Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə22/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

ərzində  saxlanılması,  etiraz  nümayişləri  və  marşların  təşkil  edilməsi  şəklində  ola 
bilər. Bir çox hallarda bu aksiyalar simvolik xarakter daşıyır. 
2.
 
Sadə  tətil  -  bu  zaman  müəssisənin  və  ya  onun  ayrı-ayrı  bölmələrinin 
işçiləri istehsalatı dayandırır, iş yerlərini tərk edir və ya işə çıxmır. Bu tətillərin ən 
geniş yayılmış tipidir. O, qanunverici hakimiyyətin və alimlərin diqqət mərkəzində 
durur. 
3.
 
İqtisadi tətil - yalnız Sovet İttifaqında meydana gəlmiş və yenidənqurma 
dövründə  istifadə  edilmişdir.  Bu  tətilin  mahiyyəti  işçilərin  tələblərinin  təmin 
edilməsinədək əmək haqqı, premiyalar və s. almaqdan imtina etməsindən ibarətdir və 
hüquqi  nöqteyi  nəzərdən  effektivdir,  belə  ki,  onun  iştirakçılarına  qarşı  cinayət  və 
inzibati sanksiyalar tətbiq etmə olmaz. Lakin, o yalnız iki halda effektiv ola bilər: 
birincisi, KİV-də əks olunduqda və onların müdafiəsinə arxalandıqda; ikincisi, tətil 
fondunun yaranması zamanı. 
Rusiyada  bazar  münasibətlərinin  formalaşması  ilə  bu  tip  tətillərin  də  baş 
verməsi  dayanmışdır,  belə  ki,  iqtisadi  cəhətdən  bu  tip  tətillər  işə  götürən  üçün 
sərfəlidir. Bundan əlavə bu tip tətillər total-təşkilati sistem üçün nəzərdə tutulmuşdur. 
4.
 
«Qaydalar üzrə iş» və ya italyansayağı tətil. Bu zaman işçilər işi saxlamır, 
əksinə  təlimat  və  texnoloji  təlimatların  tələblərinə  müvafiq  olaraq  öz  vəzifə  və 
funksional  öhdəliklərini  yerinə  yetirməyə  başlayır.  Nəticə  isə  istehsalatın  normal 
tempinin  pozulması  baş  verir  və  bir  çox  hallarda  müxtəlif  növ  planlaşdırılmamış 
səbəblər  üzündən  tez  başa  çatdırma  baş  verir.  Bu  tip  tətil  praktiki  olaraq  qanunla 
tənzimlənmir, belə ki, tğətilçilərə qarşı iddiaların bildirilməsinin heç bir əsası olmur. 
5.
 
«İşin  gecikdirilməsi»  tipi  üzrə  baş  verən  tətili  sadə  tətillə  müqayisədə 
yarımçıq  adlandırmaq  olar.  Məhsulun  istehsalı  məhdudlaşdırılır,  lakin  tam  olaraq 
saxlanılmır. Tətilin tənzimlənməsi üçün münaqişənin həlli üçün həmkarlar ittifaqı və 
ya  tətil  komitələri  ilə  danışıqlar  başlamrBu  tip  tətil  demək  olar  ki,  mövcud 
qanunvericiliyə müvafiq olaraq bütün hallarda tənzimlənə bilər. 


6.
 
Enib qalxan tətillər adətən işin qismən saxlanılması formasında baş verir. 
Məsələn, hər növbədə 1 saat ərzində. Bu tip tətillərin digər variantı özünü istehsal 
prosesində strateji mövqeləri tutan müxtəlif işçi qruplarının iştirakı ilə çoxlu sayda 
qısa fasilələr şəklində biruzə verir. 
7.
 
Mühasirə  şəkilli  tətil  işin  saxlanılması  və  tələblərin  irəli  sürülməsi 
deməkdir, lakin bu zaman işçilər öz iş yerlərində qalır. Bu tip mübarizə satqınlarla 
mübarizədə kifayət qədər effektivdir, lakin həmkarlar ittifaqının, tətil komitəsinin və 
iştirakçıların  özünün  yüksək  səviyyədə  təşkilatçılıq  bacarıqlarının  olmasını  tələb 
edir,  belə  ki,  ərzaq  çatdırılmasını  təmin  etmək,  təhlükəsizliyin  təmin  olunması, 
yuxunun və s. təşkili üzrə tədbirlərin tapılması tələb olunur. 
8.
 
Fəal tətil mühasirə şəkilli tətilə bənzəyir, lakin bu zaman iş saxlanılmır. Bu 
tip  tətil  ilk  dəfə  1968-ci  il  tətilləri  zamanı  fransız  fəhlələri  tərəfindən  və  Polşada 
«Həmrəylik»  həmkarlar  ittifaqı  tərəfindən  tətbiq  edilmişdir  Onun  mahiyyəti 
istehsalın öz məsuliyyəti altında bərpa edilməsindən ibarətdir. 
9.
 
 Simvolik tətil Yaponiya kimi ölkə üçün xarakterikdir. Onun mahiyyəti 
həmkarlar təşkilatlarının tələbi ilə məslən, iş gününün başlanması vaxtı arxaya çəkilir 
və bu zaman ərzində mitinqlər, nümayişlər və digər aksiyalar keçirilir. Sonra işçilər 
öz iş yerlərinə dönür və istifadə edilmiş vaxtın əvəzini işləyir və nəticədə istehsalat 
heç bir ziyana məruz qalmır, tələblər isə irəli sürülmüş olur. 
10.
 
İnformasiya tətili üçün sadəlik - hər-hansı bir informasiyanın təcrid edə 
biləcək yalnız bir nəfərin belə iştirak edə bilməsi xarakterikdir. 
Bir qayda olaraq bütün tətilləri klassik və primitiv tətillərə ayırmaq olar. 
Klassik  tətillər  həmkarlar  təşkilatları  tərəfindən  təşkil  edilir,  təşkilati 
strukturlara  (tətil  komitələri  və  s.),  qəbul  edilmiş  liderlərə,  işlənib  hazırlanmış 
tələblərə  malik  olur.  Praktiki  olaraq  bütün  klassik  tətillər  praktiki  olaraq  dövlətin 
hüquqi-konstitusiya  normaları  çərçivəsində  həyata  keçirilir,  daha  doğrusu  legitim 
olur. 


Kortəbii (vəhşi) tətillər «aşağı»nm təşəbbüsü ilə meydana gəlir, sanksiyanın 
həmkarlar təşkilatları tərəfindən təşkil edilməməsindən ibarət olur, rədd proqramına 
və  təşkilati  strukturlara  malik  olmur  və  əksər  hallarda  legitim  mübarizə  formaları 
çərçivəsindən kənara çıxır. 
Kütləvilik  dərəcəsinə  və  tələblərin  xarakterlərinə  görə  tətillər  aşağıdakılara 
bölünür: 
1.
 
Ümumi  tətillər  -  bu  zaman  tətildə  ölkənin  bütün  əmək  qabiliyyətli 
hissəsinin əksəriyyəti iştirak edir. Əksər hallarda burada siyasi quruluşun 
dəyişdirilməsi tələbləri; 
2.
 
Sahələr  üzrə  baş  verən  tətillər  (sahələr  üzrə  müqavilələrin  yenilənməsi 
zamanı sahibkarlar birliyinə təsir göstərilməsi); 
3.
 
Müəssisə  səviyyəsində  baş  verən  tətillər  zamanı  müəssisə  üçün  spesifik 
olan məsələlər həll edilir 
3.
 
Daha sonra biz klassik xarakter daşıyan sadə tətilləri xarakterizə edəcəyik. 
Onlara daha çox real həyatda rast gəlinir. Bu tip tətillər üçün işin saxlanılması, bu 
qərarı qəbul etmiş insanların mövcudluğu xarakterikdir. İşin saxlanılması müvəqqəti 
xarakter daşıyır və bir tərəfin nəzərdə tutduğu tətildir. 
Tətillərin əsas səbəblərini aşkar etməyə çalışaq: 
1.
 
Əmək  haqqmn  artırılması  haqqında  tələblər  və  onun  ətrafında  olan 
mübahisəli məsələlər (Rusiya və digər MDB ölkələri faktiki olaraq yeganə 
ölkədirlər  ki,  tətil  zamanı  müəyyən  zaman  üçün  olan  əmək  haqqının 
ödənilməsini tələb etmişlər); 
2.
 
iş saatının müddəti (qərb ölkələrində hal-hazırda söhbət 7-8 iş saatından 
deyi, azad qrafik sistemindən gedir); 
3.
 
məsuliyyət  sərhədləri  haqqında  mübahisələr  (istehsal  özünüidarə 
məslələri); 
4.
 
kadr məsələləri (o cümlədən məşqulluq məsələləri və təşkilat daxilində baş 
verən yerdəyişmələr); 
5.
 
əməyin təşkili məsələləri, qayda və qanunlar


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə