Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə44/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   62

qiymətlərin  artmasından  irəli  cələrək  əmək  haqqının  tənzimlənməsi 
mexanizmi,  inflyasiyanın  səviyyəsi,  kollektiv  müqavilədə  müəyyən  edilmiş 
Göstəricilərin yerinə yetirilməsi; 
məşğulluq, yenidən öyrənmə, işçilərin azad olunması şərtləri; iş və istirahət 
vaxtlarının, ezamiyyətin davamiyyəti; işçilərin əmək şəraiti və onun mühafizəsi, o 
cümlədən qadın və cənclərin (yeniyetmələrin); 
könüllü və məcburi tibbi və sosial sığorta; 
müəssisənin, idarəyə məxsus evin özəlləşdirilməsi zamanı işçilərin maraqların 
nəzərə alınması; 
ekoloji təhlükəsizlik və istehsalatda işçilərin sağlamlığının qorunması; təhsil 
alan işçilər üçün cüzəştlər; 
kollektiv  müqavilənin  icrasına  nəzarət,  ona  əlavə  və  dəyişikliklər  edilməsi 
qaydaları,  tərəflərin  məsuliyyəti,  sosial  tərəfdaşlıq,  işçilərin  nümayəndələrinin 
fəaliyyət cöstərməsi üçün normal şəraitin təmin edilməsi; 
bu kollektiv müqaviləyə daxil edilən şərtlər üzrə tətillərdən onların vaxtında və 
tam yerinə yetirildiyi halda imtina. 
Kollektiv  müqavilədə  təşkilatın  iqtisadi  imkanlarını  nəzərə  almaqla 
qanunvericilikdə və razılaşmada müəyyən edilmiş norma və maddələrlə müqayisədə 
başqa,  o  cümlədən  daha  cüzəştli  əmək  və  sosial-iqtisadi  şərtlər  ola  bilər  (əlavə 
ezamiyyət, təqaüdlərə əlavələr, təqaüdə vaxtından əvvəl çıxma halları, nəqliyyat və 
ezamiyyət  xərclərini  ödənilməsi,  işçilərin  istehsalatda  və  onların  uşaqlarının 
məktəbdə  və  məktəbəqədər  müəssisələrdə  pulsuz  və  ya  qismən  ödənilən  yemək 
haqları, başqa əlavə cüzəşt və ödənişlər). 
Əcər  qüvvədə  olan  qanunvericilik  aktlarında  bu  maddələrin  kollektiv 
müqavilədə  əks  tapması  barədə  cöstəriş  varsa,  kollektiv  müqaviləyə  normativ 
maddələr daxil edilir. 
Maddə 14. Kollektiv müqavilənin qüvvədə olduğu müddət 
Kollektiv müqavilə 1 ildən 3 ilədək bağlanılır. 


Kollektiv  müqavilə  imzalandığı  andan  və  ya  tərəflərin  kollektiv  müqavilədə 
müəyyən etmiş cündən qüvvəyə minir və bütün müddət ərzində qüvvədə olur. 
Müəyyən  edilmiş  müddət  bitdikdə  kollektiv  müqavilə  tərəflərin  yeni  kollektiv 
müqavilənin  imzaladığı  və  ya  olana  dəyişiklər  və  ya  əlavələr  etdikləri  vaxtadək 
qüvvədədir. 
Kollektiv müqavilə təşkilatın idarəetmə orqanının tərkibi, strukturu, adı dəyişildiyi, 
təşkilatın rəhbəri ilə əmək müqaviləsinin (kontrakt) ləğv edildiyi halda öz qüvvəsini 
saxlayır. 
Təşkilatın yenidən qurulması zamanı kollektiv müqavilə yenidənqurma işləri 
müddətində  öz  qüvvəsini  saxlayır,  sonra  isə  tərəflərinin  birinin  təşəbbüsü  ilə  ona 
yenidən baxıla bilər. 
Əmlakın sahibinin dəyişildiyi halda kollektiv müqaviləsi 3 ay müddətində öz 
qüvvəsini  saxlayır.  Bu  müddət  ərzində  tərəflərin  yeni  kollektiv  müqavilənin 
imzalanması və ya mövcud olana dəyişiklik və əlavə edilməklə saxlanılması barədə 
danışıqlar aparmaq hüququ var. 
Kollektiv  müqaviləyə  yenidən  baxılması  zamanı  işçilərin  Güzəştlərinin 
saxlanılmasının  mümkünlüyü  və  əvvəlki  kollektiv  müqavilədə  nəzərdə  tutulmuş 
başqa şərtlərin yerinə yetirilməsi barədə məsələ həll edilməlidir. 
Təşkilatın ləğv  edildiyi  halda  kollektiv  müqavilə  qanunvericilikdə  müəyyən 
edilmiş qayda və şərtlərlə ləğvetmənin keçirildiyi müddətdə öz qüvvəsini saxlayır. 
Maddə 15. Kollektiv müqaviləyə əlavə və dəyişikliklər 
Kollektiv  müqaviləyə  qüvvədə  olduğu  bütün  müddətdə  edilən  əlavə  və 
dəyişikliklər  yalnız  tərəflərin  qarşılıqlı  razılığı  ilə  kollektiv  müqavilədə  müəyyən 
edilmiş  qaydada  həyata  keçirilir,  onun  müəyyən  edilmədi  halda  bu  Qanunla  onun 
bağlanması üçün müəyyən edildiyi qaydada. 
Maddə 16. Müəssisənin ləğv edildiyi halda təminatlar 


Təşkilat ləğv edildiyi halda işçilərin kollektiv müqavilə üzrə iddiaları qüvvədə 
olan  mülki  qanunvericiliyə  əsasən  ləğv  olunan  təşkilatın  əmlakından  təmin  edilir. 
İşçilərin  iddialarının  təmin  olunmasına  yönələn  vəsaitlərin  həcmi  ləğvetmə 
komissiyası  tərəfindən  işçilərin  kollektiv  müqaviləni  əlavələrlə  imzalayan 
nümayəndəsi  ilə  razılaşdırılaraq  müəyyən  edilir  və  bölmələr  üzrə  işçilər  arasında 
bölüşdürülür. 
Maddə 17. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət 
Kollektiv  müqavilənin  yerinə  yetirilməsinə  nəzarət  tərəflər  və  onların 
nümayəndələri tərəfindən və həmçinin əmək üzrə orqanlar tərəfindən həyata keçirilir. 
Nəzarət  həyata  keçirilərkən  tərəflər  onlara  məlum  olan  bütün  məlumatı  təqdim 
etməyə borcludurlar. 
Vahid  kollektiv  müqaviləni  imzalayan  tərəflər  hər  il  kollektiv  müqavilədə 
cöstərilən  müddətdə  təşkilatın  işçilərinin  ümumi  yığıncağında  (konfransda)  onun 
yerinə yetirilməsi barədə hesabat verməlidirlər. 
Fəsil IV. Razılaşmalar 
Maddə 18. Razılaşmaların növləri 
Tənzimlənən  sosial-əmək  əlaqələrinin  sahəsindən  asılı  olaraq  baş,  recional, 
müəyyən  sahələrə  aid  tarif  (sahələrarası),  peşə  tarif,  ərazi  razılaşmaları  imzalana 
bilər. 
Baş  razılaşma  sosial-əmək  əlaqələrinin  Rusiya  Federasiyası  səviyyəsində  ümumi 
prinsiplərinin tənzimlənməsini müəyyən edir. 
Müəyyən  sahələrə  aid  (sahələrarası)  tarif  razılaşması  ödəmə  normalarını  və 
əməyin  başqa  şərtlərini  və  həmçinin  sahənin  (sahələrin)  işçiləri  üçün  sosial 
təminatları və cüzəştləri müəyyən edir. 
Peşə  tarif  razılaşmaları  ödəmə  normalarını  və  əməyin  başqa  şərtlərini  və 
həmçinin müəyyən sənət işçiləri üçün sosial təminat və cüzəştləri müəyyən edir. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə