafiq olmayan kəsin fikri zidd olar düz gəlməz).

207

İmam Əli əleyhis-salam (məğrurluq barəsində) buyurmuşdur:

Kim bir nailiyyət qazandısa məğrurluq etdi (gözəl əxlaqa malik olub Allahı nəzərə alaraq təvazökarlıq edəndən başqa)!
208

İmam Əli əleyhis-salam (halların dəyişilməsi barəsində) buyurmuşdur:

İnsanların gövhərləri (onların eyb hünərləri) halların dəyişməsində (ucalıq alçaqlıqda, varlılıq yoxsulluqda, xəstəlik sağlamlıqda) bilinir, başa düşülür.
209

İmam Əli əleyhis-salam (paxıllıq barəsində) buyurmuşdur:

Dostun paxıllığı dostluğun xəstəliyindəndir. (Ona görədir ki, o, dostluğunda düz deyil. Çünki həqiqi dost o kəsdir ki, dostu üçün özü üçün istədiyi şeyi istəyir. Bu sifət paxıllıq etməklə ziddiyyət təşkil edir.)
210

İmam Əli əleyhis-salam (hərisliyin tamahın ziyanı barəsində) buyurmuşdur:

Ağılların torpağa düşdüyü (büdrədiyi) yerlərin çoxu tamah və hərisliyin şüaları altındadır. (Tamah insanı ağıl şərafət zirvəsindən endirib alçaqlıq xarlıq quyusuna salar.)
211

İmam Əli əleyhis-salam (pis gümanda olmaq barəsində) buyurmuşdur:

İnanılmış şəxs barəsində pis güman və zənn ilə hökm etmək ədalət və insafdan deyil.1
212

İmam Əli əleyhis-salam (zülmün məzəmmətində) buyurmuşdur:

Bəndələrə zülm etmək qiyamət günü üçün pis azuqədir.
213

İmam Əli əleyhis-salam (göz yummağa həvəsləndirərək) buyurmuşudr:

Alicənab və möhtərəm şəxsin ən yaxşı işlərindən biri onun bildiyi şeylərə (başqalarının çirkinliklərinə) göz yummasıdır (özünü onlardan xəbərsiz kimi göstərməsidir. Çünki alicənab adam heç kəsin abır-həyasını tökməz özünü çirkinliklərin çoxundan xəbərsiz kimi göstərər).
214

İmam Əli əleyhis-salam (həyalılığın faydası barəsində) buyurmuşdur:

Həya hər kimə öz libasını geyindirsə (hər kim həyalı olsa), xalq onun eybini görməz. (Onun eybi olmaz ki, camaat onu görsün. Yaxud əgər eybi olsa da həya nəticəsində xalqın gözündən gizlin qalar.)

215

İmam Əli əleyhis-salam (Bəzi gözəl sifətlərə təşviq edərək) buyurmuşdur:



Çox susmaqla vüqar və əzəmət yaranır. (Çünki susmaq ağıl dərrakənin əlamətidir.) İnsaflılıq nəticəsində (insana) birləşənlər və dostlar çoxalarlar. (Hər kim insaflı olsa camaat ona birləşər onunla birgə olar.) Yaxşılıq etməklə məqamlar böyüyər. (Çünki hər bir kəs, yaxşılıq edənə hörmət gözü ilə baxır.) Təvazökarlıqla nemət təkmilləşər. (Allah hər kimə nemət versə o, xalqa qarşı təvazökarlıq etsə, nemətin şükrünü yerinə yetirmiş olur buna görə daha artıq nemətə layiq olur. Yaxud əgər insan birinə nemət versə onunla təvazökarlıq etsə, neməti tamamlamış olur.) Əziyyət və çətinliklərə (xalqın əziyyət çətinliklərinə) dözməklə böyüklük vacib olur.1 Yaxşı və bəyənilən rəftarla düşmən məğlub olar.2 Səfeh və ağlı az olan adamla münasibətdə həlim və səbrli olanın yardımçıları çoxalar.3
216

İmam Əli əleyhis-salam (sağlamlığın əhəmiyyəti barəsində) buyurmuşdur:

Paxılların, bədənlərin (xalqın cisimlərinin) sağlamlığından qafil qalmaları təəccüblüdür. (Yəni, təəccüblüdür ki, paxıllar başqalarının mal məqamına paxıllıq edirlər, amma onların ən böyük nemətlərdən olan sağlamlıqlarına paxıllıq etmirlər.)

217

İmam Əli əleyhis-salam (hərisliyin ziyanı barəsində) buyurmuşdur:

Həris (əsir kimi) zillət və xarlıq zəncirindədir. (Çünki hamı onu kiçik xar sayır ona əhəmiyyət vermir.)

218

İmam Əli əleyhis-salamdan imanın mənasını soruşdular və o Həzrət (imanın həqiqi mənasının açıqlamasında belə) buyurdu:

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil bu kimi) üzvlərlə əməl etməkdir.

219

İmam Əli əleyhis-salam (bəzi nalayiq sifətlərin ziyanı barəsində) buyurmuşdur:



Dünya (malı əldə edə bilmədiyi) üçün kədərlənən kəs, Allahın qəzavü-qədərinə qəzəblənib. (Çünki insanın dünyadan olan pay qismətinə razı olmaması, onun üçün təqdir edilmiş şeyə razı olmaması deməkdir.) Ona üz tutmuş müsibətdən (başqasının yanında) gileylənən kəs, Rəbbindən şikayətlənib. (Bu, imanın zəif süst olmasının nişanəsidir. Çünki o, səbr dözümlülüyü əldən verib.) Kim varlı şəxsin yanına gedib sərvətinə görə ona təvazökarlıq göstərsə, dininin üçdə ikisi əlindən gedib.1 Qur’an oxuyub ölümündən sonra oda düşən kəs, Allahın ayələrinə istehza edənlərdəndir2. Qəlbi dünya məhəbbətinə məftun olan kəs dünyadan üç şeyə bağlı olar: ondan ayrılmayan qəm-qəssəyə (çünki tapmayanda bir kədərlənər, tapanda isə onu artıraraq qorumaq üçün qəm-qüssə yeyər); ondan əl çəkməyən ( həmişə onun qəlbini qorxulu çəkişmədə saxlayan) hərisliyə; çatmayacağı ümid və arzuya.
220

İmam Əli əleyhis-salam (qənaət gözəl xasiyyətə təşviq edərək) buyurmuşdur:

Qənaətlə şahlıq etmək olar, xoşxasiyyətliliklə naz-nemət içində olmaq.

221

İmam Əli əleyhis-salamdan Allah-təalanın (Nəhl surəsinin 97-ci ayəsində olan) «فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً» «Yaxşı işlər görən saleh əməlli bəndəyə gözəl həyat nəsib edəcəyik» kəlamının mənasını soruşdular və o Həzrət (onun təfsirində belə) buyurdu:

Həmin gözəl həyat qane olmaqdır. (Qaneçilik hakim olan həyat xoş gözəldir. Hərisin həyatı isə, onun çox sərvətə malik olmasına baxmayaraq, acı usandırıcıdır.)

222

İmam Əli əleyhis-salam (şərik olmağın xeyri barəsində) buyurmuşdur:



(Alverdə) ruzisi bol olanla şərik olun. Çünki onunla şəriklik varlılığa daha münasib və qazanca üz tutulmasına daha layiqdir. (Çünki ruzisi az olan insan ruzisi bol olanla şərik olmaq nəticəsində mənfəət əldə edir.)

Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə