Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə19/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

Danışıqlara  hazırlığın  məzmunlu  tərəfi  aşağıdakılardan  ibarətdir:  problemin 
təhlil edilməsi, konsepsiya və şəxsi mövqeyin formalaşması, problemin mümkün həll 
variantlarının müəyyən edilməsi. 
Danışıqlar  faktiki  olaraq  tərəflərin  problemin  müzakirəsinə  başladığı  andan 
başlanır. Danışıqlar zamanı istiqamətin düzgün götürülməsi məqsədilə danışıqların 
aparılması  zamanı  qarşılıqlı  təsir  prosesinin  nədən  və  hansı  mərhələlərdən  ibarət 
olmasını yaxşı bilmək lazımdır. 
Danışıqların aparılması zaman üç mərhələdən danışmaq olar: 

 
iştirakçıların maraqlarının, konsepsiya və mövqelərinin dəqiqləşdirilməsi; 

 
müzakirə (şəxsi baxış və təkliflərin əsaslandırılması); 

 
mövqelərin razılaşdırılması və sövdələşmələrin işlənib hazırlanması. 
Maraqların və mövqelərin dəqiqləşdirilməsi zamanı müzakirə edilən 
məsələ  üzrə  məlumat  qeyri-müəyyənliyi  aradan  qalxır.  Danışıqlar  üzrə  həmkarla 
«ümumi  dil»  tapılır.  Problemi  müzakirə  edərkən  əmin  olmaq  lazımdır  ki,  hannsı 
termin altında tərəflər eyni bir heyi baha düşürlər. Dəqiqləşdirmə mərhələsi tərəflərin 
öz mövqelərini şərh etməsindən (rəsmi təkliflərin verilməsi) və onlar üzrə izahların 
təqdim  edilməsindən  ibarətdir.  Təkliflər  verərkən  tərəflər  öz  üstün  cəhətlərini, 
problemin həlli üçün mümkün vasitələri müəyyən edir. 
Müzakirə  mərhələsi  öz  mövqeyini  maksimum  dərəcədə  aydın  şəkildə 
əsaslandırmağa yönəldilmişdir. Tərəflərin problemi kompromiss yolu ilə həll etməyə 
istiqamətləndiyi təqdirdə bu mərhələ xüsusi əhəmiyyət kəsb edir. Müzakirə zamanı 
opponetə  tərəfin  hansı  güzəştə  və  nə  üçün  gedə  bilməməsi  göstərilir.  Müzakirə 
mövqelərin  dəqiqləşdirilməsinin  məntiqi  davamıdır.  Arqumentlərin  irəli  sürülməsi 
vasitəsilə müzakirə, həmkarın təklifinin qiymətləndirilməsinə görə çıxışlar zamanı 
tərəflər nə ilə və nə üçün razılaşmadıqlarını və ya əksinə gələcək müzakirə mövzusu 
ola  biləcəyini  göstərirlər.  Əgər  tərəflər  problemi  danışıqlar  vasitəsilə  həll  etməyə 
çalışırlarsa,  əsaslandırma  mərhələsinin  nəticəsi  mümkün  razılaşma  çərçivələrinin 
müəyyən edilməsi ola bilər. 


Danışıqların  aparılmasının  üçüncü  mərhələsində  tərəflər  bir  qayda  olaraq 
əvvəlcədən ümumi formulu, sonra isə detalları razılaşdırır. 
Əlbəttə, qeyd edilmiş mərhələlər həqiqətdə dəqiq olaraq bir-birini əvəzləmir. 
Tərəflər mövqelərini dəqiqləşdirərək məslələri razılaşdıra və ya xüsusi mütəxəssis 
qrupları  yaradaraq  öz  nöqteyi  nəzərin  müdafiə  edə  bilər.  Danışıqların  sonunda 
iştirakçılar bir daha öz mövqelərinin müxtəlif elementlərinin dəqiqləşdirilməsinə geri 
dönə  bilərlər.  Lakin,  ümumiyyətlə  danışıqların  məntiqi  qorunub  saxlanılmalıdır. 
Onun pozulması danışıqların uzadılmasına və hətta pozulmasına belə gətirib çıxara 
bilər. 
Hesab  edilir  ki,  əgər  tərəflər  hər-hansı  bir  sənədi  imzalamışlırsa,  demək 
danışıqlar boşuna aparılmamışlır. Lakin razılığın mövcudluğu hələ ki, danışıqların 
müvəffəqiyyətindən, onun olmaması isə hər bir zaman onların  boşuna olmasından 
xəbər vermir. 
Danışıqların müvəffəqiyyətinin ən mühüm indikatorlarından biri danışıqlar və 
onların  nəticələrinin  subyektiv  şəkildə  qiymətləndirilməsi,  problemin  həll  edilmə 
səviyyəsi,  hər  iki  tərəfin  öz  üzərinə  götürdüyü  öhdəlikləri  yerinə  yetirməsidir. 
Danışıqların başa çatmasından sonraməzmunlu və prosesual tərəfləri, daha doğrusu 
aşağıdakıları müzakirə etmək gərəkdir: 

 
danışıqların müvəffəqiyyətlə bitməsinə nə səbəb olmuşdur? 

 
Nə kimi çətinliylər meydana çıxmışdır və onlar necə aradan qaldırılmışdır? 

 
Danışıqlara haqırhq zamanı nə nəzərə alınmamışdır və nə üçün? 

 
Danışıqlar zamanı opponentin reaksiyası necə olmuşdur? 

 
Danışıqların aparılması təcrübəsindən hansını istifadə etmək olar? 
3.
 
Danışıqların texnologiyası - danışıqlar zamanı iştirakçılar tərəfindən həyata 
keçirilən  fəaliyyətlər  və  onların  realizasiya  prinsipləridir.  O,  özündə  mövqelərin 
bildirilməsini, opponent ilə qarşılıqlı münasibətlər zamanı prinsip və taktiki üsulları 
ehtiva edir. 
Mövqelərin bildirilməsinin danışıqların iştirakçıları tərəfindən istifadə oluna 
bilən üç vasitəsini qeyd etmək olar: mövqelərin açıqlanması, mövqelərin 


qapanması, mövqelərdə olan ümumiliyini qeyd edilməsi, mövqelərdə olan fərqlərin 
qeyd edilməsi. 
Çıxış  zamanı  şəxsi  mövqe  həmkarın  mövqeyi  ilə  müqayisə  olunmadan 
xarakterizə olunarsa, bu tip fəaliyyət mövqelərin açıqlanması kimi nəzərdən keçirilir. 
Danışıqların iştirakçısının opponentin mövqeyini tənqid etdiyi zaman biz mövqelərin 
qapanması  halından  danışırıq.  Əgər  iştirakçı  iki  və  ya  daha  artıq  mövqelərin 
müqayisəsini  apararsa,  çıxışdı  nəyin  qeyd  edilməsindən  asılı  olaraq  bu  hal 
ümumiliyin  və  ya  fərqlərin  qeyd  edilməsi  hesab  edilə  bilər.  Ümumiliyin  qeyd 
edilməsi  və  mövqelərin  açıqlanması  danışıqların  «mülayim»,  kooperativ  davranış 
tərzinin,  fərqlərin  qeyd  edilməsi  və  mövqelərin  qapanması  isə  -  sərt  rəqabət  tipli 
tərzin analoqlarıdar. 
Opponentlə konstruktiv qaşıhqh münasibətlərə malik olmaq üçün danışıqların 
gedişatı zamanı aşağıdakı prinsiplər tövsiyyə edilə bilər: 

 
Konfrontasiyaya səbəb olan vasitələrdən ilk olaraq istifadə etməmək; 

 
Opponentə diqqətlə qulaq asmaq, onun sözünü kəsməmək; 

 
Danışıqlar zamanı passivlik mövqelərin pis işlənməsindən, onların 
zəifliyindən, danışıqları aparmaq istəyinin olmamasından xəbər verir; 

 
Partnyoru onun mövqeyinin yanlış olmasına inandırmamaq; 

 
Partnyorun güzəştə getməyə razılaşmasını onun zəiflik göstərməsi kimi 
qiymətləndirməmək. 
Mövqeyi obyektiv olaraq güclü olan opponentlə danışıqlar aparmaq olduqca 
çətindir. Bu halda aşağıdakı tövsiyyələr faydalıdır: 

 
Prinsipə (hüquq normalarına, ədalət prinsiplərinə, bərabərlik prinsiplərinə) 
müraciət etmək; 

 
Bir tərəf ilə uzunmüddətli «tarixi münasibətlərə» müraciət etmək; 

 
Opponentlə gələcəkdə ola biləcək münasibətlərə müraciət etmək 
(gələcəkdə əməkdaşlığın faydahhğı); 

 
Müxtəlif məsələləri bir «zərfə» yerləşdirmək. Bir sahədə kifayət qədər zəif 
olan iştirakçı digər bir sahədə kifayət qədər qüvvətli ola bilər. Bu 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə