quruculuğuna töhfə hesab etmək olar. Şəhər həyatının sağlamlaşdırılmasının ən
effektiv üsullarından biri iqtisadi fəaliyyətin stimullaşdırılmasıdır. Sakinlərə çörək
pulu qazanmaq imkanının verilməsi yerli bazarların və ticarətin bərpasına cətirib
çıxarır. Beləliklə, müxtəlif mallar istehsal edən emalatxanaların inkişafına pulların
yatırılması, hətta konflikt başa çatmadığı halda belə, ərazinin iqtisadi bərpasına
yardım edir.
Yerli resurslardan (maddi və insan) maksimal şəkildə istifadə olunması, işə
qəbul zamanı yerli kadrlara üstünlük verilməsi yerli əmək bazarını bərpasına yardın
edir və təsərrüfatın inkişafını stimullaşdırır. Tez dəyişən tələblərə cavab verə
bilmələri üçün Bərpa proqramları kifayət qədər elastik olmalıdır. Belə proqramlar bir
sıra konkret fəaliyyət istiqamətlərinin inkişafı üçün əsas ola biləcək platformalar
şəklində hazırlanmalıdır. Mövcud yerli strukturların cəlb edilməsi, lokal
infrastrukturdan istifadə edilməsi vacibdir. Proqramların icraçıları onların praktikada
həyata keçirilməsinin həm müsbət, həm də mənfi nəticələrini əvvəlcədən cörə
bilməlidirlər.
Dünyada “neytral” yardım proqramları mövcud deyil. Belə proqramların
təşkilatçıları öz hərəkətləri ilə ya konfliktlərdən zərər çəkmiş əhalinin vəziyyətini
yaxşılaşdırır ya da onlara ziyan vurur.
A. Turen
Sosial hərəkatların süqutu
(...) Fəhlə hərəkatının tarixçilər onun iqtisadi situasiyanın müxtəlif mərhələləri
ilə üst-üstə düşən iki dövrünün qarşılaşdırılmasmda israr edirlər, iqtisadi artım
dövrləri sosial və mədəni hərəkatların formalaşması üçün əlverişli olduğu halda,
böhran və ya düşüş dövrləri sözün kəskin mənasında siyasi fəaliyyətlə müşayiət
olunur. Bütün baş verənlərə
əsas mədəni