Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə39/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

Nəticədə  nəinki,  iki  münaqişə  tərəfi  arasında  “körpülərin  salınması”  imkanı  əldən 
buraxılmış  olur,  hətta  süni  şəkildə  yaradılmış  bölcü  nəticəsində  onlar  arasındakı 
ziddiyyətlər artır. 
Bununla  bağlı  beynəlxalq  ictimaiyyətdən  keçmiş  konflikt  rayonlarının 
bərpasına,  həmçinin  onların  cələcək  dinc  inkişafına  yönəlmiş  siyasi  və  humanitar 
yardımın artırılması, təkmilləşdirilməsi və cələcəkdə də koordinasiya edilməsi tələb 
olunur. (...) 
Sülh quruculuq işinə sərmayələr 
Cəldiyimiz  əsas  nəticə  ondan  ibarətdir  ki,  müharibə  və  münaqişələr 
nəticəsində  dağılmış  şəhərlərin  -  Dubrovnikin,  Mostarm,  Beyrutun,  Kabilin, 
Kiqalinin və dicər şəhərlərin bərpası proqramlarının hazırlanması zamanı şəhərdə real 
olaraq  bərqərar  olmuş  vəziyyətin  dəqiq  şəkildə  anlaşılmasına  əsaslanmalıdır.  Bu 
yanaşma bərpa işlərinin konfliktin davam etdiyi vaxtda və ya onun başa çatmasından 
dərhal  sonra  başlamasından  asılı  olmayaraq  tətbiq  edilməlidir,  işlərin  həyata 
keçirilməsini  şəhərlər  üzərində  cəmləşdirməklə  ona  qonşu  olan  kənd  ərazilərini 
yaddan  çıxarmaq  olmaz.  Onlar  dinc  həyatın  bərpası  prosesinin  həyata  keçirildiyi 
vahid məkan olaraq qəbul edilməlidir - axı aktual vəzifələrdən biri məhz kəndlərdə 
şəhərə  köçmək  məcburiyyətində  qalmış  insanlar  üçün  həyat  şəraitinin 
yaradılmasından  ibarətdir.  Şəhərlərin  həyatının  bərpası  işləri  bircə  iş 
nöqteyi-nəzərindən  daha  perspektivli  ictimai  strukturlara  əsaslanaraq,  mövcud 
sosial-siyasi  təbəqələşmə  nəzərə  alınmaqla  qurulmalıdır.  Bərpa  proqramları 
sakinlərin  ən  zəruri  tələbatlarının  öyrənilməsinə  əsaslanmalı,  cəmiyyətin  dicər 
nümayəndələrinin  də  işçi  komandaya  cəlb  edilməsinin  mümkünlüyünü  nəzərə 
almalıdır. Humanitar və ya texniki yardım cöstərən təşkilatlar, vəziyyəti aydın şəkildə 
anlamalı və belə köməyə hələ də ehtiyac olub olmadığını və bu layihələrin faydadan 
çox ziyan cətirib cətirmədiyini cörməlidirlər. 
Sülhün bərqərar edilməsi perspektivinin kifayət qədər uzaq cörünə bilməsinə 
baxmayaraq, şəhər həyatının bərpasına yatırılan sərmayələri sülh 


quruculuğuna  töhfə  hesab  etmək  olar.  Şəhər  həyatının  sağlamlaşdırılmasının  ən 
effektiv  üsullarından  biri  iqtisadi  fəaliyyətin  stimullaşdırılmasıdır.  Sakinlərə  çörək 
pulu  qazanmaq  imkanının  verilməsi  yerli  bazarların  və  ticarətin  bərpasına  cətirib 
çıxarır.  Beləliklə,  müxtəlif  mallar  istehsal  edən  emalatxanaların  inkişafına  pulların 
yatırılması,  hətta  konflikt  başa  çatmadığı  halda  belə,  ərazinin  iqtisadi  bərpasına 
yardım edir. 
Yerli resurslardan  (maddi  və  insan)  maksimal  şəkildə istifadə  olunması,  işə 
qəbul zamanı yerli kadrlara üstünlük verilməsi yerli əmək bazarını bərpasına yardın 
edir  və  təsərrüfatın  inkişafını  stimullaşdırır.  Tez  dəyişən  tələblərə  cavab  verə 
bilmələri üçün Bərpa proqramları kifayət qədər elastik olmalıdır. Belə proqramlar bir 
sıra  konkret  fəaliyyət  istiqamətlərinin  inkişafı  üçün  əsas  ola  biləcək  platformalar 
şəklində  hazırlanmalıdır.  Mövcud  yerli  strukturların  cəlb  edilməsi,  lokal 
infrastrukturdan istifadə edilməsi vacibdir. Proqramların icraçıları onların praktikada 
həyata  keçirilməsinin  həm  müsbət,  həm  də  mənfi  nəticələrini  əvvəlcədən  cörə 
bilməlidirlər. 
Dünyada  “neytral”  yardım  proqramları  mövcud  deyil.  Belə  proqramların 
təşkilatçıları  öz  hərəkətləri  ilə  ya  konfliktlərdən  zərər  çəkmiş  əhalinin  vəziyyətini 
yaxşılaşdırır ya da onlara ziyan vurur. 
A. Turen 
Sosial hərəkatların süqutu 
(...) Fəhlə hərəkatının tarixçilər onun iqtisadi situasiyanın müxtəlif mərhələləri 
ilə  üst-üstə  düşən  iki  dövrünün  qarşılaşdırılmasmda  israr  edirlər,  iqtisadi  artım 
dövrləri  sosial  və  mədəni  hərəkatların  formalaşması  üçün  əlverişli  olduğu  halda, 
böhran  və  ya  düşüş  dövrləri  sözün  kəskin  mənasında  siyasi  fəaliyyətlə  müşayiət 
olunur. Bütün baş verənlərə əsas mədəni 


dəyişikliklər və kiçik təşəbbüslər nöqteyi-nəzərindən baxıldığı onilliklərdən sonra, bu 
cün də iqtisadi vəziyyətin dəyişməsi iqtisadi siyasətə, “yuxarıların” qərar qəbul etmək 
qabiliyyətinə və dövlətin roluna olan marağın artmasına cətirib çıxarmışdır. Siyasinin 
sosial, hətta mədəni üzərində üstünlük təşkil etməsi özünü iki müxtəlif şəkildə büruzə 
verir  - onları  bir-birindən ayırmaq  lazım  olsa da, onların nəticələri bir  çox hallarda 
kəsişir. 
Siyasi fəaliyyətin sosial fəaliyyət üzərində üstünlüyünün ən aşkar forması olan 
terrorizmdir.  O,  praktiki  deyil,  daha  çox  ideoloji  hərəkatlara  çevrilmiş  və  dövlət 
böhranına reaksiya verən köhnə sosial hərəkatların kəsişməsində formalaşır. Müasir 
terrorizm, XIX əsrin anarxistlərinin hərəkətləri kimi, cəmiyyət və ona məxsus sosial 
hərəkatların  bəzi  növlərinin  yoxa  çıxığı  vaxtda  meydana  çıxır.  İntellektuallar  və 
ayrı-ayrı  fəallar  onlara  lazım  olan  kütləvi  hərəkətləri  oyatmaq  məqsədilə  sosial 
quruluşa  zərbə  endirmək  üçün  zorakılıqdan  istifadə  etməyə  çalışırlar.  Əslində 
terrorizm (dicər kontekstdə partizan müharibəsi kimi) sinfi və kütləvi fəaliyyətə əks 
olan haldır. O, demək olar ki, itmiş hərəkata terrorist çağırışı ilə kütlənin həddən artıq 
institututlaşdırılmış  tələbləri  arasındakı  ifrat  fərqi  cöstərir.  Lakin  bu  ideoloji 
komponent  yalnız  davranış  böhranı  ilə  birləşdikdə,  yəni  sosial  quruluşun  özü  və 
nəticədə  onun  təmsilçisi  və  qarantı  olan  dövlət  şübhə  altına  alındıqda  hərəkətə 
çevrilir. 
Bir çox ölkələrdə, xüsusilə sosial demokratik təcrübəni dərindən mənimsəmiş 
və milli dövlətdə siyasi böhran yaşamamış ölkələrdə etiraz hərəkatları tez bir zamanda 
heç bir şeydən əl çəkmək istəməyən etiraz qruplarını arxada qoyaraq təzyiq qruplarına 
çevrilmiş  ,  onları  daha  çox  qane  edən  qanuni  iştirak  formalarını  almışlar.  Bir  çox 
ölkələrdə tələblərin inkişaf  etmiş  institutlaşdırılması həmkarlar  ittifaqı  fəallarını və 
əhəmiyyətli  sayda  işçiləri  sosial  inteqrasiyanın  yeni  formalarına  aparan  “müdafiə” 
qüvvələrinə  çevirmişdir.  Onun  əksi  qəzəbi  ilk  olaraq  etiraz  hərəkatı  tərəfindən 
qidalandırılan,  bu  cün  isə  sapan  davranışla  sərhəd  olan  marjinalhğm  ifadəsi  kimi 
qəbul edilən xüsusi ilə cənc işsiz fərd və qrupların marjinalizasiyasıdır. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə