Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə9/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

4.
 
Bəzi  sosial  proseslər  sonuncu  olur  -  bu  o  deməkdir  ki,  onlar  öz  keçici 
xarakteri ilə müəyyən edilir və onların başa çatma vasitələri əvvəlcədən bəlli olur. 
Məsələn, formal təhsilin başa çatması diplomun təqdim edilməsi deməkdir. 
Digər proseslər aydın başa çatma nöqtəsinə malik deyilər. Onlar iştirakçılar 
tərəfindən münaqişənin başa çatdırılması üçün aydın təkliflərin irəli sürülməsinədək 
davam edir. Bu tip proseslərə təşkilati münaqişə də aid edilir. 
Sosial münaqişədə rəqiblər arasında münaqişənin başa çatdırılması üzrə aydın 
razılıq  əldə  edilməlidir.  Heç  bir  qarşılıqlı  razılaşmaların  əldə  edilmədiyi  təqdirdə 
onun başa çatdırılması yalnız rəqiblərdən birinin vəfat etməsi zaman mümkündür. 
Bir  qayda  olaraq,  rəqiblər  hər  ikisi  mübarizənin başa  çatdırılmasına  yardım 
edən  mexanizmlərin  yaradılmasında  maraqlıdır.  Bu  səbəbdən  də  münaqişələrin 
əksəriyyəti uduzan tərəfin tamamilə məhv edilməsindən əvvəl başa çatır. «Sona qədər 
dözmək» anlayışı bir qayda olaraq, yalnız söz olaraq qalır. 
Münaqişə nəzəriyyəsi mütəxəssisləri tərəfindən ənənəvi olaraq münaqişənin 
başa çatdırılmasının bir-birinə zidd olan iki prosesi qeyd edilir - onun tənzimlənməsi 
və həll edilməsi. 
Birinci vasitə rəqiblərdən birinin digər tərəfin və ya vasitəçinin xeyrinə olan 
müəyyən tip hərəkətlərə təhrik edilməsindən ibarətdir. Bu yolla əldə edilmiş «sülh» 
və  ya  kompromis  uzunmüddətli  ola  bilməz:  rəqabətin  əsas  səbəbi  aradan 
qaldırılmadığından  rəqiblərin  münaqişədən  sonrakı  münasibətləri  yeni  mübarizə 
qığılcımına çevrilə bilər. 
Münaqişənin həqiqətən də bitməsi onun həll edilməsi hesab edilə bilər. Bu isə 
rəqiblər  tərəfindən  mübahisənin  mənbəyinin  və  mahiyyətinin  analiz  edilməsi 
prosesində  əldə  edilə  bilər.  Tərəflərin  sabit  tarazlığı  münaqişəyə  səbəb  olmuş 
şəraitlərin  nəticəsi  kimi  meydana  gəlir,  bu  isə  hər  iki  tərəfi  razı  salan  yeni 
münasibətlər tarazlığı yaratmağa imkan verir. 


Beləliklə, münaqişələrin başa çatdırılması metodları kimi adətən aşağıdakılar 
qeyd edilir: 

 
münaqişənin  boğulması  -  qeyri-effektik  metoddur,  belə  ki,  o,  yalnız 
müvəqqəti  fasilə  verə  bilər,  sonradan  isə  münaqişə  daha  da  kəskinləşə 
bilər; 

 
münaqişənin «ləğvi» - bu metod altında mahiyyətinə görə qeyri- mümkün 
olan ziddiyyəti kökündən məhv etmək deməkdir; 

 
münaqişənin  həll  edilməsi  -  sosial  reallığı  müvafiq  olduğundan  uğurlu 
nəticə verə biləcək yeganə metoddur. 
Münaqişənin həll edilməsi formaları aşağıdakılardan ibarət ola bilər: 

 
danışıqlar - birbaşa dialoq; 

 
vasitəçilik - üçüncü tərəfə müraciət edilməsi

 
arbitraj - üçüncü tərəfə könüllü şəkildə müraciət edilməsi. Bu cür müraciət 
zamanı onun qərarının yerinə yetirilməsi mütləq hesab edilir. Bu situasiya 
hüquqi institilarm bəzi, ayrıca olaraq beynəlxalq münaqişələr çərçivəsində 
vəziyyətini xarakterizə edir; 

 
mütləq arbitraj - bu halda iştirakçılar üçün yalnız üçüncü tərəfə müraciət 
etmək  deyi,  həm  də  onun  qərarlarının  qəbul  edilməsi  də  mütləqdir.  Bu, 
münaqişənin  tənzimlənməsi  və  boğulması  hüdududur.  Bu,  dövlət  idarə 
formasının qorunması, beynəlxalq münasibətlərdə sülhün qorunması üçün 
zəruri ola bilər. 
Münaqişə  nəzəriyyəsi  üzrə  ən  yeni  ədəbiyyatda  münaqişəni  həll  etmə 
problemi əksər hallarda insanın əsas tələbatlarının ödənilməsi prizmasından nəzərdən 
keçirilir.Bu tip tələbatlar - məsələn, təhlükəsizliyə, eyniliyə, qəbul edilməyə, sosial 
mənsubiyyətə olan tələbatlar yalnız ayrı-ayrı insanlara deyi, həm də sosial qruplara, 
təşkilatlara,  etnik  törəmələrə,  bütöv  bir  dövlətə  də  aiddir.  Bu  tip  yanaşma  tərzinin 
əsasım yalnız insanın mübahisə mövzusu olan və rəqiblər arasında yeni münasibətlər 
yaradan  əsas  tələbatlarım  ödəyən  cəhdlərin  həqiqətən  də  münaqişənin  başa 
çatdırılmasına, daha doğrusu, onun həllinə gətirib çıxara bilməsi haqqında tezis təşkil 
edir. 


Mövzu: MÜNAQİŞƏLƏRİN QARŞISININ ALINMASI 
1.
 
Təşkilatda baş verən münaqişələrin qarşısının alınması imkanları. 
2.
 
Münaqişələrin qarşısının alınmasının əsas formaları. 
I.  Bəzi  sosial  fəaliyyətləri  birmənalı  olaraq  müsbət  fəaliyyət  kimi 
qiymətləndirmək olar, münaqişələrin aradan qaldırılması da məhz bu tip fəaliyyətlərə 
aiddir. Bu fəaliyyət məntiqli və sosial əhəmiyyətlidir. 
Bir misala nəzər yetirək. 1999-cu ilədək Rusiyanın aparıcı Ali məktəblərindən 
birində  kifayət  qədər  iri  və  məhşur  kommersiya  institutu  mövcud  idi.  İnstitut  çox 
müvəfəqiyyətlə fəaliyyət göstərirdi, ali təhsil sferasında tədris fəaliyyəti göstərmək 
üçün müvafiq lisenziyaya malik idi, digər şəhərlərdə üç filialı mövcud idi. 1998-ci 
ildə təşkilatda ali məktəbin rektoru ilə prorektoru arasında münaqişə baş verdi. Həmin 
münaqişənin  səbəbi  şəxsi  təkəbbür  və  digər  tərəfə  güzəştə  getmək  istəməmək 
bavcarığı olmuşdu. 
Rektor  prorektoru  vəzifəsindən  azad  etmişdi,  lakin  o,  rəhbərin  qərarı  ilə 
razılaşmayaraq  institutun  təsisçilərindən  kömək  istəməyə  başlamışdar.  Onlar  işdən 
xaric edilmiş prorektorun tərəfini tutaraq rektoru məhkəməyə verdilər. İki məhkəmə 
prosesi nəticəsində rektorun fəaliyyəti əssız və vəzifə səlahiyyətlərini aşmaq cəhdi 
kimi qiymətləndirilmiş və bu dəfə artıq o, öz vəzifəsindən azad edilmiş, prorektor isə 
yenidən əvvəlki vəzifəsinə təyin edilmiş və hətta Ali məktəbin təsisçilər Şurasının 
sədri  fəaliyyətinə  başlamışdır.  Lakin  bu  zamanadək  prorektorun  maraq  dairəsi 
dəyişmiş  və  digər  bir  kommersiya  institutuna  doğru  yönəlmişdir.  Bu  səbəbdən  də 
təsisçilər  Şurası  ən  qısa  zaman  ərzində  digər  daha  iri  maliyyə  cəhətdən  sabit 
kommersiya tipli ali məktəb ilə əməkdaşlıq haqqında müqavilə bağlamaq haqqında 
qərar  qəbul  etdi;  bunun  nəticəsində  isə  faktiki  olaraq  bir  neçə  ay  ərzində  institut 
kommersiya  tipli  ali  məktəb  tərəfindən  tamamilə  yox  edildi.  Nəticədə  onun 
(institutun)  əməkdaşlarının  əksəriyyəti  işdən  azad  edildi,  tələbələrə  isə  öz  təhsilini 
daha yüksək illik ödəniş ilə davam etdirmək təklif edildi, bunu isə hamı edə bilmədi. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə