Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə5/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

formalaşmış  elm  deyidir.  O,  hərbi  elmi,  mədəniyyətşünaslıq,  tarix,  riyaziyyat, 
pedaqogika, politologiya, hüquqşünaslıq, psixologiya, sosiobiologiya, sosiologiya və 
fəlsəfə  kimi  bilik  sahələri  çərçivəsində  təqdim  edilir.  Son  illər  yaranmış  tədqiqat 
mərkəzləri.  Ali  məktəblərin  tədris  planlarına  «Konfliktologiya»  fənninin  daxil 
edilməsi,  kitab  və  dərs  vəsaitlərinin  nəşr  edilməsi  konfliktologiyanın  formalaşma 
mərhələsində  olmasına  dəlalət  edir.  Müasir  Rusiya  konfliktologiyası  bu  elmin 
ümumbəşəri  inkişafı  ilə  əlaqədardır.  Bu  səbəbdən  də  dünya  konfliktologiyası 
tendensiyaları  onun  vəziyyətinə  müəyyən  mənada  öz  təsiri  göstərir.  80-ci  illərin 
sonları - 90-cı illərin əvvəlləri. Bu illər həll edilmə nəzəriyyəsi (conflict resolution) 
adını  almış  sosial  münaqişələrin  öyrənilməsi  sahəsində  yeni  istiqamət  yaranır. 
Hal-hazırda  mütəxəssislərin  diqqətini  daha  çox  münaqişəli  situasiyaların  qarşısının 
alınması və analitik şəkildə həlli metodları cəlb edir. Bir məqsəd olaraq qarşıya bütün 
növ münaqişələrin həlli nəzəriyyəsi və «texnikası»nın yaradılmasına keçid vəzifəsi 
qoyulmuşdur.  Münaqişənin  qarşısının  alınması,  onun  idarə  edilməsi  və  həlli 
«biliklərin heç bir halda fərqləndirilməməsini qəbul etməyən» «adissiplinar tədqiqat 
sferası»ndan ibarətdir. 
4.
 
Konfliktologiyanın obyekti sosial hədisə olan münaqişədir. 
Konfliktologiyanın predmeti sosial münaqişələrin genezis, fəaliyyət göstərmə, 
inkişaf, idarə və həll edilmə qanunauyğunluqlarının tədqiqatıdır. 
Bəs münaqişə nədir? Müasir konfliktologiyada sosial münaqişənin bir neçə 
zəruri xüsusiyyətlər qeyd edilir: 
1.
 
bir biri ilə münaqişəsi olan ən azı iki tərəfin mövcudluğu; 
2.
 
ehtiyyatların az olmasına əsaslanan və bir-birini istisna edən dəyfərlər
3.
 
bir-birinə qarşı yönəldilmiş fəaliyyət; 
4.
 
tərəflərdən hər birinin digər tərf hesabına nə isə əldə edə biləcəyi qarşılıqlı 
münasibətlər.  Bu  tərəflərin  planlarının,  fikirlərinin  məhv  edilməsinə 
yönəldilmiş fəaliyyətdən ibarətdir; 


5.
 
qarşıya  qoyulmuş  məsələlərin  həlli,  daha  dəqiq  desək,  güc  işlətmək 
hesabına sosial ehtiyyatlar və mövqelərin mənimsənilməsi. 
Bütün  qeyd  edilənləri  ümumiləşdirərək  münaqişənin  tərifini  verməyə 
çalışmaq olar: 
Sosial  münaqişə  -  iki  və  ya  daha  artıq  fərd  və  ya  sosial  qrup  tərəfindən 
maraqların,  dəyərlərin  üst-üstə  düşməməsi  əsasında  güc  bahasına  hayata  keçirilən 
dinamik təsirdir. 
Sosial münaqişələrin əsasını sosial ziddiyyətlər təşkil edir. Ziddiyyət - Hər bir 
inkişafın,  fəaliyyətin  daxili  mənbəyini  əks  etdirən  kateqoriyadır.  Bu  kateqoriya 
vasitəsilə ziddiyyətlərin vəhdəti və mübarizəsi formalaşır. 
Ziddiyyət öz inkişafı öoyunca bir neçə faza keçir: 
1.
 
eynilik fərqliliyə nisbətən üstünlük təşkil edir
2.
 
başlanmış fərqin daha da dərinləşməsi, onun eynilik üzərində üstünlüyü; 
3.
 
müxtəlif mühüm münasibətlərdə tərəflərin bir-birini istisna etməsi; 
4.
 
bütün mühüm münasibətlərdə tərəflərin bir-birini istisna etməsi - ziddiyyət 
fazası; 
5.
 
ziddiyyət  artıq  yaranmışdır,  və  tərəflərdən  biri  öz  maraqlarına  müvafiq 
olaraq və imkanlarından istifadə edərək onun həllini mürəkkəbləşdirir və 
uzadır - münaqişə fazası; 
6.
 
münaqişənin həlli  - tərəflərin sabit tarazlığı münaqişənin əsasını qoymuş 
şəraitlərin faktiki şəkildə aradan qaldırılmasının nəticəsi kimi yaranır, bu 
isə hər iki tərfi razı salan yeni taraz münasibətlər yaratmağa imkan verir Bu 
mərhələ «konsensus» anlayışı ilə xarakterizə oluna bilər. 
Konsensus yalnız münaqişənin bitməsinin mümkün nəticələrindən biri kimi 
Deyi,  həmçinin  cəmiyyətin  və  ya  onun  ayrı-ayrı  hissəsinin  münaqişəyə  zidd  olan 
müəyyən vəziyyəti kimi başa düşülür. 
Konsensus  -  istənilən  bir  cəmiyyətin  böyük  bir  hissəsinin  sosial  qayda- 
qanunun ən mühüm aspektlərinə münasibətlə razılığıdır. 


5.
 
Münaqişələr  haqqında  elmin  metodologiyasının  formalaşmasına 
sosiologiya, psixologiya, riyaziyyat kimi fənlər daha əhəmiyyətli təsir göstərmişdir. 
Münaqişənin sistemli yanaşma əsasında öyrənilməsi ümumi şəkildə qəbul edilmişdir 
(hər halda, milli konfliktologiyada). Alimlərin fikrinə əsasən, sistemli yanaşma tərzi 
konfliktoloqu münaqişəni mürəkkəb, təşkil edilmiş, daim inkişaf edən, çoxsəviyyəli, 
vahid sistem kimi tədqiq etməyə istiqamətləndirir.Sistemli yanaşma tərzindən istifadə 
etmədən çox çətin ki, münaqişələrin təsvirini, izahını və ya onların qarşısının alınması 
və ya konstruktiv şəkildə həlli üzrə tövsiyyələr vermək mümkün olsun. 
Müasir  konfliktologiyada  münaqişənin  təsvirinin  universal  sistemi 
işlənmişdir. Həmin sistemin tərkibinə 11 əsas kateqoriya qrup daxildir: münaqişənin 
mahiyyəti;  struktur;  tipologiya;  funksiyalar;  təkamül;  genezis;  dinamika; 
münaqişənin  məlumatı;  münaqişənin  qarşısının  alınması;  münaqişənin  bitməsi; 
tədqiqat və diaqnostika. 
Münaqişələrin  öyrənilməsinin  əsas  mərhələləri  proqramın  tərtib  edilməsi; 
konkret  tədqiqat  obyektinin  müəyyən  edilməsi;  analiz  metodikalarının  işlənib 
hazırlanması; proqramın və metodikaların pilotaj tədqiqi, işlənib sona çatdırılması; 
ilkin  münaqişəli  məlumatın  toplanması;  toplanmış  məlumatların  kəmiyyət  və 
keyfiyyət  cəhətdən  işlənməsi;  əldə  edilmiş  nəticələrin  təhlili  və  izahı;  nəticələrin, 
praktiki tövsiyyələrin əsaslandırılmasından ibarətdir. 
Konfliktologiyanm  metodologiyası  özündə  məlumatın  toplanması  və  təhlil 
edilməsi metodlarının müəyyən bir cəmini ehtiva edir. 
Konfliktologiyada məlumatların toplanması metodlarına aşağıdakılar aiddir: 
1.
 
Müşahidə  -  konfliktoloq  tərəfindən  iştirak  etdiyi  hadisə  və  şəraitlərin 
birbaşa qeydiyyatı. Aktiv və passif müşahidə üsulu mövcuddur. 
2.
 
Sənədlərin öyrənilməsi - münaqişələr haqqında əlyazma və ya çap mətni ilə 
yazılmış,  kompyuter  disketi,  kino  lenti  və  s.  olan  məlumatın  tədqiq 
edilməsi. Bir qayda olaraq KİV materialları öyrənilir. 
3.
 
Sorğu  -  müəyyən  insan  qruplarına  suallarla  müraciət  edərək  məlumat 
toplanması. Anket sorğusu və müsahibə mövcuddur. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə