Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə13/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   62


 
münaqişə mövzusunun yalnız bilavasitə olaraq problemin mahiyyətinə aid 
olduğu və ya digər daha dərin səbəblərə işarə etdiyi situasiyalar

 
qarşı tərəf qarşısında qorxu; 

 
münaqişənin qeyri-münasib vaxtda baş verməsi. 
Bu metodun tətbiq edilməsi zamanı aşağıdakı davranış tərzi kifayət 
qədər tipikdir: 

 
bir  çox  hallarda  münaqişənin  öz-özünə  aradan  qalxacağı  ümidilə 
problemin mövcudiyyət faktı ümumiyyətlə inkar edilir

 
problemin həlli məsələsinə toxunulma; 

 
münaqişənin boğulması üçün gecikdirilmiş prosedurların tətbiq edilməsi; 

 
Münaqişənin baş verməməsi məqsədilə məxviliyin istifadə edilməsi

 
Münaqişənin həllində əsas olaraq mövcud bürokratik və hüquqi normalara 
müraciət etmə; 
Metod aşağıdakı hallarda tətbiq edilə bilməz: 

 
problemin mühüm olduğu zaman; 

 
mövcud münaqişənin əsaslarının uzun müddət davam etməsi zamanı, belə 
ki, qeyd edilən metod yalnız qısamüddətli münaqişələr zamanı effektivdir; 

 
vaxt itkisisinin təşəbbüs itkisinə və böyük xərclərə gətirib çıxardığı zaman. 
Hesab  edilir  ki,  bu  idarə  metodunun  bu  cür  istifadəsi  zamanı  münaqişənin 
nəticəsi «uduş-uduzma» sxeminə daxil olur. 
«Münaqişələrdən  uzaqlaşma»  metodunun  bir  növü  də  fəaliyyətsizlik 
metodudur.  Onun  mahiyyəti  ümumiyyətlə  heç  bir  fəaliyyət  həyata  keçirməməkdən 
ibarətdir.  Bu  metodun  istifadəsi  tam  qeyri-müəyyənlik  vəziyyətində  -  hadisələrin 
inkişaf  variantlarının  nəzərdən  keçirilməsi  qeyri-  mümkün  olduğu  zaman  daha 
gərəklidir. Bu metoddan istifadənin nəticələrini 


əvvəlcədən söyləmək qeyri-mümkündür. Lakin nəticələr müdiriyyət və sosial qrup 
üçün faydalı ola da bilər. 
2)
 
Güzəşt  və  uyğunlaşma  metodu.  Müdiriyyət  öz  iddialarının  azalması 
hesabına güzəştə gedir. Qeyd edilmiş metod aşağıdakı hallarda istifadə edilir: 

 
müdiriyyət öz səhvini anladığı və qarşı tərəfin təkliflərini dinləməyin daha 
faydalı olduğu zaman; 

 
qarşıdurma predmetinin Sizin üçün deyi digər tərəf üçün mühüm olduğu 
zaman  (daha  doğrusu,  gələcək  kooperasiya  uğrunda  qarşı  tərəfin 
tələbatlarının ödənilməsinin daha mühüm olduğu zaman); 

 
gələcəkdə baş verə biləcək mübahisəli situasiyalar üçün strateji potensialın 
formalaşması və toplanması zamanı; 

 
qarşı tərəfin aşkarcasma üstün olduğu və Sizin məğlub olduğunuz zaman

 
sabitliyin daha çox gərəkli olduğu zaman

 
işçilərin idarəedicilik bacarığının artması və onların öz səhvləri üzərində 
öyrənməsi zamanı. 
Metodun ən çox ehtimal olunan nəticəsi: «məğlubiyyət - qalibiyyətdir». 
3)
 
Sakitləşdirmə  metodu.  Sakitləşdirmə  metodu  kollektiv  qarşılıqlı 
münasibətlərə  doğru  istiqamətləndirilmiş  təşkilatlarda,  eləcə  də  ənənəvi 
kollektivizmölkələrində istifadə edilir. Bu metod insanların kollektivdə tipik və adət 
edilmiş  davranış  modelləri  üçün  xarakterik olan  maraq  və  şəraitlərin  fərqli  olduğu 
zaman daha effektiv təsir göstərir. 
Metod  fərqlərin  azaldığı,  ümumi  xüsusiyyətlərin  isə  «Biz  bir  mehriban 
komandayıq və qayığı yelləmək lazım deyi» məvhumunda birləşdiyi zaman ümumi 
maraqların qeyd edilməsinə əsaslanır. 
Bu metodun ehtimal  olunan nəticəsi iki  qarşılıqlı  münasibətlər variantından 
ibarətdir: «qalibiyyət-məğlubiyyət», «məğlubiyyət-qalibiyyət». 
4)
 
Gizli  fəaliyyət  metodu.  Bu  metodun  tətbiq  edilməsi  müdiriyyətin  fikrinə 
əsasən münaqişənin idarə edilməsi mövzusunda gizli tənzimləmə vasitələrinə zərurət 
duyulduqda gərəklidir. Bu tip metodun seçiminə səbəb aşağıdakılar ola bilər: 



 
Aşkar  münaqişəni  qeyri-mümkün  edən  iqtisadi,  siyasi,  sosial  və  ya 
psixoloji şərait; 

 
imicinin itirilməsi qorxusundan aşkar münaqişədən boyun qaçırma; 

 
Qarşı  tərəfin  mövcud  qaydalara  əsasən  münaqişəyə  cəlb  edilməsinin 
qeyri-mümkünlüyü; 

 
Öz aralarında münaqişə aparan tərəflərin ehtiyat paritetinin olmaması (zəif 
olan tərəf böyük risklə qarşılaşır). 
Metodun tətbiq edilməsi zamanı həm alicənab, həm də alicənablıqdan uzaq 
təsir vasitələri (kuluar danışıqlar, «parçala və hökmranlıq et» siyasəti, rüşvət, yalan, 
maneələrin  törədilməsi)  istifadə  edilir.  Son  nəticə  qarşı  tərəfin  təcrübə  və 
bacarığından  asılıdır  və  «məğlubiyyət  -  məblubiyyət»  variantı  ilə  «qalibiyyət  - 
qalibiyyət» variantı arasında qala bilər. Bu metodun tətbiq edilməsi zamanı baş verə 
biləcək neqativ nəticələr aşağıdakılardanibarət ola bilər: 

 
müxtəlif növ məxvi fəaliyyətə qarşı aşkar və ya gizli müqavimət

 
sabotaj aktları; 

 
işçilər arasında rəhbərliyə münasibətdə neqativ fikirlərin yayılması; 

 
məxvilik  zəminində  güclü  sosial  münaqişənin  meydana  çıxması 
mümküniyyəti. 
5)
 
«cəld həll etmə» metodu. Bu metodun mahiyyəti predmet və problem üzrə 
qərarın ən qısa müddətdə, hətta ani olaraq qəbul edilməsindən ibarətdir. O, aşağıdakı 
hallarda istifadə edilir: 

 
qərar qəbul edilməsi üçün verilmiş vaxt limiti; 

 
münaqişənin tərəflərindən birinin digər tərəfin dəlillərinin təsiri altında və 
ya  yeni  «obyektiv»  informasiyanın  əldə  edilməsi  ilə  əlaqədar  olaraq  öz 
mövqeyini dəyişdiyi zaman; 

 
hər  iki  tərəfin  daha  münasib  razılaşma  variantlarının  axtarılmasına 
istəyinin olduğu zaman; 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə