Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

Münaqişənin klassik tədqiqatına adətən həm də aşağıdakılar aid edilir: 

 
Cəmiyyətin sinfi və sosial strukturu, qədim cəmiyyətlərdə münaqişələr üzrə 
M. Veberin elmi işləri; 

 
İnsanların tələbatlarının ödənilməsi ilə münaqişə arasında əlaqəni göstərmiş P. 
Sorokinin elmi işləri. O, münaqişənin mənbəyini insanın qidaya, geyimə və 
mənzilə  olan  tələbatlarının  ödənilməsinə  görürdü.  Sorokin  qeyd  edir  ki, 
tələbatlar  özləri  özlüyündə  deyi,  onların  ödənilməsi  vasitələri  mühüm 
əhəmiyyət kəsb edir; 

 
R.Parkı elmi işləri. Həmin işlərdə ilk dəfə olaraq münaqişə və rəqabət arşında 
olan  fərq  göstərilmişdir.  Amerika  aliminin  fikrinə  əsasən  münaqişə  hər  bir 
zaman  şəxsi  xarakter  daşıyır  və  rəqibin  aşkar  şəkildə  iştirakını  tələb  edir; 
rəqabətə  gəldikdə  isə  bir-birini  tanımayan  və  ya  hətta  bir-birinin  mövcud 
olmasından belə xəbərdar olmayan insanlar, qruplar, təşkilatlar və s. Arasında 
belə mövcud ola bilər

 
Z.  Freydin  şəxsi  münaqişələri  tədqiq  etdiyi,  «şəxsiyyatin  münaqişə 
konsepsiyasını» təsdiqlədiyi, şəxsiyyətlər arasında münaqişələrin səbəblərinin 
axtarılması zərurəti haqqında nəticə çıxardığı elmi işləri; 

 
K.  Levinin  elmi  işləri.  Burada  o,  individ  ilə  mühit  arasında  tarazlığın 
pozulduğu  zaman  gərginlik  atında  olan  dinamik  davranış  sistemi 
konsepsiyasını  işləmişdir.  Bu  gərginlik  münaqişə  formasında  təzahür  edir. 
Münaqişənin  mənbəyi  qrupun  liderinin  əlverişsiz  fəaliyyət  stili  ola  bilər, 
münaqişələrin  həll  edilməsi  isə  şəxsiyyətin  motivasiya  sahəsinin  və 
individlərin  qarşılıqlı  təsir  strukturlarının  yenidən  bərpası  vasitəsilə 
mümkündür. 
2.
 
XX əsrin 30 - 50-ci illərində münaqişənin tədqiq edilməsi arxa plana keçdi. 
Cəmiyyətə  sabitlik  gərək  idi  və  tədqiqatçılar  onu  öz  nəzəriyyələrində 
formalaşdırmağa cəhd edirdilər. Dünya sosial fikrində aparıcı təmsilçisi amerikalı T. 
Parsons olan «nizam nəzəriyyəsi» üstünlük təşkil edirdi. 
«Münaqişə nəzəriyyəsi» «nizam nəzəriyyəsinin» alternativi kimi 1956-cı ildə 
L. Kozerin «sosial münaqişənin funksiyaları» elmi işində meydana 


gəlmişdir.  1959-cu  ildə  bu  termin  bir  daha  R.  Darendorfun  «Sənaye  cəmiyyətində 
siniflər və sinfi münaqişə» işində istifadə edilir.Lakin münaqişə nəzəriyyəsinin nəzəri 
model kimi həqiqətən meydana gəlməsi 1961-ci ildə, Londonda C. Reksin «sosioloji 
nəzəriyyənin mühüm problemləri» kitabının çap edilməsi zamanı baş vermişdir. 
60-cı  illər  həmin  dövrdə  qərb  cəmiyyətində  baş  verən  həyəcanların  izah 
etməyə çalışan «münaqişə nəzəriyyəsi» şüarı altında keçmişdir: yeni sollar hərəkatı, 
Vyetnamda  gedən  müharibəyə  qarşı  tələbə  iğtişaşları.  «Nizam  nəzəriyyəsi»nin 
tənqidçiləri  müxtəlif  ideoloji  mövqeləri  tuturdular.  Onlar  arasında  sol  fikirlərin 
təmsilçiləri (C. Reks), sağ liberal partiyasının üzvləri (R. Darendorf) də var idi, lakin 
bununla yanaşı onların konsepsiyaları münaqişə nəzəriyyəsi çərçivəsində birləşmişdir. 
Cədvəl. «Nizam nəzəriyyəsi» və «münaqişə nəzəriyyəsi»nin 
mühüm müddəalarının müqayisəli təhlili 
NİZAM NƏZƏRİYYƏSİ 
MÜNAQİŞƏ NƏZƏRİYYƏSİ 
1. norma və dəyərlər ictimai həyatın 
mühüm elementləridir 
1. Maraqlar - ictimai həyatın mühüm 
elementləridir 
2. ictimai həyat özündə öhdəlikləri ehtiva 
edir 
2. İctimai həyat özündə stimul və 
məcburiyyət ehtiva edir 
3. cəmiyyətdə birləşmək zəruridir 
3. İctimai həyatda bölünmə zəruridir 
4. Sosial həyat həmrəylikdən asılıdır 
4. Sosial həyat ziddiyyət, istisna və 
düşmənçilik doğurur 
5. İctimai həyat qarşılıqlı münasibətlərə və 
əməkdaşlığa əsaslanır 
5. Sosial həyat struktur münaqişəsi 
doğurur 
6. Sosial sistemlər razılığa əsaslanır 
6. sosial həyat sinfi maraqlar doğurur 
7. Cəmiyyət rəsmiləşdirilmiş avtoriteti 
7. sosial fərqlər hakimiyyətin 


qəbul edir 
mövcudluğundan xəbər verir 
8. Sosial sistemlər vəhdət təşkil edir 
8. sosial sistemlər ziddiyyətlərlə fərqlənir 
əhatə olunmuşdur 
9. Sosial sistemlər dəyişilməz olaraq qalır  9. sosial sistemlər daim dəyişikliklərə 
uğrayır 
«Münaqişə  nəzəriyyəsi»  tənqidçiləri  adətən  konfliktoloqların  sosial  həyatın
 
normativ-dəyərli 
aspektlərinin kifayət qədər dəqiq 
qiymətləndirilmədiyini  qeyd  edirdilər.  Onlar  həmçinin  hesab  edirdilər  ki,  «nizam 
nəzəriyyəsi»  açıq  qarşıdurmaları  tamamilə  inkar  etmir,  bu  səbəbədən  də 
konfliktoloqların nəzəri müddəalarını məhz «nizam nəzəriyyəsi» məcrasında inkişaf 
edən nəzəriyyə kimi nəzərdən keçirmək olar. 
3.
 
XX əsrin 70-ci illərindən etibarən konfliktologiya fənlərarası bir elm kimi 
inkişaf  etməyə  başladı.  Konfliktologiya  sosiologiya,  politologiya,  hüquq  fənləri, 
iqtisadiyyat,  etnoqrafiyə  tarix,  psixologiya  və  s.  Kimi  elmlərin  biliklərini  sintez 
etməyə çalışır. 
Müasir  konfliktologiya  iki  bölmədən  ibarətdir:  münaqişə  nəzəriyyəsi  və 
münaqişənin inkişafının idarə edilmə texnologiyaları. Qeyd edilmiş fənlər tərəfindən 
müasir 
konfliktologiyaya 
verilən 
töhvə 
tamamilə 
fərqlidir.Sosioloqlar 
konfliktologiyanm  nəzəriyyə  və  metodologiyasını  işləyib  hazırlamışlar.  Psixoloqlar 
ənənəvi  şəkildə  fərdlər  arasında  və  şəxsi  münaqişələrin  nəzəriyyəsini  öyrənir, 
psixotreninqlər tətbiq edirdilər. Hüquqi- siyasi fənlər əsasən beynəlxalq münaqişələri, 
etnosiyasi qarşıdurmaları tədqiq edirdilər. 
Ölkəmizdə  konfliktologiya  elmi  kifayət  qədər  mürəkkəb  inkişaf  etmişdir. 
Sovet  hakimiyyəti  dövründə  sosial  cəmiyyətin  «münaqişəsizlik  nəzəriyyəsi»  hökm 
sürürdü. Münaqişələr şəxsi və təşkilatdaxili səviyyələrdə qəbul edilirdi. 
Konfliktologiyanm inkişafı faktiki olaraq 80-ci illərin sonlarında başlamışdır. 
Rusiya  konfliktoloqları  Qərb  təcrübəsi  ilə  Rusiya  xüsusiyyətlərinin  sintezini 
yaratmağa cəhd edirlər. Milli konfliktologiya tam 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə