Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə14/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   62


 
münaqişəli  situasiyanın  təhlükəli  şəkildə  kəskinləşməsinin  qeydə 
alınmadığı  və  bu  səbəbdən  də  qərarların  ətraflı  surətdə  işlənməsinə 
zərurətin olmadığı zaman; 

 
mövcud  problemlərin  qısa  müddət  ərzində  həllinin  münaqişənin  digər 
ssenarilərinə  nisbətən  xərci  kəskin  şəkildə  azaltmasına  ümid  edildiyi 
zaman. 
Bu metodun tətbiq edilməsinin ən mümkün nəticəsi «qalibiyyət - qalibiyyət» 
modelinin formalaşmasından ibarətdir, lakin bunun üçün tətərflərin razılığı gərəklidir. 
Metodun  üstün  cəhətləri  onun  qısa  müddətli  olması,  debatlar  zamanı  tərəflərin 
razılığa  gətirilməsinin  qarşılıqlı  hörmət  formasında  istifadəsi,  qərarların  konsensus 
Prinsipi əsasında hazırlanması. 
6)
 
Kompromiss  metodu.  Kompromiss  dedikdə  mövcud  fikir  ayrılıqları  və 
problemlər  çərçivəsində  hər  iki  tərəfin  orta  mövqe  tutduğu  razılaşma  növüdür. 
Demokratik ölkələrdə  bu  metod  münaqişələrin  həll  edilməsi  zamanı klassik  metod 
hesab  edilir.  Onun  mahiyyəti  tərəflərin  birbaşa  danışıqları  zamanı  razılığın  əldə 
edilməsi  vasitəsilə  münaqişənin  idarə  olunmasından  ibarətdir.  Ondan  aşağıdakı 
hallarda istifadə edilir: 

 
münaqişənin  məqsədlərinin  kifayət  qədər  mühüm  olduğu,  lakin  onun 
davuam  etdirilməsinə  və  ya  gücləndirilməsinə  daha  böyük  qüvvə  sərf 
edilməsinin gərəkli olmadığı zaman; 

 
opponentlərin bərabər səylərlə fəaliyyət göstərdiyi və əks məqsədlərə malik 
olduğu zaman; 

 
kompleks problemlər üzrə müvəqqəti razılıqların əldə edilməsi üçün

 
vaxt məhdudiyyəti şəraitində məqsədyönlü qərarlara nail olunması 
üçün; 

 
əməkdaşlıq  və  ya  düşmənçiliyin  müvəffəqiyyətlə  nəticələnmədiyi  halda 
yaranmış şəraitdən çıxmaq üçün; 

 
hər iki tərəf hesab edərsə ki, onların məqsədləri «ver - götür» tipli deyimə 
əsasən danışıqlar vasitəsilə həyata keçə bilər

 
hər iki tərəfin kifayət qədər vaxtı olduğu zaman; 



 
ehtiyyatlarm məhdud olduğu zaman; 

 
«qalibiyyət - məğlubiyyət» nəticəsinin istənilməyən olduğu zaman. 
Metodun texnologiyası: 

 
danışıqlar; 

 
hər tərəf kompromis istiqamətində öz töhvəsini verir

 
münasib qərarların axtarışı. 
Kompromiss metodunun tətbiq edilməsi üçün məhdudiyyətlər: 

 
ilkin olaraq tutulmuş mövqenin qeyri adekvat şəkildə qiymətləndirilməsi 
səbəbindən qeyri-real olması (məsələn, şişirdilmə); 

 
qəbul edilmiş qərarın həddən artıq amorf və qeyri effektiv olması; 

 
kompromisin qeyri-efektiv olduğu zaman və münaqişə iştirakçıları 
tərəfindən qəbul etdikləri öhdəliklər barəsində mübahisə zamanı. 
Kompromiss metodunun üstün cəhətləri: 

 
hər iki tərəf üçün mübahisəli məsələlərin müəyyən və həll edilməsi 
mümküniyyəti; 

 
diqqətin qarşılıqlı maraqlara cəlb edilməsi

 
danışıqlar zamanı obyektiv meyarın istifadəsi; 

 
danışıqların hər iki tərəfin ləyaqətinə hörmət bəslənməsi əsasında 
aparılması; 

 
hər iki tərəf üçün əlverişli qərarların işlənib hazırlanması. Kompromisin 
nəticəsi: aşkar olaraq məğlub olmuş və qalib gəlmiş tərəf mövcud 
deyidir. 
7)
 
Əməkdaşlıq  metodu  -  bu  zaman  bir-biri  ilə  rəqabət  aparan  tərəflər  münaqişəli 
situasiyadan  çıxmaq  üçün  ən  münasib  vaiant  axtarışı  zamanı  müştələk  fəaliyyət 
göstərir. 
Metod aşağıdakı hallarda tətbiq edilir: 

 
tərəflərdən birinin münaqişədə öz obyektiv məqsədlərini müəyyən etməyə 
ehtiyacı olduqda; 

 
gələcəkdə digər yolun tərəfdarı olan sosial qrupun mövqelərinin aşkar 
edilməsi zamanı; 



 
konsensus prinsipi əsasında razılaşmanın hazırlanması zamanı; 

 
hər iki tərəfin tələblərini təmin edən alternativin axtarışı üçün vaxtın olduğu 
zaman; 

 
münaqişə  aparan  tərəflərin  məcburilik  prinsipinə  riayət  etməsi  və 
əməkdaşlıq prosesindən istifadə edə bildiyi zaman. 
Bu metodun tətbiqi zamanı münaqişə aparan tərəflər: 

 
problemin həll edilməsi istiqamətində səy göstərir

 
əsas diqqəti fərqlərə deyi, ümumi ideya və informasiyaya yönəldir

 
inteqrasiya olunacaq qərarlar axtarır; 

 
hər iki tərəfin qalib olaraq çıxa biləcəyi situasiyaları aşkar edir; 

 
münaqişəyə çağırış olaraq yanaşır. 
Metodun metodikası aşağıdakılardan ibarətdir: 
1.
 
Problemi qərarlar deyi, məqsədlər kateqoriyasında müəyyən edin. 
2.
 
Problemin yarandığı zaman hər iki tərəf üçün münasib qərarlar tapın. 
3.
 
Diqqətinizi qarşı tərəfin şəxsi keyfiyyətlərinə deyi, problemə yönəldin. 
4.
 
Qarşılıqlı  təsir  və  informasiya  mübadiləsini  artıraraq  etimad  abu-  havası 
yaradın. 
5.
 
Ünsiyyət  zamanı  bir-birinizə  qarşı  hörmət  münasibəti  yaradın,  daha 
doğrusu,  simpatiya  göstərin  və  qəzəb  hissini  minimuma  endirərək  qarşı 
tərəfin fikrinə diqqətlə qulaq asm. 
Metodun  tətbiqi  zamanı  effektivlik  aşağıdakı  hallarda  azalır:  tərəflərin 
qeyri-dəqiq  olduğu  zaman,  müvəqqəti  əlverişsiz  şərait  zamanı.  Metodun  mümkün 
nəticəsi hər iki tərəf üçün «qalibiyyət - qalibiyyət»dir. 
8)
 
güc metodunun mahiyyəti bir tərəfin öz qərarını digər tərəfə qəbul 
etdirmək cəhdindən ibarətdir. 
Bu metod aşağıdakı hallarda tətbiq edilir: 

 
cəld, cəzarətli addıma ehtiyac duyulduqda (fövqəladə hallar zamanı); 

 
qeyri-kütləvi  qərarların  daxil  edilməsi  zərurəti  zamanı  (dissiplinar 
məhdudiyyətlər zamanı, əməkhaqqının miqdarının aşağı salınması); 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə