Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə11/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

8.
 
Psixoloji  sakitləşdirmə  metodu  yaxşı  əhval-ruhiyyənin  və  müsbət 
emosiyaların  qorunması  üzrə  daim  və  ardıcıl  fəaliyyətdən  ibarətdir.  Bu 
məqsədlə müxtəlif bəhanələr (təqdimatlar, yubileylər və s.) istifadə edilir. 
Bu metod gərginliyi götürməyə, simpatiya hissi yaratmağa və bununla da 
münaqişənin yaranmasını çətinləşdirməyə imkan verir. 
Beləliklə, normal işgüzar münasibətlərin qorunmasına imkan yaradan hər bir 
şey qarşılıqlı etimad və hörmət hissini möhkəmləndirir, münaqişənin əksinə «işləyir». 
Münaqişənin  qarşısının  alınmasının  daha  bir  forması  da  münasibətlərin 
institusionalizasiyasıdıv.  Münasibətlərin  institusionalizasiyası  dedikdə  tərəflərin 
qarşılıqlı əlaqədə olduqları daimi və ya müvəqqəti formal münasibətlərin yaradılması 
nəzərdə  tutulur.  Münasibətlərin  formallaşdırılması  onların  strukturlaşdırılması  və 
rolların bölüşdürülməsi, konfrontasiyanı ciddi şəkildə çətinləşdirən müəyyən davranış 
modellərindən, eləcə də fikir və mövqelərin polyarizasiyasmdan ibarətdir. 
Biznes və sahibkarlıq sahəsində münasibətlərin institusionalizasiyasma misal 
olaraq mütəxəssis və məsləhətçi funksiyalarını yerinə yetirən müxtəlif konfliktoloji 
idarələri,  eləcə  də  konsaltinq  təşkilatları.  Sahibkarın  bir  çox  dövlətdərdə  gündəlik 
təcrübədə qəbul edilən əxlaq kodeksi «qaydası oyunların» mümkün olduğu «sahəni» 
məhdudlaşdırmaqdan ibarətdir. Ümumi və mübahisəli problemlərin müzakirəsi üçün 
müxtəlif  ictimai  birliklər,  məsələn  «dairəvi  stollar»  yaratmaq  geniş  şəkildə  qəbul 
edilmiş  qaydadır.  Münaqişələrin  qarşısının  alınmasının  bu  formasının  digər 
variantları da mövcuddur. Onları əsas məqsəd - münaqişəyə yol verilməməsi və ya 
institusionalizasiyası  və  onun  sərhədlərinin  dəqiq  surətdə  müəyyən  edilməsi 
birləşdirir. 
Münaqişələrin qarşısının alınması həm də münaqişələri hüquqi, əxlaqi, dini, 
siyasi  və  digər  normalar  vasitəsilə  tənzimləyən  normativ  mexanizmlərin  qəbul 
edilməsidir. 
Münaqişələrin  qarşısının  alınmasının  bu  formasının  effektivliyi  əsasən 
cəmiyyətin  və  dövlətin  mövcud  normalara  münasibətindən,  eləcə  də  ona  dəqiq 
surətdə riayət etməkdən asılıdır. 


Münaqişələrin  normativ  qaydada  tənzimlənməsi  müvəqqəti  olaraq  mövcud 
olan  institutlardan  fərqli  olaraq  sistemi  nisbətən  sabitləşdirir.  O,  münaqişələrin 
inkişafının və həllinin uzunmüddətliliyini təmin edir. 
Bir  çox  dövlətlərdə  münaqişələrin  qarşısının  alınması  məqsədilə  şirkətlər 
arasında  müqavilələrin  bağlanması,  mübahisələrin  yaranması  zamanı  tərəflərin 
hərtərəfli  davranış  qaydalarından  ibarət  olan  xüsusi  paraqraflarm  tətbiq  edilməsi 
təcrübəsi geniş yayılmışdır. Məsələn, Amerika hakimlər assosiasiyası aşağıdakıları 
nəzərə almağı tövsiyyə edir: 

 
Fikir ayrılıqlarının yarandığı zaman yazılı şəkildə fikir mübadiləsi (belə ki, 
şifahi  söhbət  zamanı  işin  mahiyyətindən  neqativ  emosiyalara  keçid, 
qeyri-düzgün qərar qəbul etmək daha asan olur); 

 
Mübahisənin hələ yaranmağa başladığı zaman köməkçi və məsləhətçilərin 
cəlb edilməsi. Burada «xəsis iki dəfə xərcə düşür» məsəli yerinə düşür; 

 
İstənilən barışıq cəhdlərinin istifadə edilməsi

 
Danışıqlar aparan şəxslərin səviyyəsinin kifayət qədər yüksək olmasının 
təmin edilməsi; 

 
Çoxmərhələli danışıqlar təcrübəsinin təsbit edilməsi

 
Danışıqlar zamanı müvəffəqiyyətsizlik zamanı arbitr təyin edilməsi, eləcə 
də mübahisənin nəzərdən keçirilməsi qaydası (məhkəmə və ya digər). 
Müqavilədə bu şərtlərin əvvəlcədən qeyd edilməsi qəfl münaqişələrin qarşısını 
alır və tərəfləri düşünülməmiş hərəkətlərdən çəkindirir. 
Normativ  mexanizmlər  intediktiv,  daha  doğrusu,  ünsiyyət  predmeti, 
məqsədyönlülük  çərçivəsindən  kənara  çıxan  ünsiyyət  vasitəsinin  yaradılmasına 
yardım edir. Məsələn, kommersant - istehlakçı, hakim - məhkum, rəhbər - işçi və s. 
Normanın təsiri aşağıdakılardan ibarətdir: 
1.
 
İnformasiya təsiri, belə ki, norma cəmiyyət tərəfindən bəyənilən müəyyən 
davranış statusundan ibarətdir. 


2.
 
Dəyər təsiri, belə ki, onun tərəfindən cəmiyyət tərəfindən qəbul edilən 
dəyərlər elan edilir. Bu həm də tərbiyəvi təsir deməkdir. 
3.
 
Hüquqi  norma.  Bu  norma  məcburi  gücü  tanımayan  şəxslərə  qarşı  tətbiq 
edilir. 
Təşkilatda  baş  verən  münaqişələrin  qarşısının  alınmasının  kifayət  qədər 
əhəmiyyətli  forması  yumordm.  Yumor  münaqişənin  sublimasiyasma  doğru  aparır. 
Nəticədə münaqişə aradan qalxmır, lakin şəraitin ciddiliyi nisbətən azalır. 
Yumor  gərginliyin  aradan  qaldırılması  formasından  ibarətdir.  O,  əsəbləri 
sakitləşdirməyə imkan verir, məmnunluq hissi yaradır və problemlərin həllinə yardım 
edir. Yumor sosial qrupu şaquli xətt üzrə birləşdirir, daha doğrusu, ümumi cəhətləri 
aydın şəkildə nümayiş etdirərək əksəriyyət və azlığı qeyd edir. Yumor hissi şəxsin 
əhəmiyyətinin və prestijinin artmasına yardım edir və onun təşkilat tərəfindən qəbul 
edilməsinə doğru aparır. 


Mövzu: TƏŞKİLAT SİSTEMİNDƏ MÜNAQİŞƏLƏRİN 
İDARƏ EDİLMƏSİ METODLARI 
1.
 
Təşkilatlarda münaqişələrin idarə edilməsi imkanları. 
2.
 
münaqişəli situasiyaların idarə edilməsinin strateji metodları. 
3.
 
təşkilati münaqişələrin idarə edilməsinin taktiki metodları. 
1.
 
İdarəedici  fəaliyyət  öz  təyinatına  əsasən  münaqişənin  yaranma 
ehtimalından  ibarətdir,  belə  ki,  o,  idarə  obyekti  və  subyektinə  qarşı  yönəldilmiş 
məqsədyönlü təsir ola bilməz. Fəqət, idarəedicinin imkanlarını da mütləqləşdirmək 
olmaz,  çünki,  cəmiyyətdə  qeyri-müəyyənlik  amili  bizi  əhatə  edən  digər  sahələrə 
nisbətən daha yüksək səviyyədə təsir göstərir. 
Münaqişələr  təşkilatın  bütün  istehsal  prosesinə  əhəmiyyətli  dərəcədə  təsir 
göstərir. Henri Fordun msəhşur bir sözü vardır: «Münaqişələri həll etməyi öyrənmək 
mümkün olsa, bu avtomobilin maya dəyərini 25 illik texniki yeniliklərdən çox salmaq 
demək olardı». 
Lakin,  münaqişə  hər  bir  halda  həll  edilə  bilməz.  Bundan  əlavə,  bir  çox 
münaqişələr həll edilmək üçün deyi, ustalıqla idarə edilmək üçün yaradılmışdır, belə 
ki, onlar xeyir də gətirə bilər. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə