hakimiyyətdə olan sinfi əvəz edir. Bu bir tənqidi qolun fikrincə
o deməkdir ki, sosial
konfliktlər (sözün əsl mənasında) bu vaxtdan siyasi məsələlərlə əvəz edilir;
vətəndaşın dövlətə qarşı mübarizəsi bu cün fəhlənin öz rəhbərinə qarşı mübarizədən
üstünlük təşkil edir.
S.P. Hantinqton
Sivilizasiyaların konflikti olacaqmı?
Sivilizasiyaların konflikti və Avropa
(...) Sivilizasiyalar arasındakı parçalanma Avropada “soyuq müharibə”
zamanı böhran və qırğın sərhədləri kimi əvvəlki siyasi və ideoloji sərhədləri əvəz etdi.
“Soyuq müharibənin” başlanğıcı “dəmir pərdənin” qurulması ilə yaranmış
Avropanın siyasi və ideoloji bölünməsi oldu. Onun ləğvi ilə “soyuq müharibə” bitdi.
Eyni zamanda Avropanın ideoloji bölünməsi yox olduğundan burada bir tərəfdən
qərbi xristianlıq, o biri tərəfdən - pravoslav xristianlıq və islam mədəniyyətləri
arasında sərhəd özünü büruzə verdi.
Avropada ən vacib bölüşdürücü xətt yəqin ki 1500-cü ildən əvvəl qərb
xristianlığın yayıldığı sərhədi saymaq olar. Bu xətt indiki Rusiyanın Finlandiya və
Baltik yanı ölkələr ilə sərhədi boyunca, əsasən pravoslavlar yaşayan Şərqi
Ukraynanın katolik əhalisi üstünlük təşkil edən Belorus və Ukraynandan keçir. Sonra
bölüşdürücü xətt Transilvaniyanı qalan Rumıniyadan ayıraraq kəskin surətdə qərbə
dönür və sonra eynən Xorvatiyanı və Sloveniyanı başqa Yuqoslaviyadan ayıran
təxminən Yuqoslaviyanın indiki ərazisindən keçir. Şübhəsiz Balkanlarda
bölüşdürücü xətt Qabsburq və Osman imperiyalarının tarixi sərhədləri ilə üst üstə
düşür.
Bu xətdən şimal və qərb tərəfdə olan xalqlar protestant və katoliklərdir. Onları
Avropa tarixi irs birləşdirir: feodalizm, İntibah, Reformasiya, Maarif, fransız inqilabı,
sənaye inqilabı. Ümumilikdə onların iqtisadi səviyyəsi
bölüşdürücü xətdən şərqdə yerləşən xalqlardan daha yüksəkdir. Hal-hazırda onlar
birləşən Avropanın iqtisadiyyatına daha cüdü daxil olmasına ümid edə bilərlər.
Bölüşdürücü xətdən şərqə yaşayan xalqlara cəldikdə, onlar pravoslav və
müsəlmandırlar. Tarix boyunca onlar Osman və Rusiya imperiyalarının tərkibinə
daxil olub. Avropanın qalan hissəsinin inkişafını müəyyən edən hadisələr yalnız
yüncülcə bu xalqlara toxunurdu. Ümumilikdə onlar iqtisadi cəhətdən daha az inkişaf
edib. Stabil-demokratik siyasi sistemlərin təsdiq edilməsi bizə daha az mümkün olan
bir hal kimi təsəvvür edilir.
İdeolociyanm “dəmir pərdə”nin yerinə Avropanı bu cün daha cüdü
mədəniyyətin “məxməri pərdə”si ayırır. Yuqoslaviyada baş verən hadisələr cöstərir
ki, bu təkcə
fərqlənmənin sərhədi deyil, arada qanlı konfliktin sərhədinə çevrilir.
On konseptual tezis
(...) 1. Gələcək dünya 7-8 sivilizasiyaların qarşılıqlı təsiri ilə müəyyən
ediləcək: qərb, konfusiçilik, yapon, islam, hindu, slavyan-pravoslav, Latın Amerikası
və Afrika.
2.
Onlar arasında qarşıdurma ideolociyaların mübarizəsinin və başqa formalı
münaqişələrin yerinə cələcək. Növbəti dünya müharibəsi, baş verdiyi təqdirdə
sivilizasiyalar arasında müharibə olacaq.
3.
Gələcəyin əsas münaqişələri artıq mədəniyyətlərin parçalanması xətləri
arasından keçir (Zaqafqaziya, Bosniya və s.)
4.
Qərbin öz demokratik və liberal dəyərlərini bəşəri dəyərlər kimi yaymaq, öz
hərbi üstünlüyünü qorumaq və iqtisadi maraqlarının təmin etmək cəhdləri dicər
sivilizasiyaların əks reaksiyası ilə üzləşəcək.
5.
Beynəlxalq münasibətlərdə qərb ölkələri cetdikcə az rol oynayacaq,
qeyri-qərb sivilizasiyaları isə bu münasibətlərin obyektlərindən fəal şəkildə fəaliyyət
cöstərən şəxslərə çevriləcəklər.