Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə10/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

Qeyd edilmiş hadisə bir daha təsdiq edir ki, hətta şəxsiyyətlər arasında olan 
münaqişə belə təşkilatın məhv olmasına gətirib çıxara bilər, münaqişənin ilkin inkişaf 
mərhələsində  təsisçilər  Şurasının  fəaliyyətsizliyi  isə  destruktiv  toqquşmanın 
eskalasiyasma  təkan  verər, nəticə təşkilatın  fəaliyyətinin  dayanmasından  ibarət  ola 
bilər. Misal həm münaqişənin qarşısının alınmasında də bir sıra səbəblərdən ibarət 
olan çox kiçik effektivliyi də nümayiş etdirir. 
Münaqişənin  ilkin  mərhələlərində  kənar  şəxsin  müdaxilə  etməsi  üçün 
obyektiv maneələr də mövcuddur. 
İlk  öncə,  bu  maneələr  sosial-psixoloji  xarakterə  malikdir.  İnsanlar  öz 
münasibətlərini  müstəqil  olaraq  qurur,  kənar  şəxslərin  münaqişəsi  tərəflər  üçün 
xoşagəlməz və zəhlətökən təsir kimi görünə bilər. 
İkincisi,  əxlaqi  maneələr  də  mövcuddur.  Əksərən  və  haqlı  olaraq  münaqişə 
tərəflərin  şəxsi  işi  kimi  qiymətləndirilir.  Humanizm  nöqteyi  nəzərindən  tərəflərin 
razılığa gəlməyə məcbur edilməsi əxlaqi qaydalara uyğun deyidir. 
Üçüncüsü, hüquqi xarakterli maneələr də mövcuddur. Belə ki, şəxsiyyətin öz 
müqəddaratmı  təyin  etmə  hüququnun  məhdudlaşdırılması,  müəyyən  bir  davranış 
modelinin seçilməsinə məcburiyyət (hətta yaxşı niyyətlə olsa belə) qanunvericiliklə 
ziddiyyət təşkil edə və qeyri-hüquqi ola bilər. 
Bu  səbəbdən  də  münaqişəyə  müdaxilə  etmə  y  alnız  münaqişənin  şəxsi  və 
qrupdaxili çərçivəni aşdığı və sosial cəhətdən təhlükəli olduğu zaman mümkündür. 
Ümumiyyətlə,  münaqişələrin  qarşısının  alınması  elementlərə  -  iştirakçılara, 
motivlərə, obyektlərə, qarşıdurmadan öncə istifadə olunan tip və vasitələrə təsirdən 
ibarətdir. 
2.  Münaqişələrin  qarşısının  alınması  üzrə  fəaliyyət  müxtəlifdir  və  yaranan 
münaqişənin xarakterindən asılıdır. Münaqişələrin qarşısının alınmasının ən effektli 
forması  onların  səbəblərinin  aradan  qaldırılmasından  ibarətdir.  Bu  fəaliyyət 
müxtəlif özünü səviyyələrdə göstərir. 


1)
 
Ümumsosial səviyyə. O, sosial həyatın işini pozan mühüm iqtisadi, sosial, 
siyasi  faktorların  üzə  çıxarılması  və  aradan  qaldırılmasından  ibarətdir.  Bu  tip 
faktorlara misal olaraq iqtisadiyyatda baş verən natarazlığı, müxtəlif sosial qrupların 
həyat səviyyəsinin kəskin şəkildə fərqlənməsini, siyasi və sosial nizamsızlığı, qeyri 
təşkilati və az effektiv idarə sistemi və s. 
Onların qarşısının alınması cəmiyyətin bütün qruplarının maraqlarına müvafiq 
olaraq  sosial,  iqtisadi  və  mədəni  siyasətin  ardıcıl  şəkildə  keçirilməsindən, 
qayda-qanunun 
və  qanuniliyin  möhkəmlənməsindən,  cəmiyyətin  mədəni 
səviyyəsinin  qaldırılmasından  ibarətdir.  Bütün  cəmiyyətin  maraqlarının  həyata 
keçirilməsinə  yönəldilmiş  sosial  proqramların  ardıcıl  surətdə  realizasiyası  bütün 
neqativ təzahürlərin universal şəkildə qarşısının alınmasıdır. 
Münaqişələrin  qarşısının  alınması  sahəsində  mühüm  rolu  şəxsin  hüquq  və 
azadlıqlarına  olan  hörmətin  artırılması,  etimadın  möhkəmləndirilməsi,  təcavüzlə 
mübarizə istiqamətində dəyərlərin dəyişikliklərə uğraması üzrə cəhdlər tutur. 
2)
 
Psixoloji səviyyə. Fərdi, psixoloji planda münaqişələrin səbəblərinin aradan 
qaldırılması  münaqişə  aparan  tərəflərin  ilkin  aqressiv  niyyətlərini  bloklaya  bilən 
kontrmotivlərin təsiri və irəli sürülməsindən ibarətdir. 
Münaqişələrin qarşısının alınmasının növbəti və kifayət qədər efektli forması 
əməkdaşlığın qorunmasıdır. 
Əksər hallarda qarşıdurmadan öncə tərəflər neytral münasibətlərə malik olur 
və hətta ola bilsin ki, əməkdaşlıq da edirlər. Bu səbəbədən də artıq mövcud olan hətta 
minimal  olsa  belə  əməkdaşlığı  pozmamaq  və  artıq  yaranmış  münasibətlərin 
konstruktivliyini qorumaq və artırmaq böyük əhəmiyyət kəsb edir. 
Əməkdaşlığın qorunması və inkişafının bir neçə metodu mövcuddur. Onlardan 
bir neçəsini nəzərdən keçirək. 
1.
 
Razılıq metodu. Onun mahiyyəti potensial rəqibi öz işlərinə cəlb etməkdən, 
ziddiyyətləri  istisna  edən  və  ümumi  maraqlar  yaradan  şəraitlərin 
yaranmasından ibarətdir. 


2.
 
Praktiki empatiya metodu. O, opponetə qarşı psixoloji «köklənmə», özünü 
onun yerinə qoyma, onun çətinliklərini anlamaq deməkdir. Təcrübədə bu 
metod  özünü  xeyirxahlıq,  əsassız  düşmənçilik  və  aqressivliyin 
olmamasında,  mərhəmət  hissinin  göstərilməsində  və  həmkarına  yardım 
göstərməyə hazır olmaqda bizruzə verir. 
3.
 
Həmkarın ad-sanının qorunması metodu. Rəqib  - düşmən demək deyidir. 
Rəqib hörmətə layiq ola bilər. Rəqibin avtoriteti və statusu şəxsi status və 
avtoriteti  qeyd  edir,  istənilən  halda,  şəxslərarası  ünsiyyət  qaydalarına 
həmkara qarşı hörmət daxildir. 
4.
 
Qarşılıqlı  tamamlama  metodu.  Bu  metod  müştərək  layihədə  müəyyən 
xarakteristikaların,  həmkarın  xüsusiyyətlərin  istifadə  imkanının  mümkün 
olduğu  vəziyyətin  yaranmasından  ibarətdir.  Həmin  xüsusiyyətləri  inkişaf 
və istifadə edərək qarşılıqlı münasibət və əməkdaşlığı möhkəmləndirmək, 
bir çox münaqişələrdən can qurtarmaq və qalib olaraq qalmaq mümkündür. 
5.
 
Sosial  diskriminasiyanm  istisna  edilməsi  metodu.  Bu  metodun  əsasını 
partny orlar arasında fərqlərin və ya birinin digəri üzərində üstünlüyünün 
qeyd edilməsinə yol verməməkdən ibarətdir. Beləliklə, yapon menecmenti 
qaydalarıbelə deyir: «Hətta siz işinizi hamıdan yaxşı etsəniz belə özünüzü 
qalib kimi aparmayın». 
6.
 
Məziyyətlərin  bölüşdürülməsi  metodu.  Kollektiv  əmək  şəraitində  ümumi 
xidmətləri işin iştirakçıları arasında bölüşdürmək daha məqsədəuyğundur. 
Onun böyük hissəsinin bir nəfərin payına düşsə belə. Bu metod paxıllıq, 
inciklik  və  münaqişəni  əhatə  edən  və  onu  doğuran  digər  neqativ 
momentlərdən xilas olmağa imkan verir. 
7.
 
Psixoloji köklənmə metodu. Praktiki empatiya metodundan fərqli olaraq bu 
metod partnyora obrazlı və pozitiv təsirdən ibarətdir. Ümumilikdə, bu təsir 
partnyorun  baş  verə  biləcək  və  gələcək  dəyişikliklər  haqqında  vaxtında 
xəbərdar  edilməsi,  onunla  gələcək  nəticələrin  və  s.  müzakirə  edilməsi 
deməkdir. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə