Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə15/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   62


 
güclü tərəfin öz düzgünlüyünü dərk etdiyi zaman təşkilat üçün həyati 
əhəmiyyətli şərait zamanı; 

 
destruktiv davranış tərzinə malik sosial qruplara qarşı. 
Mümkün davranış modelləri: 

 
«qalibiyyət - məğlubiyyət» tipli strategiyanın zorla qəbul etdirilməsi

 
rəqabətdən istifadə edilməsi

 
məcburiyyət vasitəsilə hakimiyyətdən istifadə

 
tabe olmaq tələbi. 
Qeyd  edilən  metod  müdiriyyətin  işçilər  üzərində  kifayət  qədər  üstünlüyünün 
olduğu  zaman  daha  efektivdir.  Metodun  ən  ehtimal  olunan  nəticəsi  «qalibiyyət  - 
məğlubiyyət»dir. 
Mövzu: TƏŞKİLATİ MÜNAQİŞƏLƏRİN HƏLL EDİLMƏSİ 
ZAMANI VASİTƏÇİLİK 
L Təşkilatı münaqişələrin tənzimlənməsi zamanı üçüncü tərəfin iştirakı 
üçün zəmin. 
2.
 
Münaqişələrin tənzimlənməsindən üçüncü tərəfin iştirakının 
səmərəliliyi. 
3.
 
Təşkilatın rəhbəri vasitəçi rolunda. 
1.
 
Münaqişənin başa çatması nəticəsinə təsir göstərən mühüm amil üçüncü 
tərəfin  onun  tənzimlənməsində  iştirakı  və  ya  mediasiyadır.  Mediasiya  -  üçüncü 
tərəfin iştirakı ilə münaqişə aparan tərəflərin problemin həlli üçün münaqişəyə son 
qoya  biləcək  həll  yolunun  axtarışa  prosesinin  optimizasiyasmdan  ibarət  olan 
fəaliyyət növüdür. 
Münaqişələrin tənzimlənməsi zamanı üçüncü tərəf rolunda bir qayda olaraq 
bir nəfər, çox nadir hallarda 2-3 və ya daha artıq professionaldan ibarət 


olan  qrup  iştirak  edir.  Mediasiya  -  münaqişələrin  həll  edilməsinin  ən  qədim 
vasitələrindən  biridir.  O,  hələ  ta  qədimdən  Çində,  qəbilə  və  ya  tayfa  başçılarının 
özünəməxsus mediator rolunda çıxış etdikləri və bununla da problemli və münaqişəli 
situasiyaların  münaqişəsiz  şəkildə  həllinə  nail  olan  Afrika  ölkələrində  mövcud 
olmuşdur. 
Mediasiya  -  ictimai  əhəmiyyətli  fəaliyyət  olaraq  60-cı  illərin  əvvəllərində 
ABŞ-da  formalaşmışdır.  Hal-hazırda  ABŞ-da  və  digər  qərb  ölkələrində  dövlət  və 
özəl  mediasiya  xidmətləri  mövcuddur,  ixtisaslaşdırılmış  jurnallar  buraxılır,  dərs 
vəsaitləri nəşr edilir və s. 
Bəs münaqişə zamanı üçüncü tərəf rolunda kim çıxış edə bilər? Formal və ya 
rəsmi  mediatorluq  mediatorun  normativ  statusunun  və  ya  opponentlərə  təsir 
göstərmək  imkanının  olmasından  ibarətdir.  Qeyri-formal  və  ya  qeyri-  rəsmi 
mediatorluq  mediatorun  normativ  statusunun  olmaması,  lakin  münaqişə 
iştirakçılarının həmin şəxslərin qeyri-formal avtoritetini tanımasından ibarətdir. 
Rəsmi mediator rolunda çıxış edə bilər: 

 
dövlət hüquq institutları (arbitraj məhkəməsi, prokurorluq vəs.); 

 
hökumət və ya digər dövlət komissiyaları (məsələn, tətillərin 
tənzimlənməsi üçün yaradılmış komissiyalar və s.); 

 
müəssisə, idarə, şirkət rəhbərləri və s.; 

 
ictimai təşkilatlar (əmək mübahisələri və münaqişələrin həlli üzrə 
komissiyalar, həmkarlar təşkilatları); 

 
peşəkar mediator-konfliktoloqlar və b. 
Qeyri rəsmi mediatorlar adətən 

 
müxtəlif səviyyəli sosial qrupların qeyri-formal liderləri; 

 
təşkilatda nüfuzlu və məşhur insanlar

 
münaqişə şahidləri və b. 
Münaqişəli  münasibətlərin  tənzimlənməsində  üçüncü  tərəfin  iştirakının 
məqsədəuyğunluğu opponentlərin yardım üçün üçüncü tərəfə müraciət edib- 


etməməsi və ya onun özünün münaqişəyə müdaxilə etməsi ilə əlaqədardır. Tərəflən 
özləri mediatora yalnız aşağıdakı hallarda müraciət edir: 

 
tənzimlənmə  obyektinin  uzun  sürmüş  münaqişədən  ibarət  olduğu  halda. 
Bütün  dəlillərin,  qüvvənin,  vasitələrin  birdiyi,  lakin  çıxışın  görünmədiyi 
halda; 

 
tərəflərin ziddiyyət təşkil edən maraqları qoruduğu və ümumi təmas nöqtəsi 
tapa bilmədiyi zaman

 
münaqişənin  həllində  əsasə  olan  norma  və  ya  digər  meyarların  müxtəlif 
şəkildə şərh edilməsi zamanı; 

 
tərəflərdən birinə ciddi ziyan törədilməsi və onun opponentə qarşı sanksiya 
tətbiq edilməsini tələb etdiyi halda; 

 
mehriban münasibətlərin qorunub saxlanmasının tərəflər üçün əhəmiyyətli, 
münaqişənin  intensiv  olduğu,  lakin,  hər  iki  tərəfi  razı  sala  biləcək  həll 
yolunun tapılmasının qeyri-mümkün olduğu halda; 

 
opponentlərin  müvəqqəti  razılığa  gəldikləri,  lakin,  onun  yerinə 
yetirilməsinə xaricdən obyektiv nəzarətin gərəkli olduğu halda. 
Üçüncü  tərəfin  münaqişəyə  operativ  müstəqil  şəkildə  müdaxiləsi  aşağıdakı 
hallarda zəruridir: 

 
münaqişəli  hadisələrin  təhlükəli  eskalasiyası  başverdiyi,  zor  işlədilməsi 
üçün birbaşa təhlükənin mövcud olduğu halda; 

 
tərəflərdən biri kütləvi şəkildə zor tətbiq edir

 
üçüncü tərəfin münaqişədə marağı olmadığı halda; 

 
Münaqişənin  üçüncü  şəxs  tərəfindən  nəzarətdə  olan  mühitə  mənfi  təsir 
göstərdiyi  halda.  Məsələn,  rəhbər  kollektivə  mənfi  təsir  göstərən 
münaqişəni tənzimləmək məcburiyyətindədir; 

 
Tərəflər razılığa gəlmədikdə, üçüncü tərəfin isə hər iki tərəfin maraqlarını 
təmin etmək imkanına malik olduğu halda. 
Mediatorun  qəbul  edilən  qərar  üzərində  nəzarət  səviyyəsindən  asılı  olaraq 
münaqişədə  üçüncü  tərəfin  bir  neçə  rolunu  qeyd  etmək  olar:  1)  münsif  hakim;  2) 
arbitr; 3) vasitəçi; 4) köməkçi və müşahidəçi. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə