Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

Münaqişədə vasitəçilik. Rəsmi və qeyri-rəsmi vasitəçilər. Münaqişə zamanı 
üçüncü tərəfin rolu: münsif hakim, arbitr, vasitəçi, yardımçı, nəzarətçi. 
Mediasiya  prosesi  və  onun  əsas  mərhələləri.  Vasitəçinin  fəaliyyətinin 
səmərəliliyi.  Mediasiya  prosesinin  texnikası:  refleksiv  müdaxilə,  kontekstual 
müdaxilə, sərbəst müdaxilə. Təşkilati münaqişələrin tənzimlənməsində rəhbərin rolu. 
Mövzu 6. Münaqişələrin həll edilməsi zamanı 
danışıqlar prosesi - 12 saat 
Münaqişə zamanı danışıqlar. Danışıqlar - münaqişənin «ehtiyyat çıxışı» kimi 
(T. Şellinq). Danışıqlar münaqişədən çıxış vasitəsi kimi (A. Rappoport, Q. Rayffu). 
Harvardm konfliktologiya məktəbi (R. Fişer, U. Yuri). 
Danışıqların  təsnifatı:  qüvvədə  olan  müqavilələrin  uzadılması  haqqında 
danışıqlar,  normallaşdırma  haqqında  danışıqlar,  yenidən  təyin  etmə  haqqında 
danışıqlar, yeni şəraitlərin yaradılması haqqında danışıqlar. 
Danışıqların funksiyası. Danışıq iştirakçıhrmm müştərək qərarlarının tipləri. 
Danışıqlar  prosesinin  mərhələləri:  danışıqlara  hazırlıq,  danışıqların  aparılması, 
danışıqların  nəticələrinin  analizi  və  əldə  edilmiş  razılıqların  yerinə  yetirilməsi. 
Danışıqların texnologiyası. Danışıqların prinsip və üsulları. 
Mövzu 7. İstehsalat münaqişələri və 
sosial əməkdaşlıq - 7 saat 
İstehsalat  münaqişələri  təşkilati  münaqişələrin  bir  növü  kimi.  «Əmək 
münaqişəsi»  anlayışı.  İstehsalat  münaqişəsinin  formaları:  abstenteizm,  sabotaj, 
istehsalatın  məhdudlaşdırılması  və  əməkdaşlıqdan  imtina,  tətillər.  İstehsalat 
münaqişələrinin mənbələri. 


Tətil istehsalat münaqişəsinin forması kimi. Klassik, kor-təbii, ümumi, sahəvi 
tətillər,  ayrı-ayrı  təşkilatlar  səviyyəsində  olan  tətillər.  Siyasi,  sadə,  iqtisadi, 
«italyansayağı»,  işğalçı,  fəal,  simvolik,  informasiya  tətili.  «İşin  ləngidilməsi»  tipli 
tətil. Tətillər. 
Tətilin səbəbləri. Tətilin inkişaf mərhələləri. Tətilin sona çatması. 
«Sosial  əməkdaşlıq»  anlayışı.  Xarici  ölkələrdə  sosial  əməkdaşlıq  təcrübəsi. 
Rusiyada sosial əməkdaşlıq sisteminin formalaşma problemləri. Kollektiv danışıqlar. 
«Rusiya  Federasiyasında  kollektiv  müqavilə  və  razılaşmalar  haqqında»  Federal 
Qanun  (1992).  Rusiya  Federasiyasının  ayrı-  ayrı  subyektlərində  əmək 
münaqişələrinin spesifik xüsusiyyətləri: Moskva şəhəri. Tatarıstan Respublikası və s. 
Mövzu 8. Təşkilatlarda fərdlərarası, şəxsi və 
digər münaqişələrin həllinin diaqnostikası 
və vasitələri - 14 saat 
Konfliktologiya  təcrübi  elm  kimi:  institutlaşdırmanm  perseptivləri.  Tətbiqi 
konfliktologiyanm  metodları:  söhbət,  konkret  situasiyanın  təhlili,  rollardan  və 
situasiyadan asılı olan treninq, oyun, fərdi və qrup şəkilli məsləhət, real münaqişəli və 
problemli 
situasiyalarda 
işləmə. 
Konfliktologiyada 
sosial-psixoloji 
və 
psixoterapevtik imkanlar və məhdudiyyətlər. 
Şəxsiyyətin münaqişə yaratma səviyyəsinin, onun stresə davam gətirməsinin 
müəyyən  edilməsi.  Şəxsiyyətin  aqressivlik  səviyyəsinin  müəyyən  edilməsi. 
Ətrafdakıları  dinləmə  bacarığının  qiymətləndirilməsi.  Kiçik  qruplarda  fərdlər 
arasında  münasibətlərin  təyin  edilməsi.  Problemin  qrup  şəklində  münaqişəli 
müzakirəsi.  Münaqişə  zamanı  davranışın  və  onun  tənzimlənməsi  vasitələrinin 
müəyyən  edilməsi  (K.  Tomas  tərəfindən  aparılan  test).  Ünsiyyətinik,  səbirlilik  və 
fərlin şəxsi münaqişəlilik səviyyəsinin aşkar 


edilməsi.  «Danışıqlar»,  «Razılığa  gəlmə  yollarının  aşkarı»  treninqi.  İşgüzar  oyun: 
«Təşkilatda münaqişəli situasiya». 


FƏSİL II. TƏŞKİLATLARIN KONFLİKTOLOGIYASI 
ÜZRƏ MÜHAZİRƏ KURSU 
Mövzu: KONFLIKTOLOGIYA ELMİ VƏ TƏDRİSİ FƏNN KIMI 
1.
 
Münaqişənin klassik tədqiqi. 
2.
 
«Münaqişə nəzəriyyəsi» «nizam nəzəriyyəsinin» alternativi 
kimi. 
3.
 
Konfliktologiya müstəqil fənn kimi. 
4.
 
Konfliktologiyanın obyekti və predmeti. Konfliktologiyanın 
əsas anlayışları. 
5.
 
Konfliktologiyanın metodologiyası. 
1.
 
Münaqişə  fenomeninin  dərk  edilməsi  fəlsəfə  çərçivəsində  başlanmış  və 
əsasən mücərrəd xarakter daşımışdır. Münaqişənin fəlsəfi nöqteyi nəzərdən müzakirə 
edilməsi  sahəsində  Heraklit,  Platon,  Gegel  və  digərləri  tərəfindən  ikişaf  etdirilmiş 
ziddiyyətlər və əks tərəflərin mübarizəsi haqqında təlim mühüm əhəmiyyət kəsb edir. 
Münaqişələrin öyrənilməsi sahəsinə sosial- darvinizm nəzəriyyəçiləri (Q. Spenser, U. 
Samner  və  başqaları)  müəyyən  töhvə  vermişlər.  Onlar  biologiyanın  təbii  seçim 
prinsiplərini sosial biliklərə köçürməyə çalışır və bunu individ və qrupların sağ qalma 
uğrunda  mübarizələrinin  cəmiyyətdə  tarazlığın  əldə  edilməsi,  ictimai  inkişaf 
prosesinin təmin edilməsi ilə izah edirdilər. Münaqişələrin elmi tədqiqatı klassik 


sosiologiya çərçivəsində başlanmışdır: burada adətən iki ad yada düşür - K. Marks və 
G. Zimmel. 
Klassik  marksizm  konfliktologiyasmın  əsas  müddəaları  aşağıdakılardan 
ibarətdir: 
1.
 
Sosial  münasibətlər  sistemli  xarakter  daşıyır,  lakin  bununla  yanaşı 
münaqişəli maraqlarla zəngindir. 
2.
 
Sosial sistem daim münaqişə yaradır. 
3.
 
Münaqişə sosial sistemlərin qaçılmaz və çox geniş yayılmış bir xassəsidir. 
4.
 
Münaqişə maraqların ziddiyyət təşkil etdiyi zaman meydana çıxır. 
5.
 
Münaqişələr adətən ehtiyyatların, xüsusilə də əmlak və hakimiyyəti kifayət 
qədər olmadığı zaman yaranır. 
6.
 
Münaqişə - sosial sistemlərin dəyişikliklərə uğramasının əsas mənbəyidir. 
Marks hesab edirdi ki, müəyyən şərait çərçivəsində məxvi sinfi maraqlar aşkar 
maraqlara  çevrilir,  bu  isə  cəmiyyətin  inqilabi  münaqişədə  birləşən  iki  sinfə 
bölünməsinəgətirib  çıxarır.  Marksm  bu  müddəası  onun  münaqişə  konsepsiyasının 
tənqidi  üçün  əsas  müddəa  olmuşdur.  Əslində  isə,  münaqişələrin  yalnız  sinfi 
münaqişələrdən  ibarət  olmasını  söyləmək  düzgün  olmazdı.  Bu,  işin  həqiqi 
mahiyyətini sadələşdirir. 
Georq Zimmel münaqişəni universal hadisə hesab edirdi. Vahid və harmonik 
qrup  və  ya  cəmiyyət  ümumiyyətlə  təsəvvür  edilə  bilməz,  belə  ki,  onlan  müstəqil 
inkişaf etmə mexanizminə malik deyi. Cəmiyyətin inkişafı üçün zruri zəmin məhz 
münaqişədir və bu səbəbdən də o funksionaldır. Zimmelin fikrinə əsasən münaqişə 
məxsusi vəhdətin əldə edilməsi vasitəsidir, hətta bu vəhdət münaqişədə iştirak edən 
tərəflərdən  birinin  məhv  edilməsi  bahasına  əldə  edilsə  belə.  «Münaqişə 
sosiologiyası»  termininin  yaradıcısı  Zimmeldir.  Həmin  termin  1908-ci  ildə 
«Sosiologiya» elmi işinə daxil edilmişdir. 
Marks  və  Zimmel  iki  müasir  tədqiqat  ənənəsinin  əsasını  qoymuşlar: 
münaqişənin  dialektik  konsepsiyasının  (əsas  nəzəriyyəçi  -  R.  Darendorf)  və 
münaqişənin funksional konsepsiyasının (əsas nəzəriyyəçi - L. Kozer). 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə