Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti


Mövzu 1. Konfliktologiya elmi və



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə2/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

Mövzu 1. Konfliktologiya elmi və 
tədrisi fənn kimi - 9 saat 
Konfliktin klassik tədqiqatı. «Münaqişə nəzəriyyəsi» «nizam nəzəriyyəsi»nin 
sistematik alternativi kimi. C.Reksin, L.Kozerin, R. Darendorfun, K. Bouldinqin və 
başqalarının  konfliktoloji  konsepsiyaları.  S.M.  Lipsetin  işlərində  münaqişə  və 
konsensus. 
İnsan  tələbatları  nəzəriyyəsi  və  onun  konfliktologiyaya  töhvəsi.  Müasir 
konfliktologiyada  həll  edilmə  nəzəriyyəsi  («conflict  resolution»).  C.Bertonun 
konsepsiyası.  Konfliktologiya  adissiplinar  elm  kimi.  «Uzunsürən»  («çətin 
tənzimlənən») münaqişələrin həlli (L. Krisberq, K. Mitçell). 
Sosial münaqişələr haqqında sovet ictimai elmləri. «Münaqişəsiz cəmiyyət». 
Milli  sosial  elmlərdə  «Konfliktoloji  bum»  (90-cı  illər).  Rusiyada  münaqişələrin 
öyrənilməsi prosesinin institutlaşdırılması. 
Konfliktologiyanm obyekti və predmeti. Ziddiyyət və münaqişə. Münaqişəli 
situasiya. Münaqişə və konsensus. 
Konfliktologiyaya  sistemli  yanaşma  tərzi.  Münaqişənin  təsvir  edilməsinin 
universal partiya sistemi. 
Konfliktoloji biliyin metodologiyası. Konfliktologiyada empirik məlumatların 
toplanma  metodu:  müşahidə,  sənədlərin  öyrənilməsi,  sorğu.  Konfliktologiyada 
empirik  məlumatların  analiz  edilməsi  metodu:  statistik  analiz,  tarixi  analiz, 
komparativ analiz, sosiometrik analiz. Konfliktoloji testləşdirmə. Modul metodikası, 
situasiyadan  asılı  olan  metod,  milli  konfliktologiyada  eksperiment.  Tətbiqi 
konfliktologiyada 
praktiki 
psixologiya 
və 
psixoterapiya 
metodikaları. 
Konfliktologiyanm  kəmiyyət  metodları  məlumatların  məna  təfsiri.  Keys-stadi 
metodu, mütəxəssis qiyməti, fokus- qruplar metodu. Konfliktoloji monitorinq. 
Mövzu 2. Təşkilatı münaqişələr -12 saat 


Təşkilati münaqişələrin spesifikası. Təşkilatda rəsmi və qeyri-rəsmi əlaqə və 
münasibətlər  arasında  ziddiyyət.  Təşkilatlarda  münaqişələr  haqqında  idarəedici 
təfəkkür tarixi.  Elmi  menecment  məktəbi (F.  Teylor),  inzibati məktəb  (M.  Veber), 
«insani münasibətlər» doktrinası (E. Meyo). Müasir menecment təşkilati münaqişələr 
haqqında.  Təşkilati  münaqişələrin  ikili  təbiəti.  Münaqişə  effektiv  idarəetmənin  bir 
şəraiti kimi. 
Təşkilati  münaqişələrin  səbəbləri.  Təşkilatda  münaqişələrin  inkişaf  etmə 
şəraiti.  Təşkilati  münaqişələrin  funksiya  və  mərhələləri.  Təşkilati  münaqişələrin 
tipləri:  fərdi,  fərdlərarası,  fərdlə  qrup  arasında,  qrupdaxili  münaqişə.  Təşkilatın 
rəhbərliyi ilə işçilər arasında münaqişə. Üfiqi və şaquli münaqişələr. 
Münaqişələrin  tənzimlənməsi  və  həlli.  Münaqişələrin  başa  çatdırılma 
metodları: yatırılma, «ləğv etmə», həll etmə (tənzimləmə). Münaqişənin həll edilməsi 
onun  həqiqətən  başa  çatdırılması  kimi.  Münaqişənin  həlli  formaları:  danışıqlar, 
vasitəçilik, arbitraj və məcburi arbitraj. 
Mövzu 3. Təşkilatlarda münaqişələrin 
aradan qaldırılması - 6 saat 
Münaqişələrin  aradan  qaldırılması  sosial  əhəmiyyətli  fəaliyyət  kimi. 
Münaqişəyə  müdaxilə  etmə.  Münaqişəyə  kənar  edilməsi  qarşısında  obyektiv 
maneələr.  Təşkilatlardakı  münaqişələrin  aradan  qaldırılmasının  effektivliyi. 
Münaqişənin səbəbələrinin qarşısının alınması. 
Əməktaşhğm qorunub saxlanılması. Təşkilatlarda əməkdaşlığın qorunması və 
inkişaf  metodları:  razılıq  metodu,  praktiki  empatiya  metodu,  həmkarın  adının 
qorunması  metodu,  qarşılıqlı  tamamlama  metodu,  sosial  diskriminasiyanm  istisna 
edilməsi  metodu,  məziyyətlərin  bölüşdürülməsi  metodu,  psixoloji  fikir  yaratma 
metodu,  psixoloji  tənzimləmə  metodu.  Böhranlı  menecmentin  əsas  prinsipləri. 
Münaqişəvi xidmət sahələri və məsləhət təşkilatları. 


Təşkilatdakı  münasibətlərin  institutlaşdırılması  münaqişələrin  aradan 
qaldırılması  forması  kimi.  Münaqişələrin  normativ  şəkildə  tənzimlənməsi. 
Münaqişələrin aradan qaldırılması prosesində hüquqi, əxlaqi, dini və siyasi normalar. 
Yumor münaqişələrin aradan qaldırılmasının psixoloji forması kimi. 
Mövzu 4. Təşkilatı sistemdə münaqişələrin 
idarə edilməsi metodları - 6 saat 
Təşkilati  münaqişələrin  idarə  edilməsi  imkanları.  İdarəetmə  prosesinin 
mərhələləri:  münaqişənin  açılması,  münaqişənin  səbəblərinin  aşkar  edilməsi, 
münaqişənin funksionalhq dərəcəsinin (pozitiv və neqativliyinin) müəyyən edilməsi, 
münaqişənin  idarə  edilməsi  və  həlli  metodlarının  aşkar  edilməsi.  Münaqişəli 
menecment və «pablik releyşns». 
Təşkilati  münaqişənin  eskalasiya  sxemi.  Münaqişəli  situasiyada  rəhbərin 
fəaliyyəti. Rəhbərlərin təşkilatlarda səhv fəaliyyəti: 
xidməti etikanın 
pozulması, əmək qanunvericiliyinin pozulması, rəhbər tərəfindən işçilərin və onların 
əməklərinin nəticəsinin ədalətsiz şəkildə qiymətləndirilməsi. 
Münaqişələrin idarə edilməsinin hüquqi və qeyri-hüquqi metodları. Təşkilati 
münaqişələrin idarə edilməsinin strateji metodları: işə olan tələblərin izah edilməsi, 
kordinasiya  mexanizminin  tətbiq  edilməsi,  ümumtəşkilati  məqsədlərin  təsbit 
edilməsi, mükafatlandırma sisteminin istifadəsi. 
Təşkilatda  baş  verən  münaqişələrin  idarə  edilməsinin  taktiki  metodları: 
münaqişədən  qaçma,  fəaliyyətsizlik  metodu,  güzəştə  getmə  və  uyğunlaşma 
metodları, aradan qaldırma metodu, gizli fəaliyyət metodu, «cəld həll etmə» metodu, 
kompromis metodu, əməkdaşlıq metodu, güc metodu. 
Mövzu 5. Münaqişələrin həll edilməsi zamanı 
vasitəçilik - 6 saat 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə