Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə16/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

Münsif  hakim  -  ən  avtoritar  roldur,  belə  ki, o, problemin  həlli  variantlarının 
müəyyən edilməsi üzrə ən böyük imkanlara malikdir. Münsif hakim problemi təhlil 
edir,  hər  iki  tərəfi  dinləyir  və  mübahisə  edilə  bilməz  hökm  çıxarır.  Misal  olaraq 
qədim  rus  knyazları,  qəbilə  ağsaqqalları  ilə  olan  münaqişələrin  həllini  göstərmək 
olar. 
Arhitr  -  əhəmiyyətli  səlahiyyətlərə  malikdir.  O,  münaqişəni  təhlil  edir,  onu 
iştirakçılarla müzakirə edir, yalnız sonra yerinə yetirilməsi mütləq olan qərar qəbul 
edir. Lakin, tərəflər qəbul edilmiş qərarla razılaşmayaraq ona qarşı daha ali orqanlara 
şikayət verə bilərlər. 
Vasitəçi- nisbətən neytral roldur. O, xüsusi biliklərə malik olaraq problemin 
konstruktiv müzakirəsini təmin edir. Son qərarı opponentlər verir. 
Köməkçi  -  münaqişənin  tənzimlənməsində  problemin  mühakirəsi  prosesini 
mükəmməlləşdirmək, görüş və danışıqları təşkil etmək məqsədilə iştirak edir. Lakin, 
bu  zaman  o,  problemin  mahiyyəti  və  son  qərarın  qəbul  edilməsi  haqqında 
mübahisələrə müdaxilə etmir. 
Müşahidəçi  -  münaqişə  zonasında  iştirakı  ilə  tərəfləri  əvvəl  əldə  edilmiş 
razılaşmaları  pozmaqdan  və  qarşılıqlı  təcavüzdən  saxlayır.  Müşahidəçinin  iştirakı 
mübahisəli mələlərin danışıqlar yolu ilə həll edilməsinə şərait yaradır. 
Konfliktoloqlar  tərəfindən  bu  və  ya  digər  tip  mediatorluğun  məqsədəuyğun 
olduğu  şəraitlər  qeyd  edilir.  Yüksək  nüfuzlu  stil  (münsif  hakim  və  ya  arbitr) 
problemin  cəld  surətdə  həllinin  zəruri  olduğu  zaman,  münaqişənin  uzunmüddətli 
olduğu zaman, tərəflərin mövqelərinin müəyyən edildiyi, lakin, onların ər iki tərəfi 
razı sala biləcək qərar tapa bilmədiyi zaman sərfəlidir. Bu stil həm də münaqişənin 
kəskinləşdiyi zaman, onun emosiyalarla yükləndiyi zaman effektivdir. İştirakçıların 
əsəbləri sakitləşdikdən sonra daha az nüfuzlu stillərin tətbiq edilməsi mümkündür. 
Opponentlərin  üçüncü  tərəfə  etibar  etdikləri  halda  avtoritar  stil  daha  asan  şəkildə 
qəbul edilir. Opponentləriin problemi müzakirə etmək bacarığına malik olması qeyri 
avtoritar stilin (vasitəçi və ya köməkçi) effektivliyini artırır. 
Münaqişənin  nəticəsi  hakimiyyət,  avtoritet  və  mediatorun  rolundan  asılıdır. 
Üçüncü tərəf aşağıdakıları təmin edə iblər: 



 
Münaqişələrin qəti surətdə başa çatdırılması (münsif hakim, arbitr); 

 
Münaqişə aparan tərəflərin ayrılması (münsif hakim, arbitr); 

 
Mübarizənin qarşısının alınması (münsif hakim, arbitr, nəzarətçi); 

 
Tərəflərə qarşı sanksiyaların tətbiq edilməsi (münsif hakim, arbitr); 

 
Doğru və yanlış olanın müəyyən edilməsi (münsif hakim, arbitr); 

 
Qərar axtarışı zamanı yardım göstərilməsi (köməkçi, vasitəçi); 

 
Münasibətlərin normallaşdırılmasma yardım (vasitəçi, köməkçi); 

 
Ünsiyyətin təşkil edilməsinə yardım göstərilməsi (vasitəçi, köməkçi); 

 
Razılaşmanın yerinə yetirilməsinə nəzarət (arbitr, vasitəçi, nəzarətçi). 
Mediatorun qarşılaşdığı situasiyalar mürəkkəb və müxtəlif olur. Bu 
səbəbdən də mediasiya prosesi ciddi struktura malik deyi. Yalnız 3 əsas 
mərhələni qeyd etmək olar. 
1.
 
Münaqişə və münaqişə aparan tərəflərlə tanışlıq. Mediator problemin 
tarixini, opponentlərin tələblərini təhlil edir. Bir çox münaqişələr spesifik xarakter 
daşıyır və mediator problemə sirayət etməyə, müvafiq ədəbiyyatı oxumağa, 
mütəxəssislə məsləhətləşməyə məcbur olur. 
2.
 
Münaqişə  aparan  tərəflərlə  iş.  Mediator  bir  qayda  olaraq  müştərək 
danışıqların  aparılmasına  hazırlıq  məqsədilə  (tələb  dəqiqləşdirilir,  ittihamlar 
götürülür və s.) tərəflərdən hər biri ilə dəfələrlə görüşür. 
3.
 
Danışıqların aparılması - mühüm mərhələlərdən biridir. Onların gedişatı 
zamanı mediator bir sıra funksiyalar yerinə yetirir: aparıcı, məşqçi, şərhçi, pedoqoq 
və s. O, opponentlərin nə danışmasına nəzarət edir və zəruri hallarda onları 
istiqamətləndirir, ruhlandırır və ya mühakimə edir. Hər bir görüşün qabağa doğru 
addımla qeyd edilməsi çox mühümdür. 
2.
 
Sosioloji tədqiqatlara əsasən üçüncü tərəfin münaqişəsi hər zaman effektiv 
olmur. Belə ki, rəhbərlərin işçilər arasında münaqişələrə müdaxiləsi 67% 
situasiyalarda müsbət təsir göstərir, daha doğrusupraktiki olaraq 3 müdaxilədən biri 
müsbət nəticə vermir. 


Münaqişə zamanı üçüncü tərəfin fəaliyyətinin effektivliyinə təsir göstərən bir 
sıra amillər mövcuddur. 
1.
 
Əsas  amil  hər  ikitərəfin  müştərək  işlə  əsaslandırılması,  daha  doğrusu, 
vasitəçinin fikrini nəzərə almağa, onun tərəfindən təklif edilən qərarı qəbul etməyə 
hazır olmaqdır. 
2.
 
Mediasiyanm  effektivliyi  üçüncü  tərəfin  fəaliyyətinin  xüsusiyyətləri  və 
xarakteri ilə müəyyən edilir. 
Onlar içərisində aşağıdakılar qeyd edilir: 

 
Üçüncü tərəfin münaqişənin tənzimlənməsində maraqlı olması; 

 
Tənzimləmə prosesinin həyata keçirilməsi, eləcə də inandırmaq bacarığı 
üzrə biliklərin və peşəkar xüsusiyyətlərin olması; 

 
Keçmişdə münaqişələrin müvəffəqiyyətli şəkildə tənzimlənməsi üzrə 
təcrübənin olması; 

 
Situasiyadan, münaqişənin xüsusiyyətləri və şəraitindən xəbərdar olma. 
3.
 
üçüncü tərəfin hərəkətlərində olan inadkarlıq yalnız o zaman nəticə verir 
ki, iştirakçıların fikir ayrılıqları onlar üçün prinsipial olan məsələlərlə əlaqədar olsun 
və münaqişənin gərginliyi xüsusilə yüksək olsun. 
4.
 
 Münaqişənin  gərginlik  dərəcəsi  Bu  məsələ  üzrə  məlumatlar 
ziddiyyətlidir.  Bir  tərəfdən  aşkar  edilmişdir  ki,  əmək  münaqişəsinin  mediatorun 
köməyilə həlli tətilin yarandığı zaman deyi inkişaf etdiyi zaman effektivdir. Digər 
tərəfdən,  təsbit  edilmişdir  ki,  danışıqlar  zamanı  həddən  artın  gərginlik  vasitəçinin 
fəaliyyətinin müvəffəqiyyətlə başa çatmasına mənfi təsir göstərir. 
5.
 
 Münaqişənin  müddəti.  Uzun  sürən  münaqişələr  qısamüddətli 
münaqişələrə nisbətən çətinliklə tənzimlənir. 
6.
 
Tərəflərin  münasibətlərinin  xarakteri.  Qarşılıqlı  münasibətlər  nə  qədər 
mürəkkəb və gərgin olarsa, vasitəçilik də o qədər qeyri-effektiv olar. 
Münaqişələrin  tənzimlənməsi  zamanı  seçilmiş  taktika  və  texnikalar 
mediatorun xüsusiyyətləri ilə deyi, situasiya ilə müəyyən edilir. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə