Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

1.
 
Danışıqların ümumi xarakteristikası: 
mahiyyəti, növləri və 
funksiyaları. 
2.
 
Danışıqların dinamikası. 
3.
 
Danışıqların aparılma texnologiyası. 
1.
 
Danışıqlar  insan  ünsiyyətinin  qədim  və  universal  vasitəsidir.  Onlar 
maraqların  üst-üstə  düşmədiyi  və  fikir  və  baxışların  ziddiyyət  təşkil  etdiyi  yerdə 
razılığın əldə edilməsinə imkan verir. 
Tarixi planda danışıqların inkişafı üç mərhələdən ibarət idi: diplomatik, ticari 
və  mübahisəli  problemlərin  həlli.  Aşağıda  danışıqlar  opponentlər  tərəfindən 
ziddiyyətin  həll  edilməsi  imkanlarının  istifadə  edildiyi  təqdirdə  münaqişənin  başa 
çatdırılması vasitəsi kimi nəzərdən keçirilir. 
Əgər  ziddiyyəti  qanunvericilik  və  ya  digər  normativ  aktlar  əsasında  aradan 
qaldırmaq mümkündürsə, danışıqlar lazım deyi. Lakin, bir çox məsələləri məhkəmə 
instansiyaları ilə deyi, danışıqlar yolu ilə həll etmək daha asan, ucuz və tez başa gəlir. 
Məsələ, ABŞ-da bu tip situasiyalar bütün mülki iddiaların 90-95%ni təşkil edir. 
Danışıqların təsnifatına müxtəlif yanaşmalar mövcuddur. 
Danışıqların  iştirakçılarının  məqsədlərindən  asılı  olaraq  aşağıdakılar  qeyd 
edilir: 
1.
 
Qüvvədə olan razılaşmaların (məsələn, hərbi əməliyyatların dayandırılması 
haqqında  müvəqqəti  razılaşmanın)  vaxtının  uzadılması  haqqında 
danışıqlar. 
2.
 
Normalizasiya 
haqqında 
danışıqlar 
münaqişəli 
münasibətlərin 
opponentlərin  nisbətən  konstruktiv  ünsiyyəti  ilə  əvəzlənməsi  məqsədilə 
aparılır. Adətən üıçüncü tərəfin iştirakı ilə keçirilir. 
3.
 
Yerdəyişmə haqqında danışıqlar. Tərəflərdən biri digər tərəfin hesabına öz 
xeyrinə  dəyişikliklər  edilməsini  tələb  edir.  Bu  tələblər  bir  qayda  olaraq 
hücuma keçən tərəfin hədələri ilə müşayət olunur. 


4.
 
Yeni  şəraitlərin  yaradılması  haqqında  danışıqlar.  Onların  məqsədi  yeni 
münasibətlərin yaradılması, yeni müqavilələrin bağlanmasıdar. 
5.
 
Əlavə  efektlərə  nail  olunması  haqqında  danışıqlar.  Bu  zaman  ikinci 
dərəcəli  məsələlər  (sülhsevərlik  nümayişləri,  mövqelərin  izah 
aydınlaşdırılması, diqqətin yayındırılması və s.) həll edilir. 
Danışıqların iştirakçılarının izlədiyi məqsədlərdən asılı olaraq danışıqların 
funksiyalarının müxtəlif növləri qeyd edilir: 

 
informasiya  (tərəflər  fikirlərin  bölüşdürülməsinə  razıdır,  lakin,  hansı  isə 
səbəblərdən müştərək fəaliyyətə hazır deyilər); 

 
Kommunikativ (yeni əlaqələrinin, münasibətlərinin qurulması); 

 
Fəaliyyətlərin requlyasiyası və kordinasiyası; 

 
Nəzarət (məsələn, müqavilələrin yerinə yetirilməsi məsələsi üzrə); 

 
 Diqqətin yayındırılması (tərəflərdən biri qrupun yenidən təşkil edilməsi və 
qüvvə toplanması üçün vaxt qazanmağa çalışır); 

 
Təbliğat  (tərəflərdən  birinə  özünü  cəmiyyətin  gözündə  sərfəli  şəkildə 
göstərməyə imkan verir); 

 
 Zəncir  (tərəflərdən  biri  danışıqlara  opaponentdə  problemin  həll 
ediləcəyinə ümid yaratmaq, onu sakitləşdirmək məqsədilə gedir). 
Danışıqların iştirakçılarının müştərək qərarının üç tipi mövcuddur: 

 
Kompromiss  -  bu  zaman  tərəflər  müştərək  şəkilədə  güzəştə  gedir.  Bu, 
danışıqlar  zamanı  tipik  həll  vasitəsidir.  Kompromiss  yalnız  tərəflərin 
bir-birinin  maraqlarının  heç  olmazsa  bir  hissəsini  yerinə  yetirməyə  hazır 
olduqları  zamanı  realdır.  Bununla  yanaşı,  tələblərin  qanuniliyini  və 
güzəştlərin bərabərliyini müəyyən etməyə imkan verən meyarların olması 
mühümdür; 

 
Assimetrik  tənzimlənmə  -  bir  tərəfin  güzəştlərinin  qarşı  tərəfin 
güzəştlərindən artıq olduğu zaman. Güzəştin az bir hissəsini alan Opponent 
şüurlu olaraq bununla razılaşır, belə ki, əks təqdirdə o daha çox məsrəflərə 
düçar olacaqdır. 


• Yeni prinsipial qərarın tapılması - ilkin ziddiyyəti əhəmiyyətsiz edir.Bu tip 
qərarın  qəbul  edilmə  prinsipləri  Amerika  mütəxəssisləri  -  R.  Fişer  və 
U.Yuri  tərəfindən  80-cı  illərin  əvvəllərində  işlənib  hazırlanmışdır.  Bu 
vasitə  tərəflərin  həqiqi  maraqlarının  təhlilinə  əsaslanır  və  onların  hər 
ikisinin əməkdaşlığı zamanı mümkündür. 
Buna misal olaraq iki bacı haqqında xrestomatiya hadisəsini göstərmək olar. 
Hər ikisi portağalı digərinə güzəştə getmək üçün kifayət qədər quwətli idi. Nəhayət 
onlar  kompromiss  tapdılar:  meyvəni  iki  hissəyə  böldülər.  Bacılardan  biri  apelsini 
yedi və qabığını atdı, digəri isə qabığı piroqa əlavə etdi, apelsini isə atdı, çünki o, 
apelsin xoşlamırdı. Əgər bacılar apelsinin əldə edilməsi uğrunda mübarizə əvəzinə 
öz həqiqi maraqlarına fikir versəydilər onlardan hər biri iki dəfə çox fayda əldə etmiş 
olardı. 
Yeni  qərarın  qəbul  edilməsi  dəyərlər  sisteminin  dəyişdirilməsi  vasitəsilə, 
məsələn,  problemin  daha  da  geniş  kontekstə  daxil  edilməsi  mümkündür.  Bu 
səbəbdən  də  danışıqlar  zamanı  bəzən  iştirakçılar  tərəfindən  qoyulan  çərçivələrin 
kənarına çıxmaq daha faydalı olur. Yeni prinsipial tənzimlənmə vasitəsinin axtarışı 
qeyri standart yanaşma tərzinin tələb edir. 
2.
 
Mürəkkəb proses olan danışıqlar prosesi bmr neçə mərhələdən ibarətdir: 
danışıqlara  hazırlıq,  danışıqların  aparılması  prosesi,  əldə  edilmiş  razılaşmaların 
yerinə yetirilməsi. 
Danışıqlara hazırlıq iki istiqamə üzrə həyata keçirilir: təşkilati və məzmunlu. 
Təşkilati  hazırlığa  aşağıdakılar  aiddir:  Nümayəndə  heyətinin  formalaşması,  görüş 
vaxtının  və  yerinin  müəyyən  edilməsi,  iclasların  gündəliyi,  işdə  marağı  olan 
təşkilatlarla razılaşma. Nümayəndə heyətinin formalaşması, onun başçısının, sayının 
və  personalının  müəyyən  edilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Bəzən  elə  olur  ki, 
danışıqlar  zamanı  nümayəndə  heyətinin  rəhbəri  yalnız  müzakirə  edilən  məsələnin 
vacibliyi nöqteyi nəzərindən seçilir. Nümayəndə heyətinin vahid komanda olması, 
işçilərin danışıqların müvəffəqiyyətlə nəticələnməsi üçün işləməsi çox mühümdür. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə