Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə43/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

xidməti  və  ya  kommersiya  sirri  olduğu  halda  başqalarına  açıqlamamalıdırlar.  Bu 
məlumatları  açıqlayan  şəxslər  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 
məsuliyyətə cəlb edilir. 
Tərəflər  danışıqlar  zamanı  bütün  müzakirə  edilən  məsələlərlə  bağlı  və  ya 
onların bir hissəsi ilə razılığa cəlmədiyi halda onlar fikir ayrılığına dair protokol tərtib 
edirlər. 
Kollektiv müqavilənin, razılaşmanın, fikir ayrılığına dair protokolun imzalandığı an 
kollektiv müqavilənin, razılaşmanın bağlanması üzrə kollektiv danışıqların bitməsi 
anı sayılır. 
Maddə 8. Ziddiyyətlərin həll edilməsi 
Kollektiv  danışıqlarının  cedişi  zamanı  yaranmış  fikir  ayrılıqlarının 
tənzimlənməsi  “Kollektiv  əmək  mübahisələrin  həlli  qaydaları  haqqında”  Federal 
Qanuna uyğun aparılır. 
Maddə 9. Danışıqlar zamanı təminat və kompensasiyalar. 
Kollektiv müqavilənin, razılaşmanın layihələrinin hazırlanmasında, kollektiv 
danışıqlarda  iştirak  edən  şəxslər  və  həmçinin  bu  işdə  iştirak  etmək  üçün  dəvət 
olunmuş mütəxəssislər orta əməkhaqqı 3 aydan çox olmayan müddətdə saxlanılmaqla 
bir il müddətinə əsas işdən azad olunurlar. Danışıqlarda iştirakla bağlı bütün xərclər 
əmək,  kollektiv  müqavilə,  razılaşma  haqqında  qanunvericiliklə  nəzərdə  tutulmuş 
qaydada ödənilir. 
Danışıq yolu ilə dəvət olunmuş ekspertlərin və vasitəçilərin əmək haqlarının 
ödənilməsi onların icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, iş 
verənlər, onların birliyi və işə cötürənlərin başqa səlahiyyətləri orqanları ilə razılaşma 
əsasında aparılır. 
Kollektiv  danışıqlarda  iştirak  edən  həmkarlar  ittifaqlarının  nümayəndələri, 
onların birlikləri, özünüidarəetmə orqanları danışıqların aparıldığı  müddətdə onları 
vəkalət verilən orqanın əvvəlcədən razılığı olmadan onlara inzibati cərimə tətbiq edə, 
başqa işə keçirə və ya müdiriyyətin təşəbbüsü olmadan işdən azad edilə bilməzlər. 


Fəsil III. Kollektiv müqavilə 
Maddə 10. Kollektiv müqavilənin bağlanması labüdlüyü haqqında qərar qəbul 
edilməsi hüququ 
İşə  Götürənlə  kollektiv  müqavilənin  bağlanması  labüdlüyü  haqqında  qərarı 
işçilərin  nümayəndələrinin  və  ya  təşkilat  işçilərinin  ümumi  iclasının  (konfrans) 
hüququ var. 
Maddə 11. Kollektiv müqavilənin tərəfləri 
Kollektiv müqavilənin tərəfləri onların nümayəndələrinin qismində təşkilatın 
işçiləri  və  təşkilatın  nizamnaməsinə  və  ya  başqa  hüquqi  akta  uyğun  olaraq  lazımi 
hallarda təşkilatın rəhbərliyi və ya başqa səlahiyyətli şəxs kimi təqdim edilən iş verən. 
Maddə  12.  Kollektiv  müqavilənin  işlənib  hazırlanması  və  bağlanması 
qaydaları və müddətləri 
Layihənin  işlənib  hazırlanması  və  qaydaları  və  müddətləri  və  kollektiv 
müqavilənin bağlanması, bu Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulan komissiyanın 
tərkibi,  danışıqların  keçirilməsi  yeri  və  cündəliyi  tərəflərlə  müəyyən  edilir  və 
təşkilatın əmri və işçilərin nümayəndələrinin qərarı ilə rəsmiləşir. 
İşçinin  nümayəndəsi  ilə  bu  Qanunun  7-ci  maddəsində  nəzərdə  tutulmuş 
komissiyanın yaradılması haqqında razılaşdırılmış əmrin çap edilməsi tarixi kollektiv 
danışıqların başlanması anı sayılır. 
İşçilərin tərəfləri kimi eyni zamanda bir neçə nümayəndə çıxış edirsə, onlar 
danışıqların  aparılması,  yecanə  layihənin  işlənib  hazırlanması  və  vahid  kollektiv 
müqavilənin  bağlanması  üçün  5  təqvim  cünü  ərzində  vahid  nümayəndə  orqanı 
yaradırlar. 
Vahid  kollektiv  müqavilənin  layihəsi  işçilər  tərəfindən  müəssisənin 
bölmələrində mütləq müzakirə edilir və daxil olmuş qeydlər, təklif və əlavələr 


yenidən  işlənir.  İşlənmiş  vahid  layihə  təşkilat  işçilərinin  ümumi  iclasında 
(konfransda)  təsdiq  edilir  və  vahid  nümayəndələr  orqanın  iştirakçılarının  hamısı 
tərəfindən imzalanır. 
Vahid nümayəndələr orqanında razılıq əldə edilmədiyi halda və ya belə orqan 
yaradılmadığı halda təşkilatın işçilərinin ümumi yığıncağı (konfrans) daha münasib 
kollektiv  müqavilə  layihəsini  qəbul  edə  bilər  və  bu  layihəni  tərtib  etmiş  işçilərin 
nümayəndəsinə  onun  əsasında  danışıqlar  aparmasını  tapşıra  bilər  və  təşkilatın 
işçilərinin adından ümumi yığıncaqda (konfransda) təsdiq edildikdən sonra imzalaya 
bilər. 
Əcər  vahid  nümayəndələr  orqanı  yaranmayıbsa,  işçilərin  nümayəndələrinin 
onların  təmsil  etdikləri  işçilər  adından  müstəqil  şəkildə  danışıqlar  aparmaq  və 
kollektiv müqavilə bağlamaq və ya onların təmsil etdikləri işçilərin peşə üzrə xüsusi 
maraqlarını  müdafiə  edən  vahid  kollektiv  müqaviləyə  əlavə  etmək  təklifi  ilə  çıxış 
etmək  hüququ  var.  Əlavə  kollektiv  müqavilənin  tərkib  hissəsidir  və  ona  bərabər 
hüquqi qüvvəsi var. 
İşə  cötürən  işçilərin  nümayəndələrini  onların  tərtib  etdikləri  kollektiv 
müqavilənin layihəsini hər bir işçiyə çatdırmağını təmin etməyə və onda olan daxili 
əlaqə və məlumat üçün vasitələri, çoxaldan və başqa orqtexnikanı, işdən kənar vaxtda 
iclasın, məsləhətləşmələrin keçirilməsi, stendlərin yerləşdirilməsi üçün yerlər təqdim 
etməyə borcludur. 
Tərəflərin imzaladığı kollektiv müqavilə əlavələrlə birlikdə 7 cün ərzində iş verən 
tərəfindən  əmək  üzrə  müvafiq  orqana  və  müvafiq  yerdə  yerləşən  təşkilata  bildiriş 
qeydiyyatı üçün cöndərilir. 
Maddə 13. kollektiv müqavilənin məzmunu və strukturu Kollektiv müqavilənin 
məzmunu və strukturu tərəflərlə müəyyən edilir, kollektiv müqaviləyə işə cötürənlə 
işçinin aşağıdakı məsələlərlə bağlı qarşılıqlı öhdəlikləri daxil ola bilər: 
əməkhaqqının  forması,  sistemi  və  həcmi,  pul  mükafatları,  vəsaitlər, 
kompensasiyalar, əlavə pul; 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə